Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 339,57 Kb.
səhifə40/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   51
704-converted

ġəkil 7.4. Risk əyrisi


Kommersiya riskinin qiymətləndirilməsində baĢlıca məsələ yol verilən, kritik və katastrofik risk zonaları və göstəricilərinin mü- əyyən edilməsindən və risk əyrisinin qurulması imkanından ibarət-

dir. Bu məqsədlə riskin qiymətləndirilməsinin üç əsas metodu tət- biq edilir: statistik, ekspert və hesab-analitik.
Statistik metod - analoji təsərrüfatçılıq fəaliyyəti növlərində müĢahidə olunan itkilərin, onların səviyyəsinin və meydana çıxma tezliyinin statistik təhlilinə əsaslanır.
Eksport metodu konkret kommersiya əməliyyatlarının yerinə yetirilməsi zamanı müəyyən səviyyədə itkilər meydana çıxması eh- timalının qiymətləndirilməsi iĢində öz məsləhətlərini verən təcrübə- li sahibkar, menecer və mütəxəssislərin fikirlərinin toplanması və iĢlənməsini nəzərdə tutur.
Hesab-analoji metod ehtimal nəzəriyyəsi, oyunlar nəzəriyyə- si və s. nəzəriyyələrin təklif etdiyi riyazi modellərə əsaslanır.
Bu gün riskin idarə edilməsi özündə menecment sahəsində peĢəkar fəaliyyətin dinamik inkiĢaf edən növlərindən birini birləĢdi- rir. Hal-hazırda iĢgüzar təĢkilatlarda bütün növ risklərin aĢağı salın- masını təmin etməyi öhdəsinə götürən xüsusi vəzifə (rısk-menecer) mövcuddur. Risk-menecer müvafıq mütəxəssislərlə yanaĢı riskli qərarlar qəbul edilməsində (məsələn, kredit verilməsində və ya in- vestisiya qoyulacaq obyektin seçilməsində) iĢtirak edir və onun nə- ticələrinə görə məsuliyyəti onlarla bölüĢdürür.
Riskin idarə edilməsi aĢağıdakı əsas fəaliyyət istiqamətlərini özündə birləĢdirir:

      1. risk dərəcəsinin duyulmasmı, təhlilini və qiymətləndirilməsi-

ni;

      1. riskin xəbərdar edilməsi, minimuma endirilməsi və sığorta-

lanması üzrə tədbirlərin iĢlənib hazırlanması və həyata keçirilməsini;

      1. böhranlı idarəetməni (itkilərin meydana çıxması səbəbləri- nin ləğv edilməsi və təĢkilatın yaĢaması mexanizminin iĢlənib ha- zırlanması).

      2. hər bir təĢkilat üçün riskin idarə edilməsinin müəyyən stra- tegiyasının formalaĢdırılması son dərəcə vacibdir. Bunun üçün isə aĢağıdakı suallara konkret cavab vermək lazımdır:

      1. öz fəaliyyətində məhz hansı növ riskləri nəzərə almağa borc- ludur;

      2. hansı üsul və alətlər bu cür rislkləri idarə etməyə imkan verir;

      3. təĢkilat hansı həcmdə riski öz üzərinə götürə bilər (öz vəsaiti hesabına hansı məqbul məbləğdə itkiləri ödəyə bilər).

      4. lakin, riskin idarə edilməsi üçün yalnız strategiyanın for- malaĢması kifayət deyildir. Bundan əlavə onun reallaĢdırılması me- xanizminə - riskin idarə edilməsi sistemi mexanizminə yiyələnmək lazımdır. Bu isə öz növbəsində aĢağıdakıları nəzərdə tutur:

      5. qəbul edilən qərarların qiymətləndirilməsinin və ona nəza- rət edilməsinin effektiv sistemini yaratmağı;

      6. təĢkilatda riskin idarə edilməsi həvalə edilən xüsusi bölmə- nin (iĢçinin) ayrılmasını;

      7. riskin sığortalanması, zərər və itkilərin əvəzinin ödənilməsi üçün vəsait ayrılması və xüsusi ehtiyatların formalaĢmasını.

Təcrübə həmçinin riskin idarə edilməsi üzrə xüsusi təlimatın iĢlənib hazırlanması zəruriliyi və məqsədəuyğunluğunu da təsdiq edir. Bu təlimat mümkün risklərlə bağlı olaraq təĢkilatın ayrı-ayrı iĢçilərinin və struktur bölmələrinin hərəkətlərini reqlamentləĢdirmək üçün nəzərdə tııtulur. Belə təlimatlar hər Ģeydən əvvəl banklara, kre- dit və sığorta təĢkilatlarına, investisiya institutlarına, həmçinin digər fəaliyyət növləri ilə məĢğul olan təĢkilatların maliyyə və kmmersiya bölmələri üçün nəzərdə tutulur.
Riskin idarə edilməsi üsullarını həm məqsədli və həm də tət- biq edilən təsir alətlərindən asılı olaraq bir-birindən fərqlənən iki əsas istiqamətə bölmək olar: 1) riskin xəbərdar edilməsi və onun məhdud- laĢdırılması metodu; 2) itkilərin əvəzinin ödənilməsi metodu.
Risk səviyyəsinin aĢağı salınması məqsədini güdən birinci isti- qamətə aĢağıdakı metodları aid etmək olar:

        1. qəbul edilən qərar variantının dəqiq, ilkin ekspertizasının keçirilməsi və müvafiq risk səviyyəsinin qiymətləndirilməsi;

        2. riskin limitləĢdirilməsi - müəyyən qərarlarla bağlı olan xərclərin son həddinin müəyyənləĢdirilməsi;

        3. borclunun öhdəliklərinin yerinə yetirilməsini təmin et- mək üçün təminat və girov tipli müxtəlif əməliyyatlardan istifadə edilməsi;

        4. risklərin diversifıkasiyası, məsələn:

          1. təĢkilatın kapitalının müxtəlif növ fəaliyyətlərə investisi- ya edilməsi (ən azı 12 kompaniya tövsiyə edilir);

          2. müxtəlif növ qiymətli kağızlara investisiya edilməsi (op- timal 8-20 növ hesab olunur);

с) investisiya portfelinin strukturunun optimallaĢdırılması (ən - iri fırma, ən - orta və ən - xırda);
ç) tədarükçülərin təkrarlanması (ən azı iki tədarükçü, lap yaxĢı
- 3-4);

  1. qiymətli yüklərin daĢınması zamanı onların partiyalara bö-

lünməsi (ən azı iki partiya);

  1. əmtəə və xidmətləri bir neçə bazar seqmentində (müxtəlif kateqoriyalı istehlakçı, müĢtəri, müxtəlif region və s. satıĢı göstəril- məsi);

ə) qiymətli Ģeylərin müxtəlif yerlərdə saxlanması və s.;

        1. orta mənfəət (gəlir) normasına oriyentasiya etmək. Belə ki, daha yüksək mənfəət arxasınca qaçmaq risk dərəcəsini kəskin Ģəkildə artırır;

        2. mümkün itkiləri vaxtında aĢkara çıxarmağa və onun qar- Ģısını almağa imkan verən effektiv nəzarət sistemini tətbiq etmək.

TəĢkilata vurulmuĢ ziyan kompensasiya etmək məqsədini gü- dən ikinci istiqamətdə riskin idarə edilməsinin aĢağıdakı metodların- dan istifadə edilir:

  1. xüsusi sığorta və ya ehtiyat fondunun yaradılması. Mə- sələn, səhmdar cəmiyyətlər «Səhmdar cəmiyyətlər haqqında» Azərbaycan Respublikası qanununa müvafıq olaraq mümkün itki- lərin əvəzini ödəmək və mənfəətin az olduğu hallarda istiqraz vərə- qəsi üzrə borcların ödənilməsi üçün nəzərdə tutulan ehtiyat fondu yaratmağa borcludurlar. Bundan əlavə, əgər bu nizamnamədə nə- zərdə tutulubsa divident vermək üçün xüsusi fond yaradıla bilər;

  2. sığorta təĢkilatlarında risklərin sığorta edilməsi. Bu üsul müxtəlif kommersiya risklərinin, əmlakın, mülki məsuliyyətin və s. haqqında sığorta müdaxiləsi bağlanmasını nəzərdə tutur.

Sahibkarlıq fəaliyyətinin elə növləri var ki, riski hesablamaq, kəmiyyətcə qiymətləndirmək mümkündür və onlarda risk dərəcəsi- ni müəyyən etmək metodları nəzəri və praktiki cəhətdən yaxĢı iĢlə- nib hazırlanmıĢdır. Bu hər Ģeydən əvvəl ehtimal nəzəriyyəsi, oyun- lar nəzəriyyəsi modeli və riyazi statistika metodlarının geniĢ tətbiq edildiyi sığorta fəaliyyətinə və oyun biznesinə aiddir.
Lakin, bu metodların digər fəaliyyət növlərinə tətbiqi çox vaxt о qədər də effektli olmur. Çünki sığorta riski fəaliyyət növün- dən asılı olmayaraq müəyyən obyektlərə aiddir. Məsələn, evin və ya nəqliyyat vasitəsinin sığorta edilməsi sığorta edilən obyektdən istifadə üsullarını nəzərə almır. Sahibkarlıq riskini qiymətləndirər- kən meneceri bütün obyektin taleyi deyil, hər Ģeydən əvvəl konkret sövdələĢmələr Ģəraitində potensial itkilərin ölçüsü və ehtimal olun- ması dərəcəsi, həmçinin onunla bağlı qərarlar maraqlandırır.
Riskin kəmiyyət ölçüsü itkinin mütləq və nisbi səviyyəsi ilə müəyyən edilə bilər. Mütləq ifadədə risk fıziki (natural-əĢya) və ya dəyər (pul) ifadəsində mümkün itkilərin miqdarı ilə müəyyən edilə bilər. Nisbi ifadədə isə risk mümkün olan itkilərin miqdarının bəzi bazalara, məsələn, kapitala, xərclərin məbləğinə və ya mənfəətə olan nisbəti ilə müəyyən edilir. Vəziyyəti mürəkkəbləĢdirən cəhət isə ondan ibarətdir ki, təcrübədə konkret idarəetmə qərarın reallaĢ- dırarkən bir qayda olaraq bir deyil, bir neçə risk növünü nəzərə al- maq lazim gəlir. Bununla əlaqədar olaraq kompleks riskin (R) ümumi səviyyəsi ayrı-ayrı (xüsusi) risklərin cəmi ilə (ri) və ya R =
ri - ilə müəyyən edilir.
Xüsusi risklər bu zaman müvafiq risk növünün (rni) verilmiĢ bir sira normativ minimum səviyyəsinin çoxalması və ya azalması yolu ilə müəyyən edilir. Bu halda

Yüklə 339,57 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə