Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ


ġəkil 4.2. Ġdarəetmə qərarının keyfiyyətinin əsas tərkib elementləri



Yüklə 339,57 Kb.
səhifə27/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   51
704-converted

ġəkil 4.2. Ġdarəetmə qərarının keyfiyyətinin əsas tərkib elementləri


О, hər Ģeydən əvvəl, yaradıcı iĢ kollektivinin yaradılmasın- dan ibarətdir. Rəhbər kollektivın effektiv iĢi üçün stimullaĢdırıcı Ģə- rait yaratmalıdır. Bu əsas Ģərtlərə aĢağıdakılar daxildir:

  • idarəetmə qərarının hazırlanması prosesində yaradıcı Ģərait və münasibətlərin yaradılması, idarə edilməsi;

  • idarəetmə qərarını hazırlayan mütəxəssislərin tam və ət- raflı iĢgüzar informasiya ilə təmin edilməsi;

  • iĢ prosesində dünya təcrübəsində tətbiq edilən müasir informasiya texnologiyalarından istifadə olunması;

  • kollektivdə mütəxəssisləri də cəlb etməklə beyin hücu- munun keçirilməsi və onların nəticəsində əldə edilmiĢ ideya, təkliflərin təsbiq edilməsi;

  • həll edilən problem üzrə daha peĢəkar olan mütəxəssis- lərin təcrübə və biliklərinin istifadə edilməsi;

  • idarəetmə qərannın hazırlanması və reallaĢdırılması prosesinin bütün mərhələlərinin hərtərəfli tədqiq edilməsi və xüsusən də situasiyanın öyrənilməsi;

  • subyektivliyin azaldılması istiqamətində fəaliyyətə xü- susi diqqət edilməsi;

  • qərarlarda kollektivin əsas nailiyyətlərinin (elmdə, metodologiyada, texnologiyada) əks olunması və təcrübəli, tanınmıĢ mütəxəssislərin fıkirlərinin nəzərə alınması;

  • qərarların monitorinqinin həyata keçirilməsi.

Cədvəl 4.1


Ġdarəetmə qərarının əsas tərkib elementlərinin məzmunu





Keyfiyyət xüsusiyyətlərinin
adları

Ġdarəetmə qərarının uyğunluğu üçün əsas normalar, təlimatlar, qaydalar, sənədlər

TəĢkilati

Reqlamentlər, təlimatlar və Ģirkətlərdə qəbul
edilmiĢ normalar

Ġqtisadi

Ġqtisadi hesabatların və hesablaĢmaların
sertifikasiyaedil-miĢ metodları

Sosial

Ġnsan hüquqları

Texnoloji

Milli və dünyəvi texnoloji normativlər

Psixoloji

TəkmilləĢən ənənələr və yaĢayıĢ normaları

Hüquqi

Milli və beynəlxalq qanunverici aktlar

Ekoloji

ĠSO 14000 standartları və satıĢ, davamlı inkiĢaf
strategiya-sı

Etik

TəkmilləĢən ənənələr və yaĢayıĢ normaları

Siyasi

Milli inkiĢaf proqramları



Ġdarəetmə keyfiyyətinin sonda əldə edilən nəticələri və idarə- etmə vəzifələrinin icrası effektivliyi müəyyən edir. Ġdarəetmə qəra- rının keyfiyyəti bir sıra amillərdən asılıdır (Cədvəl 4.1).

        1. Ġlkin informasiyanın keyfiyyəti, onun düzgünlüyü, dol- ğunluğu səhv və qeyri-müəyyənliklərdən müdafiə olunması - tədqi- qat forması ilə müəyyən edilir. (Məlumdur ki, hesabatların dəqiqli- yi istifadə edilən informasiyanın dəqiqlik səviyyəsindən çox ola bil- məz);

        2. Qəbul edilən qərarın optimallığı və rasionallığı;

        3. Qəbul edilən qərarların vaxtlılığı amili - onun hazırlanma- sı, qəbulu, ötürülməsi və icrasının təĢkili sürəti ilə təyin edilir;

        4. Qəbul edilən qərarların mövcud idarəetmə mexanizmləri- nə və ona əsaslanan idarəetmə metodlarına uyğun olması;

        5. Qərarları hazırlayan, qəbul edən və onların icrasını təĢkil edən kadrların ixtisas səviyyəsi;

        6. Ġdarəetmə sisteminin qəbul edilmiĢ qərarların icrasına ha- zır olması səviyyəsi.

Bundan baĢqa, keyfiyyətli olmaq üçün idarəetmə qərarını verilmiĢ ilkin göstəricilərində mümkün səhvlərə münasibətdə sabit və ya davamlı olmalıdır, eyni zamanda məqsədəçatma olqaritmləri- nin dəyiĢilməsini nəzərə alaraq çevik olmalıdır. Əks halda ilkin ve- rilənlərdən kiçik kənarlaĢmalar idarəetmə qərarını effektiv deyil, qeyri-effektiv edəcəkdir.
R.A. Fatxutdinov idarəetmə qərarlarının keyfiyyət parametr- lərinə aĢağıdakıları aid edir;

  • Entropiya göstəricisi - problemin kəmiyyət nizamsızlığı ilə müəyyən edilir. Əgər problem ancaq keyfiyyətcə formulə edilərsə, kəmiyyət göstəricilərindən istifadə olunmursa onda entropiya göstəricisi sıfra yaxınlaĢır. Əgər problemin bülün göstəriciləri kəmiyyətcə ifadə olunursa entropiya göstəricisi 1-ə yaxınlaĢır;

  • Ġnvestisiya qoyuluĢlarının risq səviyyəsi;

  • Keyfivyət, xərc və müddət göstəriciləri üzrə qərarın reallaĢması ehtimalı və mümkünlüyü;

  • Adekvatlıq səviyyəsi və dərəcəsi - əsas diqqət nəzəri modelin, onun hazırlanmasında istifadə edilən faktiki göstərici- lərə uyğunluğu kimi baĢa düĢülməsinə verilir (ġəkil 4.3).

Zəruri göstəricilərin formalaĢdırılması və nail olunması- nın əsasında effektivlilik durur. Bu göstərici çoxtərəflidir, çün- ki effekt dedikdə - kimin kiməsə təsiri baĢa düĢülür. Bu təsir təĢkilati, iqtisadi, sosial, texnoloji, psixoloji, hüquqi, ekoloji, etik və digər istiqamətlərdə ola bilər.




Ġdarəetmə fəaliyyəti

Nəticəlilik

Effektivlik

Məhsuldarlıq
ġəkil 4.3. Ġdarəetmə qərarının hazırlanması və reallaĢdırılması zamanı idarəetmə fəaliyyətinin əsas göstəriciləri


Effekt birinci halda müĢahidə edilə bilər, ikinci halda isə yaradıla bilər. Adətən effekt (nəticə) xərclərlə müqayisə edilir və hər hansı prosesin və ya hadisənin effektivliliyi təhlil edilir. Effek- tivlilik həm müsbət, həm də mənfi ola bilər.



TəĢkilati
Effektivlik
Ġqtisadi


Ekoloji Etik Siyasi


ġirkətin effektivliliyi idarəetmə qərarının və məhsulun effek- tivliliyindən, Ģirkətin onu istehsal edə bilmək qabilıyyətindən, onun təchizatçılarının yüksək imicindən və digər amillərdən asılıdır. Bü- tövlükdə idarəetmə qərarının effektivliliyi - yeni resursun və ya köhnə resursun təĢkilatda idarəetmə qərarının hazırlanması və real- laĢdırılması nəticəsində artımının bu prosesə çəkilən xərclərə nisbə- ti kimi müəyyən edilir. Resurs kimi təĢkilatda - Ģirkətin yeni bölmə- si, maliyyə, materiallar, heyətin sağlamlığı, əməyin təĢkili və s. ola bilər. Xərc kimi - kohnə bölmələr, heyət, maliyyə və s. ola bilər. Hər bir effektivlik növünün əsasını insanların, kollektivin və bütöv- lükdə təĢkilatın tələbat və maraqlarının ödənilməsi təĢkil edir.

Ġdarəetmə qərarlarının təĢkilati effektivliyi - təĢkilati məqsəd- lərin daha az səylər, iĢçilər və ya vaxt sərfi ilə əldə edilməsinin nəti- cəsidir. Bu aĢağıdakı tələbatların ödənilməsi, reallaĢdırılması ilə əlaqədardır:

  • Ġnsan üçün - bu təĢkilatın heyat, təhlükəsizlik, idarəet- mə, sabitlik və nizam-intizama olan tələbatıdır;

  • ġirkət üçün - əməyə (məhsula tələbat), təĢkil etməyə və təhlükəsizliyə olan tələbat.

TəĢkilati effektivlyin nəticəsi kimi yeni bölmə, stimullaĢdır- ma sistemi, istehsal və ya idarə etmənin peĢəkar təĢkilatlar qrupu, yeni nizam-intizam və s. ola bilər.
Ġdarəetmə qərarlarının iqtisadi effektivliyi - konkret idarəet- mə qərarının reallaĢdırılması hesabına əldə edilən əlavə məhsulun dəyərinin, idarəetmə qərarının hazırlanması və reallaĢdırılmasına çəkilən xərclərin nisbəti ilə müəyyən edilir. Əlavə məhsulun mən- fəət, xərclərin azaldılması, kreditlərin alınması formasında təqdim oluna bilər. Ġqtisadi effektivlik insan və Ģirkətin bütün tələbatlarının reallaĢdırılması ilə əlaqədardır.
Ġdarəetmə qərarının sosial effektivliyi - daha qısa vaxt ərzin- də, daha az iĢçi və maliyyə xərcləri vasitəsilə daha çox iĢçi və Ģir- kətlər üçün sosial məqsədlərin əldə edilməsinin nəticəsi baĢa düĢü- lür. Bu effektivlik aĢağıdakı tələbatlarla əlaqədardır:

  • Ġnsan üçün - yaradıcı əmək, məhəbbət, ünsiyyət, özünü- idarə və özünü reallaĢdırma tələbatları;

  • ġirkət üçün - inama və özünüinkiĢafa olan tələbatlardır.

Sosial effektivliyin nəticəsi kimi bölmələrdə müsbət sosial- psixoloji mühit, qarĢılıqlı baĢa düĢmə, qeyri-formal münasibətlər.
Ġdarəetmə qərarlarının texnoloji effektivliyi - bu sahəvi, milli və ya dünya istehsalının texnoloji səviyyəsinin əldə edil- məsinin nəticəsidir. Adətən onlar biznes-planda planlaĢdırılır, daha qısa vaxt ərzində və daha az maliyyə xərələri ilə əldə edi- lir. О aĢağıdakı tələbatlarla müəyyən edilir:

    • Ġnsan üçün - bu yaradıci əməyə, biliklərə, informasiya- ya, özünüifadəyə olan tələbatlardır;

    • ġirkət üçün - özünüinkiĢafa və müasir istehsala maraq tələbatıdır.

Texnoloji effektivliyin nəticəsi kimi - idarəetmə əməyi- nin yaradıcı metodları, məhsulun rəqabət qabiliyyətliliyi, heyə- tin peĢəkarlığı.
Ġdarəetmə qərarlarının psixoloji effektivliliyi - daha çox sayda iĢçilər, əhali üçün qısa vaxt ərzində, daha az sayda iĢçilər və psixoloji xərclər vasitəsilə psixoloji məqsədlərə nail olun- masının nəticəsidir. О aĢağıdakı tələbatların reallaĢması ilə əla- qədardır:

  • Ġnsan üçün - məhəbbətə, ailəyə, sərbəst vaxta, vətənpər- vərliyə, inama, ünsiyyətə olan tələbatlar;

  • ġirkət üçün - sabitlik, təhlükəsizlik, təĢkilati mədəniy- yətin inkiĢafına inam.

Bu effektivliyin nəticələri Ģirkətin təĢkilati mədəniyyətin- də, qarĢılıqlı kömkdə, vətənpərvərlikdə və sədaqətdə ifadə olu- na bilər.
Ġdarəetmə qərarının hüquqi effektivliyi - təĢkilatın və heyətin hüquqi məqsədlərinin daha qısa vaxt ərzində, az iĢçi və aĢağı maliyyə sərfı ilə əldə edilməsinin nəticəsi kimi izah edilir. Bu effektiv aĢağıdakı tələbatlara əsaslanaraq reallaĢır:

  • Ġnsan üçün – təhlükəsizlik, təĢkiletmə, nizam-intizam, hə- yat və fəaliyyət tələbatıdır:

  • ġirkət üçün - təhlükəsizlik və idarəetmə tələbatıdır.

Hüquqi effektivliyin nəticəsi qanuni biznesə keçid və hüquqi sahədə iĢ ola bilər.
Ġdarəetmə qərarının ekoloji effektivliyi - təĢkilatın və heyə- tin ekoloji məqsədlərinin daha qısa vaxt ərzində, az iĢçi və maliy- yə xərcləri ilə əldə edilməsinin nəticəsidir. О aĢağıdakı tələbatlar- la müəyyən edilir:

  • Ġnsan üçün - təhlükəsizlik, sağlamlıq, təĢkilatda həyatın davamlı inkiĢafı, fizioloji tələbatlar;

  • ġirkət üçün - əlavə məhsul, sabitlik, iĢçilər üçün lazımi həyat səviyyəsinin yaradılması.

Bu effektivliyin nəticəsi kimi ekoloji cəhətdən təmiz məhsu- lun istehsalı, insana layiq əmək Ģəraitinin yaradılması ola bilər.
Ġdarəetmə qərarının effektivliyi onun hazırlanması və reallaĢ- dırılması səviyyəsi, insanları və Ģirkətləri əhatə etmə dərəcəsinə gö- rə fərqləndirilir. Ġstehsal və Ģirkətin idarə edilməsi, Ģirkətlər qrupu, sahə, region, ölkə səviyyəsində effektivlik müəyyən oluna bilər. Ġdarəetmə qərarının effektivliyinin idarəedilməsi kəmiyyət və key- fiyyət qiymətləndirmələri əsasında (real göstəricilər, normalar, standartlar) həyata keçirilir.
Ġdarəetmə qərarı idarəetmə fəaliyyətinin məhsulu kimi qeyri- maddi mahiyyətli olur. Bütövlükdə idarəetmə təcrübəsində idarəet- mə qərarının effektivliyinin müəyyən edilməsi metodları ilə tanıĢlıq lazımdır. Ġqtisadi effektivliyi müəyyən etməyə imkan verən klassik düstur aĢağıdakı kimidir:

Yüklə 339,57 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə