Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

4. Tətildə iştirak etmək könüllüdür. Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla  
və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu  tətildə iştirak etməyə və yaxud 
iştirakdan imtina etməyə məcbur edən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət 
daşıyırlar.
5. Bu Qanunun 275-ci maddəsinin dördüncü hissəsində göstərilmiş hallardan başqa tətildə iştirak edən 
işçilərin əmək vəzifələrinin icrası üçün başqa şəxslərin cəlb edilməsinə yol verilmir.
6. İşəgötürən tətillər təşkil və ya tətillərdə iştirak edə bilməz.
7.   Kollektiv   əmək   mübahisəsinin   yaranması   və   tətil   keçirilməsi   ilə   əlaqədar   işçilərin   işdən 
çıxarılmasına, habelə kollektiv əmək mübahisəsinin yarandığı müəssisənin (filialın, nümayəndəliyin), 
digər iş yerlərinin ixtisarı, ləğvi və ya yenidən təşkili qadağandır.
8. Qanunvericilik, müvafiq icra hakimiyyəti  
[Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, 
Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirlikləri, dövlət komitələri və digər mərkəzi icra 
hakimiyyəti   orqanları,   habelə   yerli   icra   hakimiyyəti   orqanları]
,   məhkəmə   və   hüquq-mühafizə 
orqanlarında işləyən vəzifəli şəxslər tətil edə bilməzlər.
9.   Cəzaçəkmə   müəssisələrində   məhkumlara   əmək   mübahisələrinin   həlli   üçün   əmək   fəaliyyətini  
dayandırmaq və tətil etmək qadağan edilir. (
10

17
)
Maddə 271. Tətil keçirilməsi barədə qərarın qəbul olunması 
Tətil keçirilməsi haqqında qərar işçilərin yığıncağında (konfransında) və yaxud həmkarlar ittifaqları 
təşkilatı (birliyi) tərəfindən bu Məcəllənin 262-ci maddəsində müəyyən edilmiş qaydada qəbul edilir.
Maddə 272. Tətil barədə işəgötürənə məlumat verilməsi 
Tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqları orqanı 
işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir.
Maddə 273. Xəbərdarlıq tətili 
Kollektiv   əmək   mübahisəsinin   həllinin   istənilən   mərhələsində   qısamüddətli   (bir   saata   qədər) 
xəbərdarlıq   tətili   keçirilə   bilər.   Xəbərdarlıq   tətili   barədə   qərar   bu   Məcəllənin   262-ci   maddəsinin 
qaydalarına əməl edilməklə qəbul edilir. Tətilə ən geci 3 iş günü qalmış bu barədə işəgötürənə yazılı 
məlumat verilməlidir.
Maddə 274. Tətilə başçılıq edən orqan 
1. Tətilə ümumi yığıncaq (konfrans) tərəfindən seçilmiş və ya həmkarlar ittifaqları orqanının qərarı ilə 
yaradılmış tətil komitəsi başçılıq edir.
2.   Tətil   komitəsi   işçilərin   ümumi   yığıncağını   (konfransını)   çağırmaq,   işçilərin   marağına   toxunan 
məsələlər   üzrə   işəgötürəndən   məlumat   almaq,   münaqişəli   məsələlər   üzrə   rəy   hazırlanması   üçün 
mütəxəssislər cəlb etmək hüququna malikdir. Tətil komitəsinin tətili müvəqqəti dayandırmaq hüququ 
vardır.
3. Tətilin yenidən başlanacağı barədə işəgötürənə 3 iş günündən gec olmayaraq məlumat verilməlidir.
4. Tətil komitəsi aşağıdakı vəzifələri yerinə yetirir:



işəgötürənlə danışıqları davam etdirir; 

işəgötürənin və ya onların nümayəndələrinin, habelə tətildən imtina etmiş işçilərin sərbəst 
surətdə müəssisəyə (iş yerinə) gəlib-getmələrinə mane olan, bu şəxslərin sağlamlığına qəsd 
edən, şərəf və ləyaqətini alçaldan hərəkətlərin müəyyən edilmiş qaydada qarşısını alır; 

işəgötürənin nümayəndələri ilə birlikdə müəssisənin əmlakının mühafizəsini təşkil edir; 

tətil fondu yaradılmışsa, onun idarəçiliyini həyata keçirir

tətil fondunun vəsaitlərinin xərclənməsi barədə əmək kollektivi və ya həmkarlar ittifaqları 
orqanı qarşısında hesabat verir. 
5. Tətil başa çatdıqda, qanunsuz elan edildikdə, hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar qadağan 
edildikdə işçilərin ümumi yığıncağının (konfransının) və ya müvafiq həmkarlar ittifaqları təşkilatının 
qərarı ilə tətil komitəsinin səlahiyyətlərinə xitam verilir.
Maddə 275. Tətilin gedişində tərəflərin və müvafiq orqanların vəzifələri 
1. Tətilin keçirildiyi  dövrdə tərəflər  kollektiv  əmək mübahisələrinin  həlli üçün danışıqları davam 
etdirməyə borcludurlar.
2. İşəgötürən, icra hakimiyyəti, bələdiyyə orqanları, tətil komitəsi, həmkarlar ittifaqları təşkilatı tətil 
müddətində ictimai asayişin, müəssisənin və fiziki şəxslərin əmlaklarının qorunmasını təmin etməyə, 
həmçinin   insanların   həyatına,   səhhətinə   və   sağlamlığına   bilavasitə   təhlükə   yarada   biləcək   maşın, 
qurğu və avadanlığın fasiləsiz işinin təmin edilməsi üçün onlardan asılı olan bütün tədbirləri görməyə 
borcludurlar.
3. Tərəflərin razılığı ilə tətilin uzun müddət davam etdirilməsi nəticəsində insanların təhlükəsizliyi, 
sağlamlığı üçün təhlükə yaranarsa, bu təhlükənin qarşısını almaq üçün, habelə cəmiyyətin mühüm 
həyati marağı ilə bağlı olan müəssisələrdə tətil keçirildiyi zaman minimum zəruri işlərin (xidmətlərin) 
aparılması təmin edilməlidir.
4. Razılıq əldə olunmadığı halda minimum zəruri işlər (xidmətlər) müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri, idarələri və 
yerli icra hakimiyyəti orqanları]
, yaxud bələdiyyələr tərəfindən görülür.
Maddə 276. Tətildə iştirakdan imtina etmiş şəxslərin təminatları 
Tətildə iştirakdan imtina etmiş şəxslərin öz əmək funksiyasını davam etdirmək hüququ vardır. Bu 
mümkün   olmadıqda,   həmin   işçilərin   əmək   haqqı   işçinin   təqsiri   olmadan   məcburi   boşdayanma 
hallarında əmək haqqının ödənilməsi qaydalarına uyğun olaraq ödənilir.
Maddə 277. Tətilçilərin sərbəst toplaşmaq hüququ 
1.   İşi   davam   etdirən   işçilərin   əmək   funksiyasını   yerinə   yetirmələrinə   mane   olmadan   tətilçilər   iş 
yerində və ya bilavasitə müəssisənin yaxınlığında sərbəst toplaşaraq danışıqların gedişini müzakirə 
etmək, mitinqlər və digər kütləvi tədbirlər keçirmək hüququna malikdirlər.
2.   İşçilərin   bu   maddədə   nəzərdə   tutulmuş   sərbəst   toplaşmaq   hüququ   müvafiq   qanunvericiliklə 
müəyyən olunmuş qaydalara əməl edilməklə həyata keçirilir.
Maddə 278. Tətilin maliyyələşdirilməsi 
1.   Tətilin   maliyyələşdirilməsi   üçün   əmək   kollektivi   və   ya   həmkarlar   ittifaqları   təşkilatı   tətil 
müddətində fəaliyyət göstərən tətil fondu, digər müəssisələrin işçiləri, həmkarlar ittifaqları təşkilatları 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə