Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə5/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   2   3   4   5   6   7   8   9   ...   189

insanların  korlandığını,  gözəlliyin,  paklığın  qiymətləndirilmədiyini 

görür və bunları öz əsərlərində əks etdirir. 

Dövrün  humanistlərini  düşündürən  ictimai-siyasi  və  fəlsəfi 

məsələlər  Şekspirin  “Hamlet”  faciəsində  özünün  daha  parlaq  ini-

kasını tapmışdır. Bu əsərin süjeti o zaman geniş yayılmış və haqqında 

müxtəlif  əsərlər  yazılmış  Hamlet  əhvalatından  götürülmüşdür. 

“Hamlet”  əsəri  haqqında  ilk  dəfə  XIII  əsrdə  Sakson  Qrammatik 

“Danimarka tarixi” kitabında məlumat verir. Sonradan bu əsər 1608-

ci ildə ingilis dilinə tərcümə edilir, Londonda Tomas Kidin “Hamlet” 

faciəsi tamaşaya qoyulur. Lakin bu əsərlər bizə gəlib çatmamışdır. 

“Hamlet”  haqqmda  yüzlərlə  tədqiqat  işi  yazılmışdır.  Müəlliflər, 

əsasən,  əsərin  qəhrəmanı  Hamlet  obrazım  təhlil  etməyə  cəhd  gös-

tərmiş, Hamlet haqqmda bir-birinə zidd, müxtəlif fikirlər söyləmişlər. 

İlk dəfə Hamlet haqqmda yanlış fikir söyləyən böyük alman şairi Gete 

olmuşdur.  “Vilhelm  Mayster”  əsərində  Gete  deyir  ki,  Hamlet  incə 

çiçəklər  üçün  olan,  amma  içərisində  palıd  ağacı  əkilmiş  bir  güldana 

bənzər. Bu ağac böyüyür, kök atır və bu güldanı sındırır. Əsərin əsas 

ideyasmı  Hamletin  düşüncələri  ilə  iradəsi  arasında  olan  ziddiyyətdə 

axtaranlar  da  vardır.  Böyük  rus  ədibi  İ.S.Tur-  genev  1860-cı  ildə 

yazdığı  “Hamlet  və  Don  Kixot”  adlı  məqaləsində  qeyd  edir  ki, 

Hamlet  xudbindir,  hər  şeyə  şübhə  ile  yanaşır.  Don  Kixot  isə, 

Turgenevə  görə,  işgüzardır,  özünün  haqlı  olduğuna  inanır  və  öz 

məqsədi  uğrunda  çarpışır.  Turgenev  belə  hesab  edir  ki,  Hamlet 

düşünən  insandır,  lakin  fəaliyyətsizdir.  Don  Kixot  iradəlidir,  lakin 

ağıl  sahibi  deyil,  əgər  Hamlet  kütlə  üçün  xeyirsizdirsə,  Don  Kixot 

xalqı fəaliyyətə çağırır. Lakin Turgenev onu da qeyd edir ki, Hamlet 

də,  Don  Kixot  kimi,  şər  qüvvələrə  qarşı  barışmazdır.  Rusiyada 

“Hamlet” 

əsərinin 

elmi 


təhlilini 

A.A.Anikst, 

A.A.Smimov, 

S.M.Samarin, İ.Y.Bersman, L.S.Pinski və başqaları vermişlər. 

Həqiqətdə  Hamlet  xeyirxah  təbiətlidir,  şair  və  filosofdur,  möh-

kəm  iradəlidir.  O,  cəmiyyətdə  olan  bütün  haqsızlıqları,  qanunların 

ikiüzlülüyünü,  məhkəmələrin  süründürmələrini,  zəhmətkeşlərin 

göstərdikləri  xidmət  əvəzində  təhqir  olunduqlarını,  pak  və  təmiz 

məhəbbətin  qiymətləndirilmədiyini  görür.  Dünyanın  bəzəyi,  yaran- 

mışlann  tacı  olan  insanın  nə  qədər  alçaldıldığım,  çürük  ota  çevrildi-

yini,  riyakar  olduğunu  görür.  Hamlet  dünyanı  həbsxanaya,  Dani-

markam isə onun ən iyrənc bir guşəsinə bənzədir. Lakin Hamletin 



15 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

faciəsi  ondadır  ki,  bütün  bu  yaramazlıqlara  qarşı  mübarizə  etmək 



istəsə  də,  bacarmır.  O,  elə  zənn  edir  ki,  vicdanlı  və  azad  düşüncəli 

adam özünü məhv etməklə haqlı olduğunu sübuta yetirə bilər. Hamlet 

Elsinor  sarayında  baş  verən  hadisələri  düzgün  başa  düşür.  Hamletin 

fikri, düşüncəsi Klavdinin müstəbidliyinə qarşı qoyulmuşdur. 

“Hamlet”  faciəsi  həyatı  dərk  etmə,  anlama  faciəsidir.  Hamleti 

Elsinorda  baş  vermiş  hadisə  -  atasının  öldürülməsi,  anasının  tezliklə 

əmisinə  ərə  getməsi  o  qədər  də  düşündürmür.  Onun  fikrinin  mayası 

dünyada baş alıb gedən ədalətsizlik, haqsızlıqdır. O, Layert- dən fərqli 

olaraq,  humanistdir.  Hamlet  atasının  intiqamım  almaqda  ləngiyirsə, 

bu,  onun  acizliyinə  dəlalət  etmir.  Faciənin  başqa  personajlan  Ofelya, 

Layert,  Fortinbransın  da  taleyi  Hamletinkini  xatırladır,  onların  da 

ataları öldürülüb. Bu da cəmiyyətin özünü səciyyələndirir. 

“Otello”  faciəsi  Cerald  Çintionun  “Venesiya  mavn”  novellasının 

motivləri  əsasında  yazılmışdır.  Əsərdə  Otellonun  məhəbbəti, 

Dezdemonanın  və  Otellonun  faciəvi  ölümü  ictimai  zəmində  veril-

mişdir.  Otello  böyük  şəxsiyyətdir,  öz  qəhrəmanlığı  nəticəsində 

cəmiyyətdə ən yüksək rütbəyə gəlib çatmış, general olmuşdur. Həyatın 

ən  ağır  əzab  və  işgəncələrinə  dözmüş  Otello  öz  insanlıq  ləyaqətini, 

nəcibliyini  qoruyub  saxlaya  bilmişdir.  Xeyirxah  mavr  ağıllıdır, 

vicdanlıdır, fəaldır. İntibah dövrü adamının bütün gözəl xüsusiyyətləri 

Otellonun  şəxsiyyətində  cəmləşmişdir.  Venesiya  senatorunun  qızı 

Dezdemona  Otellonu  məhz  bu  xüsusiyyətlərinə  görə  sevir,  onun 

ləyaqətini qiymətləndirə bilir. Dezdemona ilə Otellonun izdivacı gözəl 

hisslər,  təmiz  məhəbbət  üzərində  qurulmuşdur.  Dezdemona  Otelloya 

ərə  getməklə  təkcə  öz  ailəsinə  qarşı  çıxmır,  o,  cəmiyyətin  bütün 

qanunlarına qarşı üsyan edir. 

Dezdemona  Şekspirin  qadın  obrazları  içərisində  ən  parlaq 

surətdir.  O,  cəsarətli  olduğu  kimi,  incə,  zərif,  sadiq,  itaətkar qadındır. 

Otello  təbiətcə  qısqanc  deyil.  Onda  yaranan  bu  hissin  səbəbi 

Dezdemonaya  -  insana  olan  inamın  qırılmasıdır,  aldandığını  zənn 

etməsidir.  Otello  Dezdemonam  derin  məhəbbətlə,  kövrək  bir  hisslə 

sevir, hətta onu öldürmək istədiyi anda belə düşünür ki, ədalət naminə 

bunu etməlidir. Otello Yaqonun hiyləsinin qurbam olur. Yaqo yüksək 

rütbəyə  çatmaq  istəyir,  Otelloya  həsəd  aparır,  onun  eli  ile 

Dezdemonam  öldürtdürür.  O,  nəyin  bahasına  olursa-olsun,  başqa-

larından üstün olmağa çalışır. Yaqo ağıllı, çevik, qabiliyyətlidir, 



16 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə