Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

1. Qanunsuz elan edilmiş tətili davam etdirən şəxslər işəgötürənə vurulan ziyana görə məhkəmənin 
müəyyən etdiyi məbləğdə maddi məsuliyyət daşıyırlar.
2. Digər işəgötürənlər tətilin maliyyələşdirilməsinə görə işəgötürənə vurulan ziyanın, əldən çıxmış 
qazanc da nəzərə alınmaqla tam məbləğində məsuliyyət daşıyırlar.
3. Maddi məsuliyyətlə əlaqədar işlərə mülki mühakimə icraatının qaydalarına uyğun olaraq baxılır.
4.   İşəgötürən   qanunsuz   elan   edilmiş   tətilin   davam   etdirilməsini   təşkil   edən   işçiləri   intizam 
məsuliyyətinə cəlb edə bilər.
Qırx dördüncü fəsil. Fərdi əmək mübahisələri, onların tərəfləri və predmeti
Maddə 287. Fərdi əmək mübahisələri anlayışı 
Fərdi   əmək   mübahisələri   işəgötürənlə   işçi   arasında   əmək   müqaviləsinin,   kollektiv   müqavilənin 
şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan 
və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və 
qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti 
Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli 
nizama salınır:
a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi;
b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi;
c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi;
ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
d)   əmək   haqqının,   habelə   digər   ödəmələrin   müəyyən   edilməsi   və   hesablanması,   yaxud 
ödənilməsi;
e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması;
ə) məzuniyyət hüququnun həyata keçirilməsi;
f) intizam tənbehi verilməsi;
g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi;
ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və 
ödənilməsi;
h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və 
ödənilməsi;
x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya 
əsaslılığının müəyyən edilməsi;


ı)   müsabiqə   komissiyasının   qərarının   qanuni,   obyektiv   və   ədalətli   olub-olmamasının 
araşdırılması;
i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan 
ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi;
j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və 
ödənilməsi,   habelə   özəlləşdirmə   prosesində   və   sonralar   əmək   münasibətləri   ilə   bağlı 
normaların tətbiq edilməsi;
k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin 
pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.
Maddə 289. Fərdi əmək mübahisələrində tərəflər 
Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla 
qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada 
onun müvəkkil etdiyi şəxsdir.
Maddə 290. Fərdi əmək mübahisələrində tərəflərin vəzifələri və məsuliyyəti 
1. Fərdi əmək mübahisələrində  tərəflər  biri  digərinin  hüquqlarına  hörmət  edərək  qanunvericiliyin 
tələblərini,   əmək   müqaviləsi   üzrə   öhdəlikləri   və   əmək   mübahisələrini   mahiyyəti   üzrə   həll   edən 
məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
2.  İşçinin   hüquqlarını   və   qanuni   mənafelərini   pozmuş   işəgötürən   fərdi   əmək   mübahisəsinin   həlli 
nəticəsində   məhkəmə   tərəfindən   müəyyən   edilmiş   işçiyə   dəyən   maddi   ziyanı   tam   məbləğdə 
ödəməlidir.
3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət 
daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində 
göstərməlidir.  İşçiyə  dəyən  mənəvi  ziyanın  pul hesabı  ilə  məbləği  onun ərizəsi  əsasında  vurulan 
mənəvi   ziyanın   ictimai   təhlükəlilik   dərəcəsinə,   işçinin   və   işəgötürənin   şəxsiyyətinə,   işin   faktik 
hallarına   və   ədalətli   qərar   qəbul   edilməsi   üçün   zəruri   olan   digər   obyektiv   hallara   uyğun   olaraq 
məhkəmə tərəfindən müəyyən edilir.
Qeyd:  Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş «mənəvi ziyan» dedikdə, işəgötürən və ya 
onun   tabeliyində   olan   vəzifəli   şəxs   tərəfindən   hər   hansı   üsulla   işçinin   şərəf   və   ləyaqətinin 
ləkələnməsi,   alçaldılması,   ona   böhtan   atılması,   şəxsiyyətinin   təhqir   edilməsi,   kollektiv   arasında 
gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə 
mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər 
başa düşülməlidir.
Maddə 291. Dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri nəticəsində 
vurulan ziyanın ödənilməsi 
1. Əmək müqaviləsinin tərəflərinin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd 
hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və bu ziyanın 
dövlət tərəfindən ödənilməsi hüququ vardır.
2. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 
işçinin işdən çıxarılması və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi qaydası 


müvafiq qanunla müəyyən edilir.
Maddə 292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ 
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla 
qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək 
mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə 
bilər.
2.   Pozulmuş   hüquqlarının   bərpa   edilməsi   barədə   işçi   məhkəməyə,   yaxud   bu   Məcəllənin   294-cü 
maddəsində   nəzərdə   tutulmuş   məhkəməyə   qədər   əmək   mübahisələrini   həll   edən   müvafiq   orqana 
müraciət   edə,   habelə   bu   Məcəllənin   295-ci   maddəsi   ilə   müəyyən   edilmiş   şərtlərlə   və   qaydada 
təkbaşına tətil edə bilər.
3. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək 
mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün 
işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir.
Maddə 293. Fərdi əmək mübahisələrinə baxılması vaxtı 
1. Fərdi əmək mübahisələrinə zəruri hallarda işçinin iş vaxtından kənar vaxtlarda baxılmalıdır.
2. Əmək mübahisəsinin həllinə işçinin iş vaxtı ərzində baxıldıqda həm əsas, həm də əlavə iş yerində 
onun orta əmək haqqı saxlanılır.
Qırx beşinci fəsil. Fərdi əmək mübahisələrinin həlli qaydaları
Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar 
1.   Bu   maddənin   ikinci   hissəsində   nəzərdə   tutulmuş   hallar   istisna   olmaqla   bütün   fərdi   əmək 
mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının 
nəzdində fərdi əmək  mübahisələrinə  məhkəməyə  qədər baxan orqanın  yaradılması  nəzərdə tutula 
bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
3.   Əmək   müqaviləsində   fərdi   əmək   mübahisələrinin   bu   Məcəllə   ilə   müəyyən   edilmiş   həlli 
qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş 
əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.
4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane 
etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə 
müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan 
orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
Maddə 295. Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə işçinin təkbaşına tətil etmək hüququ və 
qaydası 
1. Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə  apardığı danışıqlar,  yazılı  müraciətinə 
verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan 
müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam 
vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə