Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ


FƏSĠL. ĠDARƏETMƏ QƏRARLARININ KEYFĠYYƏT SĠSTEMĠ



Yüklə 339,57 Kb.
səhifə25/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   51
704-converted

FƏSĠL. ĠDARƏETMƏ QƏRARLARININ KEYFĠYYƏT SĠSTEMĠ





    1. Ġdarəetmə qərarlarının keyfiyyətinə olan əsas tələblər



TəĢkilati fəaliyyət prosesi kimi idaəretmə prosesi də fasiləsiz bir prosesdir. Bu fasiləsiz prosesi daha dəqiq öyrənmək məqsədilə onu 3 mərhələyə bölmək olar:

  1. Qərarın iĢlənib hazırlanması mərhələsi;

  2. Qərarın qəbul edilməsi mərhələsi;

  3. Qəbul edilmiĢ qərarın icrasına rəhbərlik və ona nəzarət.

Hər hansı bir məsələni (istehsal, idarəetmə) həll edərkən bu mərhələlərin bir-birini necə əvəz etdiyini izləmək mümkündür. Buna görə də rəhbər bir deyil, bir çox məsələni həll etməli olduğu üçün onun fəaliyyəti idarəetmə prosesinin bütün mərhələləri ilə eyni zamanda əlaqəli olmalıdır. Məsələn, o, hər hansı bir məsələyə dair qərar qəbul edərkən, digər məsələlər barəsində iĢlərin nə vəziy- yətdə olduğunu yoxladıqdan sonra (digər qərarların icra vəziyyətini yoxladıqdan sonra) qəbul edə bilər.
Qərarlar idarəetmə əməyinin spesifik məhsulu olub briqa- dirdən, ustadan tutmuĢ, sex rəisindən direktoradək, yəni bütün səviyyələrdəki rəhbərlər tərəfindən qəbul oluna bilər. Qərarlar bütün idarəetmə iĢinin bünövrəsi hesab olunur. Bunun üçün qərarları təkmilləĢdirmək bütün pillələrdəki idarəetmə orqanlarının çox mühüm vəzifəsidir.
Qərar qəbul edərkən həmiĢə onun iĢlənib hazırlanmasına nə qədər vaxt sərf etmək lazım gəlməsi ilə hesablaĢır. Belə ki, bir qayda olaraq, uzun müddət üçün nəzərdə tutulan qərarların iĢlənib hazırlanmasına birdəfəlik qərarlara nisbətən daha çox vaxt tələb olunur. Belə hallar üçün əvvəlcədən müvafiq əsasnamələr (qaydalar, təlimatlar və s.) iĢlənib hazırlanır.
Ġdarəetmə prosesində vacib məsələlərdən biri də odur ki, istə- nilən növ idarəetmə qərarı müəyyən keyfiyyət parametrlərinə malik olmalıdır. Belə ki, lazımi keyfiyyət parametrlərinə malik olmayan
qərarı idarəetmə qərarı adlandırmaq olmaz və yaxud belə qərar idarəetmə fəaliyyətində səmərə verməz. Ġdarəetmə qərarlarının keyfiyyətinə qoyulan tələblər aĢağıdakılardır:

  1. Elmi cəhətdən əsaslandırılma – idarəetmə qərar- ları iqtisadi, idarəetmə və digər ictimai qanunların fəaliyyətini nəzərə almaqla konkret istehsal Ģəraitinin təhlili əsasında qəbul olunmalıdır. Bundan əlavə qərarlar mötəbər məlumatlar əsasın- da hazırlanmalı, qarĢıya qoyulan məqsədə müəyyən olunmuĢ müddətdə nail olmaq üçün bir neçə əsaslandırılmıĢ variant müqayisə yolu ilə qəbul edilməlidir. Həmçinin, qərarlar isteh- salatda ETT-ni sürətləndirmək tələblərinə müvafiq olmalı və iĢçilərin təĢəbbüskarlığına kömək etməlidir;

  2. Qərarların kəmiyyət və keyfiyyət müəyyənli- yinə – subyektin obyektə təsirində konkret göstəricilərin, nəti- cələrin nəzərə alınması və idarəetmə qərarlarının məzmununun idarəetmə vəzifələri ilə kəmiyyət göstəriciləri baxımdan əlaqə- ləndirilməsi, həmçinin, qərarlarla vəzifələr arasında qeyri-mü- əyyənliyin aradan qaldırılması kimi tələblər daxildir;

  3. Qərarların məqsədəuyğunluğu – bu keyfiyyət tə- ləbinə isə qərarların məqsədyönlülüyü, məqsədəçatma, yaxın- laĢma qərarlarla məqsədin vəhdətliliyinin təmin edilməsi kimi tələblər aiddir;

  4. Qərarın optimallığı – qərarların qəbulunda optimal variantların seçilməsi, yəni qərarların az xərclərlə yüksək nəti- cələr əldə edilməsinə xidmət etməsi, həmçinin, qərarların opti- mal iqtisadi və sosial meyarlara uyğun gəlməsini məhz bu key- fiyyət tələbi nəzərdə tutur;

  5. Qərarın hüquqi və qanuni müddəalara uyğun gəlməsi – bu tələbə əsasən qərar qəbul edilərkən firmanın fəa- liyyət göstərdiyi dövlətin qanunları və hüquqi aktları nəzərə alınmalıdır. Çünki dövlətin qanunlarına və hüquqi aktlarına zidd olan qərarlar təĢkilatın iĢini iflas vəziyyətinə sala bilər;

  6. Qərarların kompleksliyi və sistemliliyi – qərar qəbul etməmiĢdən əvvəl idarəetmə obyektinin texniki, texnolo-

ji, istehsal, iqtisadi, sosial,psixoloji tərəfləri və cəhətləri dəqiq öyrənilməli və nəzərə alınmalıdır. Həmçinin, bu cəhətlərin nə- zərə alınması ilə qəbul olunan qərarlar bir-birilə əlaqələndiril- məlidir. BaĢqa sözlə, idarəetmə qərarları bütöv vahid bir sistem əmələ gətirməlidir;

  1. Səlahiyyətçilik – istənilən idarəetmə qərarı onu qəbul edən rəhbərə verilən hüquqular və səlahiyyətlər çərçivə- sində olmalıdır. Belə ki, rəhbərlər tərəfindən qəbul olunmuĢ sə- lahiyyətlər, kənara çıxan qərarlar təĢkilatda birmənalı qarĢılana bilməz. Həmçinin, bu tələbə uyğun olaraq qərarı qəbul edən rəhbər buna görə daĢıdığı məsuliyyəti dərk etməlidir;

  2. Məqsədaydınlığı – Hər bir idarəetmə qərarının də- qiq ünvünı olmalıdır. Bundan əlavə, o, icraçı üçün anlaĢıqlı tərzdə qəbul olunmalıdır. Yəni, hər bir qərarda onun konkret məqsədi və ünvanı aydın Ģəkildə öz əksini tapmalıdır;

  3. Vəhdətlik – təĢkilatda verilən qərarlar bir-birinə zidd ola bilməz. BaĢqa sözlə, bütün idarəetmə qərarları konkret məqsədə yönəlməli və bir-birinin davamı kimi səslənməlidir. Həmçinin, qərarlara daxil olan müddəalar bir-birilə, o cümlə- dən, yeni qərarlar köhnə qərarlarla əlaqələndirilməli və vahid vəhdət yaratmalıdır;

  4. Qısalıq və ya lokaniklik – yuxarıda qeyd etdiyi- miz kimi, hər bir idarəetmə qərarının konkret ünvanı olmalıdır. Yəni, o, konkret icraçıya yönəlməlidir. Bundan əlavə, icraçı qə- rarın oxunub qavranılmasına az vaxt sərf edilməsi məqsədilə çalıĢmaq lazımdır ki, qərar mümkün qədər qısa və lokanik ol- sun. Lakin, yadda saxlamaq lazımdır ki, qısalıq xatirinə qərar- ların məqsəd və mahiyyətini korlamaq olmaz;

  5. Vaxtın konkretliyi hər bir idarəetmə qərarın dəqiq ünvanı ilə yanaĢı onun konkret icra müddəti də qərarda öz əksini tapmalıdır;

  6. Operativlik istənilən idarəetmə qərarını lazımi yerdə və lazımi vaxtda qəbul etdikdə yüksək səmərə verə bilər. Belə ki, məkan baxımından fərqlənən, həmçinin, vaxtından əv-

vəl və gecikmiĢ qərar təĢkilatın iĢi üçün zərərli hesab olunur. Yəni, idarəetmə qərarı operativ olmalıdır.
Ġdarəetmə qərarlarına qarĢı olan müasir keyfiyyət tələblə- ri təsərrüfat rəhbərlərinin elmi bilik və bacarığının daha da artı- rılmasını və təkmilləĢdirilməsini obyektiv olaraq irəli sürür. Belə ki, burada təsərrüfat rəhbərinin peĢə bacarığı və vərdiĢi mühüm əhəmiyyət kəsb edir. Rəhbər iĢçi idarəetmə qərarlarını fərdi və kollektiv halda yüksək səviyyədə həll etmək üçün mü- təxəssislərlə, qabaqcıl fəhlələrlə, xətti və funksional bölmə rəh- bərləri ilə bu sahədə fikir mübadiləsi aparmalıdır. Bu fikir mü- badiləsini aparmaq üçün isə, o, zəruri olan elmi-texniki biliyə, təfəkkürə malik olmalıdır, əks təqdirdə rəhbər iĢçi özünün ba- carıqsızlığını və fərsizliyini sübut etmiĢ olar. Buna görə də, rəhbər işçilər qarşısında qərarların qəbulu zamanı aşağıdakı tələblər irəli sürülür:

  1. Ġnformasiyadan istifadə etməyi bacarmalı və bu sahədə müəyyən vərdiĢə malik olmalıdırlar;

  2. Problemlərdən baĢ çıxarmalı və yaranmıĢ vəziyyəti düz- gün təhlil etməlidirlər;

  3. Optimal təsərrüfatçılıq qərarların qəbul edilməsini və on- ların icra olunmasını təmin etməyi bacarmalıdırlar.

Rəhbər öz qarĢısında duran yuxarıda qeyd olunmuĢ tələb- lərə riayət etmək üçün daima idarəetmənin nəzəri və metodolo- ji əsaslarını öyrənməli, öz biliyini elm və texnikanın ən yeni nailiyyətləri ilə yeniləĢdirilməli və istehsalın təĢkilinin mütə- rəqqi metoduna yiyələnməlidir. Yalnız belə olan təqdirdə rəh- bər iĢçilərdən yüksək keyfiyyətli qərarlar və onların ardıcıl ic- rasını gözləmək olar.

    1. Yüklə 339,57 Kb.

      Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə