Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə9/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   5   6   7   8   9   10   11   12   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Kapuletti əynində xalat 

ledi Kapuletti ilə gəlir. 

K a p u l e t t i .  

Bu nə qalmaqaldır? Ehey, cəld olun, 

üzun qılıncımı gətirin mənə! 

L e d i   K a p u l e t t i .  

Sənə çox yaraşar qoltuq ağacı, 

Kişi, qılınc sənin nəyinə gərək? 

K a p u l e t t i .  

Dedim qılıncımı, öz qılıncımı! 

Bax, qoca Montekki durub həyətdə, 

Mənim acığıma qılınc oynadır. 

Montekki və ledi Montekki gəlirlər. 

M o n t e k k i .  Ey bic Kapuletti! Qoy gedim, arvad. 

L e d i   M o n t e k k i .  

Bir addım da olmaz! Az haray qopar, 

Düşməni axtaran fəlakət tapar. 

Hersoq öz məiyyəti ilə daxil olur. 

H e r s o q .  

Dinclik qatilləri, dinsiz xainlər, 

Siz ey qılıncını qonşu qanıyla 

Boyayan alçaqlar, eşidirsiniz? 

Ey insan cildində vəhşi heyvanlar, 

Ədavət odunu al-qan seliylə 

Söndürən axmaqlar, sizinləyəm mən. 

Salın yadınıza qorxunc cəzanı, 

Bu saat ləkəli əllərinizdən 

Mənfur silahları yerə atın siz. 

Dinləyin Hersoqun qəti hökmünü. 

Qoca Kapuletti, qoca Montekki, 

Siz cəfəng, mənasız bir söz üstündə 

CJç qırğın törədib, pozduz üç dəfə 

Bizim küçələrin sakitliyini. 

Veronanın qoca müşavirləri 

 

30 

downloaded from KitabYurdu.org



Soyunub abırlı libaslarını, 

Titrək əllərində köhnə silahlar Sizin 

ədavəti məhv etmək üçün Cİç dəfə 

məhv etdi öz dincliyini. Kim bir də bu 

yerdə dincliyi pozsa, Mənə həyatıyla 

cavab verəcək. 

Bu dəfə hamınız dağılın, gedin. Gəlin, 

Kapuletti, gedək mənimlə. Siz isə, 

Montekki, nahardan sonra Əmrimi 

bilməkçün gəlin saraya. 

Bir daha deyirəm, burda qalan kəs 

Ölüm cəzasına məhkum olacaq. 



Montekki, ledi Montekki ve Benvoliodan başqa 

hamı gedir. 

M o n t e k k i .  

Aranı kim qatdı yenə təzədən, 

Danış, qardaşoğlu, sən görə bildin? 

B e n v o l i o .  

Mən bura gələndə sizin düşmənin 

Nökərləri ilə bizim nökərlər Əlbəyaxa 

olub vuruşurdular. 

İstədim onlan aralayım mən, 

Bu zaman qaçaraq qudurğan Tibalt 

Gəlib başı üstə qılınc oynatdı. 

Dəng etdi söyüşlə qulaqlarımı, 

Qılıncla havanı kəsib doğradı, 

Hava da rişxəndlə fit çaldı ona. 

Elə ki, vuruşduq, səsə adamlar 

Yığışdı, qızışdı qılınc döyüşü. 

Bu vaxt Hersoq gəlib kəsdi döyüşü. 

L e d i   M o n t e k k i .  

Bəs Romeo hanı? Gördünmü bu gün? 

Yaxşı ki, sovuşdu o bu davadan. B e n v o l i o .  

Xanım, şərqin qızıl pəncərəsindən 

Günəş baxmamışdan bir saat əvvəl 



31 

downloaded from KitabYurdu.org




Ullyam Şckspir

 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Darıxıb mən evdən çıxdım gəzməyə. 

Şəhərdən qərbdəki o əncirlikdə 

Gördüm bu tezlikdə gəzir oğlunuz. 

Bir azca irəli addımlamışdım, 

O bilib gizləndi sıx, qalın yerdə. 

Mən özüm bilirəm, insanlar bəzən 

Təsəlli tapırlar yalqız qalanda. 

Onu izləmədim buna görə də, 

Məndən həvəs ilə qaçan adamdan 

Mən də həvəs ilə qaçdım uzağa. 

M o n t e k k i .  

Deyirlər o gəzir orda səhərlər

Çoxaldır ahıyla göydə buludu, 

İnci göz yaşıyla çəməndə şehi. 

Şərqdə yatan işıq ilahəsinin 

Qızıl yatağından qara örtüyü 

Günəş şəfəqiylə götürən kimi, 

Nurdan qaçır evə kədərli oğlum, 

Çəkilir gizlincə öz otağına, 

Tutur pərdə ilə pəncərələri 

Çevirir gündüzü zülmət gecəyə. 

Bunun səbəbini tapmasaq əgər, 

Oğlum bu zülmətdə məhv ola bilər. 

B e n v o l i o .  Buna səbəb nədir, möhtərəm əmi? 

M o n t e k k i .  Bilmirəm, heç nədən yoxdur xəbərim. 

B e n v o l i o .  Onu heç tutmusuz sorğu-suala? 

M o n t e k k i .  

Bəs necə, həm özüm, həm də dostlarım. 

O isə dərdini eşidir yalnız, 

Nə qədər haqlıdır, deyə bilmərəm. 

Ancaq elə sirli, qapalıdır ki, 

Müşküldür öyrənmək onun qəlbini. 

İçini qurd yeyən gül qönçəsitək 

Havaya yaymayır gözəl ətrini, 

Günəşə göstərmir ləçəklərini. 

Bu qəmin səbəbi olsaydı əyan, 

Tezliklə tapardıq biz ona dərman. 

 

32 

downloaded from KitabYurdu.org




B e n v o l i o .  

B i r   baxın, o gəlir, çəkilin yana, 

İndi mən öyrənim, nə olmuş ona. M o n t e k k i .  

Sənə tale özü eyləsin kömək, 

Öyrən həqiqəti. Xanım, biz gedək. 

Montekki və ledi Montekki gedirlər. Romeo daxil olur. 

B e n v o l i o .  Sabahın xeyir! 

R o m e o .  Nə? Məgər sabahdır? 

B e n v o l i o .  Vurdu yenicənə saat doqquzu. 

R o m e o .  

Necə də uzundur qəmli saatlar! 

İndi burdan gedən mənim atamdı? 

B e n v o l i o .  

Bəli! Əmioğlu, bir söylə görüm

Hansı qəm uzadır bu saatları? 

R o m e o .  Onları qısaldan gücün yoxluğu. 

B e n v o l i o .  Sevirsən? 

R o m e o .  Yoxluğu... 

B e n v o l i o .  Sevgi yoxluğu? 

R o m e o .  

Onun sevgisinin yoxluğu, bəli, 

Mən onu sevirəm, o sevmir ancaq. B e n v o l i o .  

Oh, sevgi zahirən nə qədər zərif, 

Daxilən nə qədər sərtdir, qəddardır. 

R o m e o .  

Məhəbbət kor olur, gözsüz də özü İstədiyi yerə 

aparır bizi. 

Harda nahar edək? Nəydi o hay-küy? Danışma, 

eşitdim hər şeyi özüm. 

Mənə nifrət qorxunc, sevgi dəhşətdir. 

Ah, rüsvayçı sevgi, ah, qəşəng nifrət, 

Ah, hər şey və heç şey, həm nur, həm zülmət. Ah, 

ağır yüngüllük, ciddi əyləncə, 

Gözəl niyyətlərin çirkin vəhdəti

33 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə