Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə12/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   8   9   10   11   12   13   14   15   ...   189

Uılyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Mantuyadaydınız onda ağamla. 

Görürsünüz, necə yaddaşım vardır, 

Məməni ağzına alantək uşaq 

Hiss etdi yovşanın acılığını. 

Döşümü buraxdı, yana dartındı, 

Yamanca turşutdu ağız-burnunu. 

Bu vaxt silkələndi göyərçin damı, 

Mə əmrə, nə hökmə yoxdu ehtiyac

Yerimdən sıçrayıb qaçdım kənara. 

O vaxtdan indiyə on bir il keçir. 

Onda ayaq üstdə dururdu körpə, 

Yox a, nə deyirəm, xaça and olsun, 

Onda qaçırdı o, yan basa-basa, 

Bir gün bundan qabaq yıxılmışdı bərk, 

Alnı yerə dəyib yaralanmışdı. 

Zarafatcıl idi rəhmətlik ərim, 

Allah şad eləsin onun ruhunu, 

Qızı qucağına götürüb dedi: 

“İndi yıxılırsan sən üzü üstə, 

Elə ki, böyüdün, a qəşəng qızım, 

Onda dalı üstə yıxılacaqsan. 

Elədirmi, Cüli?” Bu canım haqqı, 

Qızcığaz səsini kəsib, “hə” dedi. 

Zarafat necə də düşür yerinə! 

Min il yaşasam da, çıxmaz yadımdan, 

“Elədirmi, Cüli?” - dedi rəhmətlik

Daha ağlamayıb, o da “hə” dedi. 

L e d i   K a p u l l e t i . D i  qurtar söhbəti, bəsdir bu haqda. 

D a y ə .  

Yaxşı, xanım. Ancaq yada düşəndə 

Saxlaya bilmirəm gülməyimi mən. 

Möhkəm zədələnib şişmişdi alnı, 

Olmuşdu beçənin pipiyi boyda 

CJşaq acı-acı sızıldayırdı. 

“Bəli, qızım, - dedi rəhmətlik ərim, - 

İndi yıxılırsan sən üzü üstə, 

Elə ki, böyüdün, kamala doldun, 

 

42 

downloaded from KitabYurdu.org




Onda dalı üstə yıxılacaqsan. 

Elədirmi, Cüli?” Ağlamadı qız, 

İşə bax, səsini kəsib, “hə” dedi. C ü l y e t t a .  

Sən də səsini kəs, rica edirəm. 

D a y ə .  

Daha danışmaram. Qoy tanrı özü Səni 

pənahında saxlasın, qızım. 

Mənim böyütdüyüm gül balaların Ən gözəli 

sənsən. Arzum tək budur: Yaşayıb 

görəydim sənin toyunu. 

L e d i   K a p u l l e t i .  

Toy dedin, hə, elə Cülyetta, qızım, 

Gəlmişəm toy haqda danışım mən də. 

Bir de, ərə getmək istəyirsənmi? 

C ü l y e t t a .  Bu şərəf barədə düşünməmişəm. 

D a y ə .  

Sən şərəf söylədin! Ay bərəkallah, 

Heyif, süd ananam, yoxsa deyərdim, 

Ananın döşündən ağıl əmmisən. 

L e d i   K a p u l e t t i .  

Di indi fikirləş. Veronada, bax, 

Səndən gənc xanımlar artıq anadır. 

Sən yaşda mən səni çoxdan doğmuşdum. 

Sözü qısa deyim, bilirsən, qızım, 

Cəsur, igid Paris səni istəyir. 

D a y ə .  

Xanım qız, xanım qız, oğlan, nə oğlan! 

Yoxdur belə oğlan bütün dünyada. 

Elə bil, heykəldir, mumdan tökülüb. 

L e d i   K a p u l e t t i .  Görməyib Verona belə bir çiçək. D a y ə .  

Doğrudan, çiçəkdir, lap xalis çiçək. 

L e d i   K a p u l e t t i .  

De görüm, xoşuna gəlirmi qraf? 

Bu axşam olacaq ziyafətdə o. 

Gözəl bir kitabdır o gözəl insan

Gözəllik qələmi zinət vuranda Ondan 

qüdrətini əsirgəməyib. 

43 

downloaded from KitabYurdu.org




Uilyam 

Şckspir

 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Oxu bu kitabı, sən tap birbəbir, 

Qəşəng yazılann mənası nədir?! 

İncə cizgilərin öyrən sirrini, 

Necə tamamlayır biri-birini. 

Bir məna, bir hikmət olmasa aşkar

Onun cavabını gözlərdə axtar. 

Bu sevgi kitabı - təzə bir çələng, 

Qiymətli kitaba qəşəng cild gərək. 

Gözəldir gül bağda, balıq ümmanda, 

Zahir də, batin də qəşəng olanda. 

Nadir kitablann qızıl sözləri Qızıl 

naxışlarla oxşar gözləri. 

Qraf da hüsnünlə qəşəng görünər, 

Bundan kiçilməzsən sən zərrə qədər. 

D a y ə .  

Kiçilmək, yox bir a, böyümək, əşşi, 

Hə, canım, qadını kökəldir kişi. 

L e d i   K a p u l e t t i .  Kəsə de, könlünə yatırmı qraf? C ü l y e t t a .  

Nə deyim, mənimçün çətindir cavab. 

Sevgi yaranırsa, xoş baxış ilə, 

Mən ona baxaram nəvaziş ilə. 

Fəqət, əmrinizin çərçivəsindən Kənara 

çıxmaram bir addım da mən. 



Xidmətçi daxil olur. 

X i d m ə t ç i .   Xanım,  qonaqlar  gəldilər.  Yemək  verildi.  Sizi  çağı-

rırlar. Hamı kiçik xanımı soruşur. Mətbəxdə dayənin qarasınca söyüb 

rüsvay edirlər. Hər şey son dərəcə alt-üst olub. Mən gedib qonaqlara 

qulluq etməliyəm. Buyurun, bu saat gəlin. 

ÇXidmətçi gedir.)

 

L e d i   K a p u l e t t i .  Gəlirik. Cülyetta, qraf gözləyir. 



D a y ə .  

Get, qızım, bəxtini gözlətmə əbəs, 

Bu xoşbəxt günlərə xoşbəxt gecə gəz. 

Gedirlər. 

 

44 

downloaded from KitabYurdu.org



DÖRDÜNCÜ SƏHNƏ

 

Küçə. 

Romeo, Merkusio, Benvolio beş, ya altı nefer üzü maskalı, 

əli məşəlli adamla və başqaları ilə birlikdə gəlirlər. 

R o m e o .  

Necə? Təmtəraqlı nitqmi söyləyək, 

Yoxsa daxil olaq dinməz-söyləməz? B e n v o l i o .  

Belə uzunçuluq indi dəb deyil. 

Gözlərində qalın yun şal sarğısı, 

Əllərində nazik, ensiz taxtadan 

Düzəlmiş rəngbərəng tatar kamanı, 

Qarğaları qovan uyuqlar kimi

Qəşəng xanımları qorxuya salan 

Kupidona yoxdur ehtiyacımız. 

Yerdən suflyorun köməyi ilə Səhnədə 

birtəhər şeir söyləyən Aktyor da bizə 

gərək deyil heç. 

Nə hesab edirlər etsinlər bizi, 

Bir azca rəqs edib, çıxıb gedərik. 

R o m e o .  

Mənə məşəl verin, rəqs bacarmaram. 

Könlümdə qaranlıq tutqunlaşsa da, Sizə nurlu məşəl 

tuta bilərəm. M e r k u s i o .  

Yox, dostum, bizimlə oynamalısan. 

R o m e o .  

Mən yox, mümkün deyil, inanın mənə. 

Sizin başmağınız yüngüldür, fəqət Mənim ürəyimdə 

dərd qurğuşundur. Tərpənib durmağa qoymur 

yerimdən. M e r k u s i o .  

Axı, sən aşiqsən. Eşq tanrısından 

Yerdən uçmaq üçün bir cüt qanad al. 



45 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə