Azərbaycan respubllkasi təHSİl naziRLİYİ azərbaycan əM Ək və sosial münasiBƏTLƏr akadem iyasi g.İ.İsmayilov



Yüklə 24,32 Kb.
Pdf görüntüsü
səhifə37/62
tarix01.04.2018
ölçüsü24,32 Kb.
#35693
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

Kapitalizmdən əwəlki dövrlərdəki münasibətlərin  sə- 
ciyyəvi  cəhəti  ondan  ibarət  idi  ki,  həmİn  dövrdə  insanın 
əməklə  məşğul  olmaq  məcburiyyəti  iqtisadiyyatdan  asılı 
olmayan,  biİavasitə  məcburiyyət  idi.  Qullar  və  təhkimli 
kəndlilər  şəxsi  azadlıqdan məhrum idilər,  onlar öz  ağala- 
n n a -  quldarlara, feodala məxsus idilər.
Müstəqİl  təsərrüfatla  məşğul  olan,  lakın  öz  əməyinin 
nəticələrindən,  öz  bəhrəsindən  sərbəst  istifadə  etmək  və 
onun  barəsində  sərəncam vermək  hüququndan  məhrum 
olan  işçilərin,  kəndlilərin  şəxsi  və  iqtisadi  mənada  tabe 
vəziyyətdə olması məhsuldar qüvvələrin inkişafmı  buxov- 
layırdı.  İqtisadiyyatla  bağlı  olmayan  amillərin  təsiri  nə- 
ticəsində  onlar  nəinki  izafi  məhsulu,  hətta  zəruri  məhsu- 
lun  da  bir  hissəsini  feodal  rentası  şəklində,  yeni  işləyib 
ödəmə,  məhsul  və  ya  pul  şəklində  öz sahibkarlarma  ver- 
məyə  məcbur  idilər.  Hərçənd,  kölədən  fərqli  olaraq  özü- 
nün  əmək  alətləri  və  ev  təsərrüfatı  olan,  lakin  feodaldan 
asılı  vəziyyətdə  qalmış  kəndli  müəyyən  mənada  öz  is- 
tehlak  tələbləri  çərçivəsində  istehsalın  intensivləşdırilmə- 
sində maraqlı idi.
Müştərək istehsalm hüdudlan feodalm  istehlak  tələb- 
ləri  ilə  müəyyən  edilirdi.  Buna  görə  də  feodalizim  əsas 
etibarilə  bütün  iqtisadi  prosesləri  lokal  vahidlər  çərçivə- 
sində  qapayıb  saxlayan natural  istehsal  ilə  səciyyələnirdi. 
İstehsalın  bu  forması  onun  məhdud  məqsədlərıni 
müəyyənləşdirən  istehsal qüvvələrinin və  istehsal  münasi- 
bətlərinin səviyyəsinə müvafıq idi.


Kapİtalist  istehsal üsulu iqtisadiyyatla  bağlı  olmayan 
məcburiyyəti  inkar  edir.  Bunun  əvəzinə,  formal  baxım- 
dan  bərabərhüquqlu əmtəə-pul  münasİbətləri  yaranır,  İs- 
tehsal  vasitələrinə  malik  olmayan  işçi  qüwəsi  öz  əmək 
qabiliyyətini istehsal vasitələrinin mülkiyyətçisinə satır  və 
beləliklə,  onun  əməyindən  istifadə  edilməsi  prosesində 
mülkiyyətçinin  izafi dəyər əldə etməsini təmin  edir.  Mən- 
fəət (izafi dəyərin çevrilmiş forması) əldə edilməsi İstehsa- 
Im  əsas  məqsədinə  çevrilir,  bu  isə  istehsalın  genişləndiril- 
məsi üçün hədsiz İmkanlar yaradır.
Bu  məsələyə formasiya mövqeyindən münasibətlə ya- 
naşı  U.Rostou  konsepsiyası  da mövcuddur.  Həmin  kon- 
sepsiyaya  görə,  sənaye  cəhətdən  İnkişaf  etmiş  ölkələrin 
inkişaf  prosesi  artım  mərhələləri  üzrə  nəzərdən  keçirilir. 
Cəmiyyət  iqtisadi  inkişafm  səviyyəsinə  görə  bir  neçə  ka- 
teqoriyaya  bölünür:  ənənəvi  cəmiyyət,  inkişaf üçün  ilkin 
şəraitin  yaranması  və  ya  keçid  dövrü  cəmiyyəti  (həmin 
dövrdə ictimai dəyişikliklərin əsasları yaranır), yüksəliş və 
ya  irəliləyiş  cəmiyyəti;  yetkin  cəmıyyət  və  ya  sənaye  cə- 
miyyəti;  kütləvi  istehlak  mallarının  yüksək  səviyyədə  ol- 
duğu  cəmiyyət.  Bu  halda  sənaye  cəhətdən  inkişaf  etmiş 
kapitalist  ölkələri  ardıcıl  olaraq  yüksəliş  mərhələsindən, 
yetkin və ya sənaye cəmiyyəti, daha sonra kütləvi istehlak 
mərhələsindən keçir.
Yüksəliş mərhələsi sabit inkişafa əngəl törədən köhnə, 
ənənəvi  dayaqlann  birdəfəlik  aradan  qaldırılması  ilə 
səciyyələnir.  Bu  cür  cəmiyyətdə  iqtisadi  tərəqqi  qüvvələri


hakim mövqe tutur: əmanətbrin və yığımın səviyyəsİ milli 
gəlirin  5-10  faizinədək  arta  bilər.  Yeni  sahəbr  sürətlə  in- 
kişaf edir,  mənfəətin  xeyli  hissəsi  investisiya  şəklində tət- 
biq edilir.  Yeni bazar münasibətbri, kapitalist münasibət- 
b ri tədricən kənd təsərrüfatım da daha geniş əhatə edir.
Aparıcı  sənaye  ölkəbrində  yüksəliş  mərhəbsi  Brita- 
niyada  sənaye  inqilabının  başlanmasından  ta  ötən  əsrin 
20-ci illərinədək davam etmişdir.
Yüksəhş,  mərhələsindən  sonra  uzun  müddət  davam 
edən  sabit  artım  və  dövri  tərəqqi  mərhələsi  -   yetkinliyə 
keçid  mərhələsi  başlamr.  Bu  mərhələ  təqribən  40  il  da- 
vam edir.  Yüksəliş mərhələsində sənayenin  bir neçə  sahə- 
sinə  əsaslanan  istehsal  bu  dövrdə  daha  kompleks  xarak- 
ter daşıyır.
Yetkinlik  mərhələsində  iqtisadiyyat  ənənəvi  sahəbr- 
dən daha geniş arenaya çıxır və mövcud ehtiyatlarm geniş 
spektrindən  səmərəli  şəkildə  istifadə  edilir.  Yetkin  cə- 
miyyət  əhaünin  artım  göstəriciləri ilə müqayisədə məhsul 
buraxıhşmın daim üstün olmasım təmin edir.  Bu mərhəb- 
lərin  səciyyəvi cəhəti  ondan  ibarətdir ki,  uzun  müddət is- 
tifadə edilən predmetlərin və xidmətlərin istehsalı mühüm 
rol  oynamağa  başlayır.  Yetkinlik  mərhələsi  Britaniyada
XIX əsrin ortalannda, Fransada, ABŞ-da və Almaniyada
XX  əsrin  əwəUərində,  Isveçdə - XX əsrin  30-cu illərində, 
Yaponiyada  -   ötən  yüzilliyin  30-40-cı  illərində,  keçmiş 
SSRl-də isə  1940-1950-ci illərdə  başlanmışdır.  Kütləvi  is- 
tehsal  məhsullannm  buraxıhşma  keçid  digər  ölkələrlə  mü-


qayisədə  ABŞ-da,  Kanadada,  Britaniyada və Avstraliyada 
daha əvvəl -  1920-1930-cu illərdə başlanmışdır.
Sənaye cəmiyyətinin  inkişaf mərhələləri  nəzəriyyəsinə 
görə,  sosial tərəqqi -  natural təsərrüfatın  və  silk iyerarxi- 
yasınm  hökm  sürdüyü,  geridə  qalmış  aqrar  cəmiyyətdən 
sənaye cəhətdən inkişaf etmiş, kütləvi bazar təsərrüfatınm 
bərqərar olduğu cəmiyyətə keçid deməkdir,  Bu halda mü- 
tərəqqiliyin  əsas  meyarı -  ölkədə  əldə  edilmiş  istehsal  sə- 
viyyəsidir.
Qərbin  sənaye  cəhətdən  inkişaf etmiş  ölkələri  dünya 
təsərrüfat sisteminə daxil olan bütün altsistemlərdən onunla 
fərqlənirlər  ki,  həmin  ölkələrdə  iqtisadi  inkişaf  səviyyəsi 
çox yüksəkdir. Adambaşına ümumi daxili məhsul (ÜDM) 
istehsalına  görə  həmin  Ölkələr  bütövlükdə  dünya  üzrə 
ümumi göstəricini az  qala  5  dəfə üstələyirlər.  Son  onillik- 
lərdə  həmin  göstəricilər  arasında  fərq  daha  da  artmışdır 
(1962-ci ildə bu fərq 3,6 dəfə olmuşdur).  İqtisadi inkişafın 
səviyyəsindəki  bu  cür fərqlər təkcə XX əsrin ikinci yarısı- 
nın  özünəməxsus  şəraitinin  ifadəsi  olmayıb,  həm  də 
uzunmüddətli sosial-iqtisadi və tarixi inkişafın nəticəsidir.
İstehsahn həlledid amili olan mənfəət əldə etmək məq- 
sədi  əmək  məhsuldarlığını  yüksəltməyə,  yeni  texnikanı 
tətbiq etməyə stimul yaradır.  Maşınlı istehsala keçid nəti- 
cəsində məhsullar xeyli ucuzlaşmağa başlamışdır.  Məsələn, 
1788-ci  ildə  bir  funt  pambıq  ipliyin  dəyəri  35  şillinq  ol- 
duğu halda  1800-cü ildə müvafıq rəqəm 9  şillinq,  1833-cü 
ildə  isə  3  şillinq  idi.  Beləlüdə,  45  il  ərzində  bu  məhsulun


Yüklə 24,32 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə