Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ


Ġdarəetmə qərarlarının psixoloji fenomenləri



Yüklə 339,57 Kb.
səhifə23/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   51
704-converted

Ġdarəetmə qərarlarının psixoloji fenomenləri


Sosial sistemin, iĢgüzar təĢkilatın əsas elementinin insan olduğundan, о həm qərarların subyekti, obyekti, həm də isteh- lakçı kimi çıxıĢ edir. Qərarların qəbulu idarəetmə fəaliyyəti ilə məĢğul olan rəhbərlərin gündəlik iĢinin əsas tərkib hissəsi oldu- ğundan, onların prosesə psixoloji hazırlığı və Ģəxsi, kollektiv psixoloji xüsusiyyətləri nəzərə ala bilmək qabiliyyəti idarəetmə prosesinin effektivliyinə соx təsir edir.


Ġlk olaraq qeyd etmək lazımdır ki, mütəxəssis və kollektiv üzvü Ģəxsi xüsusiyyətlərə (keyfiyyətlərə) malikdir. Bu keyfiy-
yətlərlə о, digər insanlarla ya yaxınlaĢır, ya da uzaqlaĢır. Onu da nəzərə almaq lazımdır ki, eyni bir insan müxtəlif təĢkilatlarda öz Ģəxsi keyfiyyətlərini müxtəlif cür ifadə edə bilər. Bir çox müəlliflər hər bir insanın mütləq unikallığını qeyd edirlər və onu Ģəxsiyyət adlandırırlar. Lakin unikal keyfiyyətlərə malik insanlar- la iĢləmək mümkün deyil, çünki hər bir insan üçün bu halda üni- kal qərarlar tələb olunacaq. Ən yaxĢı strategiyalardan biri kollek- tivdə ümumi və xüsusi seçilən Ģəxsi keyfiyyətləri müəyyən etmək və onların nisbətini qiymətləndirməkdən ibarətdir. Ümumi keyfiy- yətlər üçün idarəetmə qərarlarının hazırlanması və qəbulunda nə- zərdə tutulımıĢ ənənəvi prosedurlardan istifadə etmək lazımdır. ġəxsi keyfiyyətlər üçün isə idarəetmə ustalığı və sənətindən istifa- də etmək lazımdır.
Hər bir idarəetmə qərarı təĢəbbüskarının individuallığını, fər- diliyini və dəyərlilər sistemini əks etdirir. Ona görə iĢgüzar təĢkilat- da qəbul edilən idarəetmə qərarı bu prosesin digər iĢtirakçıları ilə uyğun olmaya bilər. Misal kimi qərarların icraçıları və istehlakçıla- rını göstərmək olar. Ġdarəetmə mütəxəssisləri öz əsərlərində, adətən 3 sinonim anlayıĢlardan istifadə edirlər: «insan amili», Ģəxsi keyfiy- yətlər, Ģəxsi xüsusiyyətlər. Ġnsan amilinin rolu idarəetmə qərarının hazırlanması, mövcud idarəetmə qərarının qiymətləndirilməsi və onun icrasının nəticələrinin qiymətləndirilməsi prosesinə təsir edir. ġəxsi xüsusiyyətlərə isə aiddir: təlqin oluna bilmə, iradə, sağlamlıq, təcrübə, təfəkkür xüsusiyyətləri, məsuliyyətlilik, peĢəkarlıq, reaksi- yalar, risklilik, temperament, emosionallıq səviyyəsi, diqqətin ха- гакteri.
Ġdarəetmə qararlarının hazırlanması və qəbulu baxımından rəhbərin təfəkkürünün xüsusiyyətləri maraqlıdır: dərinliyi, geniĢli- yi, sürəti, çevikliyi.
Dərinliyi - rəhbərin təfəkkürünün analitik xüsusiyyətini və təhlil edilən situasiyanın daxilində səbəb-nəticə əlaqələrinin axtarıl- masını əks etdirir. Ġnsan bu zaman ətraf mühitdən abstraklaĢa da bi- lər. Belə insanlar üçün idarəetmə qərarlarının hazırlanmasının ana- litik metodu daha effektivdir.
GeniĢliyi - təfəkkürün sintetik xarakterini əks etdirir və bu zaman təhlil edilən situasiyanın fəaliyyətin ümumi ssenarisində rolunu qiymətləndirə bilər. Təfəkkürün geniĢliyi «qərarlar ağacı» və ssenarilər metodunun effektiv tətbiqinə kömək edir.
Sürəti – Ģirkətdə qəbul edilmiĢ orta səviyyədə vəzifənin icra vaxtı ilə müəyyən edilir. ĠĢçi digərlərinə nisbətən situasiyanı daha tez aydınlaĢdıra bilər və va effektiv qərar həzırlaya hilar. Təfəkkü- rün sürəti çoxlu variantları yoxlamağa və hazırlamağa imkan verir, bu isə idarəetmə qərarlarının evristik metodlarla hazırlanması və re- allaĢdırılınası zamanı tətbiq edilir.
Çeviklik - idarəetmə qərarının hazırlanması və reallaĢdırıl- masının vaxtında və əsaslandırılmıĢ yeni metodlarına keçidi əks et- dirir. Çeviklk və kompromislərə hazırlıq idarəetmə qərarlarının matris metodu ilə hazırlanması və reallaĢdırılması zamanı lazımdır. Ġdarəetmə qərarının hazırlanması və reallaĢdırılması zamanı rəhbərin insanları özünə cəlb etmək və tabe etdirmək qabiliyyəti vacibdir. Bu Ģəxsi xüssiyyətlər və keyfiyyətlər üzərində qurulmuĢ hakimiyyətdir - müdriklik, müqəddəslik, qəhrəmanlıq, təlqinedici xarici görkəm, cəmiyyətin istənilən səviyyəti insan nümayəndəsi ilə özünü ləyaqətli və inamlı aparmaq bacarığı və s. Rəhbərin idarəet- mə qərarlarının hazılanması və qəbuluna təsir edilə bilən bir sıra
xüsusiyyət və keyfiyyətlərinə daha geniĢ mənada yanaĢaq.
Rəhbərin praktikliyi, təcrübəliliyi - böyük həcmdə iĢ təcrübə- si və idarəetmə qərarlarının hazırlanması və qəbulunda stereotip ya- naĢmalarının istifadəsi ilə əlaqədardır. Misal üçün, təchizatçıların qeyri-məsuliyyətliliyini qəbul edərək, о Ģirkət üçün lazım olan re- sursların ehtiyat təchizatı haqqında müqavilələr imzalayır, məhsu- lun alınması üçün daha çox təkliflər göndərir. Beləliklə, Ģirkət ki- minsə sifariĢini yerinə yetirməsə pis vəziyyətdə qala bilər. Bunun üçün rəhbərlər belə qərarların həddini və belə iĢçi-praktiklərin sayı- nı müəyyən etməlidirlər.
Ġnsanın psixoloji xüsusiyyətlərindən biri çətin Ģəraitdə, yük- sək qeyri-müəyyənlikdə, çoxlu sayda, uyğun olmayan meyarlar və qeyri-müəyyən alternativlər, vaxt azlığında və yüksək məsuliyyət
tələb edən situasiyalarda qərar qəbul etmək qabiliyyətidir. Ġdarəet- mə qərarının qəbulu prosesində insana seçilmiĢ məhdud rasional- lıq məxsusdur. Çünki informasiyanın operativ emalı, alternativ qərarların hazırlanmasının sərt rasional prosedurlarının icra olunmaması, sosial və emasional-Ģəxsi amillərin təsiri əks olunur. Bundan baĢqa təĢkilatlarda qərarların qəblu prosesi individual və qrup seçiminin əsas xüsusiyyətlərini birləĢdirir. Bununla əlaqədar idarəetmə qərarlarının hazırlanması və qəbulunun əsas psixoloji amillərindən bəzilərini təhlil etmək lazımdır. Belə amillərdən biri idarəetmə qərarlarının qəbulunda mövcud olan psixoloji fenomenlərdir.
Belə kompleks fenomenlər arasında F.Ġrvinin fenomenini qeyd etmək lazımdır. Bu fenomenin mahiyyəti - qərarın arzu edi- lən nəticəsinin əhəmiyyəti və ehtimalının yüksəldilməsi, arzu- olunmayan nəticələrinin aĢağı salınması ilə əlaqədardır. Qrup qərarlarının tədqiq edilməsi zamanı müəyyən olunmuĢ feno- menlərdən biri - R. Stouperin «risqin pozitiv hərəkətidir (dəyiĢ- məsi)». Onun mahiyyətı ondan ibarətdir ki, qrııp qərarları, in- dividual qərarlara nisbətən daha risqlidir. Bu paradoksal nəticə gözlənilməz oldu. Ona görə insanların ehtiyatlılıq, tarazlaĢdırma, azrisqlilik kimi məntiqi gözləmələrilə zidd idi. Nəticədə də- qiqləĢdirilmiĢdir ki, qrup onun hər bir üzvünün qəbul etdiyi qə- rarların risqlilik səviyyəsində yüksək olmayan qərarlar qəbul edir və ən risqli üzvünün qəbul etdiyi risqə gedır. (Təbiidir ki, bu səviyyə qrup səviyyəsindən yüksəkdir).
L.Plankett və Q.Xoyl tərəfındən «analitik iflic» fenomeni kəĢf edilmiĢdir. Bunun mahiyyəti ondan ibarətdir ki, qərarın ta- pılması üzrə informasiyanın yığılması, təhlili vasitələri məqsə- də çevrilir və qərarlar «kar olaraq» eyni proses alternativlərin iyerarxiyasının hazırlanması prosesində baĢ verir.
Eyni zamanda «sevimli alternativ» fenomeni zamanı rəhbər situasiyanı, problemləri və çıxıĢ yollarını stereotip qavrayıĢa malik olur. Hətta baĢqa situasiyada, qeyri-standart problemi həll edərkən,
rəhbər öz stereotiplərinə uyğun olaraq, ən «sevimli» qərarı qəbul edir.
Qərarların qəbulu proseslərin tədqiq edilməsinin vacib as- pektlərindən biri olub, müzakirələrin qərarın hazırlanması və nəti- cələrinə təsiridir. Burada bir-birinə zidd iki psixoloji fenomen -
«yaxınlaĢma» fıkirləri, qiymətlərin və üzvlərin mövqelərinin dis- kussiyada yaxınlaĢması və əksinə «aralanma» - fıkir və mövqelərin fərqlənməsi mövcuddur. Bu fenomenlər müxtəlif fıkirlər arasında dinamikanı əks etdirir. Hansı mövqenin seçilməsi qrupun xüsusiy- yətlərində, problemin mahiyyətindən və onun həlli Ģəraitindən asılıdır.
Psixoloji fenomenlər arasında, birgə qərarların qəbulu prosesində «tərkib effekti» xüsıısi yer tutur. «Tərkib effekti- nin» mahiyyəti qrupda qəbuledilmə prosesinin xüsusiyyətləri- nin qrupun tərkibinin keyfiyyət və kəmiyyətindən asılı olması- dır. Belə ki, birgə qərarların məhsuldarlığının qrup üzvlərinin sayından asılılığı sahəsində tədqiqatlar təsdiq etmiĢdir ki, həm çox böyük, həm çox azsaylı qruplar effektiv qərar qəbul edə bilmirlər. Ən yaxĢı qruplar təxminən 4-8 nəfərdən ibarət olur, lakin optimal say qrupun strukturundan, yenilikliyindən, onun üzvlərinin kompetentliyindən və həll edilən vəzifədən asılıdır.
Qrupun keyfiyyət xüsusiyyətlərinin təsiri onun iĢinin effekt- ivliyinin bircinsliyi dərəcəsindən asılılığı ilə müəyyən edilir. Bu zaman müəyyən edilmiĢdir ki, qərarın hazırlanması prosesinin nəti- cəsi təkcə bircinsli qruplarda azalmır (onun üzvlərinin müxtəlif fı- kir və mövqelərinin uyğunlaĢmasına görə), eyni zamanda bu qrup- larda maksimaldır. Sonuncu halda qəbul edilən qərara müxtəlif fıkirlərin olmaması çox təsir edir. Bundan baĢqa, məhz qrupun bir- cinsliliyi korporativ qapalılığın yaranmasına səbəb olur. Tərkib ef- fektinin təsiri birgə qərarların həm hazırlanmasına, həm keyfiyyəti- nə, həm də effektivliyinə səbəb olur.
Ġyerarxik qərarların hazırlanması və qəbulu prosesində «ya- lançı razılıq» fenomeni mövcuddur. Onun mahiyyəti - qrupun ayrı- ayrı üzvlərinin müəyyən səbəblərdən, məsələn, öz mövqelərinin
zəifliyindən, lazımi kompetentliyin olmamasından qrup disskusiya- sında iĢtirak etmirlər, lakin demonstrativ olaraq liderin və ya çoxluğun fıkri, mövqeyi ilə razılaĢırlar (hətta bu fikir onların öz fıkrinə zidd olsa belə). Amma qərarların qəbulu prosesində on- lar, əks davranıĢ ifadə edə bilərlər: - «seçilmək» meyli, özünü göstərmək. Bu isə «demonstrativ razılıq» fenomenini yarada bilər. Ġdarəetmə qərarlarının qəbulu və liderlik ilə əlaqədar da- ha bir fenomen - «virtual həlledici»dir. Onun mahiyyəti - real olaraq qrupda olmayan subyekt qrupda peyda olmalı və prob- lemləri həll etməlidir.
Ġyerarxiyanın idarəetmə qərarlarının hazırlanması və qəbu- lu, reallaĢdırılması prosesinə təsiri onda ifadə olunur ki, iyerarxik

  • yəni təĢkil edilmiĢ formal qruplar yaxĢı müəyyən edilmiĢ, determinəedilmiĢ vəzifə və məsələləri daha asan həll edir və əksinə qeyri-müəyyən, ehtimallı vəzifələri daha çətin həll edirlər. Ġyerarxik struktura malik qruplar daha aĢağı səviyyədə olan yeniliklə, orijinallıqla fərqlənir və qərarların seçilməsində ste- reotiplərdən daha çox istifadə edirlər. Burada müəyyən etmək daha da asanlaĢır ki, iyerarxiyanın baĢında dayanan Ģəxs - rəhbər qərarların hazırlanması və qəbulu prosesində qrupun kifayət etməyən kompetentliyini kompensasiya etmək üçün daha çox və geniĢ imkanlara malikdir, digər tərəfdən qrup rəhbərin qeyri- kompetentliyini bu dərəcədə əvəz edə bilməz.

Hər bir Ģəxsiyyət özündə individual psixi keyfıyyətləri birləĢdirən genetik proqrama (temperamentə) malikdir. О, in- formasiyanın qavrayıĢ mexanizmini və ona Ģəxsiyyətin reaksi- yasını, ətraf mühitə Ģəxsiyyətin münasibətində hiss davranıĢını müəyyən edir. Temperament Ģəxsiyyətin idarəetmə qərarlarının hazırlanması və reallaĢdırılmasına təsir edir. Dörd əsas baza temperament tipləri mövcuddur - xolerik, sanqvinik, fleqmatik və melanxolik.
Ġstənilən kollektivdə müxtəlif temperamentli iĢçilər olduğun- dan idarəetmə qərarı elə hazırlanmalıdır ki, onu bütün icraçılar düz- gün baĢa düĢsünlər. Buna iki üsulla nail olmaq mümkündür.

  1. Eyni bir qərarın xolerik, sanqvinik, fleqmatik və me- lanxoliklər üçün dörd variantı hazırlanır;

  2. Ġdarəetmə qərarının mətni aĢağıdakılara uyğun struk- turlaĢdırılır:

  • hazırlanmıĢ idarəetmə qərarının tam adı;

  • idarəetmə qərarının xülasəsi;

  • idarəetmə qərarının dolğun məzmunu;

  • idarəetmə qərarına əlavə edilən hesablamalar, izahlar və razılaĢdırmalar.

StrukturlaĢdırılmıĢ mətndə xolerik tapĢırığın ancaq tam adını oxuyacaq yə sonrakı mətnin icra ardıcıllığını təsəvvür edəcək, sanqvinik idarəetmə qərarının əsas maddələrini oxuya- caq (rezüməni), fleqmatik idarəetmə qərarının tam məzmunu ilə tanıĢ olacaq, melanxolik isə idarəetmə qərarı üzrə hesabatla- rı oxuyacaqdır.
Ġdarəetmə qərarının hazırlanması və reallaĢdırılması prose- sində rəhbər, qərarın potensial icraçı və istchlakçılarının müqa- viməti ilə rastlaĢa bilər. Bu reaksiya idarəetmə qərarının sosial- psixoloji iĢlənilməsindən asılıdır ki, onun da əsas vəzifəsi ida- rəedənlə idarəolunan sistem arasında sosial ədalətin lazım olan səviyyəsini əldə etmək məqsədilə tələbat və maraqlarının uy- ğunlaĢdırılmasından ibarətdir. Sosial-psixoloji uyğunluq idarə- etmə qərarının mətnində onun tərkib hissəsi kimi verilə bilər və yaxud həmin idarəetmə qərarının hazırlanması və reallaĢdırılması prosesində yaradıla bilər.
Ġdarəetmə qərarının birinci variantında əsas və əmredici hissələrlə yanaĢı sosial-psixoloji hissəni də əlavə edirlər. Belə- liklə, idarəetmə qərarları geniĢlənir.
Ġkinci variantda rəhbər sosial psixoloji uyğunluğu sosial- psixoloji xarakterli tədbirlərin hesabına təmin edir. Uyğunluq idarəetmə qərarının reallaĢdırılmasında idarəetmənin sosial və psixoloji metodlarının istifadəsi nəticəsində yaranır. Qeyd olu- nan metodlar insanın və kollektivin sosial tələbatlarının və ma- raqlarının ödənilməsinə əsaslanır. Nəzərə almaq lazımdır ki, in-
san üçün bu nizam-intizam, sabitlik, informasiya, təhlükəsizlik, idarəetmə, yaradıcı iĢ, inam, məhəbbət, ailə, bilik, ünsiyyət, özünü ifadə və özünü reallaĢdırmadır. Kollektivin sosial tələ- batlarına isə - təĢkiletmə və idarəetmə, özünü inkiĢaf, təhlükə- sizlik və əlavə məhsul aiddir.





QarĢılıqlı əlaqə

Yüklə 339,57 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə