Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə8/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   4   5   6   7   8   9   10   11   ...   189

 

Uilyam Şcfıspir

 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

PROLOQ 



X o r   gəlir. 

X o r .  

Veronada iki nəcib ailə Köhnə 

ədavətlə alışdı-yandı. Paxıllıq 

təzədən döndü gur selə, Əllər qana 

batdı, qana bulandı. Düşmən 

nəsillərdə cüt-qoşa ulduz Verdi 

ürəyini saf məhəbbətə. Onlann 

taleyi dönük, uğursuz, Həlakı son 

qoydu bu ədavətə. Nakam aşiqlərin 

müdhiş ölümü, Bədbəxt ataları 

titrədən fəsad, 

Ağır peşmançılıq, bəxtin zülmü 

Alar vaxtınızı ikicə saat. 

Əgər tamaşaya diqqət versəniz

Səhvsiz göstərməyə çalışarıq biz. 



Xor gedir. 

26 

downloaded from KitabYurdu.org




BİRİNCİ FƏRDƏ 

BİRİNCİ SƏHNƏ

 

Veronada bir meydan. 

Qılınc və qalxan qurşamış S a m s o n v ə Q r e q o r i  gəlirlər. 

S a m s o n .  Qreqori, bax ha, biz buradan kömür aparmayacağıq. 

Q r e q o r i .  Yox, canım, onda biz alçalıb kömürçü olarıq ki! 

S a m s o n .   Mən  demək  istəyirəm  ki,  əgər  onlar  qanımızı  qaralt- 

salar, biz qanıqara getməyəcəyik, qılınclar işə düşəcək. 

Q r e q o r i .  Hə, dostum, nə qədər sağsan, başını dik tut. 

S a m s o n .   Mən  coşdum,  qurtardı,  kim  gəldi,  fərqi  yoxdu,  tez 

vururam. 

Q r e q o r i .   Ancaq  bir  əngəli  var,  tez  vursan  da,  səni  tez  coş-

durmaq çox çətin məsələdir. 

S a m s o n .   Montekki  nəslinin  hətta  iti  də  məni  hirsləndirib  coş-

dura bilər. 

Q r e q o r i .   Coşmaq  yerindən  tərpənmək  deməkdir.  İgidlik  isə 

yerində dayanmaqdır. Birdən yerindən tərpənəndə dabanına tüpürüb 

əkilərsən, ha... 

S a m s o n .  Əgər o nəslin iti məni acıqlandırıb coşdursa, yerimdə 

möhkəm  dayanacağam.  Montekkilərdən  olan  hər  bir  kişinin  və  ya 

qızın önündə divar olsa belə, bir həmlədə yerindən götürəcəyəm. 

Qr e q or i. Bu göstərir ki, sən zəif bir qulsan, çünki yalnız zəiflər 

divara sığınırlar. 

S a m s o n .   Bu  doğrudur.  Qadınlar  zəif  olduqları  üçün  həmişə 

divara qısılırlar. Buna görə mən də Montekkilərin kişilərini divardan 

atacaq, qızlannı isə divara qısacağam. 

27 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Q r e q o r i .   Bir  de  görüm,  ağalarımız  vuruşur,  yoxsa  onların 



nökərləri - biz, hə? 

S  a  m  s  o  n.  Mənim  üçün  hamısı  birdir.  Bu  gün  necə  bir  yırtıcı 

vəhşi olduğumu hamıya göstərəcəyəm. Kişilərə divan tutacaq, qızlara 

qarşı amansız olacağam. Mən onların başını kəsəcəyəm. 

Q r e q o r i .  Qızların başını? 

S a m s o n . H ə ,   qızların  başını  və  ya  onlann  bəkarət  mücrüsünü. 

Necə istəyirsən, elə də başa düş. 

Q r e q o r i .  Qoy onu hiss edənlər başa düşsün. 

S  a  m  s  o  n.  Onlar  mənim  dayanmaq  qabiliyyətimi  yaxşı  hiss 

edirlər. Bilirlər ki, necə gözəl bir vücudam. 

Q r e q o r i .   Yaxşı  ki,  balıq  deyilsən.  Balıq  olsaydın,  ancaq  durna 

balığı  olardın.  Cəld  tərpən,  qılıncını  hazır  tut.  Odur,  iki  nəfər 

Montekkinin evindən buraya gəlir. 

Abram və Baltazar daxil olurlar. 

S  a  m  s  o  n.  Elə  bil  ki,  qılıncı  sıyırmışam.  Sən  aranı  qat,  dalında 

durmuşam. 

Q r e q o r i .  Necə? Dalımda daldalanıb qaçırsan? 

S a m s o n. Sən məndən qorxma. 

Q r e q o r i .  Yox bir, mən səndən qorxuram?! 

Sam  s o n .   Elə  edək  ki,  qanun  bizim  tərəfimizdə  olsun.  Qoy 

davanı birinci onlar başlasınlar. 

Q r e q o r i .   Onlann  yanından  keçəndə  mən  ağız-bumumu  əyə-

cəyəm. Qoy istədikləri kimi də yozsunlar. 

S a m s o n. İstədikləri kimi yox, cəsarət etdikləri kimi. Mən onlara 

dil çıxardacağam. Onlar buna dözsələr, rüsvay olacaqlar. 

A b r a m .  Siz bizə dil çıxardırsınız, cənab? 

S a m s o n. Mən öz dilimi çıxardıram, cənab. 

A b r a m .  Siz bizə dil çıxardırsınız, cənab? 

S a m s o n (



Qreqoriyə yavaşca). 

Hə, desəm, qanun bizim tərəfimizdə 

olarmı? 

Q r e q o r i  (



Samsona yavaşca). 

Yox.


 

S a m s o n. Yox, cənab. Mən dilimi sizə çıxarmıram. Dil mənim-

dir, istəyirəm, çıxardıram. 

Qr e q o ri. Siz dava axtarırsınız, cənab? 

A b r a m .  Mən? Xeyr, cənab. 

28 

downloaded from KitabYurdu.org




S a m s o n. Əgər dava axtarırsınızsa, mən sizin hüzurunuzda 

hazır. Mənim ağam sizin ağanızdan əskik adam deyil. 

A b r a  m .  Artıq da deyil. 

S a m s o n. Nə deyirəm, cənab. 

Q r e q o r i  

(Samsonayavaşca). 

De ki, artıqdır. Odur, ağamızın 

qohumlarından biri buraya gəlir. 

S a m s o n. Artıqdır, cənab. 

Ab r a m. Yalan deyirsiniz. 

S a m s o n. Kişisiniz, qılıncınızı çəkin. Qreqori, göstər onlara öz 

güclü zərbəni. (

Vuruşurlar

.) 


Benvolio daxil olur. 

B e n v o l i o .  

Saxlayın qılıncı, durun, axmaqlar, 

Nə iş tutursunuz, heç bilirsiniz?! 



Onların silahlarını qılıncla vurub salır. Tibalt gəlir. 

T i b a l t .  

Necə? Vuruşursan gədə-güdəylə, 

Benvolio, bəri dön, ölümünə bax! 

B e n v o l i o .  

Vuruşuram yalnız banşıq üçün. 

Qılıncı qına qoy, ya da qılıncla 

Kömək et, onları aralayaq biz. 

T i b a l t .  

Vuruşub danışma, gəl barışıqdan, 

Cəhənnəmə, bütün Montekkilərə, 

Bir də sənə nifrət etdiyim kimi

Mən nifrət edirəm banşığa da. 

Hazırlaş, al gəldi, qorxağın biri. 



Vuruşurlar. 

Hər iki nəslin tərəfdarları gəlib vuruşanlara qoşulurlar. 

Sonra şəhərlilər əllərində dəyənək və balta daxil olurlar. 

Ş ə h ə r l i l ə r .  

Vurun, kötəkləyin, döyün bunları, 

Ölsün Montekkilər, Kapulettilər! 



29 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə