Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ


FƏSĠL. ĠDARƏETMƏ QƏRARLARININ OPTĠMAL- LAġDIRILMASI VƏ REALLAġDIRILMA- SININ



Yüklə 339,57 Kb.
səhifə29/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   51
704-converted

FƏSĠL. ĠDARƏETMƏ QƏRARLARININ OPTĠMAL- LAġDIRILMASI VƏ REALLAġDIRILMA- SININ


HƏVƏSLƏNDĠRĠLMƏSĠ


5.1. Qərarların əsaslandırılması optimallaĢdırılması metodları


Ġdarəetmə qərarlarının qəbulu prosedurunun reallaĢdırılması xüsusi informasiya, hüquqi təĢkilati və iqtisadi əsaslandırmalar tələb edir. Yuxarıda adları çəkilən əsaslandırma növləri bir-biri ilə möh- kəm qarĢılıqlı əlaqələrə malikdir, bütövlükdə isə qərarın seçilməsi və müdafiəsini təmin edir. Qərarın əsaslandırılmasının sxematik təsviri

    1. Ģəklində verilmiĢdir.

Ġdarəetmə qərarlarının əsaslandırılmasında iqtisadi əsaslandır- ma metod və prinsiplərinin xüsusi əhəmiyyəti vardır. Menecment sisteminin son məqsədi mənfəət kütləsini - əmtəənin rəqabət qa- biliyyətinin yüksəldilməsi, onun satıĢ bazarının geniĢləndirilməsi, firmanın fəaliyyətinin dayanıqlığının möhkəmləndirilməsi hesabına artırmaqdan ibarətdir.
Əmtəə istehlakçısının əsas meyarları isə əmtəənin keyfiyyəti, onun qiyməti və istifadə xərcləridir. Əmtəənin istehsalı və istehlakı sferasında menecment sisteminin səmərəlilik göstəricilərinin inkiĢa- fının iqtisadi səmərəliliyinin hesablanması və əsaslandırılması üçün müxtəlif hesablama metod və prinsiplərindən istifadə tələb edilir. Ġqtisadi əsaslandırmanın aĢağıdakı prinsip və metodları mövcuddur:

      • vaxt amili uçotu;

      • əmtəənin həyat dövrünə xərc və nəticələrin uçotu;

      • hesablamalara sistemli yanaĢmanın tətbiqi;

      • hesablamalara kompleks yanaĢmanın tətbiqi;

      • texnıkı və təĢkilati qərarların çoxvariantlılıqlarının təmin edilməsi;

      • baĢlanğıc informasiyalara nəzarət variantların qarĢılaĢdırıl- masının təmin edilməsi;

  • qeyri-müəyyənlik və riski amillərinin uçotu.

90









Daxili strategiya






















Xarici strategiya
















Gözlənilən nəticəni maksimumlaĢdıran strategiya







ġəkil 5.1. Ġdarəetmə qərarının əsaslandırılması
91
Vaxt amilinin mahiyyəti ondan ibarətdir ki, investor müəy- yən tədbirlərə öz vəsaitini qoymaqla bir neçə ildən sonra iri məb- ləğdə pul qazanır. Bu məbləğdən ilkin sərmayəni çıxdıqdan sonra investisiyaya görə mənfəəti almıĢ oluruq. Nəticə etibarilə bugün- kü manat sabahkından baha olur.
Menecment sistemi komponentlərinin keyfiyyətinın yüksəl- dilməsi üzrə idarəetmə qərarlarının iqtisadi cəhətdən əsaslandırıl- ması metodları müasir idarəetmə sistemlərinin səmərəli qərarlar iĢləyib hazırlanmasında mühüm rol oynayır. Bu metodlar aĢağıda qeyd olunacaq tədbirləri özündə birləĢdirir:

  1. Sistemə «giriĢin» keyfiyyətinin yüksəldilməsi üzrə təd- birlər. Buraya istehsalçılardan аlınan xammal, material, komplekt- ləĢdirici məmulatların keyfiyyətinə nəzarətin gücləndirilməsi üzrə tədbirlər daxildir. Bu tədbirlərin tətbiqi nəticəsində yaranan iqtisa- di səmərə istehsalçı üçün - prosesin keyfiyyətinin yüksəldilməsi sayəsində istehsalda dayanmaların ixtisara düĢməsi, zay məhsul istehsalının azalmasından ibarətdir. Ġstehlakçı üçün isə məhsulun keyfiyyəti yüksək olduğu səbəbindən qiymətləri yüksəltmək im- kanı yaradır.

  2. Sistemdəki idarəetmə prosesinin keyfiyyətinin yüksəldil- məsi üzrə tədbirlər. Buraya texnologiyanın, istehsalın təĢkilinin, operativ idarəetmənin avtomatlaĢdırma səviyyəsinin yüksəldilmə- si üzrə tədbirlər daxildir.

Ġdarəetmə qərarlarının iqtisadi cəhətdən əsaslandırılması üçün Bakının Xəzər rayonunda yerləĢən «Toxucu» firmasının fəa- liyyətini təhlil edək.
Firmada buraxılan əmtəələrin rəqabət qabiliyyətinin yoxla- nılması nəticəsində məlum olmuĢdur ki, «giriĢ» sistemində key- fiyyətə yüksək nəzarətlə «çıxıĢdakı» keyfiyyət arasında müəyyən fərqlər mövcuddur. Yəni, istehsal olunan məhsulun keyfiyyəti tə- ləblərə cavab vermir. «Prosesin» komponentlərinin tədqiqi göstər- di ki, ən zəif sahə istehsalın və əməyin təĢkilindəki çatıĢmazlıqlar- dır. Firmada istehsal heyətinin axıcılığı yüksəkdir, əsas peĢələr üz- rə fəhlə təminatı əmsalı 0,65-dir, əmək intizamı mütəmadi olaraq
pozulur, ahəngdarlıq, paralellik, mütənasiblik, fasiləsizlik əmsal- ları texnoloji prosesin tələbləri ilə uzlaĢmır. Nəticədə isə - zay məhsul istehsalının səviyyəsi yüksəlmiĢ, texnoloji avadanlıqların boĢdayanmaları, material və vaxt resurslarının itkisi artmıĢ, rekla- masiyaların və istehsaldan sonrakı xərclərin səviyyəsi yüksəlmiĢ, nəticədə firmanın satıĢ həcmi və mənfəəti azalmıĢdır.
AparılmıĢ tədqiqatların nəticəsində 2010-cu ildə «Toxucu» firması daxilində kompleks təĢkilati-texniki tədbirlərin iĢlənməsi sayəsində menecment sisteminin təkmilləĢdirilməsi barədə idarə- etmə qərarı qəbul edildi: Tədbirlərin tərkibi aĢağıdakılardan ibarət idi:

  1. ĠĢçilərin tarif dərəcələrinin və aylıq əmək haqlarının artı- rılması;

  2. ĠĢçilərin iĢ və istirahət Ģəraitlərinin yaxĢılaĢdırılması;

  3. ġtat cədvəlini müvafıq ixtisaslı iĢçilərin cəmləĢdirilməsi vasitəsilə коmplektləĢdirmək;

  4. Əmək inizamının uçotu sahəsində çatıĢmazlıqların aradan qaldırılması;

  5. Ġstehsalın təĢkilinin səmərəliliyini səciyyələndirən əmsal və göstəricilərin uçotu və təhlili iĢinin yaxĢılaĢdırılması;

  6. Məhsulun keyfiyyətinin idarə edilməsi sisteminin (menec- mentin) təkmilləĢdirilməsi.

Bu tədbirlərin reallaĢdırılması nəticəsində buraxılmıĢ məh- sulun keyfiyyətinin yüksəldilməsinə uyğun olaraq, onun qiyməti- nin qaldırılması və yaxud əvvəlki qiyməti saxlanılmaqla satıĢ həc- minin azalmasının qarĢısının alınmasına səbəb olacaqdır.
Mürəkkəb iqtisadi problemlərin həlli zamanı iĢgüzar təĢki- latların menecerləri obyektiv qərarların qəbulu üçün optimallaĢ- dırma metodlarından istifadə edirlər. Bu elmi optimallaĢdırma metodları iki əsas sinifə bölünürlər - modelləĢdirmə metodları və ekspert qiymətlərdir.
ModelləĢdirmə metodu (həmçinin əməliyyatların tədqiqi metodu da adlandırılır) mütəmadi olaraq təsadüf edilən idarəetmə məsələlərinin riyazi modellər vasitəsilə həll edilməsinə əsaslanır.
Konkret idarəetmə probleminin modelləĢdirmə metodları vasitəsilə həllinin iĢlənməsi və optimallaĢdırılması olduqca mü- rəkkəb bir problemdir və aĢağıdakı mərhələlərdən ibarətdir:

  • vəzifənin qoyuluĢu;

  • təhlil olunan əməliyyatın səmərəlilik meyarlarının mü- əyyən edilməsi;

  • tədqiq olunan əməliyyata təsir edən amillərin kəmiyyətcə ölçülməsi;

  • öyrənilən obyektin (əməliyyatın) riyazi modelinin qu- rulması;

  • modelin kəmiyyət baxımından həlli və optimal həllin tapılması;

  • təhlil olunan situasiyanın tapılmıĢ həllinin və modelinin adekvatlılığının yoxlanılması;

  • modelin korrektə olunması və yeniləĢdirilməsi.

Mümkün modellərin sayı demək olar ki, həll olunacaq problemlərin sayı qədər çoxdur. Ġdarəetmə qərarlarının opti- mallaĢdırılması metodlarından ən sadəsi oyun nəzəriyyəsi me- todudur.
Bildiyimiz kimi, təsərrüfat əməliyyatlarının bir çoxu əks- təsirlər, maneçiliklər və s. problemlər və səciyyələnirlər. Məsə- lən, qəzalar, yanğınlar, oğurluqlar, tətillər, müqavilə öhdəliklə- rinin pozulması, təbii fəlakətlər və s. Lakin ən geniĢ yayılmıĢ maneçilik rəqabətdir. Buna görə də iĢgüzar təĢkilatın uğurları ilk növbədə onun rəqabət qabiliyyətliliyindən asılıdır. Aydındır ki, rəqiblərin fəaliyyətini proqnozlaĢdırmaq imkanı istənilən iĢ- güzar təĢkilat üçün böyük üstünlükdür. Oyun nəzəriyyəsi mo- deli əks-təsiri azaldan alternativ qərar qəbulunu - demək risk ehtimalını azaltmağı imkan yaradır. Bu model həmçinin qəbul olunmuĢ qərara məsələn, qiymətlərin dəyiĢməsinə, yeni məhsul və xidmətlərin buraxılıĢına, yeni bazar seqmentinə çıxıĢa və s.
rəqibin reaksiyasını proqnozlaĢdırmağa qadirdir. Lakin bu model real iqtisadi situasiyaların öhdəsindən demək olar ki, gəlmir.
Növbəlilik nəzəriyyəsi modelindən xidmət kanallarının optimal saylarını müəyyənləĢdirmək üçün istifadə edilir. Bu modelə daha çox müraciət edən sahələr nəqliyyat (xəttə bura- xılmalı avtobusların optimal sayı), rabitə (xidmət olunacaq abonentlərin optimal sayı), bank (xidmət edəcək operatorların optimal sayı) və digər xidmət sahələridir. Bu sahələrdə əsas problem məsələ əlavə xidmət kanallarının artırılması ilə əlaqə- dar yaranan artıq xərclərdir.
Ehtiyatların idarə edilməsi modelindən iĢgüzar təĢkilatlarda texnoloji proseslərdə, əmtəə və xidmət satıĢında boĢdayan- malardan, fasilələrdən sığorta olunmaq üçün müəyyən qədər resurs ehtiyatı formalaĢdırmaqda istifadə olunur. Ġstehsal firmaları üçün xammal material komplektləĢdirici məmulatların; banklar üçün nağd pul vəsaitlərinin, xəstəxanalar üçün dərman, sarğı materiallarının ehtiyatda saxlanılması zəruridir. Lakin bu ehtiyatların səviyyəsinin həddən çox olması həmin ehtiyatların saxlanması, qorunması, nəql edilməsi, sığortası üçün əlavə vəsait tələb edir, dövriyyə vəsaitlərinin dövr sürətini zəiflədir, kapitalın mənfəətlə investisiyalaĢdırılmasına maneçilik törədir.
Ehtiyatların idarə olunması modeli optimal qərarların qə- bul edilməsinə, yeni istehsal prosesinin fasiləsizliyini təmin et- məklə və yaranmasına minimum xərclərlə resurs ehtiyatlarını formalaĢdırmağa Ģərait yaradır.
Xətti proqramlaĢdırma modelindən optimal istehsal proq- ramlarının tərtib edilməsində istifadə edilir. Bu zaman əsas məqsəd xammal, materialların, detalların miqdarının, avadan- lıqların iĢ vaxtı fondunun və məhsul növlərinin rentabelliyinin məlum həcmi ilə maksimum mənfəət kütləsi yaratmaq üçün hansı adda məhsuldan nə qədər istifadə edilməsinin müəyyən- ləĢdirilməsi modelləĢdirilir.
Menecment sistemində tətbiq ediləcək optimallaĢdırma modellərinin əksər hissəsi adətən xətti proqramlaĢdırma mode- linin tələbləri ilə uzlaĢdırılır.
OptimallaĢdırma prosesi baha baĢa gəldiyi üçün ondan menecment sisteminin istənilən altsisteminin strateji və taktiki vəzifələrinin iĢlənilməsində istehsal istifadə edilir. Operativ tapĢırıqlar isə adətən sadə, evristik metodların köməyi vasitəsi- lə həll olunmalıdır. Bu metodlar əsas etibarilə bunlardır: a) təh- lil; b) proqnozlaĢdırma; c) modelləĢdirmə.
Öz növbəsində modelləĢdirmənin tərkib hissələri aĢağı- dakılardan ibarətdir: a) məntiqi; b) fizikı; c) iqlisadi-riyazi mo- delləĢdirmə.
Məntiqi modellərdən müasir menecmentdə ən geniĢ tət- biq olunanı isikava diaqramıdır.







Yüklə 339,57 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə