Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə23/75
tarix11.03.2023
ölçüsü0,83 Mb.
#102338
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   75
Ssenari yaradiciligi 1

təhlükə 
- qiy-
mətləndirmə 

xoĢbəxtlik; bədbəxtlik 

qiymətləndirmə 

xoĢbəxtlik.
Kiçik informasiyalarla daha çox emosiya yaratmağı öyrənin. 
«Romeo və Cülletta» filmini yenidən yadınıza salın. Dayə 
Cüllettaya cəmi iki qısa cümlə deyir: «Tibalt öldürülüb. Romeo 
sürgün edilib». İnformasiyanı almamışdan öncə Cülletta xoş
-
bəxt idi. İndi bədbəxtdir. Birdən yenə də üzü gülür. Öldürülən 
Tibaltdır, Romeo deyil. O, yenidən xoşbəxtlik hissi keçirir. 
Sonra anlayır ki,
Romeo sürgün olunub
, o bir daha Romeonu 
görməyəcək və ümidsizliyə düşür... 
Şekspir, sadəcə, dramaturq deyil, eyni zamanda öz pyeslə
ri-
nin rejissorudur. Və o, yaxşı bilirdi ki, tamaşaçılarda emosional 
hisslər oyatmaq üçün peripetiyalar lazımdır. Buna görə də əsə
r-
lərində peripetiyalardan bol 

bol və bacarıqla istifadə etmişdir. 
Biz peripetiyaların praktik əhəmiyyəti haqqında danışdıq. 
Amma 
o, sadəcə, praktik əhəmiyyətə malik deyil. Peripetiyanı 
«kəşf eləmiş» qədim yunanlar praqmatik deyildilər. Onlar hər 
bir şeydə həyatın sirlərini kəşf eləmək istəyirdilər. 
Dramın sehrli təsirinin sirri, əlbəttə, ilk növbədə onun kata
r-
sisə səbəb olmaq qabiliyyətidir. Qans Selə görə, burada heç bir 
magiya yoxdur, sadəcə, stressin faydalı təqlidi var. Sizin hər 
birini
z bir filmə baxarkən

eyni anda sevincin və əzabın sehrli 
his
sini yaşamısınız. Yunanlar buna «təmizlənmə» 
- katarsis 
deyir. Bunu hiss etməmisinizsə, siz nə üçün hələ də kinoya 
gedirsiniz?
Fəlsəfədə katarsis terminin
in 
mindən çox
izahı var. Ənənəvi 
olaraq 
bu termin qədim yunan fəlsəfəsinin və estetikanın bi

kate
qoriyası kimi, estetik həyəcanın təsiri ilə ruhun təmizlən
-
məsi
kimi ifadə olunur. Katarsis anlayışından ilk dəfə qədim 
Yunan mədəniyyətində dini bayramların bəzi elementlərinin 
xarakteristik
ası kimi istifadə olunurdu. Yunan dini təfəkkü
-


- 39 - 
ründə katarsis, bədənin zərərli materiyadan, ruhun günahlardan 
və ağrılı affektlərdən azad olunmasıdır. 
Aristoteldən öncə də katarsisdən danışanlar olmuşdur.
Belə 
ki, stoiklərin şahidliyinə görə, Heraklit atəşlə təmizləmə haq
-
qında nəzəriyyə irəli sürmüş, pifaqoreizm təlimi isə Platona və 
Aris
totelə öz təsirini göstərmişdir. Platon
ruhun bədəndən, 
eləcə də ehtiraslardan və ya həz
z
lərdən xilas olması haqqında 
da
nışarkən katarsisi gündəmə gətirir. Aristotel musiqidən isti
-
fadə haqqında danışarkən tərbiyələndirici, təmizləyici və əylən
-
di
rici kimi məqsəd və vəzifələri ön plana çə
kir. Katarsis termi-
ninin yaranma səbəbi əsərin sonluğunun
(pyeslərdə, ən çox da 
faciələrdə) izləyicilərdə
yaratdığı təmizlənmə

xeyirxahlıq, peş
-
mançılıq hisslərinin oyanması ilə bağlıdır. Bu hiss bir neçə saat 
və ya bir neçə gün davam edə bilər. 
Dram əsərləri bu təmizlənmənin önəmi nəzərə alınaraq 
yazılır. Tamaşaçı baxdığı əsərdən mənəvi qida almalı, ruhu 
təmizlənməli, kinosalondan (və ya tamaşa salonundan) çıxdıq
-
dan sonra ən azı bir neçə saat əsərin təsiri nəticəsində mənəvi 
olaraq təmizlənmək istəməlidir.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə