Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə6/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   2   3   4   5   6   7   8   9   ...   189

lakin onun bütün bu xüsusiyyətləri çirkin əməllərini həyata keçirmək 

işinə yönəldilmişdir. 

“Kral  Lir”  faciəsinin  mövzusunu  Şekspir  Hollinşedin  xronika- 

lanndan  götürmüşdür.  Bu  rəvayətdə  Lir  və  Kordeliya  uzun  keşmə- 

keşlərdən  sonra  qalib  gəlir  və  mükafatlandırılır,  sərbəst  həyat  sürür, 

varlı yaşayan  cəmiyyətə  qovuşurlar.  Şekspirin  əsərinin  qəhrəmanları 

isə  onları  əhatə  edən  cəmiyyətdən  daha  yüksəkdə  durur,  onun 

mənəvi-əxlaqi  dəyərini,  ideallarım  rədd  edirlər.  Şekspir  bu  süjetə 

təlxək  obrazmı  da  əlavə  etmişdir.  Bu  əsərdə  biz  iki  Lir  görürük.  Nə 

qədər  ki  Lir  taxt-tac  sahibidir,  o,  zülmkardır,  sərtdir,  qəzəblidir, 

feodal  əxlaq  normalarından  çıxış  edir.  O,  qızlarını  məcbur  edir  ki, 

yalan  desinlər,  onu  tərifləsinlər.  Qızlar  da  atalan  kimi  zalımdırlar. 

Lakin  bu  sərtliyə  xəsislik  də,  hiylə  də  əlavə  olunmuşdur.  Atalarında 

isə bu keyfiyyət yoxdur. 

Kordeliya,  bir  humanist  kimi,  yeni  dövrün  adamıdır.  Kordeliya 

atasmın qəzəbinə düçar olub, varislik hüququndan məhrum olacağını 

gözünün  qabağına  gətirsə  də,  yalan  danışa  bilmir,  atasını  yalnız  bir 

övlad  məhəbbəti  ilə  sevdiyini  bəyan  edir.  Lakin  əsl  hiss  elə  məsum 

qadının  qəlbində  imiş.  Atası  ondan  üz  döndərsə  də,  onu  hər  şeydən 

məhrum etsə də, o yenə atasını dərin, incə bir məhəbbətlə sevməkdə 

davam  edir.  Kordeliya  özünün,  saxtakar,  ikiüzlü  bacılarından  fərqli 

olaraq,  səmimidir,  doğru  söz  deməkdən  çəkinmir.  O,  öz  atasını, 

həqiqətən, sevir, hətta atasmın ona qəzəblənməsindən əsla incimir və 

Lirin ən ağır günündə qolundan tutur. 

ikinci Lir əsl insandır! Əsərin axınnda çətinliyə düşdükdə, təhqir 

olunduqda,  xalqın  acınacaqlı  vəziyyətini  gördükdə,  onda  bu  vaxta 

kimi gizli qalmış yüksək insani keyfiyyətlər baş qaldırır. O, öz həyat 

yolunu gözü önündən keçirir, həyatı, cəmiyyəti dərk edir. Bu əsərdə 

Şekspir müxtəlif ictimai qrupların bir-birindən fərqləndiyini göstərir. 

Əsərdə  köhnə  cəngavərlik  şərəfini  qoruyanlar-Lir,  Qloster,  Kent, 

Albani  və  buıjua  mənəviyyatım  təmsil  edənlər  -  Qonerilya,  Reqana, 

Edmund,  Komuol  təsvir  edilmişdir.  Bu  iki  dünyanın  nümayəndələri 

arasında  qızğın  mübarizə  gedir.  Şekspir  göstərir  ki,  Lirin  gücü, 

qüdrəti onun kral titulunda deyil, dövlət, torpaq sahibi olmasındadır. 

Təkcə  kral  titulu  ilə  kifayətlənib,  öz  torpaqlarım  qızları  arasında 

bölüşdürdükdən  sonra  onun  gücü  azalır.  Malikanələri,  torpaqları 

əlindən  çıxmış  kral  dilənçi  halına  düşür.  Ancaq  Kent,  qızı  Kordeliya 

və təlxək axıra kimi Lirə sadiq qalırlar. 



17 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Faciədə təlxəyin xüsusi rolu var. O, öz acı sözləri və atmacaları ilə 



insanlar  arasında  olan  münasibətlərin  mahiyyətini  açıb  göstərir. 

Qlosterin  taleyi  Lirin  taleyindən  daha  dəhşətlidir.  Qeyri-qanuni 

doğulmuş  oğlu  Edmund  atasına  qarşı  çıxır,  qardaşı  Edqan  və  atasım 

sürgün edir. Əsərin sonunda xeyir qüvvələr şər qüvvələrə qalib gəlir. 

“Maqbet” faciəsi R.Hollinşedin “İngiltərə, Şotlandiya və İrlandiya 

xronikalan”  əsəri  əsasmda  yazılmışdır.  Maqbeti  qatil  və  zalım  edən 

cəmiyyətdə  insanlar  arasında  mövcud  olan  ziddiyyətlərdir.  Maqbet 

özünün  gücünə,  qabiliyyətinə  və  bacarığına  inanır.  Lakin  o,  eyni 

zamanda  əmindir  ki,  bütün  bu  üstünlüklərinə  baxmayaraq,  özünə 

layiq mənsəbə çatmamışdır, odur ki, məqsədinə yetmək üçün cinayətə 

əl atır, qan axıdır. Əsərin əvvəlində Maqbet tamaşaçılara Şotlandiyanın 

düşmənlərinə  qalib  gəlmiş,  cəsur  və  xoştəbiətli  sərkərdə  kimi  təqdim 

edilir.  O,  qəhrəmanlığına  görə  şöhrət  qazanmışdır.  Maq-  betin 

hərəkətlərində  daim  xeyirlə şər bir-birini  əvəz  edir.  Cadugər bacıların 

söylədikləri  onun  qara  fikirlərinə  təkan  verir.  Elə  bil  ki,  cadugərlər 

Maqbetin özünün arzularıdır - dil açıb danışırlar. Maqbetin cinayətləri 

öz  iradəsinin  bəhrəsidir,  fövqəladə  bir  qüvvənin  təsiri  deyil.  Maqbet 

heç  bir  çətinlikdən  qorxmur,  onu  lərzəyə  gətirən  yeganə  şey  öz 

vicdanıdır. Dunkanı öldürdükdən sonra daim əzab çəkir. Ledi Maqbet 

öz  ərini  dahi  hesab  edir.  O  istəyir  ki,  əri  Şotlandiyanın  kralı  olsun. 

Maqbet  mənəvi  sarsıntılar keçirərkən  arvadı  daim  ona  arxa  olur.  Ledi 

Maqbetin  fikrincə,  insan  əllərinin  qanmı  yuyan  kimi,  cinayət  yaddan 

çıxacaq.  Lakin  bu  mümkün  olmur.  Maqbetin  ölümündən  sonra  o  da 

özünü öldürür. 

Şekspir  yaradıcılığının  üçüncü  dövründə  yazılmış  əsərlərdə 

fantastika  və  reallıq  birləşir,  folklor  motivləri,  utopik  hadisələr  təbiət 

mənzərələri fonunda  verilir.  Bu  dövrdə  yazılmış  “Perikl”,  “Simbelin”, 

“Qış  nağılı”,  “Fırtına”  yeni  estetik  keyfiyyətli  əsərlərdir.  Bu  əsərlərdə 

tragik  komediya,  pastoral,  dram  və  alleqoriya  janrlarından  istifadə 

edilmişdir.  Şekspirin  ədalətli  cəmiyyət  görmək  arzusu  “Fırtına” 

əsərində  fantastik  bir  süjetlə  verilmişdir.  Gəmi  qəzasından  sonra  bir 

adaya  düşmüş  Qonzalo  burada  hər  şeyi  yeni  əsaslar  üzrə  qurmaq 

istəyir.  O,  məhkəmə  və  məmur  rütbələrini  ləğv  etmək,  yoxsulluğu  və 

zənginliyi aradan qaldırmaq niyyətindədir. Lakin Qonzalo ağlasığmaz 

fikirlər  de  söyləyir.  O,  ticarəti,  elmi  və  əməyi  də  aradan  qaldırmaq 

istəyir, insanlara ancaq təbiətin verdiyi nemətlərlə yaşamağı təklif edir. 

On iki il əvvəl Milanda 

18 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə