Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   17   18   19   20   21   22   23   24   25

                                     

 

 



 

Təkərli  oturacaq  -  fiziki  məhdudiyyətli  və  ya  əlilliyi  səbəbindən  yeriyə 

bilməyən şəxslərin istifadə etdikləri oturacaq. 

 

 

 



 

Torako  Lumbo  Sokralortez  -  döş-bel-omba  nahiyələrini əhatə  edən onurğa 

ortezi olub pasientə fərdi olaraq hazırlanır. Ön hissədə sinə nahiyəsinə basqı verən 

hiperekstension 

elementlə 

təchiz 

olunmuşdur.  Onurğa  sütununun  tam 



stabilizasiyası üçün istifadə olunur. 

 

 



                   

 

 



 

Tutor - əl və bilək üçün (uşaq), sağ dirsəkdən yuxarı qol protezi. 

 

 



 

                      

 

 

 



Total diz protezi - əyri olan ayaqları düzəltmək, ağrısız yerimək və nərdivan 

çıxmaq, gecələri rahat yatmaq və günlük normal həyata dönmək üçün vasitə. 




                           

 

 



 

Xəstə  daĢıma  lifti  -  güc  tətbiq  etmədən  320  kiloqarama  qədər  olan  xəstəni 

yatağından götürüb stula və təkərli arabasına, hamama və digər yerə apara bilir. 

 

 

                



 

 

 



 

             Əlillik  məsələləri üzrə fəaliyyət göstərən 

                     beynəlxalq TƏSĠSATLAR 

 

 

Auıtizm Sindromlu Ġnsanların Özünüvəkillik ġəbəkəsi (ASAN) 

Autism Self Advocacy Network (ASAN) 

 http://autisticadvocacy. Org 

2006-cı  ildə  təsis  olunan  və  autizm  sindromlu  insanların  idarə  etdiyi 

təşkilatdır.  Təşkilatın  əsas  fəaliyyətləri  vəkilliyin  dəstəklənməsi  vasitəsilə 

cəmiyyətdə  inklyuziyanın  təmin  olunması,  məktəb  sistemində  və  iş  yerlərində 

hamı  üçün  bərabər  imkanların  yaradılması,  autizmdən  əziyyət  çəkən  insanların 

bütün  xidmətlərə  çıxışının  təmin  olunması,  insanlar  arasında  müxtəlifliyin  qəbul 

edilməsi,  autizmdən  əziyyət  çəkən  insanların  qarşısında  duran  maneələrin  qət 

olunması, dövlət siyasətində iştirak və qərarların qəbul olunmasıdır. 

 

Beynəlxalq Autizm ġəbəkəsi (BAġ) 

Autism Network International (ANI) 

 http://www.autreat.com/intro.html 

Autizm  sindromu  ilə  insanların  idarə  etdiyi  və  onların  mənafelərini  qoruyan 

vəkillik təşkilatıdır. Təşkilatın əsas məqsədləri autizmdən əziyyət çəkən insanlarla 

məlumatın  mübadiləsi,  həmkar  yardımı,  problemlərin  həlli  ilə  əlaqədar  məsləhət 

xidmətlərinin  göstərilməsi;  autizm  sindromlu  insanların  hamıının  müvafıq 

xidmətlərə çıxışının təmin olunması və onların vətəndaşlıq hüquqlarının müdafiəsi; 




 

sosial praktiki təcrübələrdə iştirakının təmin olunması üzrə yardımın göstərilməsi; 

autizmdən  əziyyət  çəkən  insanların  valideynlərini  və  müəllimlərini  təlimatlarla 

təmin  olunması  və  ictimaiyyətin  autizm  sindromlu  insanlar  haqqında 

maarifləndirilməsidir. 

 

Beynəlxalq Daun Sindromu TəĢkilatı (BDST) 



Down Syndrome International (DSI) 

 

www.ds-int.org

 

Dünyada  Daun  sindromu  ilə  yaşayan  insanların  həyat  keyfıyyətinin 

yaxşılaşdırılması,  habelə  həmin  insanların  yaşadığı  icmalarda  dəyərli  və 

bərabərhüquqlu  üzv  kimi  qəbul  olunması  və  onlara  məxsus  haqların  təsdiq 

olunması  sahəsində  fəaliyyət  göstərən,  Böyük  Britaniyada  yerləşən  xeyriyyə 

təşkilatıdır. Təşkilat  Daun sindromu ilə yaşayan insanlara, onların ailələrinə, onları 

dəstəkləyənlərə və mütəxəssislərə məlumat, dəstək və resurslar təqdim edir. Daun 

sindromu  ilə  yaşayan  insanların beynəlxalq  aləmdə  mövqelərini  təmsil  edir və bu 

səpgidə beynəlxalq kommunikasiyaları və əməkdaşlığı dəstəkləyir. Daun sindromu 

ilə  bağlı  məlumatlandırma  səviyyəsini  artırır  və  həmin  sindromla  yaşayan 

insanların potensialı haqqmda  məlumat  yayır.  Təşkilat  Beynəlxalq  Əlillik  Alyan-

smm üzvüdür. 

 

 

Beynəlxalq Əlillik Alyansı (BƏA) 



International Disability Alliance (IDA) 

 ın

www.internationaldisabilitvalliance.org

 

Hal-hazırda  öz  sıralarında  səkkiz  beynəlxalq  və  dörd  regional  təşkilatı 

birləşdirən  və  qlobal  səviyyədə  Əlilliyi  olan  İnsanların  Hüquqları  haqqında 

Konvensiyanın  müddəalarının  effektiv  və  tam  tətbiqini  dəstəkləyən,  habelə  milli, 

regional  və  beynəlxalq  səviyyədə  əlillik  təşkilatlarının  fəal  və  əlaqələndirilmiş 

fəaliyyətləri  vasitəsi  ilə  BMT  sistemində  icra  olunan  fəaliyyətlərin  və  proqram-

ların yuxarıda qeyd olunan Konvensiyanın müddəalarına uyğunluğunu təmin edən 

təşkilatdır.  Alyans  Konvensiyanın,  həmçinin,  ratifıkasiyasına,  tətbiqinə  və 

monitorinqinə  yönəlmiş  fəaliyyətləri  dəstəkləmək  məqsədilə  bir  çox  ölkələrdə, 

xüsusən də inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən əlillik təşkilatlarının bilik və 

bacarıqlarının artırılması ilə bağlı öhdəlikləri yerinə yetirir. 

 

Beynəlxalq Əlillik və Ağız BoĢluğu Sağlamlığı Asossiasiyası (BƏABSA) 



International Association for Disability and Oral Health(İADH) 

www.iadh.ors 

1971-ci  ildə  Atlantik-Sitidə  keçirilən  "Əlillər  üçün  Stomatologiya  üzrə 

Beynəlxalq  Konqres"də  təsis  olunan  təşkilat  əlilliyi  olan  insanların  ağız  boşluğu 

sağlamlığı sahəsində fəaliyyət göstərir. Yarandığı    zaman   Beynəlxalq    Əlillər   

üçün Stomatoloji Xidmət Asossiasiyası adlanan təşkilat daha sonra adını dəyişərək 

Beynəlxalq  Əlillik  və  Ağız  Boşluğu  Sağlamlığı  Asossiasiyası  adlanmağa  başladı. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə