Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

Sosial sığorta (Social insurance) - peşə, fizioloji və ya sosial-iqtisadi risklərə görə 

gəlirinin  və  ya  qazancının  davamlı  və  ya  müvəqqəti  olaraq  itirilməsi  halında 

insanların yaşamaq və dolamşıq ehtiyaclarını qarşılayan sistem. 

Stiqma  (Stigma,  label)  -  sosial  stereotipin  ünsürü  kimi  çıxış  edən  və  fərdi  və  ya 

qrupu nüfuzdan salan sosial atribut. 



Subtitr  (Caption,  subtitle)  -  eşitmə  qabiliyyəti  məhdud  insanlara  video  çəkiliş 

materialında  səsləndirilən  nitqin  çatdırılması  məqsədilə  kadrlarda  yerləşdirilən 

mətn. 

Subtitrli  film/video  çarx  (Captioned  film/video)  -  eşitmə  məhdudiyyəti  olan 

şəxslərin filmin və ya video çarxın səs yazmasının mənasını dərk etməsi məqsədilə 

yazılmış mətnin nümayiş olunduğu video material. 

Surdo tərcüməçi (Sign language interpreter) -eşitmə məhdudiyyəti olan şəxslərin 

digər  insanlarla  surdodil  vasitəsilə  ünsiyyətin  təşkil  olunmasına  yardım  göstərən 

mütəxəssis. 

Surdotexniki  vasitəiər  (Deaf  aid,  equipment  for  persons  with  hearing 

impairment)  -  eşitmə  məhdudiyyəti  olan  şəxslərdə  həmin  məhdudiyyətlərin 

korreksiyası  və  ya  kompensasiyası,  habelə  eşitmə  qabiliyyəti  olan  şəxslərin  ətraf 

mühitə  adaptasiyası  üçün  nəzərdə  tutulan  və  məxsusi  olaraq  işlənib  hazırlanan 

cihazlar. 

 

ġ 

 

ġəxsin  həyat  fəaliyyətinin  məhdudlaĢmasi  (Limitations  of  life  activities  of  the 

person)  -  əlilliyi  olan  şəxsin  özünəxidmət,  hərəkət,  səmtlənmək,  ünsiyyət,  öz 

davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin və ya 

imkanlarının tamamilə, yaxud qismən itirilməsinin təzahür forması. 

ġəxslərarası  ünsiyyət  vasitələri  (Interpersonal  communication  means)  -  görmə 

məhdudiyyəti olan şəxslərin brayl sistemi üzrə təlimlə, audio-vasitələr və iri şriftlə 

təmin  edilməsi,  əqli  məhdudiyyəti  olan  şəxslərə  dilin  asan  başa  düşülməsinin 

öyrədilməsi  sisteminin  təşkil  edilməsi,  nitq  məhdudiyyəti  olan  şəxslərə  müasir 

texniki ünsiyyət vasitələrinin tədqim olunması. 

ġizofreniya (Schizophrenia, adolescent insanity, parergasia, dementia praecox)  

insanın  düşüncə,  duyğu  və  davranışında,  özünə  və  ətrafındakılara  əhəmiyyətli 

dərəcədə təsir edən və bəzi dəyişikliklərə səbəb olan psixi xəstəlik. 

 



 

Talassemiya 

(Thalassemia, 

thalassanemia) 

-genetik 

defekt 


nəticəsində 

hemoqlobinin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi 

qan  xəstəliyi  Formalarına  görə  homoziqot  talassemiyanı  (pasiyentə  hər  iki 

valideyndən  iki  qüsurlu,  mutasiyaya  məruz  qalmış  gen  irsən  keçir)  və  heteriziqot 



talassemiyanı (pasiyent mutasiya məruz qalmış qüsurlu geni yalnız bir valideyndən 

irsən alır) fərqləndirirlər. 



Tam  dövlət  təminatı  (Full  public  assistance,  complete  public  provision)  - 

sağlamlıq  imkanları  məhdud  şəxslərin  dövlət  tərəfındən  təlim,  səhiyyə  və  məişət 




xidmətləri,  yemək,  geyim,  ayaqqabı,  zərari  avadanlıq  və  fərdi  texniki  vasitələrlə 

təmin edilməsi. 

 Tetraplegiya  (Tetraplegia,  pamplegia,  quadriplegia,  quadriparesia)  -  yuxarı 

ətrafların mərkəzi iflici və aşağı ətrafların periferik iflici. 



Təxirə   salınmaz   psixiatriya   yardımı (Emergency psychiatric care, primary 

medical  health  services,  emergency  psychiatric  help)  -həkim-psixiatrın  (həkim-

psixiatr komissiyasının) qərarı əsasında göstərilən tibb prosedurların məcmusu. 



Təkrar  əlillik  (Secondary  disability)  -  tibbi-sosial  ekspert  komissiyasında  təkrar 

müayinədən keçərək əlillik statusunun təsdiqlənməsi. 



Təlimin Ġnteqrasiyasi (Training integration)-sağlamlıq imkanları məhdud şəxslər 

üçün  xüsusi  şərait  yaratmaqla,  onların  digər  insanlarla  birgə  təlimin  həyata 

keçirilməsi prosesi. 

Tibbi reabilitasiya (Medical rehabilitation, aftercare) - orqanizmdə anadangəlmə, 

yaxud sonradan baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional 

qabiliyyətlərin  tibbi  və  digər  metodlarla  bərpasına  və  kompensasiyasına 

yönəldilmiş tədbirlər sistemi. 



Tibbi-sosial  ekspert  komissiyası  (Medical  and  social  expert  comission,  medical 

and  social  expert  board,  disability  evaluation  board)  -  tibbi-sosial  ekspertiza 

keçirərək əlilliyi olan şəsxslərin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının 

məhdudluğunu qiymətləndirən, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq 

imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən 

edən mütəxəssislərdən ibarət qurum. 

Tibbi-sosial  ekspert  komissiyasının  çıxarıĢı(Statement  (report)  of  medical  and 

social  expert  comission)  -  tibbi-sosial  ekspert  komissiyaları  tərəfindən  verilən, 

əlilliyin səbəbini, dərəcəsini və müddətini müəyyən edən sənəd. 



Tibbi-sosial  ekspert  komissiyasının  rəyi(Opinion  of  medical  and  social  expert 

comission)  -tibbi-sosial  ekspert  komissiyalarının  əlilliyi  olan  şəxsin  kliniki-

funksional  və  sosial  statusu,  fəaliyyətlərinin  təbiəti  və  məhdudiyyətləri, 

reabilitasiya potensialı, reabilitasiya tədbirlərinin proqnozunu formalaşdıran fıkrin 

bildirilməsi. 



Tibbi-sosial  ekspertiza  (Medical  and  social  expert  examination,  medical  and 

social  expert  evaluation)  -  əlilliyin  qiymətləndirilməsi  əsasında  şəxsin  sosial 

müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsi. 



Tiflotexniki  vasitələr  (Blind  aid,  equipment  for  the  persons  with  visual 

impairment)  -  görmə  qabiliyyəti  məhdud  olan  şəxslərin  tədrisi,  politexnik  və 

istehsalat  hazırlığı  və  xidmətlərdən  yararlanması,  habelə  həmin  şəxslərin  görmə 

qabiliyyətinin  korreksiyası,  inkişafı  və  bərpası  üçün  məxsusi  olaraq  işlənib 

hazırlanmış cihazlar. 



Toxunula bilən iĢarələr (Tactile signage) -görmə qabiliyyəti məhdud olan şəxslər 

tərəfindən məlumatın qavranılması üçün Brayl şrifti ilə tərtib olunmuş yol işarələri 

və  məlumat  cədvəlləri,  böyüdülmüş  hərfiər  və  üçölçülü  mətnlə  təchiz  olunmuş 

lövhələrin məcmusu. 



Xəsarət (Zədə) (Trauma, injury) - hər hansı xarici təsir (yaralanma, əzilmə, yanma 

və s.) nəticəsində bədən toxumalarının və ya üzvlərinin zədələnməsi. 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə