Azərbaycan respubllkasi təHSİl naziRLİYİ azərbaycan əM Ək və sosial münasiBƏTLƏr akadem iyasi g.İ.İsmayilov



Yüklə 24,32 Kb.
Pdf görüntüsü
səhifə41/62
tarix01.04.2018
ölçüsü24,32 Kb.
#35693
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

in  1/9 hissəsindən  bir qədər artıq idi.  XIX  əsrxn 90-cı  ıllə- 
rində  Britaniya ıstehsahn həcminə  görə  birincİliyİ  ABŞ-a 
güzəşt  etdi,  lakin  XX  əsrin  50-ci  illərinin  əwəlinədək 
Qərbi Avropada aparıcx mövqeyini saxlaya bildi.
ABŞ-ın iqtisadi sahədə lider kimi irəli çıxması başlxca 
olaraq  bu  ölkənin  kapital  qoyuluşunu artırm aq  və  daxili 
bazarx  inkişaf  etdirmək  səylərinin  nəticəsində  mümkün 
oldu.  1880-cı  ildən  başlayaraq  ABŞ-da  istehsala  vəsait 
qoyuluşunun  səviyyəsi  Britaniya  ilə  müqayisədə  az  qala 
iki  dəfə  çox  idi.  XX  əsrin  əwəllərində  müvafıq  göstərici 
ÜDM-in təqribən  16  faizinə çatmışdx.  1890-1913-cü  illər- 
də  ABŞ-da  işləyən  əhalinin  hər  nəfəri  hesabxna  kapital 
qoyuluşunun  həcmi  Britaniyada  olduğuna nisbətən  3  də- 
fə  sürətlə  artmışdı.  ABŞ-ın  malik  olduğu  çox  böyük  tor- 
paq  sahələrindən  və  mineral  resurslardan  səmərəli  istifa- 
də  edilməsində  yollar  şəbəkəsinin  genişlənməsi  və  daxili 
bazann  sürətlə  böyüməsi  amillərı  də  müsbət  rol  oynayır- 
dx.  İmmiqrasiyanm  və  doğum  səviyyəsinin  artması  sayə- 
sində  ölkə  əhalisi  sürətlə  çoxalxrdı.  Amerika  iqtisadiyya- 
txnın  strukturu  Britaniya ilə  müqayisədə  daha müasir  sə- 
viyyədə  idi.  Sənaye  sahəsində  məşğul  olanlarxn  nisbi  sayx 
az  olduğuna  baxmayaraq,  əmək  məhsuldarhğx  səviyyəsi 
Britaniyadakına nisbətən, demək olar ki, iki dəfə yüksək idi.
İqtisadiyyatda  peşəkar səviyyədə  idarə  edilən  nəhəng 
korporasiyalar  yarammşdx.  Onlar  yeniliklərin  tətbiq 
edilməsinə  xüsusi  diqqət  yetirir,  bu  isə  tədqiqat  işlərinin 
institusional  xarakter  almasxna  şərait  yaradırdı.  Ölkənin 
aparxcı  universitetlərində  tədqiqat  bölmələri  yaradılır,


həmin  bölmələrə Avropadan  məşhur  alimlər  dəvət  edilir- 
di.  1921-ci  ildə  ABŞ-da  ÜDM-in  0,2  faizi  elmi-tədqiqat 
işləri üçün ayrılmışdı.
Tədqiqatçılarm  fıkrincə,  Amerikada  sahibkarların 
uğur  qazanmasmı  müəyyənləşdirən  bir  sıra  amillər  var: 
əmək  əməliyyatlannın  sadələşdirilməsi  hesabına  istehsa- 
lın  ixtisaslaşdırılması,  sahibkarhq  qaydalannın  işbnib 
hazırlanması  və  tətbiq  edilməsi  bu  amillər  qəbilindəndir. 
Bu amillərdən  birincisi  ixtisas  hazırlığı  tələb etməyən  işçi 
qüwəsindən  geniş  istifadə  olunmasına  imkan  yaratdı, 
müəyyən  əməliyyatlar  üzrə  ixtisaslaşma  da  yuxandan 
birbaşa və  səmərəli  nəzarətin  həyata  keçirilməsinə imkan 
verdi.  İdarəetmə  qaydalanmn  tətbiq  edilməsi  sayəsində 
piramida  şəkilli  idarəetmə  strukturu  vasitəsilə  sadələşdi- 
rilmiş  istehsal  prosesini  müşahidə  etmək  və  ona  nəzarət 
etmək  mümkün  oldu.  Hər  bir  səviyyədə  vəzifələr  o  qədər 
ciddi  müəyyənləşdirilmiş  və  sadələşdirilmişdi  ki,  yuxarı 
səviyyəli  idarəetmə  işçiləri istehsal  iyerarxiyasınm  hər  bir 
pilləsində nə edildiyini dəqiq bilirdilər.
İstər  bazarın  strukturunun  inkişaf etdirilməsi,  istərsə 
də  ərazilərin  genişləndirilməsi  hesabma  bazarm  əhatə 
dairəsinin  artması  da mühüm rol  oynamışdır və  oynama- 
qdadır.  1818-ci  ildə  Florida  ABŞ-a  birləşdirildi,  1840- 
1850-ci  illərdə  Meksika  ərazisinin  1/3  hissəsi  işğal  edildi, 
1867-ci ildə İsə AJyaska və Aleut adalan da ABŞ-ın  sərən- 
camına keçdi,
İstehsal  prosesində  Britaniyanın  liderliyi  dövründə 
parça  istehsalından  maşın  istehsalına  keçid  kimi  mühüm


irəliləyiş baş versə də,  son  istehlak mallarının xarakterin- 
də  dəyişiklik  olmamışdı.  Amerikanm  liderliyi  dövriində 
isə  istehlakm  ənənəvi  struktnru  dəyişdi.  Bu  da  öz növbə- 
sində, XIX əsrin birinci yansında mühüm rol oynamayan 
əmtəə  satışı  texnikasmın  inkişafı,  bazann,  reklamın,  kom- 
mersiya  kreditinin öyrənilməsi ilə nəticələndi.  Iqtisadi sa- 
hədə liderliyin ləng inkişaf edən  Britaniyadan daha dina- 
mik  ABŞ-ın  əlinə  keçməsi  bütün  qərb  ölkələrinin  eyni 
vaxtda sürətlə inkişaf etmələrinə şərait yaratdı.
XIX 
əsrin  sonu və XX əsrin əvvəlləri Almaniyanm və 
Fransanın  iqtisadi  mövqelərinin  sürətlə  möhkəmlənməsi 
ilə  əlamətdardır.  Almaniyamn  iqtisadi  tərəqqisi  bir  sıra 
amillərlə şərtlənmişdi.  Əhalisinin sayı 40 milyon nəfərdən 
çox olan ölkənin vahid dövlət şəklində birləşməsinin  başa 
çatması  nəticəsində  vahid  daxili  bazar  yaranması  bu 
amillərdən  ən  mühümü idi.  Fransa üzərində hərbi qələbə, 
sonradan  Elzas və Lotaringiyanın  anneksİyası,  5  müyard 
frank  məbləğində  konstribusiya  almması  da  bu  ölkənin 
təsərrüfatının  yüksəldilməsinə  kömək  etdi.  Almaniyah 
mühəndıslərin  təfəkkür  məhsulları  kəmiyyət  və  keyfiy- 
yətcə yalnız Amerikanın müvafiq məhsullarından geri qa- 
lırdı.  1860-1870-ci  illərdə  Almaniya  sənaye  məhsulu  is- 
tehsahnm  həcminə  görə  Fransanı  ötüb  keçdi,  XX  əsrin 
birinci  onilliyində  isə  Britaniyanı  geridə  qoyaraq,  bütün 
dünyada ABŞ-dan sonra ikinci sənaye dövlətinə çevirdi.
1860-cı  illərin  axırlannda  Yaponiyada  vətəndaş  mü- 
haribəsindən  (Meydzi  çevrilişi)  sonra sənaye  sürətlə  inki- 
şaf  etməyə  başladı.  Fabrik  sənayesinin,  xüsusən  iri  ağır


sənaye müəssisələrinin  yaradılmasında dövlətın  bilavasitə 
İştirak  etməsi  bu  ölkədə  sənayeləşmənin  səciyyəvi  cəhəti 
idi.  Lakin sənayenin  yüksək sürətlə inkişaf etməsinə  bax- 
mayaraq,  ötən  əsrin  əvvəllərində  Yaponiya  hələ də  aqrar 
ölkə  oiaraq  qalırdı.  Onun  daxih  bazarı  məhdud  idi.  Ya- 
poniyanın  hakim  dairələri  yeni  ərazilər  işğal  etməklə  bu- 
nun əvəzini çıxmağa çahşırdılar.
XIX 
əsrin  axırları  -   XX  əsrin  əvvəlləri  Rusiyada  sə- 
nayenin  sürətlə  inkişaf  etməsi  ilə  əlamətdar  idi.  1860- 
1913-cü  illərdə  Rusiya  Imperiyasında  istehsahn  orta  illik 
artım  göstəricisi  5,8  faiz  olduğu  halda,  həmin  dövrdə  sə- 
naye  məhsulları  istehsalımn  həcmi  12  dəfə  artmışdı.  Bu, 
Almaniyada,  İngiltərədə  və  Fransada  mövcud  artım  gö- 
stəricisindən  yüksək  idi,  lakin  istehsalının  həcminə  görə 
Rusiya  tmperiyası  ABŞ-dan  8  dəfə,  adambaşma  məhsul 
istehsalına görə isə  13 dəfə geri qaiırdı.
Sənaye  cəhətdən  inkişaf etmiş  ölkələrin  İqtisadi  inki- 
şaf səviyyəsində mühüm dəyişikliklər  baş  vermişdi.  1820- 
1989-cu  illərdə  həmin  ölkələrdə  adambaşına ÜDM  isteh- 
salı  14 dəfə,  o  cümlədən  Britaniyada  təqribən  8  dəfə,  Ya- 
poniyada  isə  26  dəfə  artmışdı.  Adambaşına  ÜDM  isteh- 
salı təqribən yüz illik bir dövrdə -   1820-1913-cü illərdə 2,9 
dəfə,  1913-1950-ci  illərdə  1,6  dəfə,  1950-1989-cu  illərdə 
isə 3 dəfə artmışdı.
İqtisadi  inkişafm  qeyri-bərabərliyində  ən  böyük  sıç- 
rayışlar  iki  dünya  müharibəsi  ilə  bağlıdır.  Əslində  məhz 
inkişafın  qeyri-bərabərliyinin  nəticəsi  olan  həmin  müha- 
ribələr  bu  sahədə  vəziyyəti  daha  da kəskinləşdirdi.  Onlar


Yüklə 24,32 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə