Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ


ġəkil 5.2. Məhsulun keyfiyyətinin aĢağı düĢməsi amillərinin təhlilinin məntiqi modeli



Yüklə 339,57 Kb.
səhifə30/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   51
704-converted

ġəkil 5.2. Məhsulun keyfiyyətinin aĢağı düĢməsi amillərinin təhlilinin məntiqi modeli

Məhsulun keyfıyyətinin aĢağı düĢməsi amillərinin təhlili- nin məntiqi modeli «Toxucu» firması üzrə iki səviyyəli model- ləĢdirməni əks etdirir: birinci səviyyəyə - maĢınlar, insan, ma- teriallar, metodlar; ikinci səviyyədə - birinci səviyyəyə təsir edən amillər əks etdirilmiĢlər. Ġsikava modelindən göründüyü kimi «Toxucu» fırması buraxılan məhsulun keyfiyyətinin yük- səldilməsi üçün kompleks tədbirlər planı iĢləyib hazırlamalı və


icra etməlidir. Bu tədbirin tərkib hissəsini aĢağıdakılar təĢkil etmə- lidir:

  1. ĠĢçilərin aylıq vəzifə maaĢları və tarif dərəcələri yüksəl- dilməli, yüksəkkeyfiyyətli məhsula görə stimullaĢdırma sistemi tətbiq edilməlidir;

  2. Ġstehsalat sahələrinə yüksəkixtisaslı iĢçilər cəlb edilmə- lidir;

  3. ĠĢ yerləri təhliikəsizlik texnikasının tələblərinə maksi- mum cavab verməlidir;

  4. Ġnsan ekologiyası faktoruna diqqət artırılmalıdır;

  5. Alman xammal materialların, komplektləĢdirici məmu- latların keyfiyyətinə nəzarəti gücləndirilməlidir;

  6. Xammal, materialların daha qənaətli, səmərəli optimal məsrəf normaları iĢlənib hazırlanmalı, maddi-texniki təchizat iĢi texnoloji proseslərin ahəngdarlığı ilə uzlaĢdırılmalıdır;

  7. Əsas vəsaitlərdən istifadənin səmərəliliyi yüksəldilməli, yardımçı və köməkçi sahələrin fəaliyyəti yenidən qurulmalıdır. KöhnəlmiĢ əsas vəsaitlərin istehsaldan çıxarılması, onların əvə- zinə daha məhsuldar avadanlıqlar yerləĢdirilməlidir;

  8. Texnoloji proseslərin yüksək keyfiyyətli məhsul isteh- salına uyğunlaĢdırılması üçün əməliyyatların ardıcıllığının məqsədə uyğunluğuna yenidən baxılmalıdır.

Adətən fırma və Ģirkətlər, yaxud onların birlikləri səviyyə- sində məqsədlərin ziddiyyəti səviyyəsi о qədər də yüksək olmur. Məsələn, Ģirkətin əsas məqsədi təsisçilərin marağının ödənilməsi üçün maksimum mənfəət əldə etməkdir. Bu onun texnoloji, sosioloji məqsədləri ilə tamamilə uyğunlaĢır. QarĢıya qoyulmuĢ məqsədə çatmaq üçün verilmiĢ qərarlar adətən bir-biriləri ilə ziddiyyət təĢkil etmir, əksinə, biri digərini tamamlayır. Lakin bəzən təĢkilati, iqtisadi və texnoloji məqsədlərin harmoniyasını siyasi, sosial, partiya və s. məqsədlər pozurlar. Bu hala daha çox dövlət, dövlətlərarası səviyyələrdə təsadüf olunur, hər hansı bir qlobal problemin həlli üçün müxtəlif layihələr, proqramlar təklif
olunur. Çox vaxt bu layihə və proqramlar diametral Ģəkildə biri digərinə zidd olur. Bu təbii bir prosesdir və məhz bu halda ziddiyyət təĢkil edən böyük problemlərin həlli üçün superoptimal qərarların qəbul olunmasına ehtiyac yaranır. Superoptimal qərarlar elə qərarlardır ki, problemin həlli üçün yaxĢı hesab olunan qərardan obyektiv olaraq üstün hesab edilirlər. Su- peroptimal qərarların həlli adətən tərəfləri qane edir, nəticələr isə iĢtirak edən tərəflərin bütün gözləmələrini üstələyir.
Azərbaycan Respublikasının idarə edilməsinin yüksək eĢalonuna aid olan superoptimal qərarların mahiyyəti aĢağı- dakılardan ibarət ola bilər:
Qeyri-adi qərarların hazırlanması və reallaĢdırılması ilə əla- qədar yarana biləcək müxtəlif kataklizmlərə əvvəlcədən hazır olmaq. Bunun üçün ölkə və regional iqtisadiyyatın resurs bazasını əvvəlcədən geniĢləndirmək lazımdır. Məqsədə çatmaq üçün xarici kreditlərdən, subsidiyalardan istifadə mümkündür. ĠĢçi qüvvəsi kimi təqaüdçülərin, əlillərin və müvəqqəti iĢləməyənlərin iĢçi qüvvəsindən istifadə etmək olar. Nəticədə ölkənin ÜDM və MG artacaq, hökumətin və müxtəlif partiyaların büdcəni kəsirdə qoymamaq tələbləri ödəniləcəkdir.
Əvvəlcədən mövcud məqsədlərə nisbətən daha böyük məq- sədləri iĢləyib hazırlamalı, bunun üçün milli məqsədlər siyahısına dayanıqlı inkiĢaf üçün beynəlxalq proqramlarla əlaqələndirilmiĢ proqramlar hazırlamaq, informasiya texnologiyaları yaratmaq lazımdır. Bu beynəlxalq mənbələrdən əlavə maliyyələĢmələr olmağa və dünya intellektual sisteminə qoĢulmağa imkan verəcəkdir.
Elə problemlərin həllini meydana çıxarmaq lazımdır ki, onun həllində bir çox ölkələr maraqlı olsunlar. Bu ümumi prob- lemlərə öz kiçik problemlərini qoĢmaqla ümumi axarda onların asan həllinə nail olmaq mümkündür.
DanıĢıqlara maraqlı ölkələrin rəhbərlərinin cəlb olunma- sı, razılaĢdırmalarda maliyyə yardımlarının əldə olunmasında mühüm əhəmiyyət kəsb edə bilər və s.
Superoptimal iqtisadi qərar modellərinə misal olaraq Azərbaycan Respublikasının Xəzər dənizi hövzəsindəki neft və qaz yataqlarının kəĢfıyyatı, istismarı və nəql edilməsi sahəsində dünyanın ən güclü iqtisadi inkiĢaf etmiĢ ölkələrinin Ģirkətləri ilə baĢlanmıĢ «Əsrin müqaviləsi»ni göstərmək olar. Müqavilə iĢtirakçıları arasında dünya iqtisadi yarıĢında kəskin rəqiblər olan ABġ və Yaponiya, Ġngiltərə və Fransa, Almaniya və Cənubi Koreya, о cümlədən Rusiya, Türkiyə, Ġran, Ġtaliya kimi, güclü iqtisadi potensiala malik ölkələr iĢtirak və əməkdaĢlıq edirlər. Bu ölkələr iqtisadiyyatın bir çox sahələrində rəqib olsalar da superoptimal model vasitəsilə Azərbaycan neftinin mənimsənilməsi sahəsində, bu iĢlərin yüksək keyfiyyətlə icrasında və maksimum mənfəət əldə olunmasında birgə maraqlıdırlar.
1994-cü ildə reallaĢdırılmağa baĢlayan yeni neft strategiya- sının reallaĢdırılması nəticəsində isə Qafqaz və Xəzər hövzəsi geopolitikasında Azərbaycan əsas rollardan birini oynamağa baĢ- ladı və neft-qaz ehtiyatlarının mənimsənilməsi, nəqli sahəsində beynəlxalq mərkəzlərdən birinə çevrilməyə baĢladı. Bunlardan baĢqa superoptimal qərarın iĢlənib hazırlanması nəticəsində Azər- baycan ABġ, Avropa və Asiya ölkələrinin strateji iqtisadi-siyasi maraqlarının mərkəzlərindən birinə çevrildi. Bunun digər səbəbi də onun Avrasiya dəhlizinin Qara dəniz-Xəzər hövzəsində həll- edici mövqeyə malik olmasıdır.
Ġdarəetmə qərarlarının optimallaĢdırılmasında sinergizm strategiyasından istifadənin də xüsusi əhəmiyyəti vardır. Sinergi- zm strategiyası dedikdə iqtisadi fəaliyyətdə (xüsusilə sahibkarlıq fəaliyyəti çərçivəsində) rəqabət üstünlüyü qazanmaq üçün təĢkila- tın bir neçə biznes strukturunu (təsərrüfatçılıq vahidlərini) vahid idarəetmə təĢkilatı kimi birləĢdirmək baĢa düĢülməlidir.
Sinergizm effektinə malik olmaq və bu effekti idarə etmək qabiliyyəti iĢgüzar təĢkilat üçün spesifik rəqabət üstünlüyü yara- dır. Bu rəqabət üstünlüyünü son nəticədə müxtəlif əmtəə bazar- larında, məhsulun maya dəyərinin azalma səviyyəsində müĢa-
hidə etmək olar. Sinergizm strategiyası resurslardan (texnologi- yanın sinergiyası, xərclərin sinergiyası və s.), bazar infrastruk- turlarından (birgə satıĢ) və fəaliyyət sferalarından birgə istifadə nəticəsində səmərəliliyin yüksəldilməsini nəzərdə tutur. Siner- giya strategiyasının əhəmiyyəti biznes vahidlərin qarĢılıqlı əla- qələrinin vahid mərkəzdən idarə olunması nəticəsində daha yüksək rentabelliyə nail olunmasıdır. Ayrı-ayrılıqda fəaliyyət göstərən biznes vahidlərinin sinergetik səmərəliliyini əsaslan- dırmaq və planlaĢdırmaq müasir menecmentin daim diqqət mərkəzində olmalıdır.
Sinerqizm strategiyasının reallaĢdırılması olduqca mürək- kəb prosesdir. Sinerqik effektin əldə olunması üçün müxtəlif elementlərdən uğurla istifadə edilməlidir. Bu elementlərdən hər hansı birindən yarımçıq, yaxud bütövlükdə istifadə edilməməsi sinergik effektin itirilməsi ilə nəticələnə bilər. Belə hallardan qaçmaq üçün idarəetmə qərarlarının iĢlənib hazırlanmasında bu sahədə təcrübəyə və yüksək bilik səviyyəsinə malik mütə- xəssislərin rəhbərindən istifadə olunmalıdır. Unudulmamalıdır кi, sinergik effektə təkcə arzu və istəklərin, gözləmələrin nəticəsində deyil, ciddi tədqiqatların, hesablama və planlaĢdırmaların nəticəsində yaranır.
OptimallaĢdırma metodu kimi sinergetik strategiyanın ef- fekti iqtisadi, sosial, təĢkilati, texnoloji, ekoloji, hüquqi yaxud ide- oloji səmərəlilik kimi də hesabl oluna bilər. Sinergetik effektin birbaĢa qiymətləndirilməsi metodları müasir menecmentin əsas tədqiqatlar, sinergik effektə nailolmanın istənilən təzahürləri ciddi təhlil olunmalıdır:

  • Ģəxs və istehsal xarakterli əlveriĢli Ģəraitin qısa müddətə baĢa çatması;

  • daha nüfuzlu Ģirkətlər, yaxud Ģəxslərlə dostluq və iĢgüzar münasibətlərin qurulması;

  • beynəlxalq sərgilərdə, konferensiyalarda, danıĢıqlarda iĢtirak;

  • Ģirkətin uzunmüddətli və mənfəətli fəaliyyəti;

  • Ģirkətin fəaliyyətində iĢçilərin pul və mülkiyyət vasitələ- rindən geniĢ istifadə;

  • iĢçi heyətin bir-birinə etibarlı münasibəti;

  • iĢçilərin sağlamlığının qorunmasının fasiləsiz nəzarətdə sax- lanılması;

  • səmərələĢdiricilik və ixtiraçılığın stimullaĢdırılması;

  • özünün və digər Ģirkətlərin səhmlərinin artıq Ģəkildə alınması;

  • Ģirkətin təĢkilati mədəniyyətinin formalaĢdırılması;

  • xarici təsirlərə qarĢı təĢkilatın fəaliyyət davamlılığının möh- kəmləndirilməsi;

  • xeyriyyəçilik fəaliyyətinin və mesenatlığın həyata keçirilməsi;

  • böyük tələbat olan məhsulların istehsalının artırılması;

  • münasib sosial-psixoloji mühitin formalaĢdırılması.

Ġdarəetmə qərarlarının optimallaĢdırılma metodlarından biri də «qara yeĢik» metodudur. Bu metodun vasitəsilə qərarla- rın optimallaĢdırılmasına sistemli yanaĢma təmin olunur, daxili və xarici mühitin iĢgüzar təĢkilatın fəaliyyətinə mümkün təsiri nəzərə alınır. «Qara yeĢik» metodu aĢağıdakı komponentlərdən ibarətdir:

  • «GiriĢ» sistemi konkret bazarlar üzrə mövcud problemin parametrləri (istehlakçıların tələbləri, seqmentləĢdirmənin nəti- cələri, satıĢ həcmi, qiymətləndirmələr, tədarükün həcmi və s.) ilə səciyyələnir;

  • «Xarici mühit» sisteminin komponentlərinə makro və mikromühit amilləri, regionım infrastrukturu, ümumiyyətlə idarəetmə qərarının keyfiyyətinə, optimallığına təsir edən bü- tün xarici təsirlər aiddir;

  • Geriyə əlaqə istehlakçılardan qərar qəbul edən, yaxud, problemin həlli ilə əlaqədar Ģəxslərə çatdırılan müxtəlif xarak- terli informasiyaları səciyyələndirir. Geriyə əlaqə üzrə informa- siyanın çatdırılması keyfiyyətsiz qərarın qəbulu, yaxud isteh- lakçıların qərarının dəqiqləĢdirilməsi və ya yenidən iĢlənilməsi barədə tələbləri ilə əlaqəli ola bilər.

«Qara yeĢik» metodunun son mərhələsi qərarın qəbulu prosesidir. Bu zaman optimallıq baxımından iĢlənib-hazırlan- mıĢ qərar layihəsi aĢağıdakı ardıcıl əməliyyatlar vasıtəsilə qə- bul olunur: iĢə hazırlıq; problemin aĢkar edilməsi; məqsədin müəyyənləĢdirilməsi; informasiya axtarıĢı; onun iĢlənməsi və interpretasiyası; resurslarla təminat imkanlarının aĢkar edilmə- si; məqsədlərin sıralanması; tapĢırıqların düzgün ifadəsi; zəruri sənədləĢdirmənin aparılması; tapĢırıqların reallaĢdırılması.
Sistemli yanaĢma qərarların optimallaĢdırılması üçün problemlərin strukturunun müəyyənləĢdirilməsi, onun həllinin sistemləĢdirilməsi, sistemin komponentlərinin qarĢılıqlı əlaqə- lərinin və onların təkmilləĢdirilməsinin həyata keçirilməsinin əsas təminatçısıdır.
ĠĢgüzar təĢkilatlarının mənfəətlərinin optimal Ģəkildə maksimumlaĢdırılmasında diversifikasiyanın da mühüm rolu vardır. Diversifikasiya dedikdə təsərrüfat fəaliyyətinin yerli sferalara (istehsal edilən məhsulların, iĢ və xidmətlərin çeĢidlə- rinin artırılması, fəaliyyət coğrafiyasının geniĢləndirilməsi) ya- yılması baĢa düĢülməlidir. Diversifıkasiyanın aĢağıdakı növləri vardır: əlaqəli (Ģaquli diversifikasiya və üfüqi diversifikasiya; Ģaquli növə geriyə əlaqə və birbaĢa növlər, üfüqi növə isə məh- sulların spektrinin geniĢləndirilməsi və fəaliyyət coğrafıyasının geniĢləndirilməsi aiddir) və əlaqəsiz (konqlomerat).
Diversifıkasiyaya qərar vermiĢ müəssisələrin idarə olunma- sında əsas problemlər səlahiyyətlərin məhdudlaĢdırılmasıdır. Bu Ģirkətlərin vahid mərkəzdən idarə olunması praktiki cəhətdən qeyri-mümkündür. Belə olan halda elə bir idarəetmə sistemi yaradılmalıdır ki, mərkəzi rəhbərliyin nəzarət funksiyaları saxlanılmaqla struktur təĢkilatlar geniĢ səlahiyyətlərə malik ol- sunlar. Diversifıkasiyalı iĢgüzar təĢkilatlarda idarəetmə qərarla- rının optimallaĢdırılması metodları spesifiк xarakter daĢıyır.

  1. Yüklə 339,57 Kb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə