Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   49   50   51   52   53   54   55   56   57

4.10. İşçi ________________________ xüsusi mühafizə vasitələri ilə təmin edilir.
4.11.   İşçi   zərərli   amillərdən   sağlamlığının   mühafizəsi   üçün   xüsusi   __________________ 
______________________________________________________ qida məhsulları ilə təmin edilir.
4.12. İşçi əməyin mühafizəsi normaları ilə ______________________ bir dəfədən az olmayaraq 
təlim atlandırılır.
4.13. İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş 
əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur.
4.14. İşəgötürən işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək  
qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin həyatına və sağlamlığına  
dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə  
müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir. (
56
)
4.15. İşəgötürənin təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə işçi 
həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında işəgötürən qanunvericilikdə nəzərdə tutulan 
qaydada maddi məsuliyyət daşıyır.
İş və istirahət vaxtı üzrə 
4.16. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir.
4.17. İş saat __________________ başlanır, saat ___________________ qurtarır.
4.18. Nahar vaxtı saat __________________-dan saat ___________________-dəkdir.
4.19. İşçi hər gün ___________________saat natamam iş günü işləyir.
4.20. İşçi həftədə ____________________gün natamam iş həftəsi ilə işləyir.
4.21. İş ____________________növbəlidir:

Birinci növbə saat ______________başlanır və saat ____________qurtarır. 

İkinci növbə saat ______________başlanır və saat ____________qurtarır. 

Üçüncü növbə saat ______________başlanır və saat ____________qurtarır. 
4.22. İşə gəlib getməsi üçün nəqliyyatla təmin edilir __________________________ 
(hə, yox)
4.23. İstirahət günləri hər həftənin ______________________________ günləridir.
4.24. İşçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan 
məbləğdən ___________ artıq məbləğdə haqq ödənilir;
4.25. İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə 
rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.


Məzuniyyət üzrə 
4.26. İşçinin iş ilini __________________________________________________ aylardan ibarət 
(birinci iş ili başlanan və bitən gün, ay və il)
dövr əhatə edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək 
məzuniyyəti verilir.
4.27. Əsas məzuniyyətinin müddəti ______________________təqvim günüdür.
4.28. Əlavə məzuniyyət müddəti:

əmək stajına görə _______________________təqvim günü

əmək şəraitinin xarakterinə görə ____________________ təqvim günü; 

14 yaşadək ikidən çox uşağı olan qadına ___________________ təqvim günü; 

kollektiv müqavilə (saziş) üzrə ____________________ təqvim günü. 
4.29. Əmək məzuniyyətinin ümumi müddəti ____________________ təqvim günü.
4.30. Əmək məzuniyyətinə çıxarkən:

_____________________________ məbləğdə sosial-məişət müavinəti verilir; 

bundan savayı sanatoriya-kurort müalicəsi, turizm səfərlərinə getməsi, məzuniyyətin daha 
mənalı keçirilməsi üçün __________________________________ tədbirlər görülür. 
(konkret tədbir və ya pul ödənci)
4.31. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan müddətdə 
verilir   və   işəgötürən   bununla   yanaşı   işçinin   təhsilini   artırmaq   üçün   zəruri   tədbirləri   görməyi 
öhdəsinə götürür.
4.32. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda, habelə işəgötürənlə 
razılıq əsasında istifadə edilir.
Bədən tərbiyəsi və idman üzrə
4.33.   İşçiyə   bədən   tərbiyəsi   və   idmanla,   o   cümlədən   iş   rejimi   şəraitində   və   işdən   sonrakı  
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün  
şərait yaradılır.
4.34.   İşçinin   bədən   tərbiyəsi   və   idman   şəraiti   məsələləri   üzrə   şərtlər:  
__________________________________________________________________________ (
54
)
Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə 
şərtlər
4.35. _________________________________________________________________________.
4.36. _________________________________________________________________________.


4.37. ______________________________________________________________________. (
54
)
(bütün əlavə şərtlər təfsilatı ilə sadalanmalıdır).
 
§5. Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti 
5.1.   Bu   Əmək   müqaviləsinin   tərəflərindən   biri   digərinin   əmlakına,   səhhətinə,   maddi,   istehsal, 
kommersiya   maraqlarına,   qanunla   qorunan   mənafelərinə   ziyan   vurarsa,   digər   tərəf   qarşısında 
qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.
5.2. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü 
şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq 
qarşılıqlı   şəkildə   dəyən   zərərin   ödənilməsi   razılığına   gəlməzsə,   ziyan   dəyən   tərəf   məhkəmə 
qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.
5.3.   Tərəflər   məhkəməyə   müraciət   etmədən   ziyan   vurmadan   əmələ   gələn   öhdəliklərinin   özləri 
tərəfindən həllinə üstünlük verirlər.
§6. Sosial müdafiə məsələləri 
6.1. İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay 
_________________________məbləğdə   sığorta   haqqı   ödənilir   və   işəgötürən   tərəfindən   o, 
____________________________ məbləğdə əlavə sığorta edilir.
6.2. İşçinin sosial müdafiə olunması, güzəşt və imtiyazları, sosial sığorta hüququ təmin edilir.
6.3. İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş 
qaydada və məbləğdə məcburi sosial sığorta hesabına müavinət verilir. (
27

36
)
§7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi 
7.1. İşçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin 
— maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin mülkiyyətində olan 
digər əmlakın qorunmasına cavabdehdir.
7.2. İşçinin müəssisənin mülkiyyətində _____________________ qədər payı var və işəgötürənlə 
mülkiyyət münasibətləri həmin paya mütənasib olaraq qanunvericiliklə müəyyən edilən qaydada 
tənzimlənir.
7.3. İşçi müəssisənin mülkiyyətindəki payına görə nizamnamə ilə müəyyən edilən _____________ 
məbləğdə dividend almaq hüququna malikdir.
7.4. İşçi əmək funksiyasının icrası zamanı özünün aşağıdakı şəxsi əmlakından istifadə edir:
a) ____________________________________________________________________________;
b) ____________________________________________________________________________.
7.5.   İşəgötürən   işçinin   əmlakının   mühafizəsinə   və   aşınmasına   görə   əvəzinin   ödənilməsinə 
cavabdehdir.
7.6.   İşçi   işəgötürənin   kommersiya   və   istehsal   sirrinin   qorunmasına   cavabdehdir   və   bu   sirləri 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə