Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   2   3   4   5   6   7   8   9   10   ...   25

dövlət  həmin  tələbin  ödənilməsi  ilə  bağlı  müvafıq  tədbirlərin  həyata  keçirilməsi 

məcburiyyətində olacaqdır. 



Əlilliyin ekspert (peĢəkar) modeli (Expert or professional model of disability)  - 

əlilliyin  tibbi  modelindən  törəmə  model.  Bu  model  çərçivəsində  peşəkar  

mütəxəssislər    tibbi    modeldən    istifadə  edərək  əlilliyi  olan  şəxsin  əlilliyini  və 

məhdudiyyətlərini  müəyyənləşdirirlər,  daha  sonra  həmin  şəxsin  mövcud 

vəziyyətini  müsbətə  doğru  dəyişmək  məqsədilə  zəruri  fəaliyyətləri  həyata 

keçirirlər.  Bu  modelə  əsasən  peşəkar  və  əlilliyi  olan  şəxs  arasında  "hökmranlıq-

tabeçilik"  münasibəti  yaradılır,  peşəkar  əlilliyi  olan  şəxsin  adından  və 

mənafeyindən çıxış edir və onun əvəzinə müdaxilələri təyin edir. 



Əlilliyin faciə (xeyirxahlıq) modeli (Tragedy  and/or charity model of disability) - 

əlilliyi  olan  şəxslərin  mərhəmətə  ehtiyacı  olan  hadisələrin  şəraitin)  qurbanı  kimi 

qəbul  edilməsi  ilə  bağlı  konsepsiya.  Əlilliyin  tibbi  modeli  ilə  yanaşı,  bu  model 

əlilliyi  təsvir  etmək  məqsədilə  əlilliyi  olmayan  şəxslər  tərəfindən  ən  çox  istifadə 

edilir. 

Əlilliyin  günah  (qəbahət)  modeli  (Moral  model  of  disability)  -  insanların  düçar 

olduğu  əlillik  vəziyyətlərinə  görə  mənəvi  məsuliyyətin  daşınması  ilə  bağlı 

konsepsiya.  Misal  üçün,  irsi  yolla  keçən  və  ya  anadangəlmə  xəstəliklərə  görə 

həmin  şəxslərin  valideynləri  və  ya  əcdadları  günahkar  sayılır,  həyat  boyu 

qazanılmış əlilliyə görə insanların bəd əməlləri ittiham edilir, Bu model bəzi dini 

fundamentalistlər tərəfindən paylaşılır və qədim təriqətlərdə zəif və məhdudiyyətli 

körpələrin öldürülməsini normal hal kinıi qəbul edirdi. 

Əlilliyin iqtisadi modeli (Economic model of disability) - əlilliyi olan şəxsin əmək 

prosesində  iştirak  etmək  qabiliyyətinə  malik  olmaması  ilə  bağlı  konsepsiya.  Bu 

model şəxsin məhdudiyyətinin onun məhsuldarlığına təsirinin qiymətləndirilməsini 

və  əmək  qabiliyyətinin  itirilməsinin  əlilliyi  olan  şəxs,  işəgötürən  və  dövlət  üçün 

fəsadlarını  təsvir  edir.  Fəsadlar  sırasında  gəlirlərin  azalması  və  müvafiq 

xidmətlərdən  yararlanmaq  üçün  əlavə  ödənişləri  (əlilliyi  olan  şəxs  üçün),  aşağı 

səviyyəli  rentabellik  göstəricilərini  (işəgötürən  üçün)  və  sosial  müdafiə 

ödənişlərinin azalmasını (dövlət üçün) qeyd etmək olar. 



Əlilliyin  qanuni  modeli  (Legitimacy  model  of  disability)  -  əlilliyin  dəyərlərə 

əsaslanan anlayış kimi  qəbul  edilməsi  və  atipikliklə bağlı izahatların və  təriflərin 

fərdin müəyyən əlillik kateqoriyasına aid olunmasına zəminin yaradılması. 

Əlilliyin modeli  (Disability model)  - insanların rastlaşdığı məhdudiyyətlərin tərif 

olunması və əlilliyi olan şəxslərin ehtiyaclarının qarşılanması ilə əlaqədar qurulan 

dövlət  və  cəmiyyət  strategiyaları  və  yanaşmaları.  Hər  bir  əlillik  modeli  əlillik 

məsələlərinə  cəmiyyət  tərəfındən  münasibətini  izhar  edir  və  bu  sahədə 

müdaxilələrin çərçivələrini müəyyənləşdirir. 

Əlilliyin  nozoloji  strukturu  (Nosology  stvucture  of  disability)  -  əlillik  qrupları 

üzrə  əlilliyin  yaranmasına  səbəb  olan  təsnifat  olunmuş  xəstəliklər  və 

patologiyaların məcmusu. 

Əlilliyin reabilitasiyası (Disability rehabilitation) - əlilliyin aradan qaldırılmasına 

yaxud  kompensasiyasına  yönəldilmiş  tibbi,  psixoloji,  pedaqoji,  idman,  sosial-

iqtisadi  və  digər  tədbirlər  sistemi  vasitəsilə  əlilliyi  olan  şəxslərin  müstəqilliyinin, 

fıziki, əqli, məişət, sosial və peşə  kabiliyyətinin tamamilə və ya qismən bərpası. 




Əlilliyin səlahiyyətlərin verilməsi modeli(Empowering model of disability)  - bu 

model  çərçivəsində əlilliyi olan şəxs və onun yaxinları tibbi müayinə (müalicə) və 

istifadə edəcəyi sosial xidmətlərlə bağlı qərarları özləri verir. Bu modeldə  peşəkar 

mütəxəssislər  xidmət  göstərən  rolunda  çıxış  edirlə  və  əlilliyi  olan  şəxsləri  yalnız 

istiqamətləndirərək onların  verdiyi  qərarları  icra  edirlər. Başqa  sözlə, bu  modeldə 

əlilliyi olan şəxs öz hədəf va ınəqsədlərini özü müəyyənləşdirir. 



Əlilliyin sosial adaptasiya modeli (Social adapted model of disability) - bu model 

əlilliyi olan şəxslərin məhdudiyyətlərinin əlilliyin özündən yaranıdığını qəbul etsə 

də,  əksər  məhdudiyyətlərin  şəxsin  sağlamlıq  statusundan  daha  çox  ətraf  sosial 

mühit tərəfindən yarandığını etiraf edir. 



Əliliiyin sosial modeli (Social model of disability) - əlilliyin cəmiyyətin yaratdığı 

problem  kimi  müəyyən  edilməsi  və  bu  problemin  həllinin  şəxsin  cəmiyyətə  tam 

inteqrasiyası  və  inklyuziyasında  görülməsi  ilə  bağlı  konsepsiya.  Model 

çərçivəsində əlillik şəxsin ayrılmaz xüsusiyyəti kimi qəbul olunmur, onun müxtəlif 

vəziyyətlərin  mürəkkəb  məcmusu  sayılır.  Hesab  edilir  ki,  bu  vəziyyətlərin  çoxu 

sosial mühit tərəfındən yaradılıb. 



Əlilliyin spektral modeli (Spectrum model of disability) - insanın müxtəlif görmə, 

eşitmə və hissiyyat məhdudiyyətliliyinin nəzərdən keçirilməsi ilə bağlı konsepsiya. 

Modelə  əsasən,  əlillik  funskiyaların  və  əməliyyatların  aşağı  səviyyədə  həyata 

keçirilməsini nəzərdə tutmur. 



Əlilliyin  tibbi  modeli  (Medical  model  of  disability)  -  insanın  xəstəlik,  zədə  və 

ümumi  sağlamlıq  vəziyyətinin  mənfiyə  doğru  dəyişməsi  səbəbindən  yaranan 

əlilliyin  nəticəsində  fərdin  rastlaşdığı  və  peşəkar  tibbi  mütəxəssislərin 

müdaxiləsinin  tələb  olunması  ilə  bağlı  konsepsiya.  Tibbi  modeldə  əlilliyi 

"sağaltmağa" və ya əlilliyi olan şəxslərin davranışlarında və həyat tərzində sağlam 

insanların  həyat  tərzinin  tətbiq  olunması  naminə  dəyişiklik  yaratmağa  çalışırlar. 

Tibbi  model  çərçivəsində  əlillik  probleminin  həlli  mövcud  səhiyyə  siyasətinin 

islahatlarında görülür. 



Əmək qabiliyyətinin müvəqqəti itirilməsi 

(Temporary  incapacitation, Reversible  incapacitıition, temporary  loss  of  capacity 

to  labour)  nibətən  qısa  vaxt  müddətində  sağlamlıq  vəziyyətindəki  problemlər 

səbəbindən əmək funksiyalarının yerinə yetirilməsi iqtidarında olunmaması. Daimi 

və  ya  uzunmüddətli  əmək  qabliliyyətinin  itirilməsi  halında  olan  şəxsə  əlillik 

stalusu verilir. 



Əmək qabiliyyətli yaĢda olan əmək qabliliyyətli əhali (Able-bodied population 

at  active  working  age)  -  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə 

tutulmuş  aşağı  və  yuxarı  yaş  həddi  arasında  olan  və  hər  hansı  əmək  fəaliyyətini 

həyata keçirmək iqtidarında olanlar. 

Əmək  reabilitasiyası  potensialı  (Labour  rehabilitation  potential)  -  əlilliyi  olan 

şəxsin aşkarlanmamış əmək qabiliyyətlərinin, o cümlədən bacarıq və vərdişlərinin 

məcmusu. 

Əsa (Hanıdstiek)  - əlliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların 

hərəkətlərini asanlaşdiran yardımçı vasitə. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə