Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

normadan  kənar  əməllər  edən,  bir-birinə  zidd  fıkirlər  söyləyən,  ağrı  və  məntiqə 

uyğun gəlməyən danışıq halları ilə seçilən və qayğıya ehtiyacı olan şəxs. 

 

 



 

Sağlamlıq imkanları məhdud 18 yaĢınadək uĢaq (tibbi modelə əsasən) (Under-

18  child  with  health  limitations  (according  to  the  medical  model))  -  orqanizmin 

ümumi  inkişafının  pozulmasına  səbəb  olan  müxtəüf  əqli,  ruhi,  fıziki  qüsurlar  və 

xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafıəyə 

ehtiyacı  olan  uşaq.  Həyat  fəaliyyətinin  məhdudlaşması  sağlamlıq  imkanları 

məhdud  uşağın  özünəxidmət,  hərəkət,  səmtlənmək,  ünsiyyət,  öz  davranışına 

nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya 

imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir. 

Sağlamlıq  imkanları  məhdud  Ģəxs  (tibbi  modelə  əsasən)  (Person  with  health 

limitations (according to the medical model)) - xüsusi şərait yaradılmadan həyatda 

müxtəlif  sosial  fünksiyaların  icra  olunmasında  çətinlik  çəkən  fiziki  çatışmazlığı, 

əqli və (və ya) psixi ləngimələri olan insan. 

Seqreqasiya  (Segregation)  -  əhalinin  bir  qrupunun  cəmiyyətdən  müəyyən 

əlamətlərə görə zorla aynlması siyasəti. 



Sensor  inteqrasiyasının  disfunksiyası  (SID)  (Sensory  processing  disorder)  - 

hissiyat orqanlarının çatdırdığı məlumatın baş beyin tərəfindən tam və ya qismən 

qavranmaması.  Sensor  inteqrasiyasında  disfunksiyası  olan  şəxslər  ətraf  mühitin 

qıcıqlandırıcı  faktorlarına,  o  cümlədən  parlaq  işıq  və  ya  güclü  səsə  qarşı  həddən 

ziyadə həssaslıq nümayiş etdirirlər. 

Səsgücləndirici telefon aparatı (Amplifying telephone receiver) - dəstəyində səsin 

ucalığına  nəzarət  etmək  funksiyası  olan,  səsgücləndirici  cihaz  quraşdırılmış  və 

eşitmə  qabiliyyəti  məhdud  şəxslər  üçün  nəzərdə  tutulmuş  rabitə  vasitəsi.  Aparat 

daxil olan səsi gücləndirir. 



Skolioz  (Lateral  curvature,  scoliosis,  curvature  of  spine)  -  onurğa  ətrafında 

müşahidə  olunan  patologiya.  Skolioz  əsasən  3  formada  olur:  sadə,  qismən  əyri, 

mürəkkəb.  Onurğa  əyriliyi  döş  qəfəsinin  assimetriyasına  səbəb  olur  və  bu  da, 

getdikcə daxili orqanları sıxır. 



Sosial  adaptasiya  (Social  adaptation)  -  insanın  sosial  funskiyalarını  həyata 

keçirmək  imkanlarını  əks  etdirən  inteqrativ  proses.  Sosial  funksiyalar  dedikdə, 

ətraf  mühitin  və  öz  orqanizminin  adekvat  qavranılması,  adekvat  münasibətlər 

sistemi və ətrafdakı insanlarla ünsiyyət, əmək, öyrənmə, asudə vaxtın və istirahətin 

təşkili  qabiliyyəti,  ailədə  və  kollektivdə  özünəxidmət,  qarşılıqlı  xidmət  və  s. başa 

düşülür. Sosial adaptasiyanın bir istiqaməti kimi sosial-məişət adaptasiyasını, yəni 

fərdin  konkret  sosial-məişət  şəraitinə,  ictimai  və  ailə-məişət  rejiminə 

uyğunlaşmasını fərqləndirirlər. 



Sosial  ayrı-seçkilik  (Social  discrimination)  -cəmiyyət  həyında  ayrı-seçkilik 

etməmə prinsipinin pozulması, fərdlərin və ya sosial qrupların sosial sinif, irq, din, 

dil,  siyasi-fəlsəfı  görüş,  etnik  azlıq,  əlillik  və  s.  fərqlər  səbəbindən  cəmiyyətdə 

bərabər olmayan bir halla üzləşməsi. 




 

Sosial  xidmət  qurumu  (Social  service  institution)  -  hər  hansı  bir  sosial  xidmət 

müəssisəsinin  öz  tərkibində  peşəkar  olaraq  sosial  təminat  xidmətləri  göstərən 

bölmə. 

Sosial  xidmət  müraciəti  (Social  service  application)  -  sosial-iqtisadi  cəhətdən 

məhdudiyyətli  insanın  sosial  kontekstdə  dəstək  xidmətlərinə  ehtiyac  duyub-

duymadığına dair müşahidənin aparılması istiqamətində müvafıq yerli idarələrinə 

ünvanlanan istəklər. 



Sosial xidmət ödəniĢləri (Social service payment) - sosial təminat sistemləri olan 

ölkələrdə  evdə  və  ya  müəssisədə  sosial  təminat  xidmətləri  çərçivəsində  meydana 

gələn  müvafıq  xərclərinin  qismən  və  ya  tamamilə  bərpasına  yönəldilən  qayğıya 

ehtiyacı olan şəxsə və ya onun admdan baxıcıya, mütəxəssis baxıcıya və ya nəzarət 

orqanına verilən aylıq pul vəsaiti. 

Sosial  xidmət  sahələri  (Social  service  areas)  -səhiyyə,  təhsil  və  digər  sosial 

xidmətlərin  tətbiq  olunan  sahələrinin  məcmusu.  Burada  sosial  işçi  və  ya  sosial 

xidmətçilər  tərəfindən  peşəkar  səviyyədə  müxtəlif  sosial  qruplara  (məsələn,  ailə, 

uşaqlar, gənclər, ahıl insanlar, xüsusi qayğıya ehtiyacı olanlar, əlilliyi olan şəxslər, 

qaçqın  və  məcburi  köçkünlər  və  s.)  göstərilən  xidmətlərin  göstərilməsi  nəzərdə 

tutulur. 



Sosial inteqrasiya  (Social integration)  - sosial təcrid olunmaya  məruz  qalan fərd 

və ya qrupların (əlilliyi olan şəxs və ya qrupların) iqtisadi və sosial fəaliyyətlərinə 

maneə  olan  faktorların  aradan  qaldırılması,  onların  həyat  səviyyələrinin 

yaxşılaşdırılması və cəmiyyətdə digər insanlarla bərabər səviyyədə iştraknın təmin 

edilməsi istiqamətdə həyata keçirilən tədbirlər sistemi. 

Sosial iĢçi (Social worker, case worker, outreach worker, development worker)  - 

əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan şəxslərin ehtiyaclarını müəyyən edən, 

ehtiyaclarla resurslar arasında əlaqəni təmin edən, bu resurslar haqqında insanları 

məlumatlandıran və onların bu resurslardan istifadə etməsini əlaqələndirən şəxs. 



Sosial iĢtirak (Social participation) - əlilliyi olan və xüsusi qayğıya ehtiyac duyan 

şəxslərin  cəmiyyətdə  tamyararlı  üzv  kimi  yaşaması  və  sosial  fəaliyyətlərdə 

mümkün qədər aktiv olaraq iştirak edə bilməsi. 

Sosial qulluq (Social care) - sosial xidmət işçiləri tərəfmdən qayğıya ehtiyacı olan 

şəxsə sistemli, planlı və mütəşəkkil bir şəkildə təqdim olunan tibb qulluğu, psixo-

sosial (mənəvi) dəstək və evin idarə olunmasına yönələn xidmətlərin məcmusu. 

Sosial  məsafə  (Social  distancing)  -  sosial  qrupların  və  ya  şəxslərin  bir-birinə 

yaxınlıq  və  ya  özgəninkiləşdirmə  dərəcəsini  əks  etdirən  anlayış.  İnsanla  ictimai 

qurum  arasında  sosial  məsafənin  artması  sosial  qurumların  qruplara  və  digər 

təbəqələrə ayrılmasının meyarını təşkil edir. 



Sosial müavinətlər (Social benefıts) - qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı 

kateqoriya  şəxslərə  sosial  yardım  göstərilməsi  məqsədilə  aylıq  və  ya  birdəfəlik 

ödənilən pul vəsaiti. 

Sosial  reabilitasiya  (Social  rehabilitation)  -sosial  vərdişlərin  mənimsənilməsini, 

əlilliyi  olan  şəxsin  həyat  səviyyəsinin  yaxşılaşdırılmasını,  onlara  cəmiyyətin 

həyatında  müstəqil  iştirak  etmək  üçün  digər  şəxslərlə  bərabər  imkanlar 

yaradılmasını təmin edən tədbirlər sistemi. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə