Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ


FƏSĠL. ĠDARƏETMƏ QƏRARLARININ MODELLƏġDĠRĠLMƏSĠ



Yüklə 339,57 Kb.
səhifə33/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   51
704-converted

FƏSĠL. ĠDARƏETMƏ QƏRARLARININ MODELLƏġDĠRĠLMƏSĠ





      1. ModelləĢdirmənin idarəetmə qərarlarının qəbulunda tətbiqi

Model obyektin, sistemin və ya ideyanın, yəni hər hansı bir tamlığın özündən bir qədər fərqlənən formada təsdiq edil- məsidir. Məsələn, təĢkilatın sxemi elə onun strukturunu ifadə edən bir modeldir. ModelləĢdirmə prosesi isə, mürəkkəb situa- siyaları sadələĢdirmək məqsədilə hər hansı bir tamlığın modeli- nin qurulması prosesidir. Ġdarəetmə qərarlarının qəbulu prose- sində modelləĢdirmə isə, mürəkkəb olan situasiyalarda obyek- tiv qərar qəbul etməyə imkan verən modellərin hazırlanması iĢidir. Yadda saxlamaq lazımdır ki, qərarların qəbulu prosesin- də yaradılan modellərin əksəriyyəti o qədər mürəkkəbdir ki, is- tənilən orta səviyyədə rəhbər ondan müstəqil surətdə istifadə etmək iqtidarında deyil. Həmçinin belə modellərin həllində kompyuter texnologiyalarından istifadə çox vacibdir. Lakin, modellər barəsində əsaslı təsəvvürün olmaması və kompyuterin biliyinin az olması, rəhbəri yoxlanmıĢ dəqiq metodlarının tətbi- qi əvəzinə müəyyən səhvlərə və düĢünülməmiĢ qərarların qəbul edilməsinə gətirib çıxara bilər. Bütün bunlarla yanaĢı model rəhbərin qarĢısında dayanan problemi baĢa düĢmək və həll et- mək qabiliyyətini yüksəldir. Həmçinin, model rəhbərə öz təcrü- bəsinin mühakimə etmək bacarığını ekspertin təcrübəsi və mü- hakimələri ilə uyğunlaĢdırmaqda kömək edir.


Müasir dövrdə modelləĢdirmənin tətbiqi çox vacibdir. Belə ki, real mühitlə birbaĢa qarĢılıqlı fəaliyyətə cəhd göstər- mək əvəzinə modellərdən istifadəni Ģərtləndirən bir sıra səbəb- lər var. Bu səbəblərə təĢkilatlarda yaranan əksər situasiyaların təbii mürəkkəbliyi, real həyatda eksperimentlərin keçirilməsi- nin qeyri-mümkünlüyü və rəhbərlərin inamla gələcəyə istiqa- mətlənməsini aid etmək olar.
Əksər tətbiq olunan modellərin mürəkkəbliyi dərəcəsi çox yüksəkdir. Buna görə də idarəetmə elmi real həyatın təĢkilati prob- lemlərin həllində faydalı olmağa çalıĢır. Belə ki, insanın reallıqla onun modelinin köməyilə qarĢılıqlı əlaqəsi zamanı imkanlarının artması prosesi baĢ verir. Yəni, təĢkilatın real xarici mühiti olduqca mürəkkəbdir. Həmçinin, konkret problemə aid olan dəyiĢmələrin fakitiki sayı hər bir Ģəxsin imkanlarını xeyli dərəcədə üstələyir. Bu- na görə də, real mühiti modelləĢdirmənin köməyilə baĢa düĢmək daha məqsədəuyğundur.
ModelləĢdirmənin tətbiqi bir çox məsələlərin eksperimen- tal qaydada yoxlanılmasına kömək edir. Belə ki, elə idarəetmə situasiyaları vardır ki, orada problemin həll edilməsinin al- ternativ variantlarını sınaqdan keçirmək və eksperimental qay- dada yoxlama böyük fayda gətirir. Məsələn, firmanın rəhbərləri yeni məhsulun burada necə fəaliyyət göstərəcəyini və isteh- lakçılar tərəfindən necə qəbul ediləcəyini əvvəlcədən eksperi- mental qaydada müəyyən etmədən milyonlarla vəsait qoyub həmin məhsulu kütləvi Ģəkildə istehsal etmiĢ olsaydılar, böyük səhv etmiĢ olardılar. Müəyyən eksperimentlər real mühit Ģə- raitində hökmən yerinə yetirilməlidir. Məsələn, BOĠNG firması yeni təyyarə, NĠSSAN yeni avtomobil, ĠBM yeni kompyuter modelini layihələĢdirərkən, öncə yeni modelin bir nümunəsini iĢləyib hazırlayır və bu nümunəni real həyat Ģəraitində sınaqdan keçirir. Sınağın nəticəsindən və mümkün istehlakçılar tərəfindən necə qəbul edilməsindən asılı olaraq həmin məhsulun kütləvi istehsalına baĢlanılır. Lakin, bir Ģeyi də yadda saxlamaq lazımdır ki, bu cür birbaĢa eksperimentləĢdirmə çox baha baĢa gəlir. Məsələn, General Motors Ģirkəti potensial təkmilləĢdirmə məq- sədilə, firmanın mühəndisləri tərəfindən düĢünülmüĢ istənilən 1000 detalın hər birini hazırlayıb sınaqdan çıxarsaydı, onda təsəvvür edin ki, avtomobil neçəyə baha baĢa gələrdi?Həmçinin, belə halda yenilik də az olar.
Məhz belə hallarda modellərdən istifadə olunur. Yəni, yaradılacaq yeni texnologiyanın modeli iĢlənib hazırlanır, bu
model eksperimental qaydada yoxlanılır və bundan sonra geniĢ miqyaslı istehsala baĢlanılır.
Çox vaxt baĢ verməmiĢ hadisəni müĢahidə etmək və bir- baĢa eksperimentlər aparmaq mümkün deyil. Məhz belə hallar- da modelləĢdirmənin tətbiqi böyük səmərə verir. Belə ki, mo- delləĢdirmə gələcək variantları görməyin və alternativ qərarla- rın potensial nəticələrini əvvəlcədən müəyyən etməyin yeganə sistemləĢdirilmiĢ üsuludur. Məhz modelləĢdirmə rəhbərə real həyatda mövcud olmayanı obyektiv müĢahidə və müqayisə et- məyə imkan yaradır. Rəhbər öz resurslarını bölüĢdürmək, özü və baĢqaları üçün fəaliyyət ardıcıllığını təyin etmək, yeni adamlar və material resurslarını cəlb etmək üçün mövcud alter- nativlərdən ən yaxĢısını seçilməlidir. Bunun üçün o qərarların həm qısamüddətli, həm uzunmüddətli nəticələrini, həmçinin perspektivdə daxili və xarici mühitin sabitliyini və dəyiĢən xü- susiyyətlərini müəyyən etməlidir. Bu baxımdan modellər əvəz- olunmazdır. Yəni, idarəetmə elminin modelləri xeyli dərəcədə bu məqsədlərə uyğunlaĢıb və güclü vasitə kimi mürəkkəb situa- siyalarda qərar qəbul edilməsi ilə bağlı olan böyük problemləri aradan qaldırmağa imkan verir.
Lakin bütün vasitə və metodlar kimi idarəetmə elminin modelləri də səhvlərə gətirib çıxara bilər. Həmçinin, bir sıra potensial xətaların təsiri nəticəsindən modelin səmərəliliyi aza- la bilər, ən çox rast gəlinən xətalara Ģübhəli ilkin fərziyyələr, mühüm informasiyaları əldə etməyin məhdudluğu, istifadəçinin qorxusu, təcrübədə zəif istifadə edilmə və modelin həddən artıq yüksək dərəcəyə malik olması aiddir.
Yuxarıda qeyd olunan xətalardan biri Ģübhəli ilkin fərziy- yələrdir. Belə ki, hər bir model müəyyən ilkin fərziyyəyə əsas- lanır. Lakin, elə fərziyyələr var ki, onların dəqiq həyata keçəcə- yini heç kəs qabaqcadan bilmir. Məhz belə fərziyyələr əsasında model qurmaq və onu eksperimental qaydada yoxlamaq düz- gün olmaz. Məsələn, gələn ildə satıĢın 10% artması fərziyyəsi yoxlanıla bilməyən fərziyyələrə aiddir. Çünki, bunun həqiqətən
baĢ verəcəyini əvvəlcədən heç kəs bilmir. Əgər, belə proqnoz dəqiq deyilsə, buna uyğun ehtiyatlara və resurslara olan tələbatın proq- nozlaĢdırılması modelinin qurulması da yanlıĢ bir fikirdir. Və yaxud satıĢın artmasına uyğun mənfəətin artacağını proqnozlaĢdır- maq da yanlıĢ ideyadır.
ModelləĢdirmədə digər bir problem informasiya məhdudiy- yətləri ilə bağlıdır. Çünki modelin dəqiqliyi problemə aid olan in- formasiyanın dəqiqliyi ilə müəyyən olunur. Əgər, situasiya mürək- kəbdirsə və bütün amillərə dair informasiya almaq, həmçinin bu in- formasiyanın dəqiqliyini müəyyən etmək mümkün deyilsə, bu sa- hədə model qurmaq çox çətin bir məsələdir.
Bu sahədə olan xətalardan biri də istifadəçinin qorxusudur. Əgər, modeli istifadə etmirlərsə, onu səmərəli hesab etmək olmaz. Modelin istifadə edilməsinin əsas səbəbi kimi, onun köməkliyi ilə alınan nəticələri, rəhbərin tam baĢa düĢməməsi və buna görə də onu tətbiq etməkdən qorxaraq bu gün qaçırması çıxıĢ edir. Bu sahədə FORD ÇUN jurnalı müəyyən sorğu keçirmiĢdir. FORD ÇUN jur- nalının 500 firmanın istehsalı üzrə vitse-prezidentlərin arasında ke- çirdiyi sorğudan belə məlumdur ki, idarəetmə modelinin vitse-pre- zidentlər tərəfindən istifadə edilməsi yolunda əsas maliyyə bu sahə- də onların biliklərinin az olmasıdır. Bu səbəbi isə vitse-prezident- lərdə modellərdən istifadə qurğusu yaradır.
Digər bir məsələ modellərin təcrübədə zəif istifadə edilməsi- dir. Buna səbəb kimi, fərziyyənin dəqiq olmaması informasiyanın yetərincə dolğun olmaması və rəhbərlərdə modellərdən istifadə qorxusunun olması göstərilir. Bu problemi aradan qaldırmaq üçün rəhbər fərziyyənin dəqiqliyinə, informasiyanın dolğunluğuna inan- malı və daxildəki qorxunu üstələməyi bacarmalıdır.
BaĢqa bir problem, modelin həddən artıq yüksək dəyərə ma- lik olmasıdır. Ġdarəetmənin digər metodları kimi modelin də, istifa- dəsindən alınan mənfəət onun dəyərini artıqlaması ilə ödəməlidir. Rəhbərlik modelləĢdirməyə çəkilən xərcləri müəyyən edərkən yu- xarı və aĢağı səviyyəli rəhbərlərin modelin qurulmasına və infor-
masiyaların yığılmasına sərf etdikləri vaxtı və xərcləri, həmçinin in- formasiyanın emalının qorunmasının dəyərini nəzərə almalıdır.



      1. Yüklə 339,57 Kb.

        Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə