Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

ĠĢ  qabiliyyətinin  itirilməsinə  gətirib  çıxardan  zədələrin,  pozuntuların  və 

xəstəliklərin  Beynəlxalq  Təsnifatı  (International  Classification  of  Impairments, 

Disabilities  and  Handicaps)  -  Dünya  Səhiyyə  Təşkilatı  tərəfindən  işlənib 

hazırlanan  və  reabilitasiya  tədbirlərinin  müəyyənləşdirilməsi  və  keçirilməsi  üçün 

nəzərdə  tutulan  beynəlxalq  təsnifat  sistemi.  Təsnifat  vahidləri  kimi  pozuntular 

(əqli,  görmə,  eşitmə,  nitq,  motorika),  9  funksional  pozuntu  (davranış,  kommu-

nikasiya,  vərdişlər)  və  9  zədə  (oriyentasiya,  mobillik,  sosial  inteqrasiya) 

müəyyənləşdirilib. Hər bir vahid, öz növbəsində daha aşağı vahidlərə bölünür. Ən 

son vahid üçrəqəmli kodlarla təsvir olunan alt kateqoriyalardır. 

 

 

Jest  dili  (Sign  language,  finger-speech,  kinetic  speech)  -  eşitmə  qabiüyyəti 

məhdud  olan  insanların  ünsiyətini  asanlaşdırmaq  üçün  istifadə  olunan  mimika  və 

əl-qol  işarələrinin  məcmusu.  Hər  jest  müəyyən  bir  anlayışı,  yəni  sözü  ifadə  edir. 

Jest sözlə sıx bağlıdır, fikri əhatə edir. 

 



 

Katatonik  oyanma  sindromu  (Catatonia,  catatonic  excitement  syndrome, 

catatonic  rage  syndrome)  -  səbəbsiz,  məntiqsiz  və  pərakəndə,  bəzən  stereotip 

formada  meydana  çıxan,  təhrif  olunmuş  hərəkətlərlə  ifadə  olunan  oyanma  halı. 

Şəxsin  xarici  görünüşü  qeyri-təbii,  nitqi  isə  anlaşılmaz  olur.  Fikrin  əksinə  ifadə 

edilməsi,  həmçinin  neqativ  mövqeyin  nümayiş  olunması  nəzərəçarpan 

əlamətlərindəndir. 

KəsilmiĢ sərhəd (Curb cut) - təkərli oturacaq istifadəçisinin səkidən yola keçidinin 

asanlaşdırılması üçün sivri bucağı kəsilmiş yol hissəsi. 



Kompulsiya (Compulsion) - insanın "qeyri-adi, fövqəltəbii" şəkildə onu qorxudan 

hadisənin,  sarışan  fıkirlərin  qarşısını  almaq  və  ya  həyəcanı,  gərginliyi  azaltmaq 

üçün etməyə ehtiyac hiss etdiyi fıziki və ya psixi hərəkətlərdir (rituallar). 

Korset (bax Bandaj) 

Kvota  (Quota)  -  müvafıq  icra  hakimiyyəti  orqanları  tərəfmdən  işəgötürənlərə 

sosial müdafıəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə 

təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı. 

 



 

 

Qanqrena (Mortifıcation, sphacelation, gangrene) - travma, infeksiya nəticəsində 

insan orqanizmində baş verən və toxumanın, orqanın və ya bədənin bir hissəsinin 

çürüməsi. 

Qayğıya ehtiyac (Care requirement) - insanın xroniki xəstəlik, qocalıq və əlillik 

nəticəsində  müxtəlif fıziki, ruhi və zehni məhdudiyyətlər və  maneələr  səbəbindən 




öz  həyat  və  fəaliyyət  sahəsində  başqalarının  sosial  xidmətinə  və  dəstəyinə  daimi 

ehtiyacının olması. 



Qayğıya  ehtiyac  duyan  əliliyi  olan  Ģəxs  (Care  recipient  with  disability)  -  ağır 

yaralanma, xəsarət alma, doğuşdan gələn və ya daha sonra ortaya çıxan hər hansı 

bir  əliliik  səbəbilə  başqalarının  müxtəlif  dərəcələrdə  və  sıxlıqda  davamlı  olaraq 

xidmətinə ehtiyac duyan insan. 



Qayğıya  ehtiyac  riski  (Care  requirement  risk)  -insanın  əlillik,  qocalıq,  xəstəlik 

kimi  səbəblərdən  başqalarının  fıziki  və  sosial  xidmətinə  davamlı  olaraq  ehtiyac 

duyması riskini göstərən həyati təhlükə. 

Qayğıya ehtiyacı olan Ģəxs (Care receiving person) - xroniki xəstəlik, qocalıq və 

əlillik  səbəbilə  gündəlik  həyatın  fəaliyyət  sahəsinə  aid  olan  əsas  tələblərini 

əhəmiyyətli  dərəcədə  yerinə  yetirə  bilmədiyi  üçün  başqalarının  sosial  nəzarət 

xidmətinə və dəstəyinə daim ehtiyac duyan, reabilitasiya xidməti alması vacib olan 

insan. 

Qeydiyyatdan keçən iĢsiz əlilliyi olan Ģəxs (Registered unemployed person with 

disability) -işləmək arzusunda olan, iş axtaran, lakin iş tapmayan və müvafıq icra 

hakimiyyəti orqanlarında qeydiyyatda olan əlilliyi olan insan. 



Qeyri-könüllü  hospitalizasiya  (Involuntary  admission,  coercion  hospitalization, 

compulsory  hospitalization)  -  ağır  psixi  və  ya  fiziki  pozuntusu  (xəstəlik)  olan 

şəxsin  onun  iradəsindən  asılı  olmayaraq  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada  məhkəmənin  qərarı  əsasında  tibbi 

müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi. 



QIÇS  (AIDS)  -  qazanılmış  immunçatışmazlığı  sindromu  (İİV  infeksiyasının  son 

mərhələsində  insanın  immun  sisteminin  dərin  zədələnməsi  nəticəsində  yaranan 

xəstəlik). 

Qulluğa  ehtiyacı  olan  xəstə  (Care  patient)  -yüksək  dərəcəli  xroniki  xəstəlik 

səbəbindən davamlı olaraq sosial və tibbi qulluq xidmətlərinə ehtiyac duyan şəxs. 

 



 

 

Loqoped (Speech therapist, speech and language pathologist, logopaedist) - həm 

uşaqlara,  həm  də  böyüklərə  xas  olan  nitq  qüsurlarının  aradan  qaldırılması 

məqsədilə  zəruri  metodikaları  müyyəniəşdirib  tətbiq  edən  mütəxəssis.  Loqoped 

pasiyentlərə  səslərin  düzgün  tələffüz  edilməsində,  səslərin  fərqləndirilməsində  və 

loqonevrozdan (pəltəklikdən) müalicədə yardım göstərir. 

Loqopediya (Laliatry, logopedia, speech and language therapy, speech training) 

loqopediya  yunan  sözü  olub  düzgün  nitq  tərbiyəsi  mənasını  bildirir.  Nitq 

qabiliyyəti məhdud şəxslərin təlim-tərbiyəsi, inkişafı və təhsili ilə məşğul olan elm 

sahəsidir.  Loqopediya  nitq  fəaliyyətinin  pozulmasının  səbəbini,  mexanizimini, 

simptomatikasını və quruluşunu öyrənir. 

 

 



 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə