Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

edən  elm),  habelə  həkim  səhvləri  və  yatrogeniyalar  (tibbi  personalın  fəaliyyəti 

nəticəsində yaranan xəstəliklər və patoloji vəziyyətlər) kimi sahələr seçilir. 

 



 

Obsesiya  (Obsession)  -  şüura  bərkiyərək,  qorxu  və  depressiya  meydana  gətirən, 

insanın  səylərinə  baxmayaraq  xilas  olmadığı  fıkir.  Hər  hansı  bir  fıkir  və  ya 

davranışa  qarşı,  diqqət,  həssaslıq  və  həyəcan  niyyətlərinin  bir  mərkəz  ətrafında 

toplaşmasıdır.  Nevroz,  həddindən  artıq  dərəcədə  bir  aludəçilik,  eyni  növdən 

mənasız  hərəkətləri  etmək  vərdişi,  səbirsizlik  halı  və  ya  davranış  qüsurudur. 

Məsələn,  pəncərəni  açmadan  əvvəl  davamlı  olaraq  stulların  yerini  dəyişmək; 

müəyyən  günlərin  uğurlu  olduğunu  düşünərək,  o  günlərdə  müəyyən  işləri 

görməmək;  müəyyən  məsələlərdə  danışarkən,  müəyyən  mimikaları  nümayiş 

etdirmək. 

Obtıırator (Obturator, occluder, seal) - bərk və ya yumşaq damaq qüsurları üçün 

istifadə olunan protez. 



Oxuma  sistemi  (Reading  system)  -  görmə  və  hərəkət  məhdudiyyətləri,  habelə 

öyrənmə çətinlikləri olan insanlar üçün çap olunmuş mətnin müyəssərliyini təmin 

edən  kompyuter  avadanlığı  və  ya  proqram  təminatı.  İşarələrin  tanınması  üzrə 

proqram  təminatı  çap  olunmuş  mətnin  skanner  vasitəsilə  şəklinin  çəkilməsinə 

nəzarət  edir,  həmin  şəkildə  olan  surəti  kompyuterlə  oxuna  bilən  mətnə  çevirir, 

sonra isə həmin kompyuter mətnini sintez olunmuş nitq vasitəsilə səsləndirir. 



Oliqofreniya  (Mental  retardation,  oligophrenia,  oligopsychia,  feeblemindedness) 

- əqli gerilik ve ya intelektual inkişaf pozuntusu. 



Optik həyəcan siqnalı (Visual alarms) - binanın və ya qurğunun təhlükə haqqında 

xəbərdarlıq sistemində quraşdırılmış və eşitmə məhdudiyyəti olan şəxslərin təhlükə 

haqqında öncədən xəbərdar olunması məqsədilə istifadə olunan, təhlükə anlarında 

sayrışan qurğu. Səs həyəcan siqnalı verildiyi halda müyəssərliyin təmin olunması 

üçün optik həyəcan siqnalı da verilməlidir. 

Orqanizmin funksionallığı (Body functionality) - bədən quruluşunda hər hansı bir 

fəsadın olmaması və bədən funksiyalarının sağlam formada öz işini görməsi. 



Ortez  (Orthoses)  -  müalicəvi  və  ortopedik  texniki  məmulat  olub,  insanın  dayaq-

hərəkət  aparatının  pozulmuş  və  ya  itirilmiş  funksiyasının  bərpasına  və  hərəkətinə 

xidmət edir. 

Ortopediya (Orthopedics, orthopaedics, orthopedy) - onurğa və hərəkət üzvlərinin 

(əllərin, 

ayaqların) 

sabit  deformasiyalarının  öyrənilməsi,  müalicəsi  və 

profilaktikası ilə məşğul olan tibb sahəsi. 

 

Ö 

 

Ötürücü (Carrier) - xəstəliyin genetik defektini özündə daşıyan və sonrakı nəslə 

ötürə bilən şəxs. 

 

 

 





 

Palliativ  yardım  (Palliative  care)  -  müalicəsi  mümkün  olmayan  şəxslərin  və 

onların  ailə  problemlərinin  müəyyən  edilməsi,  qiymətləndirilməsi  və  bu  şəxslərə 

yardımın göstərilməsi üzrə tədbirlər sistemi. 

Pandus  (Ramp,  wheelchair  ramp,  rampant)  -əlilliyi  olan  şəxslərin  şəhərdə 

hərəkətini  asanlaşdırmaq  üçün  binalarda, səkilərdə  və  keçidlərdə  pilləkən  əvəzinə 

istifadə edilən maili müstəvi. 

Panika  pozuntusu  (Panic  disorder)  -  hər  hansı  bir  səbəb  olmadan  ortaya  çıxan, 

xüsusən  də  ürəyin  sürətli  döyünməsi,  nəfəs  ala  bilməmək,  döş  qəfəsi  ağrısı, 

titrəmə,  tərləmə,  ürəkgetmə  hissi,  boğazda  tıxanma  hissi,  nəzarəti  itirmə  və  ölüm 

qorxularının  olduğu  panika  atakları  ilə  xarakterizə  olunan  şiddətli  bir  narahatlıq 

halı. 

Paralimpiya (Paralympic Games) - əlilliyi olan şəxslər arasında vaxtaşırı keçirilən 

beynəlxalq yarışlar. 



Paranoid  (Paranoid,  paranoiac)  -  sayıqlama  ideyaları,  hallyusinasiya  və  psixi 

avtomatizmlə səciyyələnən psixopatoloji sindrom. 



Paraparez (Paraparesis) - hər iki əlin və ya hər iki ayağın iflici. 

Pasiyent  (Patient)  -  fıziki  və  ya  psixi  pozuntu  vəziyyətində  olan  və  tibbi  yardım 

üçün müraciət edən şəxs. 



Patologiya  (Pathology,  abnormity,  abnormality)  -xəstəliklərin  ortaya  çıxmasında 

effektiv və ehtimal olunan faktorları araşdıran elm sahəsi. 



PeĢə  xəstəliyi  (Occupational  disease,  workrelated  disease,  industrial  malaise)  

uzun müddətdə zərərli əmək şəraitində əmək fəaliyyətinin və ya istehsal mühitinin 

zərərli  amillərinin  təsiri  nəticəsində  sağlamlığın  itirilməsi,  orqanizmin  normal 

fəaliyyətinin  pozulması.  Hər  hansı  bir  xəstəliyin  peşə  xəstəliyi  olub-olmamasının 

müəyyənləşdirilməsi zamanı həmin xəstəliyin kliniki forması və xəstənin konkret 

əmək şəraiti nəzərə alınmalıdır. Peşə xəstəliyi səbəbindən əziyyət çəkən işçilər bir 

sıra imtiyazlara, o cümlədən müavinət almaq hüququna malikdir. Peşə xəstəliyinin 

fəsadları  ilə  üzləşən  insanlar  onlara  dəymiş  zərərin  müqabilində  təzminat 

alınmasını tələb edə bilərlər. 

PeĢə-əmək reabilitasiyası (Occupational and labour rehabilitation) - əliliiyi olan 

şəxsin  peşə  seçməsinə,  işə  düzəldilməsinə,  əvvəlki,  yaxud  yeni  peşə  üzrə  əmək 

qabiliyyətinin  bərpası  məqsədi  ilə  zəifləmiş,  yaxud  itirilmiş  funksiyasının  reabili-

tasiyasına  və  ya  onun  yeni  peşəyə  uyğunlaşdırılmasına  yönəldilmiş  tədbirlər 

sistemi. 

Postravmatik  stress  zədəsi  (Post-traumatic  Stress  Disorder,  PTSD)  -  xroniki  və 

ya kəskin ola bilən və şəxsin ətraflarının izafi ifrat dərəcədə işlədilməsi sayəsində 

yaranan ağrıla xarakterizə olunan patoloji vəziyyət. 

Postvaksinal  fəsadlar  (Postvaccinal  complication,  vaccinal  lesion)  -  profilaktik 

peyvəndlər nəticəsində sağlamlığın müxtəlif dərəcədə pozulması. 



Pozitiv ayrı-seçkilik (Positive discrimination) -bərabər imkanları təmin etmək və 

sosial  həyatda  tam  iştirak  etmək  üçün  xüsusilə  əlillik  kimi  özəl  vəziyyətlərə  görə 

sosial  yöndən  qorunması  lazım  olan  dezavantajlı  qruplara  məqbul  səviyyədə 

verilən imtiyazların məcmusu. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə