Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   8   9   10   11   12   13   14   15   ...   25



 

Meynstriminq  (yanaĢma)  (Mainstreaming  (approach))  -  əlilliyi  olan  və  əlilliyi 

olmayan  uşaqların  sosial  və  öyrədici  yöndən  birləşməsinə  kömək  edən  təhsil 

strategiyası.  Bunun  məqsədi  uşağın  tam  sağalması  deyil,  onun  maraq  və 

qabiliyyətlərini  ən  yaxşı  formada  istifadə  etməsinə,cəmiyyətdə  sərbəst  hərəkətinə 

kömək etməkdən ibarətdir. 

Məcburi  hospitalizasiya  (tibbi  xarakterli  məcburi  tədbirlər)  (Involuntary 

admission (coercive medical measures)) — anlaşılmaz vəziyyətdə cinayət törətmiş 

və  ya  cinayət  törətdikdən  sonra  psixi  xəstəliyə  tutulmuş,  yaxud  psixi  pozuntu 

vəziyyətində  olan  şəxslərin  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsi  və 

Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsi  ilə  müəyyən  olunmuş 

qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə 

məqsədi ilə yerləşdirilməsi. 



Məsləhət psixologiyası (Counselling psychology) - insanın daha fəal davramşlarla 

sosial  mühitə  uyğunlaşması  məqsədi  ilə  istifadə  edilən  məlumatları  əhatə  edən 

psixologiya sahəsi. 

MəsləhətləĢmə  xidməti  (Counselling  service,  consultation  service)  -  psixo-sosial 

problemlərlə  üzləşən  insanlara  problemlərin  həllində  yardımçı  olmaq  və  lazımi 

məlumat və çıxış yollarını təqdim etmək məqsədilə həyata keçirilən fəaliyyətlərin 

məcmusu. 



MəsləhətləĢmə mərkəzi (Counselling center, consultation center) - insanın ictimai 

və şəxsi  həyatında qarşılaşdığı  sosial  xarakterli suallarının  cavabını tapmaq  və  ya 

problemlərinin  həllini  axtarmaq  üçün  müraciət  etdiyi  mövzu  ilə  bağlı  sosial 

məsləhətçilərdən ibarət olan qurum. 



Mobillik  (Mobility)  -  əlilliyi  olan  şəxslərin  müstəqilliyinə  şərait  yarada  biləcək 

vasitələrə  uyğunlaşma  və  onların  köməyilə  hərəkət  etmə  bacarıqların  məcmusu. 

Məsələn, qoltuq altı. 

Monoplegiya  (Monoplegia,  hemiparaplegia)  -insan  orqanizminin  hər  hansı  bir 

ətraf nayihəsinin iflici. 



Motorika  (hərəkətlilik)  (Motility,  movements,  motor  activity)  -  orqanizmin 

biomexaniki, fenomonoloji və psixoloji aspektlərdən birləşdirən funksiyası. 



Mürəkkəb  çatıĢmazlıq  (Multiple  deficiency)  -insan  orqanizminin  fiziki 

pozuntuların, əqli və ya psixi ləngimələrin məcmusu. 



Müstəqil  həyat  (Independent  living)  -  əlilliyi  olan  şəxsin  digər  insanlarla 

münasibətdən,  fiziki  imkanlardan,  ətraf  mühitdən  və  sosial  xidmət  sahəsinin 

inkişafından asılı olan psixoloji oriyentasiyası. Müstəqil həyat əlilliyi olan şəxsin 

cəmiyyətin ayrılmaz hissəsini təşkil etmək, cəmiyyətdə cərəyan edən bütün sosial 

və siyasi proseslərdə iştirak etmək, seçim müstəqilliyini, yaşayış və digər təyinatlı 

binalara,  nəqliyyat  və  kommunikasiya  vasitələrinə,  əmək  bazarına  və  təhsil 

sisteminə çıxışı ehtiva edən insan haqlarıdır. 

 



 

Müstəqil  həyat  konsepsiyası  çərçivəsində  əlilliyi  olan  şəxs  özü  qərar  çıxarmaq, 

seçmək və həyat vəziyyətlərini idarə etmək hüququna malikdir. 

Müyəssər (Accessible) - fərdin istifadəsi üçün əlçatan olan ehtiyatların məcmusu, 

o cümlədən qurğular, vasitələr, infrastruktur obyektləri, proqramlar və ya fəaliyyət 

növləri. 

Müyəssər  veb  səhifələrin  dizaynı  (Accessible  web  design)  -  universal  dizayn 

qaydalarına  uyğun  tərtib  olunan  və  məhdudiyyətləri  olan  insanların  həmin 

səhifələrdən istifadəsini tam və ya qismən təmin edən dizayn üsulu. 

 



 

Nevroz  (Neurosis,  neuroticism,  neurotic  disorder,  kakergasia)  -  insanın  sinir 

sisteminin  geri  dönən  dönmə  ehtimalı  olan  funksional  pozğunluğu.  Bu,  sinir 

sisteminə  uzun  müddət  ərzində  üzücü  təsir  edən  müxtəlif  faktorların  təsiri 

nəticəsində baş verir. 



Nitq  qabiliyyəti  (Vocality,  verbal  ability)  -  nitq  fəaliyyətində  müvafıq  dilin 

mənimsənilməsi və ondan istifadə etmə bacarığı. 



Nitq qabiliyyətinin məhdudiyyəti (Speech impairment) - sadə səslərin təhrifindən 

tutmuş dildən istifadə qabiliyyətin tam və ya qismən itirilməsi və funksional nitq 

üçün  oral-motor  mexanizmin  pozulması  fonunda  şəxsin  digər  şəxslərlə  ünsiyyət 

imkanlarının məhdudlaşdırılması. 



Nitq  qabiliyyəti  məhdud  olan  Ģəxslərlə  ünsiyyətin  etik  prinsipləri  (Ethical 

principles  of  commımication  with  persons  with  speech  impairment)  -  nitq 

qabiliyyətinin  məhdudiyyətləri  və  problemləri  ilə  yaşayan  insanlarla  ünsiyyət 

qurulması  qaydaları.  Buna  əsasən,  nitq  qabiliyyəti  məhdud  olan  insanlarla 

danışarkən etinasız davranmaq olmaz; nitq qabiliyyəti məhdud olan insanın çıxışını 

kəsmək  olmaz,  yalnız  onun  çıxışı  qurtarmasına  əmin  olduqdan  sonra  danışmağa 

başlamaq  olar;  söhbətin  gedişatını  süni  şəkildə  sürətləndirmək  olmaz;  danışarkən 

həmsöhbətin  düz  üzünə  baxmaq,  səbrli  olmaq  və  adi  söhbətlə  müqayisədə  həmin 

söhbətin daha çox vaxt aparacağını nəzərə almaq lazımdır və s. 



Nitq  məlıımatının  daxil  olması  və  nitqintanınması  (Speech  input  and  speech 

recognition) - kompyuter üzərində nəzarət və mətnin kompyuterdə tərtib olunması 

üçün  istifadə  olunan  üsul.  Nitq  məlumatının  daxil  olması  üzrə  proqram  təminatı 

mikrofonla təchiz olunur. 

Nozologiya  (Nosology)  -  patologiya  və  kiliniki  tibbin  əsas  vəzifələrinin  həll 

olunmasına  xidmət  edən  xəstəliklər  haqqında  elm.  Nozologiya  patologiyanın 

struktur-funksional  əlaqələrinin,  habelə  xəstəliklərin  bioloji  və  tibbi  əsaslarının 

tədqiqi  ilə  məşğuldur.  Nozologiyanın  tərkibində  etiologiya  (xəstəliklərin  yaranma 

səbəblərini  öyrənən  elm),  patogenez  (xəstəliklərin  yaranma  və  inkişaf 

mexanizmləri),  patomorfogenez  (xəstəliklərin  inkişafı  fonunda  yaranan  morfoloji 

dəyişikliklər),  xəstəliklərin  nomenklaturası  və  təsnifatı,  diaqnoz  nəzəriyyəsi, 

patomorfoz (müxtəlif amillərin təsiri nəticəsində xəstəliklərin dəyişilməsini tədqiq 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə