Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə4/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   2   3   4   5   6   7   8   9   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

“Venesiya taciri”, “Vindzor cici-bacılan”, “Heç nədən hay-küy”, “Necə 



istəsəniz”,  “On  ikinci  gecə  və  yaxud  istədiyiniz  kimi”  komediyalarını 

yazmışdır. 

Yaradıcılığının  ikinci  dövründə  (1601-1608)  Şekspir  tragik 

münaqişələrdən  və  qəhrəmanlardan  bəhs  edən  faciələr  yazmışdır: 

“Hamlet”,  “Otellə”,  “Kral  Lir”,  “Maqbet”,  “Antoni  və  Kleopatra”, 

“Karolian”,  “Afinalı  Timon”.  Bu  dövrdə  yazılan  komediyalar  birinci 

dövrdəkilərdən fərqlənir. Burada artıq əvvəlki komediyalarda olan şən 

əhval,  nikbinlik  hiss  olunmur.  Əksinə,  onlarda  bir  qədər  tragik 

ünsürlər  gözə  çarpır:  “Troil  və  Kressida”,  “Tədbirə  qarşı  tədbir”, 

“Xeyirlə qurtaran hər iş yaxşı olar” və “Perikl”. 

Üçüncü  dövrdə  “Simbelin”,  “Qış  nağılı”  və  “Fırtına”  tragiko-

mediyaları  (1608-1612)  yazılmışdır.  Bu  əsərlərdə  fantaziya  və 

alleqorizm özünü büruzə verir. 

Şekspirin  sonetləri  İngiltərədə  İntibah  dövrü  poeziyasının  ən 

yüksək zirvəsini və dünya poeziyası tarixində dönüş mərhələsini təşkil 

edir. Bir şair kimi, Şekspirin lirik dühası sonetlərdə özünü daha aydın 

göstərir.  Onun  sonetlərində  məhəbbət  və  dostluq,  vəfa  və  xəyanət, 

səmimilik  və  riyakarlıq  kimi  mövzular  əksini  tapır.  Şekspir 

sonetlərində  təsvir  olunan  gözəl  realdır,  təbiidir;  yalan  təş-  beh  şairin 

poetikasına  yaddır.  Şekspir  öz  sonetlərində  göstərir  ki,  həyatsevərlik, 

dostluq  və  sevgi  insanın  təbiətindən  doğan  keyfiyyətdir,  məhvedici 

zaman onu poza bilməz. İnsan zamana öz qabiliyyəti, bacarığı ilə qalib 

gəlir. Gözəllik heç zaman ölmür. 

Yaradıcılığının  birinci  dövründə  yazdığı  “Romeo  və  Cülyetta” 

əsərində  Şekspir  İntibah  adamının  feodal  qayda-qanunlarına  qarşı 

mübarizəsini  təsvir  edir:  Kapuletti  və  Montekki  ailələri  arasındakı 

düşmənçilik  hələ  qədimdən  mövcuddur.  İki  düşmən  ailəyə  mənsub 

olan  gənclər  bir-birinə  vurulur,  sonradan  isə  hansı  ailəyə  mənsub 

olduqları aşkara  çıxır.  Lakin  Romeo  və  Cülyettam  bir-birinə  bağlayan 

ülvi  məhəbbət  orta  əsrlərin  adət-ənənələrinin  ətalətini  qıra  bilmir. 

Onlar uzun illərdən bəri davam edən və artıq qocalan cana gətirmiş iki 

ailə  arasındakı  düşmənçiliyi  dəf  edə  bilmirlər.  Romeo  təbiətcə  azad 

şəxsiyyətdir. O, öz dostlan ilə birlikdə olanda həyatsevərdir. Merkusio 

onun  ən  yaxm  dostudur.  Cülyettaya  qarşı  məhəbbəti  Romeonu  daha 

da  cəsarətli  edir.  Öz  məhəbbəti  üçün  Romeo  mübarizdir,  fəaldır  və 

qətiyyətlidir. Cülyettanın ölümünü o, mərdliklə qarşılayır, Cülyettasız 

onun üçün həyat yoxdur. Cülyettanın 

12 

downloaded from KitabYurdu.org




paklığı,  sədaqəti  onun  məhəbbəti  ilə  aşkar  olur.  Romeonun  ölü-

mündən  sonra  onun  gözündə  həyat  mənasız  olur  və  o,  mərdliklə 

ölümü  seçir.  Cülyetta  ən  gözəl  və  pak  bir  qadın  obrazı  kimi  təsvir 

olunmuşdur.  O,  təkcə  ailə  ənənələrinə  qarşı  deyil,  bütün  feodal 

qayda-qanunlarına  qarşı  üsyan  edir.  O,  şəhərdən  sürgün  edilmiş 

Romeo  ilə  bir  daha  görüşə  bilməyəcəyini  ağlına  belə  gətirmir.  Lakin 

o,  əmioğlusunu  öldürmüş,  ailəsinin  qan  düşməni  Romeodan  heç 

zaman  əl  çəkməyəcəyinə  əmindir.  Atasının  gənc  zadəgan  və  varlı 

Parisə ərə getmək təklifini rədd etdikdən sonra Cülyettanın  ən yaxm 

sirdaşı  olan  dayəsi,  Romeo  ile  məhəbbətin  baş  tutmayacağı  fikrini 

təlqin edəndə Cülyetta ona da nifrət edir, onu lənətləyir: 

Ey qoca ifritə! O! Mənfur iblis! 

Əhdin sınmasını belə istəmək, 

Ya da eyni dillə eyni adamı Yüz yol tərif 

edib, belə pisləmək Ən müdhiş, ən 

qorxunc günah deyilmi? 

Get, get, məsləhətçim, get, bundan sonra 

Bizim aramızda bir uçurum var. 

Rahibin yanma gedirəm indi. 

Əgər tapılmasa bu derdə derman, 

Ölməyə cürətim çatar o zaman. 

(Tərcümə S.Mustafanındır) 

Bu  faciədə  Lorensio  dini  fanatizmdən  uzaq,  humanist  bir  alim 

kimi  verilmişdir.  Rahib  olmasına  baxmayaraq,  o,  yeni  əhvali-ruhiy-

yəni  düzgün  qiymətləndirə  bilir.  Lorensio  Romeo  və  Cülyettanı 

fəlakətdən qurtaracağına inanır, onların gizli kəbinlərini kəsir, onlara 

hər cür kömək edir. 

Əsərdə  Merkusio  ən  parlaq,  xeyirxah  və  sadiq  dost  kimi  təsvir 

edilmişdir.  Romeo  və  Cülyetta  köhnə  dünya  ilə  mübarizədə  məğlub 

olur. Lakin bu məğlubiyyət köhnə düşmənləri barışdırır. İnsanın təbii 

arzu  və  istəkləri,  səmimi  hisslər,  pak  məhəbbət  feodal  adət  və 

ənənələrinə, feodal əxlaqı prinsiplərinə qalib gəlir. Nahaq deyildir ki, 

bəzi  tədqiqatçılar  “Romeo  və  Cülyetta”  dramım  nikbin  faciə  hesab 

etmişlər. 

13 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Şekspir  komediyaları  komik  xarakterlərlə,  komik  hadisələrlə  bir-



birini  tamamlayır. “Səhvlər komediyası”nda  Şekspir insanı  öz  səadəti 

uğranda çarpışmağa çağırır. Öz arvadım və oğlunu itirmiş qoca Ekon 

rahatlıq tapa bilmir, daim öz axtarışlarını davam etdirir, təsadüfən olsa 

da,  məqsədinə  nail  olur.  Əkiz  qardaşlar  xarakterləri  etibarilə  bir-

birindən  fərqlənirlər.  Sirakuzalı  Antifol  təbiətcə  çılğındır,  hər  şeydən 

küsəndir.  Efesli  Antifol  isə  işgüzardır,  ayıqdır,  özünü  təmkinli  aparır. 

Şekspirin  bütün  komediyaları  kimi,  bu  komediya  da  nikbin  sonluqla 

bitir. 


“İki  veronalı  əsilzadə”  komediyasının  süjetini  Şekspir  Monta- 

maynn  ispanca  yazılmış,  sonralar  ingiliscəyə  çevrilmiş  əsərindən 

götürmüşdür. Komediya müxtəlif ziddiyyətlərin toqquşması üzərində 

qurulmuşdur. Əsərdə dostluq xudpəsəndlik və ehtirasla üz- üzə gəlir, 

nəticədə  qalib  çıxır.  Dramaturq  üçün  son  dərəcə  yaxm  olan  dostluq 

ideyası  sonralar onun  digər  əsərlərində,  xüsusilə  “Hamlet”  faciəsində 

öz yüksək bədii həllim tapmışdır. Yenilməz dostluq ideyası iki gəncin - 

Valentin  və  Proteyin  simasında  təcəssüm  olunmuşdur.  Protey 

xudpəsənddir,  bu  da  onu  xəyanətə  və  yalançılığa  sövq  edir.  Valentin 

nəcib  təbiətlidir,  fədakardır,  onu  əhatə  edən  adamların saxtakarlığına 

dözmür.  O,  meşəyə  gedir,  ətrafına  qaçaqları  toplayır,  onlara  başçılıq 

edir.  Əsl  xalq  qəhrəmanı  kimi  kimsəsizlərə,  yoxsullara,  kasıblara, 

qadınlara  kömək  edir.  Əsərdə  Culya  Proteyin  məhəbbətinə  sadiq, 

fədakar bir qız kimi təsvir olunur. Bu komediyada təlxək Louns obrazı 

daha qabarıqdır. 

“Venesiya  taciri”  pyesinin  süjetini  Şekspir  XIV  əsr  İtaliya  xro- 

nikalanndan  götürmüşdür.  Bu  əsərdəki  əsas  obrazlardan  biri  olan 

Şeylokun  simasmda  Şekspir  millətçiliyi,  guya,  yəhudilərə  əzəldən 

məxsus olan yamanlıq ideyasını pisləyir, lakin eyni zamanda bu obraz 

vasitəsilə  yaranmaqda  olan  burjuaziyanın  mənfur  keyfiyyətlərini 

dünya  ədəbiyyatında  misli  görünməmiş  bir  uzaqgörənliklə  ifşa  edir. 

Əsərin sonunda humanizm ideyaları qalib gəlir. 

Yaradıcılığının  ikinci  dövründə  Şekspir  başlıca  olaraq  faciə 

əsərləri yazır. Şekspir faciələri İntibahın son dövrünə təsadüf edir. Bu 

dövr  mütləqiyyətin  qələbəsi,  dini  mövqeyin  möhkəmlənməsi,  əmək 

bölgüsünün  yaranması  ilə  səciyyələnir.  İndi  buıjua  münasibətləri 

İntibah  nümayəndələrinin  əsas  tənqid  hədəfinə  çevrilir.  Humanist 

idealla  gerçəklik  arasında  olan  uçurum  onların  əsərlərinin  əsas 

mövzusu olur. Şekspir bu dövrdə cəmiyyətin pozğunluğunu, 

14 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə