Azərbaycan Respublikasının Seçki Məcəlləsi


İyirmi səkkizinci fəsil. Milli Məclisin deputatını mandatdan məhrumetmə və Milli Məclisə əlavə seçkilərin keçirilməsi



Yüklə 1,1 Mb.
səhifə13/16
tarix31.08.2018
ölçüsü1,1 Mb.
#65653
1   ...   8   9   10   11   12   13   14   15   16

İyirmi səkkizinci fəsil. Milli Məclisin deputatını mandatdan məhrumetmə və Milli Məclisə əlavə seçkilərin keçirilməsi

Maddə 175. Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi

175.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

175.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 3-cü bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə tərəfindən qəbul edilir.

175.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. Mərkəzi Seçki Komissiyasının qərarından müvafiq məhkəməyə şikayət verilə bilər.



Maddə 176. Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi

176.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci və 5-ci bəndləri ilə müəyyənləşdirilmiş əsaslar olduqda, bu Məcəllənin 175.3-cü maddəsi ilə müəyyənləşdirilmiş qaydada birmandatlı seçki dairəsi üzrə seçilmiş deputatın deputat mandatından məhrum edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq qəbul edilir.

176.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar mütəxəssislərdən ibarət qrup yarada bilər.

176.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü və 5-ci bəndlərində göstərilən hallarda qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır; həmin maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda, müvafiq qərarın (hökmün) qanuni qüvvəyə minməsi günündən deputat mandatından məhrum edilmiş sayılır.

176.4. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində bu Məcəllənin 145-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir.

176.5. Boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə bilməz.

176.6. Əlavə seçkilər keçirilərkən birmandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların qeydə alınması, digər seçki hərəkətləri bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

VI bölmə. Azərbaycan Respublikası Prezidentinin seçkiləri

İyirmi doqquzuncu fəsil. Azərbaycan Respublikası Prezidentinin seçkilərinə aid ümumi müddəalar

Maddə 177. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

Azərbaycan Respublikası Prezidenti (bundan sonra — prezident) seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri ilə müəyyən edilir.



Maddə 178. Prezident seçkilərinin təyin edilməsi

178.1. Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

178.2. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir.

178.3. Seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilməlidir.



Maddə 179. Növbədənkənar prezident seçkilərinin keçirilməsi

179.1. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, növbədənkənar prezident seçkiləri keçirilir. Bu hal növbəti prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar prezident seçkiləri təyin edilir [km1].

179.2. Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 3 ay ərzində keçirilir.

Otuzuncu fəsil. Prezidentliyə namizədlər. Prezident seçkilərinin keçirilməsinə hazırlıq

Maddə 180. Prezidentliyə namizədin irəli sürülməsi

180.1. Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.

180.2. Seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər.

180.3. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Prezidentliyə namizədlər irəli sürülür.

180.4. Prezidentliyə namizəd irəli sürmüş təşəbbüs qrupu siyasi partiya, siyasi partiyaların bloku namizədin prezidentliyə namizəd kimi çıxış etməyə razılıq ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim etdikdə, ərizədə namizədin Konstitusiyanın 100-cü maddəsində göstərilən tələblərə cavab verməsi nəzərdə tutulmalıdır.

Maddə 181. Prezidentliyə namizədi müdafiə üçün imza toplanması

181.1. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.

181.2. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

181.3. Seçicilərin imzaları bu Məcəllənin 56 və 57-ci maddələrində göstərilən qaydada toplanır.



Maddə 182. Prezidentliyə namizədin qeydə alınması

182.1. Prezidentliyə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınırlar.

182.2. Qeydə alınmış namizədlərin fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir.

182.3. Qeydə alınmış namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.

182.4. Qeydə alınmış hər bir prezidentliyə namizəd seçki komissiyalarının hər birinə məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.

Maddə 183. Prezident seçkilərinin təxirə salınması

183.1. Bu Məcəllənin 58.1-ci maddəsində göstərilən müddətdə prezidentliyə heç bir namizəd qeydə alınmayıbsa və ya yalnız bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə seçkilər bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulan qaydada 2 ay müddətinə təxirə salınır və bu halda vəzifədə olan Prezident öz səlahiyyətlərinin icrasını davam etdirir.

183.2. Səsvermə gününədək qeydə alınmış prezidentliyə namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, seçkilər bu Məcəllənin 178-ci maddəsində göstərilən qaydada namizədlərin irəli sürülməsi və sonrakı seçki hərəkətlərinin edilməsi üçün ən geci 3 ay müddətinə təxirə salınır və bu halda vəzifədə olan prezident öz səlahiyyətlərinin icrasını davam etdirir.

Maddə 184. Prezidentliyə namizədin nəqliyyat xərclərtnin ödənilməsi

184.1. Bu Məcəllənin 70.2-ci maddəsinə uyğun olaraq prezidentliyə namizəd qeydə alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan Respublikası ərazisində gediş-gəliş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək hüququna malikdir.

184.2. Ölkə ərazisində göstərilən nəqliyyatdakı gediş-gəliş xərcləri Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında ödənilir. Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-gəliş xərcləri ödənilir.

Maddə 185. Prezidentliyə namizədin toxunulmazlığı və təhlükəsizliyi

185.1. Qeydə alınmış prezidentliyə namizədin təhlükəsizliyi Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada təmin edilir.

185.2. Qeydə alınmış prezidentliyə namizəd bu Məcəllənin 70.4-cü maddəsində göstərilən qaydada yalnız Azərbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

Maddə 186. Prezidentliyə namizədin vəkil edilmiş şəxslərinin sayı

186.1. Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır.

186.2. Vəkil edilmiş şəxslərin statusu bu Məcəllənin 72-ci maddəsi ilə müəyyən edilir.

Maddə 187. Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi

Prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-cü maddəsi ilə tənzimlənir.



Maddə 188. Siyasi partiyanın, siyasi partiyalar blokunun prezident seçkilərində iştirak etməkdən imtina etməsi

188.1. Siyasi partiyanın, siyasi partiyalar blokunun prezident seçkilərində iştirak etməkdən imtina etməsi prezidentliyə namizədlərin namizədlik statusundan imtina etməsi və ya prezidentliyə namizədlərin qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

188.2. Siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

188.3. Siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edən siyasi partiya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada müstəqil siyasi partiya kimi çıxış edə və ya digər siyasi partiyalar blokunun tərkibinə daxil ola bilər.

188.4. Siyasi partiyalar blokunun irəli sürdüyü prezidentliyə namizədi Mərkəzi Seçki Komissiyası qeydə aldıqdan sonra, bu bloka daxil olmuş bütün siyasi partiyalar (birindən başqa) seçkilərdə iştirak etməkdən imtina edərlərsə, qalan siyasi partiya seçkilərdə siyasi partiyalar blokunun adı və rəmzləri saxlanılmaqla siyasi partiyaların bloku kimi iştirak edə bilər. Bu, prezidentliyə namizədlərin qeydə alınmasından imtina edilməsi və ya qeydiyyatının ləğv edilməsi üçün əsas ola bilməz.

188.5. Siyasi partiyalar blokunun seçkilərdə iştirak etməkdən imtina etməsi ona daxil olmuş siyasi partiyaları seçkilərdə iştirak etmək hüququndan məhrum etmir; belə halda bu Məcəlləyə uyğun olaraq prezidentliyə namizədin təkrar irəli sürülməsi və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi tələb edilir.



Otuz birinci fəsil. Prezident seçkilərinə hazırlıq

Maddə 189. Prezident seçkiləri zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər

189.1. Qeydə alınmış prezidentliyə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

189.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulur. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

189.3. Bu Məcəllənin 77.2-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı qeydə alınmış prezidentliyə namizədlər üçün ayrılır, ayrı-ayrılıqda hesablanır və həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış prezidentliyə namizədlər bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir prezidentliyə namizəd tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

189.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin prezidentliyə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

189.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ödənişli əsaslarla ayrılan yerin həcmi namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Sonuncular həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

189.6. Qeydə alınmış prezidentliyə namizədlərin bu Məcəllənin 189.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

Maddə 190. Prezident seçkiləri zamanı xüsusi seçki hesabları

190.1. Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdırlar.

190.2. Prezidentliyə namizəd irəli sürülməsi barədə Mərkəzi Seçki Komissiyasından alınan sənəd əsasında və bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açır.

190.3. Prezidentliyə namizəd səlahiyyətli nümayəndəsinə özünün xüsusi seçki hesabının açılmasını tapşıra bilər.

190.4. Prezidentliyə namizəd, qeydə alınmış prezidentliyə namizəd Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər və bu halda qanun pozuntularına görə məsuliyyəti həmin şəxs daşıyır.

Maddə 191. Prezidentliyə namizədlərin seçki fondları

191.1. Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz.

191.2. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

191.2.1. prezidentliyə namizədlərin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

191.2.2. çıxarılıb

191.2.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz. (6, 10)



Maddə 192. Prezident seçkiləri zamanı seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq

192.1. Aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

192.1.1. seçki fondu vəsaitinin məbləği qeydə alınmış prezidentliyə namizəd üçün 10 min manatdan çox, prezidentliyə namizəd üçün isə 2500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

192.1.2. seçki fonduna qeydə alınmış prezidentliyə namizəd üçün 5 min manatdan çox, prezidentliyə namizəd üçün isə 1250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);

192.1.3. seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

192.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

192.1.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə. (6, 10)

Maddə 193. çıxarılıb

Maddə 194. çıxarılıb

Maddə 195. Prezident seçkiləri zamanı qeydə alınmış prezidentliyə namizədlərin pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərini ödəməsi

195.1. Bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan prezidentliyə namizəd bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində bu namizədlərin adlarını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə bildirişlərin təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir.

195.2. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları prezident seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün müddətində bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş prezidentliyə namizədlərə istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və deyəri haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.

195.3. Bu Məcəllənin 80.5, 83.6 və 189.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyəri, bu Məcəllənin 80.6 və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada prezidentliyə namizədlərə verilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə yerin üçün qiymətinə vurulması yolu ilə müəyyən edilir.

195.4. Bu Məcəllənin 189.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından prezidentliyə namizədlər istifadə etdikdə hər bir namizədin qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.

195.5. Prezidentliyə namizədlər pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina edərlərsə, verilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.

195.6. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan, pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş prezidentliyə namizədlər haqqında məlumatlar verirlər.

Maddə 196. Prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti

Prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini Mərkəzi Seçki Komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra onun hesabına köçürməlidir.



Maddə 197. Prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların aldıqları pul vəsaitinin öz hesablarına geri qaytarılması

197.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların öz vəsaiti hesabına həyata keçirilir.

197.2. çıxarılıb

197.3. çıxarılıb

197.4. Prezidentliyə namizəd, qeydə alınmış prezidentliyə namizəd statusunu itirdikdə bu Məcəllənin 197-ci maddəsi ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizəd, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur.

197.5. çıxarılıb

197.6. çıxarılıb

Otuz ikinci fəsil. Prezident seçkilərinin keçirilməsi

Maddə 198. Prezident seçkiləri zamanı səsvermə otağı

198.1. Prezident seçkiləri zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.

198.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülletenlərinin nümunələrini, qeydə alınmış prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri, tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində yerləşdirir.

198.3. Prezidentliyə namizədlər haqqında məlumatlar lövhədə seçki bülletenlərində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.



Maddə 199. Prezident seçkiləri üzrə seçki bülletenləri

199.1. Prezident seçkiləri zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.

199.2. Prezident seçkiləri üzrə seçki bülletenində prezidentliyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış prezidentliyə namizədi kimin irəli sürdüyü göstərilməlidir.

199.3. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış prezidentliyə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.

199.4. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş prezidentliyə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

199.5. Prezidentliyə namizədlərin soyadından sağda boş kvadrat yerləşir.



Maddə 200. Prezident seçkiləri zamanı səsvermə qaydası

200.1. Prezident seçkiləri zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.

200.2. Seçici seçki bülletenində səs verəcəyi prezidentliyə namizədin soyadından sağdakı kvadratda işarə qoyur.

200.3. Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.



Maddə 201. Prezident seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması

201.1. Prezident seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun aparılır və protokol tərtib edilir.

201.2. Hər bir protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, səsvermənin yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir:

201.2.1. seçki bülleteninə daxil edilmiş prezidentliyə namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda, namizədlər haqqında digər məlumat;

201.2.2. hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayı.

Maddə 202. Prezident seçkiləri zamanı seçki dairəsi üzrə səslərin hesablanması

202.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.

202.2. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2-ci və 201-ci maddələrində göstərilənlərə əlavə olaraq səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı göstərilir.

Otuz üçüncü fəsil. Prezident seçkilərinin nəticələri

Maddə 203. Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi

203.1. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.

203.2. Mərkəzi Seçki Komissiyasının protokoluna dairə seçki komissiyalarının məlumatlarını əks etdirən ümumi cədvəl əlavə edilir.

203.3. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından daxil olmuş səsvermənin nəticələri haqqında protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə olaraq, səsvermənin keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntularının seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyi seçki dairələrinin sayını, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını, hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayını müəyyən edir.

203.4. Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

203.5. Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.



Maddə 204. Prezident seçkilərinin nəticələrinin etibarsız sayılması

204.1. Mərkəzi Seçki Komissiyası aşağıdakı hallarda prezident seçkilərinin nəticələrini etibarsız sayır:

204.1.1. seçki məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin;

204.1.2. məhkəmənin qərarı əsasında.



Maddə 205. Prezident seçkiləri zamanı təkrar səsvermə

205.1. Seçki bülleteninə prezidentliyə namizəd kimi ikidən çox şəxs daxil edilibsə və onlardan heç biri seçilməyibsə, Mərkəzi Seçki Komissiyası seçkilərdə daha çox səs toplamış iki namizəd üzrə təkrar səsvermə təyin edir.

205.2. Konstitusiyanın 101-ci maddəsinin III hissəsinə uyğun olaraq təkrar səsvermə ümumi seçkilərdə səsvermə günündən sonra ikinci bazar günü keçirilir.

205.3. Təkrar səsvermə keçirilməsi haqqında məlumat Mərkəzi Seçki Komissiyası müvafiq qərar qəbul etdikdən sonra ən geci 2 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunur.

205.4. Konstitusiyanın 101-ci maddəsinin IV hissəsinə uyğun olaraq təkrar səsvermədə seçkilərdə iştirak edən seçicilərin çoxunun səsini toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Maddə 206. Təkrar Prezident seçkiləri

Prezident seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilərsə və Azərbaycan Respublikasının Prezidenti seçilməzsə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar prezident seçkiləri təyin edilir.



Maddə 207. Növbədənkənar prezident seçkiləri zamanı seçki hərəkətlərinin həyata keçirilməsi

Növbədənkənar prezident seçkiləri keçirilərsə, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərarla birlikdə Konstitusiyanın 105-ci maddəsinin I hissəsində göstərilən müddətə zəruri olan seçki hərəkətlərinin həyata keçirilməsi müddətlərini müəyyən edir və cədvəl şəklində dərc edir. Bu məqsədlə bu Məcəllədə nəzərdə tutulan müddətlər ən çoxu 2 dəfə azaldıla bilər.



Maddə 208. Prezident seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması

Prezident seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.



Maddə 209. Prezidentin öz vəzifəsinə başlaması

209.1. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

209.2. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti 15000 məbləğində aylıq vəzifə maaşı alır.

209.3. Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.



VII bölmə. Bələdiyyə seçkiləri

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə