Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

Prenatal  diaqnostika  (Prenatal  diagnostics,  prenatal  diagnosis)  -  hamiləlik 

dövründə  həyata  keçirilən  tibbi  müayinə  üsulların  məcmusu  (döldən  götürülmüş 

müvafıq toxumaların genetik üsullarla analizi). 

Protez  (Denture)-  amputasiya  olunmuş  ətrafın  anatomik  və  funksional  cəhətdən 

bərpa olunması üçün istifadə olunan nexniki vasitə. 



Psixi  ləngimə  (Mental  retardation)  -  insanın  psixi  inkişafında  gecikmə,  o 

cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm halları. 



Psixi  pozuntu  (xəstəlik)  (Psychiatric  disorder,  abalienation,  mental  disorder, 

thought  disorder)  -sosial  uyğunlaşmanın  və  səhhətin  pozulması  ilə  müşayiət 

olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. 



Psixiatriya  (Psychiatry,  mental  medicine,  mental  science)  -  davranış 

pozuntularının,  əqli  və  ruhi  xəstəliklər  səbəbindən  davranış  və  uyğunlaşma 

pozuntularının üzərində araşdırmaların aparılması, belə xəstəliklərin və əlamətlərin 

diaqnozun və müalicəsinin öyrənilməsi ilə bağlı məşğul olan tibb sahəsi. Ruhi və 

sinir xəstəliklərindən qaynaqlanan narahatlıqları və uyğunsuzluqların tibbi və ruhi 

sağlamlıq proqramları çərçivəsində qarşısını alma, ortaya çıxan əqli-ruhi və psixo-

sosial vəziyyətləri və xəstəlikləri təyin edən və bunların müalicəsi ilə məşğul olan 

elm sahəsidir. 



Psixiatriya  müəssisəsi  (psixonevroloji  müəssisə)  (Psychiatric  facility 

(psychoneuro-logical  establishment,  psychoneurological  institution))  -  psixiatriya 

yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən 

tibb müəssisəsi və ya onun bölməsi. 

Psixiatriya yardımı  (Psychiatric  care,  mental  health  services)  -  pasiyentin psixi 

vəziyyətinin  müayinəsini,  psixi  pozuntusunun  diaqnostikasını,  müalicəsini  və 

profilaktikasını,  psixo-sosial  reabilitasiyasını  özündə  birləşdirən  ixtisaslaşdırılmış 

tibbi yardım növü. 



Psixo-analiz  (Depth  psychology,  psychoanalysis,  psychoanalytic  therapy)  

psixologiyada  şüur  altını  açmaq,  əqli  və  ruhi  xəstəliklərin  səbəblərini  ortaya 

çıxarmaq  və  bu  cür  xəstəlikləri  müalicə  etmək  üçün  istifadə  olunan  metod.  Bu 

metodun əsasında zehinlə bağlı bəzi əsəb pozuntularını, xəstəliyə səbəb ola biləcək 

şüuraltı  narahatlıqları,  arzuları  və  ya  keçmişdə  yaşananları  şüur  üstünə  çıxararaq 

müalicə etmək mümkündür. 



Psixo-fiziolojĠ  pozuntular  (Psychophysio-logical  disorders)  -  psixoloji  stresə  bir 

reaksiya olaraq ortaya çıxan və bədənin müxtəlif üzvlərinə mənfi istiqamətdə təsir 

edən dəyişikliklər. 

Psixoloji  adaptasiya  (Psychologic  adaptation)  -insanın  cəmiyyətin  tələblərinə, 

özünün  tələbatlarına,  motivlərinə  və  maraqlarına  uyğun  olaraq  cəmiyyətdə  bir 

şəxsiyyət kimi mövcud olmasına uyğunlaşma. Psixoloji adaptasiya insan tərəfindən 

yaşadığı cəmiyyətin normalarının və dəyərlərinin mənimsənilməsi vasitəsilə həyata 

keçirilir.  Psixoloji  adaptasiyanın  əsas  təzahürləri  şəxsiyyətin  ətrafdakı  insanlarla 

ünsiyyət qurması və onun aktiv fəaliyyətləridir. 



Psixoloji  sərbəstlik  (Psychological  freedom)  -xarici  təzyiqlərə  baxmayaraq,  öz 

fıkrini  saxlamaq,  öz  hərəkətini  və  emosional  reaksiyalarını  tənzimləmək, 

özünüidarəetmə, özünütəsdiqetmə bacarığı, 

 



məsuliyyəti  üzərinə  götürməyə  meylliliyi.  Bu  cür  sərbəstük  psixo-emosional 

vəziyyəti  yaxşılaşdırmaq,  narahatlıq  və  aqressiyanı  azaltmaq,  qorxu  və  sinir 

gərginüyini  aradan  götürmək,  normal  yuxunu  bərpa  etmək,  psixoloq  və  pasiyent 

arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır. 



Psixoloji-pedaqoji reabilitasiya (Psychological and pedagogical rehabilitation) - 

əlillik xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris metodlarından 

istifadə  olunmaqla  inklyuziv  təhsil  almasına,  ünsiyyət,  özünə  xidmət  və  öz 

davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmiş tədbirlər sistemi. 



Psixoloji-tibbi-pedaqoji  komissiya  (Psychomedical  andpedagogic  comission)  

uşaqlarda  fiziki  çatışmazlıqların,  əqli  və  psixi  ləngimələrin  diaqnostikasının 

aparılmasını,  bunun  əsasında  onların  xüsusi  təhsilə  cəlb  olunması  barədə  qərar 

qəbul  edilməsini,  valideynlərinə  və  ya  digər  qanuni  nümayəndələrinə  müvafiq 

məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını həyata keçirən müvafıq 

icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət  göstərən mütəxəs-

sislərdən ibarət qurum. 

Psixoloq  (Psychologist)  -  psixologiyanın  hər  hansı  bir  sahəsində  təhsil  alan  və 

öyrəndiyi bilik və bacarıqları müəyyən ölçüdə tətbiq edən mütəxəssis. 



Psixososial  məsləhətləĢmə  (Psychosocial  counselling,  psychosocial  consultation) 

-  psixo-emosional  stresin  aradan  götürülməsi  və  İİV-lə  əlaqədar  düzgün  davranış 

qaydalarının  müəyyən  edilməsi  məqsədilə  müayinə  olunan  (müayinə  olunmuş) 

şəxslə  tibb  işçisi  və  ya  sosial  işçi  arasında  testdən  əvvəl  və  sonra  aparılan 

konfıdensial dialoq. 

 



 

Reabilitasiya  (Rehabilitation)  -  şəxsin  müəyyən  mühitdə  həyat  fəaliyyətinin 

bərpasına yönəlmiş tədbirlər məcmusu. 



Reabilitasiya  mərkəzi  (Rehabilitation  center)  -əlilliyi  olan  şəxslərə  və  xəstələrə 

kompleks  tibbi-sosial  və  peşə  reabilitasiyasının  aparılması  üçün  nəzərdə  tutulan, 

əlilliyi  olan  şəxslərin  əməyə  və  sosial  həyata  qatıla  bilmələrinə  kömək  olan 

müxtəlif sahələrdə ixtisaslaşmış dövlət və ya özəl müəssisə. 



Reabilitasiya  standartları  (Rehabilitation  standards)  -  əlilliyi  olan  şəxslərin 

reabilitasiyasını  keyfiyyət  və  effektivlik  baxımından  qiymətləndirən  normativ 

sənədlər. 

Reabilitasiya vasitələri (Rehabilitation tools) -əlilliyi olan şəxslərin və xəstələrin 

itirilmiş funksiyalarının bərpasına kömək edən yardımçı vasitələr (əsalar, qoltuqaltı 

ağaclar, dirsəkaltı ağaclar və s.). 

Reamputasiya  (Consecutive  amputation,  reamputation)  -  amputasiyadan  sonra 

güdülün  anatomik  və  ya  funksional  yararsızlığı  ilə  əlaqədər  aparılan  təkrar 

əməliyyat. 

Revmatoloq  (Rheumatologist)  -  artrit  və  digər  oynaq,  əzələ  və  sümük 

xəstəliklərinin diaqnostika və müalicəsi sahəsində ixtisaslaşmış həkim. 



Ruhi  xəstə  (Mental  patient,  mentally  unsound,  mentally  affected,  bedlamite)  

müxtəlif  səbəblərlə  ruhi  və  əqli  xüsusiyyətlərində,  həyatın  tələbinə  uyğun 

gəlməyəcək  səviyyədə  davamlı  olaraq  bacarıq  və  funksiya  itkisi  göstərən, 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə