Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

 

Universal  dizayn  (Universal  design)  -  binaların,  qurğuların  və  əşyaların  əhalinin 

bütün  kateqoriyaları  tərəfındən  istifadəsi  üçün  xüsusi  adaptasiya  tədbirlərinin 

tətbiq  edilməsini  nəzərdə  tutan  dizayn  yanaşmasıdır.  Universal  dizayn  prinsipləri 

kimi aşağıdakılar başa düşülür: 1) istifadədə bərabərlik; 2) istifadədə çeviklik; 3) 

sadə və  intuitiv olaraq  anlaşılan dizayn; 4)  asanlıqla  qavranılan  məlumat;  5) səhv 

edilmə ehtimalı; 6) aşağı səviyyədə fıziki səylərin göstərilməsi; 7) çıxış və istifadə 

üçün  həcm  və  məkan.  Universal  dizaynın  əsas  məqsədi  hamı  üçün  maneəsiz 

(əlçatan) mühitin yaradılmasıdır. Universal dizayn həmçinin inklyuziv dizayn kimi 

də tanınır. 



UĢaq  serebral  Ġflici  (İnfantile  cerebral  paralysis,  infantile  cerebral  palsy)  -  baş 

beyinin  doğuşdan  əvvəlki,  doğuş  zamanı  və  ya  doğuşdan  sonrakı  dövrlərdə 

müxtəlif  səbəblərdən  zədələnməsi  nəticəsində  əmələ  gələn,  adətən  erkən  uşaqlıq 

dövründə  aşkarlanan  və  hərəki  pozğunluqlarla:  iflic,  əzələ  zəifliyi,  koordinasiya 

pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan patoloji vəziyyət.   

 

  



Ü 

 

Ümumi xəstəlik (Systemic disease, general ilness, common disease) - birbaşa peşə 

xəstəliyi və ya əmək zədəsi ilə əlaqəli olmayan, lakin fıziki və ya psixi pozuntular 

nəticəsində  insan  orqanizmində  yaranan  hər  hansı  patoloji  vəziyyət.  Əgər  əlillik 

işlə  bağlı  olmayan  zədə  (məişət  zədəsi)  nəticəsində  yaranıbsa,  o  zaman  əlillik 

səbəbi ümumi xəstəlik kimi nəzərə alınır. 



Ümunıi  təyinatlı  təhsil  müəssisəsi  (General  education  institution)  -  təhsil 

sahəsində  xidmətlərin  göstərilməsi,  ümumi  bilik  və  vərdişlərin  yeni  nəsillərə 

aşılanması istiqamətində fəaliyyət göstərən təhsil qurumu. 

 



 

Yardımçı  avadanlıqlar  (Assistance  devices)  -fıziki  məhdudiyyətli  şəxslərin 

istifadə  etməsi  üçün  nəzərdə  tutulmuş  vasitələr.  Fiziki  məhdudiyyətli  şəxslərin 

funksionallığının,  özünə  qulluğunun  təmin  edilməsi  məqsədilə  hazırlanan 

avadanlıqlardır. 



Yardımçı  heyvanlar  (Assistance  animals)  -məhdudiyyətləri  olan  şəxslərin 

müstəqil həyat tərzini bu və ya digər dərəcədə təmin edən və təlim-əsaslı yardım 

xidmətləri göstərən heyvanlar (itlər və s.). 

Yardımçı  məktəb  (Special  needs  school)  -sağlamlıq  imkanları  məhdud  olan 

uşaqlar,  o  cümlədən  əqli  məhdudiyyətli  uşaqlar  üçün  təhsil  sahəsində  xidmət 

göstərən qurum. 

YazılıĢın  motorika  təqdimatı  (Finger  spelling)  -  müəyyən  söz  və  ya  anlayışın 

eşitmə və nitq məhdudiyyəti olan insanların surdodili ilə ifadə oluna bilməyəcəyi 

halda həmin söz və ya anlayışın surdodil əlifbası ilə nümayişi. 

 



Yeni  minillikdə  Əlillərin  Hüquqları  haqqında  Pekin  Bəyannaməsi  (Beijing 

Declara-tion on Disabled Persons in New Millenium) - 12 mart 2000-ci il tarixində 

Pekində keçirilən əlillik problemləri üzrə qeyri-hökümət təşkilatlarının Beynəlxalq 

Sammitində  qəbul  olunmuş  sənəd.  Bəyannamədə  əlilliyi  olan  şəxslərin  həyat 

səviyyəsinin müsbət meyllər nəticəsində artımı qəbul edilir, lakin həmin şəxslərin, 

xüsusilə  də  qadınların  ayrı-seçkiliyə  məruz  qalması,  marginallaşması  qeyd  edilir. 

Bəyannamənin mətninə əsasən əlilliyi olan şəxslərin cəmiyyətin inkişaf prosesində 

eksklyuziyası insan haqlarının pozulmasını təşkil edir. 

Yüksək  riskli  əhali  qrııpları  (High  risk  groups,  high  risk  population)  -  İİV-ə 

yoluxmaya  münasibətdə  riskli  davranış  tətbiq  edən və  ictimai  sağlamlığa təhlükə 

yaradan insanların məcmusu (inyeksion narkotik istifadəçiləri, nizamsız cinsi əlaqə 

tətbiq edən şəxslər, cinsi azlıqlar və s.). 

 



 

Zehni/mental əlillik (Mental disability) -həyatın erkən dövrlərində başlayan, zəka 

və  ünsiyyət,  özünə  qayğı,  sosial  qarşılıqlı  təsir  sahələrinə  uyğunlaşma  ilə  bağlı 

davranışlarda  pozulmalara  səbəb  olan  vəziyyət.  Zehni  əlillik  əsasən  zehni  varlığı 

(ağıl, şüur, məntiq, idrak, təfəkkür və s.) yetərincə inkişaf etməmiş olduğuna görə, 

ağıllı düşünə bilməyən və orta səviyyədən çox aşağı intellektual funksiyaya sahib 

olan və bəlkə də buna görə də fərqli və tipik olmayan davranışlar nümayiş etdirən 

zəka  səviyyəsinə  görə  fərqli  dərəcələrdə  yardıma  ehtiyacı  olan  şəxslərdə  qeydə 

alınır. 


 

 

                ĠSTĠFADƏSĠ MƏSLƏHƏT GÖRÜLMƏYƏN  



                          SÖZ VƏ ĠFADƏLƏR 

 

 

 

 

Ġstifadəsi məsləhət görülmə 

yən söz və ifadələr 

Ġstifadəsi məsləhət görülən söz 

və ifadələr 

Ağıldankəm, dəli, debil 

Əqli inkişaf məhdudiyyəti olan 

şəxs 


Axsaq 

Hərəkət      məhdudiyyəti olan 

şəxs 

Allergik 



Allergiyası olan şəxs 

Amputant 

Ətrafı           amputasiya olunmuş 

şəxs 


Anorektik 

Anoreksiyası olan şəxs 

Anormal 

Atipik 


Aqorafob 

Aqorafobiyası olan şəxs 

Asperger 

Asperger sindromu olan şəxs 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə