Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   49   50   51   52   53   54   55   56   57

təkbaşına tətil edə bilər.
2.   İşçi   özünün   fərdi   tələblərini   müdafiə   etmək   üçün   təkbaşına   tətilinə   əmək   kollektivinin   və   ya 
həmkarlar   ittifaqları   təşkilatının   qoşulması   çağırışı   ilə   çıxış   etməməlidir.   Əmək   kollektivi   və   ya 
həmkarlar ittifaqları təşkilatı işçinin tələblərinin əsaslı, qanuni və ədalətli olduğu qərarına gələrsə, 
müstəqil olaraq kollektiv tələblərini irəli sürə bilər.
3. İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, işçinin iş yerinin 
rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırılmasına, habelə belə tətilin keçirilməsinə mane 
olunmasına yol verilmir.
4. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə 
müraciət edə bilər.
5. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə 
müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz.
6. Tətil müddəti bitənədək işçi tətili dayandırıb işə başlaya və ya əmək mübahisəsinin həlli üçün 
məhkəməyə   müraciət   edə   bilər.   Təkbaşına   tətil   müddətində   mübahisənin   həlli   üçün   tərəflərin 
müəyyən etdiyi vasitəçilik üsullarından istifadə edilə bilər.
7. Təkbaşına tətil edən işçinin tətil dövrü üçün əmək haqqının ödənilməsi bu Məcəllənin 283-cü 
maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər.
8. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə 
qərar qəbul edərsə, işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb edilə bilər.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri 
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə 
baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət 
edə bilər.
2.   Bu   maddənin   birinci   hissəsində   göstərilən   haldan   başqa   qalan   bütün   hallarda   fərdi   əmək 
mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim 
ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək 
kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək 
müqaviləsinin   bu   Məcəllədə   nəzərdə   tutulmuş   şərtlərinin   işəgötürən   tərəfindən   müvafiq   qaydada 
sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4.   Pul   və   digər   əmlak   tələbləri   ilə   əlaqədar,   həmçinin   ziyan   vurulmaqla   bağlı   yaranmış   əmək 
mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində 
məhkəməyə   müraciət   edə   bilər.  İşçilərin   həyatına   və   sağlamlığına   vurulmuş   zərərin   ödənilməsi  
haqqında tələblərə iddia müddəti şamil edilmir.
5.  İşəgötürən   bu   Məcəllə   ilə   müəyyən   edilmiş   hallarda   işçiyə   qarşı   iddia   ərizəsi   ilə   məhkəməyə 
hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan 
vurulması   məsələləri   ilə   əlaqədar   isə   ziyanın   vurulmasını   aşkar   etdiyi   gündən   1   il   müddətində 
müraciət edə bilər. 


6.   Bu   maddədə   göstərilən   müddətlər   üzrlü   səbəblərdən   –   iddiaçının   xəstələnməsi,   ezamiyyətdə, 
yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla 
bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək 
mübahisəyə mahiyyəti üzrə baxa bilər.
Qeyd:  Bu   maddənin   altıncı   hissəsində   iddiaçının   «yaxın   qohumu»   dedikdə,   işçinin   atası,   anası, 
babası,  nənəsi,  əri  (arvadı),  uşaqları,   bacıları,   qardaşları,  qudaları,  ərinin  (arvadının)  valideynləri, 
qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin 
ötürülməsini hakim üzrlü hal hesab edə bilər. (
9
)
Maddə 297. Fərdi əmək mübahisələrinin həllini tənzim edən qanunvericilik 
Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-
Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
Maddə 298. Fərdi əmək mübahisəsinə baxılarkən dövlət rüsumunun və məhkəmə xərclərinin 
ödənilməsi qaydası 
1. Bu Məcəllə ilə tənzimlənən hüquqlarının pozulduğunu iddia edən işçinin və ya işəgötürənin fərdi 
əmək mübahisələrinə məhkəmədə baxılması üçün iddia ərizəsi verilərkən müvafiq dövlət rüsumu və 
məhkəmə xərcləri qabaqcadan ödənilmir.
2.   Əmək   mübahisəsini   mahiyyəti   üzrə   həll   edən   hakim   müvafiq   qətnamə   qəbul   edərkən 
qanunvericiliklə   müəyyən   edilmiş   dövlət   rüsumunun   və   məhkəmə   xərclərinin   iddiasını   təmin 
etmədiyi iddiaçının, onun iddiasını təmin etdikdə isə cavabdehin hesabına ödənilməsi barədə qərar 
qəbul edir. (
19
)
Maddə 299. İddianın məbləğində və onun təmin olunmasında məhdudiyyətin olmaması 
Fərdi   əmək   mübahisələri   üzrə   iddianın   məbləğinə,   həmçinin   onun   təmin   olunmasına   hər   hansı 
məhdudiyyət qoyula bilməz.
Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının 
hüquqi nəticələri 
1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində 
nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı
 
maddələri ilə müəyyən edilmiş 
qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət 
vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə 
iddia ərizəsini  və işin faktik hallarını  araşdıraraq  məcburi  iş buraxma müddəti  üçün əmək haqqı 
ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi  barədə qətnamə  və ya bu maddənin ikinci hissəsinə 
müvafiq   olaraq   tərəflərin   barışıq   sazişinin   təsdiq   edilməsi   barədə  qərardad   çıxarır.   Məhkəmə 
qətnamədə   işçiyə   iddiası   üzrə   dəymiş   zərərin   məbləğinin   işəgötürən   tərəfindən   ödənilməsini   də 
nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı 
barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının 
təmin edilməsi barədə qərardad qəbul edir.
Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin 
işdən   çıxarılması   ilə   əlaqədar   işləmədiyi   müddətin   orta   əmək   haqqı,   fərdi   əmək   mübahisəsinə 
məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə