MĠ 65 Providanskorset - Providans korset-korreksiyaedici ortez olub onurğa
sütununun S formasında əyriliklərində( Skolioz) isitifadə olunur.
M 103 Çənəlikli Cervical Ortez - müalicəvi və ortopedik texniki məmulat
olub, insanın dayaq-hərəkət aparatının pozulmuş və ya itirilmiş funksiyasının
bərpasına və hərəkətinə xidmət edir. Onurğa sütununun boyun nahiyəsini
tənzimləyən sərt fiksasiyalı sarğı boyun fəqərələrinin sabit sınıqları, boyun
fəqərələrinə cərrahi müdaxilədən və boyun fəqərələrinin zədələnmələrindən sonra
vaxtından əvvəl reabililasiyası; boyuın fəqərəsinin sınığı ehtimalı olduqda nəqliy-
yat vasitəsilə evakuasiya; boyun radikulopatiyası; nevroloji əlamətlərlə kəs-
kinləşən, boynun fəqərə bölməsinin orta və ağır dərəcəli qeyri-sabitliyi;
osteoxondropatiya, boyun bölmələrinin anormallığı, fəqərə cisimlərinin struk-
turunun müxtəlif dərəcəli dəyişikliyi; daimi nəzarət tələb etməyən boyun
strukturlarının əməliyyatndan sonra; kəllə-spinal və kəllə-beyin zədələn-
mələrindən sonra bərpa, manual terapiyadan sonra onurğa sütununun boyun
nahiyyəsinin düzgün vəziyyətdə saxlanılması zamanı istifadə olunur.
M 300 Clavicula Bandajı GücləndirilmiĢ fiksasiyalı körpücük sümüyü
reklinator - qamət korrektoru, düzgün qamətin formalaşmasını təmin edir, kürəyin
yuxarı nahiyəsində ağrıları azaldır. Qozbelliyin qarşısını alır. Korrektorun üç
bucaqlı forması çiyinlərə düşən yüklənməni paylaşdınr. Fiksasiya olunmaq üçün
cırt-bantla təchiz olunur.
M 318 Neopreıı dirsəkiik - bandaj dirsək oynağının zədələnməsi zamanı,
artritlər və artrozlar, həmçinin gips sarğısından sonra reabilitasiya dövründə tətbiq
edilir.
M 403 Diz sabitləyicisi - diz tutoru budun aşağı üçdə iki hissəsinin və
baldırın yuxarı üçdə bir hissəsinin tutulması ilə oynağın sərt fiksasiyasını təmin
edir ki, bu da dizdə hərəkətlərin məhdudlaşdırılmasını təmin edir. Artrit əlamətləri,
o cümlədən revmatoid və podaqralı artrit əlamətləri ilə artroz zamanı, baldırın
yüngül valqus və yavarus kənarlaşması zamanı aşağı ətrafların patoloji
quruluşunun profilaktikasında istifadə edilir.
Nəqliyyatın immobilizasiyası zamanı, gipsə allergiya mövcudluğu zamanı,
dizoynağının kapsul-bağ aparatının müxtəlif dərəcəli ağırlıqlı zədələnmələri
zamanı, qamış sümüyünün kondilius arası hündürlüyünün yerdəyişməsi olmadan
sınıqlar zamanı, qamış sümüyünün kondilius arası hündürlüyünün və bud
sümüyünün sınıqları zamanı gips immobilizasiyasından sonra erkən reabilitasiya
dövrü, dizoynağının paralitik qeyri-sabitliyi zamanı şin rolunda istifadə edilir.
M 419 Maleoi dəstəkli ayaq biləkliyi - aşıq oynağının kompressiyasını və
yumşaq fıksasiyasını təmin etmək üçün oynağın zədələri, artrozlar, artritlər,
bağlarnı zədələnmələri zamanı, o cümlədən gips sarğısından sonra reabilitasiya
dövründə istifadə edilir.
Həmçinin idmanla məşğul olarkən burxulmaların və ya zədələnmələrin
profılaktikası üçün istifadə edilir.
M 602 Ortopedik yastıq - yastığın xüsusi erqonomik forması mükəmməl
dəstəyi təmin edərək, boyun və başın zərif cizgilərinə çox əla uyğunlaşır, boyun və
çiyin əzələlərini rahatlaşdırır.
Xüsusiyyətləri:
• yastığınm xüsusi erqonomik forması mükəmməl dəstəyi təmin edərək,
boyun və başın zərif cizgilərinə çox əla uyğunlaşır, boyun və çiyin əzələlərini
rahatlaşdırır;
• dalğa formasında olan dizayn boyun nahiyəsini düzəldir və optimal qan
dövranını təmin edir;
• forma təkcə rahat dincəlmək istəyənlər üçün deyil, həmçinin yuxu zamanı
terapevtik vəziyyətə ehtiyac duyanlar üçün məsləhət görülür.
Ortopetik ayaqqabı - pəncənin zədələnməsi, deformasiyası və aşağı ətrafın
qısalığı, ümumiyyətlə ayaqların sümük-əzələ sisteminin pozulmaları zamanı
müalicəvi, profılaktik və reabilitasiya məqsədi ilə istifadə olunan xüsusi
hazırlanmış ayaqqabı.
Patella qapalı dizlik - diz oynaqlarının zədələnməsi, bağların zədələnməsi,
artrit və ya artrozlar zamanı, həmçinin gips sarğısından sonra reabilitasiya
dövründə istifadə edilən bandaj.
Bandaj həmçinin idmanla məşğul olan zaman alınan zədələnmələrin
profılaktikası üçün də istifadə edilir.
Protez üçün ayaqqabı - aşağı ətrafların protezləri üzərində hərəkət etmək
üçün xüsusi olaraq dizayn olunmuş ayaqqabı.
Reklinator - qaməti korreksiva edən vasitədir.
Su trenajoru - hidravlik ötürücü-əsaslı izo-kinestik hovuz akvatrenajoru.
Press və kürək əzələlərinin çalışması üçün istifadə olunur. İki tərəfə fırlanan xüsusi
hidravlik silindr ilə təchiz olunub.
Saat əqrəbi istiqamətində və onun əksinə silindrin fırlanması zamanı yük
yaranır.
Süd vəzi protezi - amputasiya olunmuş süd vəzilərinin estetik görüntüsünün
bərpası üçün istifadə olunan məmulat.
Terapevtik masa-kürsü - terapevtlər, kinezoterapiya, manual terapiya
mütəxəssisləri və masajistlərin istifadəsi üçün nəzərdə tutulan vasitədir. Hərəkət
edən hissələr hesabına pasientin bədəninə istənilən vəziyyəti vermək olar və zəruri
nahiyələrdə dartılma yaratmaq olar.
Dostları ilə paylaş: |