Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   17   18   19   20   21   22   23   24   25

1983-cü  ildə  Müstəqil  Həyat  Hərəkat  liderləri  tərəfındən  təsis  olunan, 

beynəlxalq  səviyyədə  tanınmış  dövlət  siyasətlərini  işləyib  hazırlayan  İnstitut 

insanların  tam  müstəqil  həyat  tərzinə  mənfi  təsir  göstərən  məsələləri  və 

problemləri  öyrənir.  İnstitutun  icmalarda  və  dünyada  həyata  keçirdiyi  missiyası 

tam sosial inteqrasiyanın qarşısını alan maneələrin aradan qaldırılması, əlilliyi olan 

insanların  məşğulluğunun,  iqtisadi  təhlükəsizliyinin  və  sağlamlıq  statusunun 

yüksəldilməsini  ehtiva  edir.  Bununla  bağlı,  institut  innovativ  proqramları  və 

vəsaitləri  işləyib,  hazırlayır,    tədqiqat,  təlim,  ictimai  təbliğat  və  vəkillik 

kampaniyaları  təşkil  edir,  habelə  müvafıq  texniki  dəstək  xidmətlərini  göstərir. 

İnstitutun icra etdiyi proqramlar aşağıdakılardır: 1) Məşğulluq və Əlillik Müavinəti 

Təşəbbüsü-  əsasən  Kaliforniyada  sığortalanma,  məşğulluq  imkanları  və 

müavinətlər haqqında məlumatların toplanmasını, sonradan isə həmin məlumatlara 

əsasən  icma-əsaslı siyasət  tövsiyyələrinin  işlənib  hazırlanmasını  nəzərdə tutur; 2) 

Aktivlərə Çıxış Proqramı - əlilliyi olan insanların aktivlərinin əldə olunmasına və 

maliyyə  savadlılığını  artırmağa  çalışır;  3)  Səhiyyəyə  Çıxış  və  Uzunmüddətli 

Xidmətlər  Proqramı  -  yüksək  səviyyəli,  ixtisaslı  səhiyyə  xidmətlərinə  çıxış 

imkanlarını  gücləndirməklə,  əlilliyi  olan  insanlar  arasında  səhiyyə  xidmətlərinə 

çıxış  səviyyəsində  bərabərsizliyi  aradan  qaldırmağa  çalışır;  4)  Proyecto  Vision  -

Latın  Amerika  mənşəli  əlilliyi  olan  şəxslər  üçün  ilk  texniki  dəstək  mərkəzidir. 

Proqraın  çərçivəsində  müstəqil  həyat  və  məşğulluq  imkanlarının  təmin  olunması 

məqsədilə,  Latın  mənşəli  16-35  yaşlarında  olan  gənclərin  məktəbdən  ali  təhsilə 

keçidinin asanlaşdırılması fəaliyyəti və s. həyata keçirilir və əlilliyi olan insanların 

tibbi  sığortalanması,  məşğulluq  imkanları  və  müavinətlər  haqqında  məlumatların 

toplanmasını, sonradan isə həmin məlumatlar əsasında icma əsaslı siyasət tövsiyə-

lərinin işlənib hazırlanmasını nəzərdə tutur. 

 

 



Dünya Əlillik Ġttifaqı (Dünya Engelliler Birliği) (DƏB) 

World Disability Union (WDU)  

www. worlddisabilityunion.ore 

Türkiyə Respublikasının Nazirlər Şurasının qərarı ilə İstanbulda təsis olunan 

və  beynəlxalq  statusa  malik  olan  bu  təşkilat  həlləsaslı  layihələrin  işlənilməsi  və 

təcrübə  əsaslı  fəaliyyətləri  ilə  məşğuldur.  Hazırda  dünya  miqyasında  təşkilatın  6 

regional ofisi fəaliyyət göstərməkdədir. Təşkilatın əsas hədəfi əlilliyi olan əhalinin 

potensialının  aşkarlanmasıdır,  əlilliyi  olan  insanların  təmsilçiliyinə  və  həmin 

insanların    üzvü  olduqları  QHT-lərin  formalaşmasına  kömək  edən  realistik  sosial 

siyasətin  həyata  keçirilməsinə  dəstək,  bu  cür  QHT-lərin  maliyyə  və  idarəetmə 

qabiliyyətlərinin  artırılmasıdır.  Təşkilatın  əsas  məqsədləri  sırasında  əlilliyin 

qarşısının  alınması,  imkan  bərabərliyinin  təmin  olunması,  reabilitasiya  xidmət 

lərinin təkmilləşdirilməsi və universal standartların tətbiqini qeyd etmək lazımdır. 

Təşkilatın  fəaliyyətləri  nəticəsində  İstanbulda  təşkilatın  Akkreditasiya  Mərkəzi 

yaradılıb,  əlilliyi  olan  insanlar  üçün  Universal  Standartlar  üzrə  Təlimat  Vəsaiti 

işlənib  hazırlanıb  və  WDU  USTAD  75301  saylı  akkreditasiya  standartının 

hazırlanması bəyan olunub.

 

 




Dünya Karlar Federasiyası (DKF) 

Worlcl Federation of the Deaf (WFD) 

 www.wfdeaf.ors 

Təməli 1951-ci ildə Romada qoyulan Dünya Karlar Təşkilatı hal-hazırda 133 

ölkənin karlar təşkilatını birləşdirir. DKF BMT sistemində, o cümlədən BMT-nin 

İqtisadi  və  Sosial  Şurası  (ECOSOC),  UNESCO,  Beynəlxalq  Əmək  Təşkilatı  və 

Dünya Səhiyyə Təşkilatı nəzdində məşvərətçi statusa malikdir. Təşkilat həmçinin 

BMT-nin  İnsan  Haqları üzrə  Ali  Komissarı ilə sıx əməkdaşlıq edir, habelə  BMT-

nin  Əlilliyi  olan  Şəxslər  üçün  İmkanların  Bərabərləşdirilməsinin  Standart  Qay-

daları  üzrə  Ekspertlər  Şurasında  nümayəndələri  var.  Hazırda  Təşkilatın  əsas 

fəaliyyətləri  aşağıdakı  sahələri  əhatə  edir:  a)  milli  işarə  dillərinin  statuslarının 

təkmilləşdirilməsi;  b)  eşitmə  qabiliyyəti  məhdud  olan  insanlar  üçün  daha  yaxşı 

təhsil; c) məlumat və xidmətlərə çıxış səviyyəsinin yüksəldilməsi; d) inkişaf edən 

ölkələrdə  eşitmə  qabiliyyəti  məhdud  olan  insanların  haqlarının  qorunması;  e) 

fəaliyyət  göstərməyən  məkanlarda  eşitmə  qabiliyyəti  məhdud  insanların 

təşkilatlarının təsis olunması. 

 

Əlillərin Beynəlxalq TəĢkilatı (ƏBT) 

Disabled People's International (DPI) 

       http://dpi.ors 

Baş  qərargahı  Kanadada  yerləşən  beynəlxalq  qeyri-hökumət  təşkilatı.  Tam 

iştirak, imkanların və inkişafın bərabərləşdirilməsi vasitəsilə əlilliyi olan şəxslərin 

insan  haqlarının  dəstəklənməsi  məqsədilə  1981-ci  ildə  təsis  olunan  və  müxtəlif 

şəbəkələri  və  məclisləri  birləşdirən  bir  təşkilatdır.  Təşkilatın  əsas  məqsədləri 

əlilliyi  olan  insanların  hüquqlarının  müdafiəsi,  onların  iqtisadi  və  sosial 

inteqrasiyanın təmin edilməsi, habelə  əlilliyi  olan  insanların təşkilatlarının inkişaf 

etdirilməsi və dəstəklənməsidir. 

 

Əlillik Hüquqlarının Beynəlxalq Səviyyədə Dəstəklənməsi (ƏHBSD) 

Disability Rights Promotion International (DRPI) 

 www. drpi. research. yorku. ca 

Əlilliyi  olan  insanların  haqlarının  əsaslı  və  dayanıqlı  beynəlxalq  monitorinq 

sisteminin  qurulması  məqsədilə  həyata  keçirilən  əməkdaşlıq  layihəsi.  Monitorinq 

sayəsində  marginallaşmış  durumda  olan  əhali kateqoriyalarının  tələbləri  çatdırılır, 

vəzifədən  sui-istifadə  və  zorakılıq  hallarının  sənədləşmə  yolu  ilə  bu  səpkidə 

ictimaiyyətin  məlumatlılıq  səviyyəsi  artırılır,  əlilliyi  olan  insanlar  arasında 

kollektiv  eyniləşdirmə  dərəcəsi  artırılır  və  sosial  ədalətin  bərqərar  olunması  üçün 

göstərilən  səylər  dəstəklənir.  Layihə  icraçılarının  nöqteyi-nəzərinə  görə,  əlilliyi 

olan  insanların  tam  iştirakçılığının  və  bərabərliyinin  təmin  olunması  üçün 

monitorinq  əsnasında  təcrübələr  barədə  toplanılan  əsaslı  məlumat  sosial 

dəyişikliklərin  peyda  olmasını  təmin  edən  güclü  alətdir.    Fərdi  təcrübələrin 

qeydiyyata  alınması  sayəsində  geniş  əhali  kütlələrinə  mənfi  təsir  göstərən  əlillik 

üzrə  ayrı-seçkilik  şablonlarını  aşkar  etmək  mümkündür.  Əlillik  üzrə  ayrıseçkilik 

miqyasını  müəyyənləşdirən  məlumatlar  hökümətlər  üçün  inklyuziv  sosial 

siyasətlərin  və  qanunvericiliyin  qəbul  olunması  məqsədilə  əsas  rol  oynaya  bilər. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə