Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ


FƏSĠL. ĠġGÜZAR TƏġKĠLATLARDA STRATEJĠ QƏRARLARIN QƏBULU SĠSTEMĠ



Yüklə 339,57 Kb.
səhifə37/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   51
704-converted

FƏSĠL. ĠġGÜZAR TƏġKĠLATLARDA STRATEJĠ QƏRARLARIN QƏBULU SĠSTEMĠ





    1. Müəyyənlik qeyri-müəyyənlik Ģəraitində qərarların hazırlanması reallaĢdırılması



ĠĢgüzar təĢkilatlarda iqtisadi proseslərin idarə olunması əhəmiyyətli dərəcədə bu proseslərin müəyyənlik dərəcəsindən asılıdır. Buna görə də çağdaĢ cəmiyyətin iqtisadi həyatında idarə olunan və idarə olunmayan proseslər həmiĢə müəyyən edilmiĢ parametrlərdən kənarlaĢma Ģəklində müxtəlif dəyiĢikliklərlə qarĢılaĢır. Bu səbəbdən müəyyənlik və qeyri-müəyyənlik Ģəra- itində qərarların hazırlanması, qəbul edilməsi, reallaĢdırılması son dərəcədə riskli olur və bu situasiyada iqtisadi seçim də xeyli çətinləĢir.
Qeyri-müəyyənlik dedlkdə layihənin (qərarın), о cümlədən onunla bağlı olan xərclərin və əldə edilən nəticələrin reallaĢdırıl- ması Ģərtləri haqqındakı informasiyanın natamamlığı və ya qeyri-dəqiqliyi baĢa düĢülür. ƏlveriĢsiz situasiyalarda qərarların reallaĢdırılması gediĢində meydana çıxan imkanlarla bağlı olan qeyri-müəyyənlik risk anlayıĢı ilə xarakterizə olunur.
Bazar Ģəraitində iĢgüzar fəaliyyətin qurulması təcrübəsi re- sursların idarə olunması və onların neqativ nəticələrinin effektli Ģəkildə aĢağı salınınası və ya kompensasiya edilməsi prosesində menecerlərdən riskləri peĢəkar Ģəkildə qiymətləndirməyi kəskin Ģəkildə tələb edir.
Risk mahiyyət etibarilə azad sahibkarlığın əks tərəfıdir. Lakin yadda saxlamaq lazımdır ki, risksiz sahibkarlıq olmur və böyük gəlirləri bir qayda olaraq yüksəkriskli əməliyyatlar gətirir. Burada problem risksiz, nəticələri əvvəlcədən məlum olan iĢlər axtarmaqdan və riskdən qaçmaqdan deyil, onu görməkdən və mümkün olan daha aĢağı səviyyəyə qədər salmağa cəhd etmək- dən ibarətdir.
Risk dedikdə konkret alternativ idarəetmə qərarları ilə bağlı olaraq resurs itkiləri və ya gəlir əldə edilməməsi ehtimalı- nın mövcud potensialı nəzərdə tutulub. BaĢqa sözlə risk sahibka- rın və ya təĢkilatın qəbul edilmiĢ uğursuz qərar nəticəsində əlavə xərclər Ģəklində itkilərə məruz qalması və ya gəlir əldə edə bil- məməsi ehtimalıdır.
Qeyri-müəyyənlik və risk menecmentlə qırılmaz surətdə bağlıdır. Heç bir menecer qeyri-müəyyənliyi və riski tamamilə aradan qaldırmağa qadir deyildir. Lakin yüksək risk sferalarını aĢkara çıxarmaq, onu kəmiyyət cəhətdən ölçmək, edilə biləcək mümkün risk səviyyəsini qiymətləndirmək, müntəzəm nəzarət aparmaq yolu ilə rəhbər situasiyanı diqqətdə saxlamağa və mü- əyyən dərəcədə riski idarə etməyə qadir olmalıdır. Qeyri-müəy- yənliyi və riski idarə etmək məharəti risk səviyyəsi ilə potensial faydanı balanslaĢdırmaqla müəyyən edilir. Menecer mümkün qərarın müsbət və mənfi tərəflərini müqayisə edir və onun ehtimal edilən nəticələrini qiymətləndirir, baĢqa sözlə mümkün fayda ilə müqayisədə riskin nə dərəcədə məqbul olduğunu və özünü doğrultduğunu müəyyən edir.
Qeyd etmək lazımdır ki, bazar Ģəraitində yerinə yetirilən bütün əməliyyatlar və hər Ģeydən əvvəl investisıya qoyuluĢları bu və ya digər dərəcədə bir-birilə bağlıdır və bazar iĢtirakçıları həmiĢə son dərəcədə müxtəlif riskləri (əmlak itkisi, maliyyə itkisi, gəlirlərin aĢağı düĢməsi, gözlənilən faydanın əldən buraxılması və s.) öz üzərlərinə götürməli olurlar.
Ona görə də, fikrimizcə hər bir konkret halda müxtəlif növ riskləri nəzərə almaq zəruridir. Yəni, risklərin idarə edilməsinin effektivliyi bir çox cəhətdən onun növündən asılıdır və elmi cə- hətdən əsaslandırılmıĢ təsnifləĢdirmə tələb edir. Risklərin təsnifatı onların ümumi sistemində hər bir risk növünün yerini dəqiq müəyyən etməyə və məhz həmin növ üsul və fəndlərə uyğun olaraq onlardan idarəetmə üçün daha effektli istifadə etməyə imkan verir.
Qərarlar qəbul edərkən risklərin təsnifatı sxemini aĢağıdakı Ģəkildəki kimi təsvir etmək olar (Ģəkil 7.1.)








ġəkil 7.1. Risklərin təsnifatı


Qəbul edilmiĢ qərarın reallaĢdırılmasından gözlənilən müm- kün iqtisadi nəticələrdən asılı olaraq riskləri iki qrupa bölmək olar: təmiz və spekulyativ.

Yüklə 339,57 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə