Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 339,57 Kb.
səhifə35/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   51
704-converted

Modelin qurulması prosesi




Ġdarəetmə prosesi kimi modelin qurulması da böyük bir pro- sesdir. Buna görə də bu prosesi mərhələlərlə həyata keçirmək la- zımdır. Modelin qurulması prosesinin mərhələləri aĢağıdakılardır:

        1. Məsələnin qoyuluĢu – modelin qurulmasının birinci ən mühüm mərhələsi məsələnin qoyuluĢudur. Belə ki, öncə problemə dəqiq diaqnoz qoymaq lazımdır. Çünki, problemə dəqiq diaqnoz qoymadıqda, kompyuterdən düzgün istifadə edilməsinin heç bir faydası olmur. O cümlədən, məsələnin münasib və ya optimal həlli- nin tapılmasında, əvvəlcə elə məsələnin özünün nə olduğunun dərk olunması vacib Ģərtdir.

        2. Modelin qurulması – məsələnin düzgün qoyuluĢundan sonra prosesin növbəti mərhələsi modelin qurulmasıdır. Bunun üçün tədqiqatçı problemi aydın dərk etməli modelin baĢlıca məqsə- dini müəyyən etməlidir. Həmçinin, o, hansı çıxıĢ normativlərini və ya son informasiyanı almaq istədiyini əvvəlcədən bilməlidir. Bunun üçün isə, o, yəni yekun modeli qurmaq üçün digər sadə modellər- dən istifadə edə bilər.

        3. Modelin doğruluğunun yoxlanılması – istənilən modeli qurduqdan sonra, onun doğruluğunu yoxlamaq lazımdır. Bu yox-

lamanın məqsədi modelin real həyata uyğunluq dərəcəsini mü- əyyən etməkdir. Lakin, qeyd etmək lazımdır ki, müasir tədqi- qatlar nəticəsində idarəetmənin bir çox modellərinin yoxlanıl- ması göstərir ki, onlar hələ də natamamdırlar. Belə ki, bəzi mo- dellər bütün relevant dəyiĢənləri, tam əhatə etmirlər. Lakin, yadda saxlamaq lazımdır ki, modelin yoxlanılmasının ən yaxĢı üsulu onun keçmiĢdə baĢ vermiĢ situasiyalarda sınaqdan keç- məsidir. Lakin, bu da həmiĢə mümkün olmur. Bütün bunlar isə üçüncü mərhələnin həyata keçirilməsində müəyyən çətinliklər yaradır.

        1. Modelin tətbiq edilməsi - əksər hallarda modelin doğ- ruluğunu yoxladıqdan sonra tətbiq edirlər. Lakin, bəzən modelin doğruluğunu tam yoxlamaq mümkün olmadıqda, belə modelin tətbiqinə ehtiyac yaranır. Belə hallarda modeli mümkün qədər ehtiyatla və əgər mümkündürsə, qismən tətbiq edirlər. Ġlk nəticələr müsbət olduqda modelin tam tətbiqinə baĢlanılır.

        2. Modelin təzələnməsi – hətta modelin tətbiq edilməsi uğurla olsa belə onun təzələnməsi mütləq və labüddür. Çünki, rəhbərlik ilkin və çıxıĢ məlumatlarının dəqiqliyinə Ģübhə ilə yanaĢan və ya əlavə yeni məlumatların meydana çıxmasını aĢkar edə bilər. O, cümlədən təĢkilatın məqsədlərinin dəyiĢilməsi də modeli müvafiq Ģəkildə motifikasiya etməyi tələb edir. Analoji olaraq xarici mühitdəki dəyiĢikliklər də (istehlakçıların, mal göndərənlərin, texnologiyaların yenilənməsi) model yaradılarkən əsaslandığı informasiyanı qiymətdən sala bilər. Belə hallarda da, modelin təzələnməsi mütləqdir. Lakin, yadda saxlamaq lazımdır ki, köhnə model uğurla fəaliyyət göstəribsə, modelin təzələnməsi- ni də məhz onun üzərində aparmaq lazımdır. Yəni, yeni dəyiĢən- lərin təsirini nəzərə almaqla, köhnə modeli motifikasiya etməklə yeni modeli qurmaq olar. Əksinə olaraq, əgər köhnə model uğursuz nəticələrə səbəb olursa, bu zaman tamamilə yeni quruluĢda model iĢlənib hazırlanmalıdır. Məsələn, modelin təzələnməsi mərhələsi ilə modelin qurulması prosesi baĢa çatmıĢ hesab olunur.

Lakin, bilmək vacibdir ki, modeli təzələyərkən çox əvvəlki 4 mərhələni yenidən həyata keçirmək tələb olunur. Ona görə də 5 mərhələdən ibarət olan modelin qurulıması prosesi təĢkilatın iĢində dövri bir xarakter daĢıyır.



      1. Yüklə 339,57 Kb.

        Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə