Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   17   18   19   20   21   22   23   24   25

Asossiyasiya  iki  ildən  bir  əlilliyi  olan  şəxslərin  stomatoloji  xidmətləri  üzrə 

beynəlxalq  konfransları  təşkil  edir.  40-dan  çox  ölkədə  fərdi  üzvləri  olan  təşkilat 

xüsusi  ehtiyacları  olan  insanlara  stomatoloji  xidmət  göstərən  mütəxəssisləri  və 

peşəkarları öz sıralarında birləşdirir. 

 

Beynəlxalq Əlillik və ĠnkiĢaf Konsorsiumu (BƏĠK) 

International Disability and Development Consortium(İDDC) 

www. iddcconsortium. net 

Dünyanın 100-dən çox olkəsində 26 tam üzvlə, 1 asosiativ və 13 fərdi üzvlə 

təmsil  olunan  Konsorsium  öz  sıralarında  əlillik  və  inkişaf  məsələləri  üzrə  işləyən 

QHT-ləri  birləşdirir  və  əlillik  və  inkişaf  məsələlərinin  həllinə  yönəldilmiş 

fəaliyyətləri  dəstəkləyir.  Konsorsiumun  əsas  məqsədi  beynəlxalq  miqyasda 

inklyuziv inkişafın dəstəklənməsi, xüsusilə də gəlirləri aşağı və orta səviyyədə olan 

ölkələrin yoxsul icmalarında yaşayan əlilliyi olan şəxslərin tam və səmərəli şəkildə 

öz  haqlarından  bəhrələnməsidir.  Əsas  məqsədə  nail  olmaq  üçün  Konsorsium 

aşağıda  göstərilən  hədəflərə  nail  olmağa  çalışır:  1)  bütün  inkişafla  bağlı  siyasət 

sənədlərində  və  müvafiq  icra  fəaliyyətlərində  əlillik  amilinin  nəzərə  alınmasının, 

habelə əlillik əsaslı yanaşmaların tətbiqinin təşviq olunması; 2) siyasət və müvafiq 

icra  fəaliyyətləri  ilə  bağlı  üzv  təşkilatlarda  təcrübə  mübadiləsi  imkanlarının 

artırılması;  3)  inklyuziv  inkişafla  bağlı  məlumat  və  biliklərin  mübadiləsinin 

dəstəklənməsi, xüsusilə də  yoxsul ölkələrdə  vətəndaşlar və  təşkilatlar  arasında bu 

cür  mübadilənin  təşkil  olunması.  BƏİK-un  fəaliyyətləri  əsasən  üzv  təşkilatların 

nümayəndələrinin iştirak etdiyi Məqsədli Qruplar vasitəsilə icra olunur. 

 

Beynəlxalq Ġnklyuziya (BĠ) 

Inclusion International (II) 

 www. inclusion-international. org 

Əqli  məhdudiyyəti  olan insanları  və  onların  ailələrini  birləşdirən beynəlxalq 

təşkilatdır.  Təşkilatın  fəaliyyətinin  prioritet  sahələrini  Əlilliyi  olan  İnsanların 

Hüquqları  haqqında  Konvensiyasının  Preambulasında  Ailələrlə  bağlı  qeydlər, 

habelə həmin Konvensiyaının 12-ci (Qanun qarşısında bərabərlik), 19-cu (Müstəqil 

həyat  tərzi  və  yerli  icmaya  cəlb  olunma),  24-cü  (Təhsil)  və  32-ci  (Beynəlxalq 

Əməkdaşlıq)  maddələrin  təşviqi  təşkil  edir.  Təşkilat  müxtəlif  proqramları,  o 

cümlədən,  Seçki  Qutusuna  Çıxış,  İnklyuziv  Cəmiyyətlər,  Yoxsulluq  və  Eks-

klyuziya,  Hər  Kəs  üçün  Daha  Yaxşı  Təhsil  və  Qərar  Qəbul  Etmə  Hüququnu  icra 

edir. Təşkilat Beynəlxalq Əlillik Alyansının üzvüdür. 

 

Beynəlxalq Korlar Ġttifaqı (BKĠ) 

The World Blinä Union (WBU)  

www. worldblindunion. orş 

285  milyon  görmə  məhdudiyyəti  və  ya  görmə  qabiliyyəti  zəif  olan  insanı 

birləşdirən  beynəlxalq  təşkilat.  Təşkilat  "korluq"  və  görmə  qabiliyyətinin 

məhdudiyyətindən əziyyət çəkən insanların  məsələlərini hökumətlər və beynəlxalq 

təşkilatlar  qarşısında  qaldırır.  Qeyd  olunan  təşkilat  Beynəlxalq  Korluğun 

Qarşısının  Almması  Agentliyi  (İAPB)  və  Görmə  Qabiliyyəti  Məhdud  İnsanların 




Təhsili  üzrə  Beynəlxalq  Şura  (İCEVİ)  ilə  birlikdə  Görmə  Alyansıın  (Vision 

Alliance)  təşkil  edir.  Təşkilatın  prioritetləri  -  texnologiyaların  tətbiqi  və  Əlilliyi 

olan  İnsanların    Hüquqları  haqqında  Konvensiyanın  həyata  keçirilməsi  sayəsində 

cəmiyyətə  bərabər  çıxış,  "Oxumaq  hüququ"  ("Right  to  Read")  kampaniyasını 

dəstəkləməklə  təhsil  və  savadlılığın  yayılması,  həmçinin,  "İşləmək  hüququ" 

("Right to Work") təşəbbüsü vasitəsilə məşğulluğun təmin olunmasıdır.  

 

Beynəlxalq Kvota TəĢkilatı (BKT) 

Quota International 

 www.quota.ors 

Dünyada  qadmların,  uşaqların,  eşitmə  və  nitq  məhdudiyyəti  olan  insanların 

yerli  icmalarında  fəallaşdırılması  istiqamətində  fəaliyyət  göstərən  qeyri-

kommersiya təşkilatı. Təşkilatın rəsmi şüarı sayılan "Biz Bölüşürük" ("We share") 

dostluq  əlaqələrinin  yaradılmasını,  təşviqini  və  qeyd  olunan  problemlərlə  bağlı 

beynəlxalq  anlaşma  səviyyəsinin  artırılmasını  nəzərdə  tutur.  Təşkilat  autriç  və 

ictimaiyyələşmə imkanları təqdim edərək yerli klublar vasitəsi ilə fəaliyyət göstərir 

və  ömürboyu  dostluq  əlaqələrini  formalaşdırmağa  çalışır.  Təşkilatın  Missiya 

Bəyannaməsində qeyd edilir ki, təşkilat ölkəyə və ictimaiyyətə xidmət edir, yüksək 

etika  standartlarını  təşviq  edir,  bütün  zəruri  vəzifələrlə  bağlı  ləyaqət  məsələləri 

vurğulayır,  ictimai  fəalliyyətləri  və  dostluq  əlaqələrini  formalaşdırır,  habelə 

düzgünlük,  ədalət,  beynəlxalq  anlaşma  və  xoş  məram  ideyalarının  yayılmasına 

dəstək  göstərir.  2010-cu  ildə  Quota  İnternational  "Sabahın  Kvotasını  Yaradaraq" 

Tədqiqat  və  İnkişaf  Planının  icrasına  başlamış  və  dünyada  təşkilatın  xidmət 

göstərdiyi  əhatə  dairəsini  genişləndirməyə  çalışmışdır.  Qeyd  olunan  strateji 

təşəbbüslə  bağlı  qəbul  olunan  iş  planı  və  cədvəllər  daima  yenidən  nəzərdən 

keçirilir. 

 

Beynəlxalq    Məhdudiyyət   TəĢkilatı    (BMT) 



Handicap İnternational  

www.handicap-international.ors 

Yoxsulluq  və  eksklyuziya,  münaqişə  və  fəlakət  məsələləri  üzrə  işləyən 

müstəqil  və  bitərəf  yardım  göstərən  təşkilat.  Təşkilat,  həmçinin,  əlilliyi  olan 

insanlar  və  həssas  təbəqələr  ilə  işləyir,  onların  zəruri  ehtiyaclarını  qarşılamaq, 

yaşayış  şəraitini  yaxşılaşdırmaq,      ləyaqətini      və      insan      haqlarını  qorumaq 

məqsədilə  aksiyalar  keçirir  və  məlumatı  toplayır.  Yerli  tərəfdaşları  ilə  birlikdə 

təşkilat səhiyyə və reabilitasiya, sosial və iqtisadi inteqrasiya üzrə proqramları icra 

edir.  Milli  planlaşdırma  və  vəkillik  fəaliyyətləri  vasitəsilə  təşkilat  əlilliyi  olan 

insanların  haqlarının  beynəlxalq  miqyasda  tanınmasına  çalışır.  Bundan  başqa, 

təşkilat  təbii  fəlakətlər  zamanı  əhaliyə  yardımın  göstərilməsi,  minaların  qadağan 

olunması  və  minaların  təsirinə  düşmüş  qurbanlara  yardımın  göstərilməsi,  ciddi 

zədələnmələrin qarşısının alınması fəaliyyətlərini həyata keçirir. Təşkilat həmçinin 

iqtisadi,  sosial  inklyuziya,  inklyuziv  təhsil,  müyəssərlik,  idarəetmə,  fövqəladə 

hallarda  inklyuziya  sahəsində  işləyir.  Hazırda  təşkilat  Əlilliyi  olan  Şəxslərin 

Hüquqları  haqqında  Konvensiyanın  ABŞ  Senatı  tərəfindən  qəbul  olunması  üçün 

vəsaitin təmin olunması istiqamətində kampaniya keçirir. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə