Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə10/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   6   7   8   9   10   11   12   13   ...   189

Uılyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qurğuşun bir lələk, aydın bir tüstü

Boş məna, soyuq od, xəstə sağlamlıq! 

Yuxusuz bir yuxu, daş kimi mürgü! 

Budur mənim eşqim, o müdhiş sevgi. 

Sən buna gülmürsən? 

B e n v o l i o .  

Yox, əmioğlu, 

tirəyim ağlayır. 

R o m e o .  Neçin, qardaşım? 

B e n v o l i o .  Sənin könlündəki dərdə, nisgilə. 

R o m e o .  

Günahlar törədir məhəbbət elə. 

Ağır qəm yükündən əsir bədənim

Dərdinlə dərdimi artırdın mənim. 

Qayğınla inlətdin qəm-qubanmı, 

Daha çox göynətdin yaralarımı. 

Məhəbbət yanıqlı ahdır, amandır, 

Odlu ürəklərdən qalxan dumandır. 

Elə ki, kənara dağılar, uçar, 

Aşiqlər gözündə Günəş nur saçar. 

Elə ki, toplaşar ürəkdə, qanda, 

Dəryalar alışar göz yaşlarında. 

Məhəbbət ağıllı bir dəlilikdir, 

Acıdır zəhərdən, şirindir baldan. 

Hələlik, qardaşım! 

B e n v o l i o .  

Səbir elə bir an, 

Dayan, mən də gəlim, tək getsən əgər, 

Sənin müsibətin məni məhv edər. 

R o m e o .  

Eyvah! İtirmişəm özümü tamam, 

Romeo, hanı o, ah, mən hardayam? 

B e n v o l i o .  Sən gəl ciddi danış, kimi sevirsən? 

R o m e o .  Necə? İnildəyim, zarıyım gərək. 

B e n v o l i o .  

İnildəmək niyə, zarımaq niyə? 

Mənə ciddi de ki, kimdir sevdiyin? 

 

34 

downloaded from KitabYurdu.org




R o m e o .  

Vəsiyyət etməyi xəstə adamdan Ciddi 

tələb etmək yamandır, yaman. Hə, ciddi sevirəm 

mən bir qadını. B e n v o l i o .  Duymuşdum, düz 

dəydi oxum nişana. R o m e o .  

Sən bir nişançısan - çox mahir, zirək, O 

qadın olduqca qəşəngdir, qəşəng. B e n v o l i o .  

Qəşəng də vurarlar qəşəng nişanı. R o m e o .  

Yanıldın, sözündə həqiqət hanı? 

Qalıb Diananın saflığı onda, 

Onu vura bilməz heç Kupidon da. 

O dürrün bəkarət zirehi - almaz

Ona məhəbbətin oxları batmaz. 

Onu şirin sözlər salmaz kəməndə, 

Alovlu baxışlar yandırmaz odda, 

Qızıl da, daş-qaş da aldada bilməz. 

Ən zəngin malikə odur dünyada, 

Əvəzsiz sərvəti gözəlliyidir. 

Fəqət bu sərvəti - bu gözəlliyi Aparar 

özüylə zülmət məzara. B e n v o l i o .  Yoxsa, and içib 

ki, bakir qalacaq? R o m e o .  

Bəli, xəsislikdən hədər solacaq. 

Saflığı hüsnünü salıb zindana, 

Vermir gözəlliyi övladlarına. 

Olduqca ağıllı, qəşəngdir o qız, 

Qalmışam çarəsiz, ümidsiz, yalqız. Ölmüşəm, son 

dəfə dərdli ürəyim Vurur ki, bu dərdi sənə söyləyim. 

B e n v o l i o .  Eşit sözlərimi, gəl, unut onu. R o m e o .  

Öyrət unutmağı sən mənə, öyrət. B e n v o l i o .  

Azadlıq, sərbəstlik ver gözlərinə

Başqa gözəllərə diqqət ilə bax. 

35 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

R o m e o .  



Bu daha da gözəl göstərər onu. Qəşəng 

xanımların üzündən öpən Xoşbəxt 

maskaların zülmət qoynunda Günəş 

üz axtarır baxışlarımız. 

Korlar itirdiyi göz işığını Əvəzsiz 

sərvəti unuda bilməz. 

Dünya gözəlini sən göstər mənə, 

Hüsnünə baxdıqca görəcəyəm ki, Daha 

çox gözəldir mənim ilahəm. Hələlik, 

mən getdim. Ah, bu dünyada Mənə 

unutmağı kim öyrədər, kim?! Gərək 

dərd içində ömrüm puç olsun. 

B e n v o l i o .  

Qoy səni öyrətmək mənə borc olsun. 



Hər ikisi gedir. 

İKİNCİ SƏHNƏ

 

Küçə. 

Kapuletti, Paris və nökər gəlirlər. 

K a p u l e t t i .  

Montekki mənimtək cərimələndi. 

Məncə, bizim kimi yaşlı adama Dinc, 

rahat yaşamaq çətin olmazdı. 

P a r i s .  

Hörmət sahibisiz hər ikiniz də, 

Heyif, çoxdan bəri çəkişirsiniz. 

İndi cavabınız mənə nədir bəs? 

K a p u l e t t i .  

Əvvəl nə demişdim deyirəm yenə, 

Mənim ciyərparəm hələ uşaqdır. Onun 

hələ yoxdur heç on dörd yaşı, 

36 

downloaded from KitabYurdu.org




Qoy iki bahar da gül açıb solsun, 

Gül balam yetişib gəlinlik olsun. 

P a r i s .  Ondan daha gənclər ana olurlar. 

K a p u l e t t i .  

Tezcə  yetişənlər  tez  də  solurlar. 

Bütün  ümidimi  uddu  bu  torpaq, 

Yeganə  ümidim  qızımdır  ancaq. 

Onunla  danışın,  mehriban  Paris, 

Çalışın, könlünü ələ alın siz. 

Onun arzusudur mənim hər arzum

ürəkdən razıyam razısa qızım. 

Köhnə bir adətə edib ehtiram, 

Qonaqlıq verirəm mən də bu axşam. 

Qonağım gələcək dəstəbədəstə, 

Buyurun, yeriniz gözlərim üstdə. 

Qonaq çoxaldıqca şənlənər məclis, Siz 

kasıb evimdə aləm görərsiz. Göyün 

çırağını kölgədə qoyan Canlı 

ulduzlara olarsız heyran. 

Yazın ilk sevinci, ilk müjdəsitək, 

Füsunkar aprelin tər qönçəsitək Canlı 

qönçələrə nəzər salarsız, Hüsnündən, 

səsindən ləzzət alarsız. Seçin özünüzə 

tale ulduzu, 

Sevin ən layiqli, ən gözəl qızı. 

Qızım elə gözəl olmasa da, bax, 

Onların sayını artırar ancaq. 

Di gəlin, gedəyin! 



(Xidmətçiyə bir kağız verərək) 

Ey sən, qaç, tələs! 

Bütün Veronanı başdan-başa gəz, 

Çağır adı burda yazılanları, 

De ki, gözləyirik axşam onları. 



Kapuletti ilə Paris gedirlər. 

N ö k ə r .  

“Çağır adı burda yazılarılan! 

Çağır adı burda yazılanları!” 



37 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə