Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


XXIV fəsil Hərbi uçot qaydaları əleyhinə



Yüklə 3,17 Mb.
səhifə27/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

XXIV fəsil

Hərbi uçot qaydaları əleyhinə

olan inzibati xətalar

Maddə 349. Çağırış məntəqələrinə təhkim edilməli olan vətəndaşların siyahısının hərbi komissarlıqlara təqdim edilməməsi

Çağırış məntəqələrinə təhkim edilməli olan vətəndaşların siyahısının müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların və təhsil ocaqlarının rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri və ev sahibləri tərəfindən müvafiq şəhər, rayon, şəhərdə rayon hərbi komissarlıqlara təqdim olunmamasına görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx mislinədək iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 350. Çağırış üzrə hərbi komissarlığa gəlməmək

Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi üçün üzrlü səbəblər olmadan çağırış üzrə hərbi komissarlığa gəlməməsinə görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin üç mislindən beş mislinədək üç manatdan beş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 351. Hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması haqqında onlara xəbər verilməsinin təmin edilməməsi

Hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması haqqında hərbi komissarlıqların tələbi üzrə onlara xəbər verilməsinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların və təhsil ocaqlarının rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri tərəfindən təmin edilməməsinə, yaxud vətəndaşların çağırış məntəqələrinə və toplanış məntəqələrinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə —



şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 352. Hərbi vəzifəlilərin və çağırışçıların ilkin uçotunu aparmaq üçün lazım olan sənədlərin vaxtında verilməməsi

Mənzil-istismar təşkilatlarının və evləri istismar edən başqa təşkilatların mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri, habelə ev sahibləri tərəfindən hərbi komissarlıqlara, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçota qəbulunun, uçotdan çıxarılmasının rəsmiləşdirilməsi və ya uçot məlumatının tutuşdurulması üçün lazım olan sənədlərin müvafiq hərbi komissarlıqlara vaxtında təqdim etməmələrinə görə —



şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 353. Hərbi vəzifəlilər və çağırışçılar haqqında məlumatların bildirilməməsi

353.1. Əlillik qrupundan 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və ya əlillik qrupundan (122) asılı olmayaraq, əlil hesab edilmiş bütün hərbi vəzifəlilər və çağırışçılar barəsində məlumatların hərbi komissarlıqlara bildirmək vəzifəsi həvalə edilən tibbi-sosial ekspert komissiyalarının vəzifəli şəxsləri tərəfindən belə məlumatların bildirilməməsinə görə —



şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx beş mislinədək iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.

353.2. Hərbi vəzifəlilərin və çağırışçıların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi barədə, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların vəzifəli şəxsləri tərəfindən rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına məlumat verilməməsinə görə —



şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 29 dekabr 2006-cı il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» qəzeti, 25 yanvar 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 354. Hərbi uçot qaydalarının pozulması

Hərbi vəzifəlilərin və çağırışçıların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hərbi uçot qaydalarını pozmasına, habelə çağırış üzrə hərbi komissarlığa üzrlü səbəblər olmadan gəlməməsinə və ya hərbi uçotda durduğu uçot orqanına yaşayış yerinin ünvanının, təhsilinin, iş yerinin və vəzifəsinin dəyişməsi haqqında məlumatları vaxtında bildirməməsinə görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin on üç mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 355. Hərbi biletin qəsdən korlanması və ya itirilməsi

Hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə —

xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 356. Müəssisələr Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsi

356.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə —



şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

356.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə

şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 3 mart 2006-cı il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 31 mart 2006-cı il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 356-1. Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulması

356-1.1. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə –

vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin altmış mislindən doxsan mislinədək altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir.

356-1.2. Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli Qanunu ilə əlavə edilmiş, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir «Azərbaycan» q., 27 may 2006-cı il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

III BöLmə

İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ

SƏLAHİYYƏTİ OLAN ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR)

XXV fəsil

Əsas qaydalar

Maddə 357. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)

357.0. İnzibati xətalar haqqında işlərə:

357.0.1. rayon (şəhər) məhkəmələri;

357.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, seçki komissiyaları (kollegial orqan); (146)

357.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Milli Bank Mərkəzi Bankı, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (168) (vəzifəli şəxslər) baxırlar (Azərbaycan Respublikasının 3 dekabr 2002-ci il və 20 iyun 2003-cü il tarixli qanunları ilə edilmiş dəyişikliklərlə — AR QT, 2003, № 1, m. 3; 2003, № 6, m. 279).

Maddə 358. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

Bu Məcəllənin 51, 297 və 307-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxan yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunveriliyi ilə müəyyən olunur (Azərbaycan Respublikasının 20 iyun 2003-cü il tarixli Qanunu ilə yeni redaksiyada — AR QT, 2003, № 6, m. 276).



Maddə 358-1. Seçki komissiyaları

358-1.1. Məntəqə və dairə seçki komissiyalarının, Mərkəzi Seçki Komissiyasının fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

358-1.2. Seçki komissiyaları bu Məcəllənin 39-48-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə həmin xətalar Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 116-cı maddəsində göstərilmiş şəxslər tərəfindən törədildiyi hallarda baxır (Azərbaycan Respublikasının 20 iyun 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir — AR QT, 2003, № 6, m. 279). (146)

Maddə 359. Vəzifəli şəxslərin səlahiyyəti

359.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri onlara verilmiş səlahiyyət çərçivəsində və yalnız xidmət vəzifəsinin icrası zamanı tətbiq edə bilərlər.



359.2. İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 357.0.3-cü maddəsində göstərilmiş orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

XXVI fəsil

İnzibati xətalar haqqında işlərin aidiyyəti

Maddə 360. Rayon (şəhər) məhkəmələri

360.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 39—50-3, 52, 52-1.1, 53-4.1, 53-5, 60—63, 63-1, 68-1, 68-2, 68-3, 68-4, 69, 72, 88-3, 90.3, 101, 102.0.2, 102.0.3, 102.0.5, 106, 111, 119-1.2, 123-1, 131.2, 144, 151.6, 151.7, 152.4, 152.5 151.5, 152.4, 152-1.4, 152-2.2, 152-2.3, 153.6, 154.2, 154.3, 154.5, 153.7, 155.4, 155.5, 169, 170, 173, 175, 180—189, 199—204, 205, 223, 224, 228-1, 229, 233, 240-1.1, 240-1.2, 253-1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 258—260, 261.1, 278, 282, 284—287, 292, 293, 293-1.2, 296, 296-1, 299, 300, 301, 305, 307-1, 309—315, 315-1, 317.1, 323.1, 324-2, 324-3, 324-4, 324-5, 324-6, 326-1, 326-3, 332, 333, 335, 338, 343, 346, 347, 348-1, 348-3, 351, 353.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. (118, 121, 133) (137) (138) (140) (142)

360.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 39-50-3, 52, 52-1.1, 53-4.1, 53-5, 60-63, 63-1, 68-1, 68-3, 68-4, 69, 72, 88-3, 90.3, 101, 101-1, (156) 102.0.2, 102.0.3, 102.0.5, 106, 111, 119-1.2, 123-1, 131.2, 144, 150-5.1, (177) 151.5, 152.4, 152-1.4, 152-2.2, 152-2.3, 152-1, 152-2, (205) 153.6, 154.2, 154.3, 154.5, 155.4, 155.7, 156, (205) 159-1, (206) 163-1.4 (164) (181) (192) 169, 170, 173, 175, 180-189, 199-204, 205, 221.5, (167) 223, 223-10, 224, 228-1, 229, 229-1, (201) 233, 237, 240-1.1, 240-1.2, 253-1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 258-260, 261.1, 278, 282, 284-287, 292, 293, 293-1, 296, 296-1, 298, (206) 299, 300, 301, 305, 307-1, 307-2, (184) 309-315, 315-1, 317.1, 323.1, 324-2, 324-3, 324-4, 324-5, 324-6, 326-1, 326-3, 326-4.1, 326-4.2, 326-5, 326-6, (157) (177) (197) 332, 333, 335, 336-1, (178) 338, 346, 347, 348-1, 348-3 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 348-4, 348-5, 348-6, (155) (161) (174) (186) 351 və 353.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. (146)

360.2. Bu Məcəllənin 360.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati xətalar haqqında işlərə baxmaq hüququ təkcə səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) deyil, habelə məhkəmələrə də aid olduqda icraatına inzibati xətalar haqqında işlər daxil olmuş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər baxılması üçün məhkəməyə göndərildikdə, bu işlərə məhkəmələr tərəfindən baxılır.

360.3. Bu Məcəllənin 360.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən törədildikdə inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr tərəfindən baxılır (Azərbaycan Respublikasının 12 oktyabr 2001-ci il, 27 dekabr 2001-ci il, 1 mart 2003-cü il, 25 mart 2003-cü il, 7 noyabr 2003-cü il, 5 mart 2004-cü il, 9 aprel 2004-cü il, 26 oktyabr 2004-cü il, 3 mart 2006-cı il, 5 dekabr 2006-cı il, 26 dekabr 2006-ci il, 16 iyun 2007-ci il, 1 oktyabr 2007-ci il, 19 oktyabr 2007-ci il, 6 noyabr 2007-ci il, 25 dekabr 2007-ci il və 1 aprel 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — AR QT, 2001, № 11, m. 698; 2002, № 1, m. 9; 2003, № 5, m. 228; 2003, № 6, m. 257; «Azərbaycan» q., 3 dekabr 2003-cü il; «Azərbaycan» q., 12 aprel 2004-cü il; «Azərbaycan» q., 14 may 2004-cü il; «Azərbaycan» q., 10 noyabr 2004-cü il; «Azərbaycan» q., 1 aprel 2006-cı il; «Azərbaycan» q., 24 yanvar 2007-ci il; AR QT, 28 fevral 2007-ci il, № 2, maddə 65; «Azərbaycan» q., 20 avqust 2007-ci il; «Azərbaycan» q., 29 noyabr 2007-ci il; «Azərbaycan» q., 27 oktyabr 2007-ci il; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 30 dekabr 2007-ci il; «Azərbaycan» q., 16 may 2008-ci il).

Maddə 361. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.



IV Bölmə

İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT

XXVII fəsil

Ümumi müddəalar

Maddə 362. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri

İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.



Maddə 363. İnzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dil

363.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.

363.2. İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunur.

Maddə 364. İnzibati xətalar haqqında işlərə açıq baxılması

364.1. Dövlət, qulluq, kommersiya sirrlərinin və qanunvericiliklə qorunan digər sirlərin yayılmasına gətirib çıxara bilən hallar istisna olmaqla, inzibati xətalar haqqında işlərə açıq baxılır.

364.2. İnzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda bu barədə qərardad qəbul edilir.

Maddə 365. İnzibati xəta haqqında iş üzrə məlumatların yayılmasının yolverilməzliyi

İnzibati xəta haqqında iş üzrə məlumatlar yalnız icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin), belə məlumatlar zərərçəkmiş şəxsin şəxsi maraqlarına toxunduqda isə, habelə zərərçəkmiş şəxsin icazəsi ilə və onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər.



Maddə 366. Vəsatətlər

366.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər.

366.2. Vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir.

Maddə 367. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar

367.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:

367.0.1. inzibati xəta hadisəsi olmadıqda;

367.0.2. inzibati xəta tərkibi olmadıqda;

367.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;

367.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;

367.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;

367.0.6. inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;

367.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işini başlamaq haqqında qərar olduqda;

367.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə.



Maddə 368. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti

368.1. Prokuror öz səlahiyyətləri daxilində inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş hər cür qanun pozuntusunun aradan qaldırılması üçün vaxtında qanunla nəzərdə tutulmuş tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikasının Konstitusiyasının, qanunların və digər qanunvericilik aktlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.

368.2. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmək, inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir.

368.3. Prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 411-ci maddəsində müəyyən edilmiş müddətdə qəbul edilir. Qərarda bu Məcəllənin 410-cu maddəsində olan məlumatlar göstərilir.

368.4. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir.

Maddə 369. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər

369.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər:

369.1.1. şahidlərə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən;

369.1.2. maddi sübutların saxlanılması, göndərilməsi, daşınması və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir.

369.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur.

369.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin ölçüsü məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir.

369.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir.


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə