186
ilin əvvəllə rində Diyarbəkirin Osmanlı hakimi Fil Yaqub paĢa 50 minlik qoĢunla
Bidlis qalasını aldı. Əmir ġərəf kö mək üçün Səfəvi Ģahına müraciət etdi. I ġah
Təhmasib özü qoĢunla kö məyə getdi və Bidlisi qaytardı. O, Bidlisin və digər
Kürdüstan vilayətlərinin idarə o lunmasın ı Əmir ġərəfə tapĢırdı.
I Su ltan Süley man 1534-cü ilin yayında baĢ vəzir Ġbrah im paĢanın baĢçılığ ı
altında Azərbaycana böyük ordu göndərdi. ġah Təh masib bu zaman qoĢunu ilə
özbək xan larının növbəti basqınını dəf etmək üçün Xorasana getmiĢdi. Osman lı
qoĢunu müqavimətə rast gəlmədən Səfəvilərin paytaxtına yaxınlaĢdı, 1534-cü il
iyunun 3-də Təbrizi, sonra isə bütün Cənubi Azərbaycan vilayətlərin i ələ keçirdi.
Sultan Süley man yürüĢə baĢçılıq edərək əsas qüvvələrlə sentyabrın 27-də Təbrizə
daxil oldu. Təbriz əha lisi zü lm və qarət lərlə məĢğul olan əsgərlərə qarĢı partizan
mübarizəsi yolunu seçdi. ġah Təhmasib düĢmən haqqında xəbər tutdu, sürətlə
Xorasandan Azərbaycana döndü. Lakin qızılbaĢlar "payız yarpaqları və səhra
qumları" kimi (Həsən bəy Ru mluya görə) ço xsaylı olan Osman lı ordusunun əsas
qüvvələri ilə toqquĢmadan çəkinirdilər.
Sultan Süley man Sultaniyyəyə çatan zaman Ģiddətli Ģaxtalar baĢlanmıĢ və
xeyli qar yağ mıĢdı. Osmanlı o rdusu ərzaq çatıĢmazlığ ı və soyuqlar üzündən böyük
itkilər verd i. QızılbaĢların inadcıl müqaviməti və Os manlı ordusunun çətinliklərlə
üzləĢ məsi sultanı Azərbaycandan çıxmağa məcbur etdi. Su ltan Süley man böyük
əziyyətlə qızılbaĢ hakimin in tərk etmiĢ olduğu Bağdada çatdı. Su ltan 1534-1535-ci
ilin q ıĢını Bağdadda keçirdi. Ġraqda Os manlı idarəçilik sistemi təĢkil olundu. Torpaq
sahibliyinin timar sistemi tətbiq edildi və Os manlı feodalları timar, ziamətlər ald ılar.
Bu dövrdən etibarən Ġraqi Ərəb Osman lı imperiyasının tərkib inə daxil oldu.
QızılbaĢların bu əraziləri geri qaytarmaq cəhdləri heç bir nəticə verməd i.
Sultan Süley man 1535-ci il yazın əvvəllərində Bağdadı tərk etdi və ikinci
dəfə Azərbaycana yürüĢə baĢladı. Əhali ġah Təh masibin göstəriĢi ilə paytaxtdan
köçürüldü. Azərbaycanın cənub vilayətlərində yaĢayan tayfalar Fars vilayətinə və
Ġraqi Əcəmə köçürüldülər. Suvarma kanalları və kəhrizlər torpaqla dolduruldu, taxıl
və əkin sahələri yandırıldı, yerdə qalan nə varsa, heyvanlara yedirdildi. Təbriz
Ģəhəri ikinci dəfə Sultan Süley man tərəfindən tutuldu. Lakin il osmanlıların ġərq ə
irəliləmək cəhdləri müvəffəqiyyətsizliyə uğradı. Onlann ön dəstələri Sultaniyyə
Ģəhəri yaxın lığ ında məğlub oldular.
Ərzaq çatıĢmazlığı və baĢlanmıĢ taun xəstəliyi Osmanlı qoĢununun
vəziyyətini daha da ağırlaĢdırdı. Os manlı ordusu bu dəfə də Azərbaycanda
möhkəmlənə b ilmədi və tələsik geri çəkilməli o ldu. QızılbaĢ qoĢunu yenidən geri
çəkilməkdə olan düĢməni təqib etdi və ona güclü zərbələr endirdi. Səfəvi ordusu
Kürdüstanda, Van qalası yaxın lığ ında Qazi xan Zü lqədər baĢda olmaqla Osman lı
187
hakimi, Məhəmməd paĢanı ağır məğ lubiyyətə uğratdı, bir neçə Osmanlı sərkərdəsi
əsir alındı. QızılbaĢ sərkərdəsi Budaq xan Qacar tərəfındən Sinan paĢanın
ko mandanlığı altında olan ən böyük dəstələrindən biri də ƏrciĢ Ģəhəri yaxınlığında
darmadağın edildi. Sinan paĢanın ölüm xəbərini eĢidən sultan Ġbrahim paĢanın
rəhbərliy i altında seçmə hissəsini qızılbaĢlara qarĢı göndərdi, lakin onlar də məğlub
oldular.
Sultan Süley man 1548-ci ilin yazında A zərbaycana üçüncü yürüĢünə
baĢladı. Bu yürüĢə mükəmməl hazırlıq görülmüĢdü. Avropa, Asiya və Afrikada
sultana tabe olan bütün ərazilərdən böyük ordu toplanmıĢdı.
Osmanlıları dayandırmaq üçün kifayət qədər qüvvəsi olmayan ġah
Təhmasib paytaxtı tərk edərək ġərqə çəkild i və qoĢun toplamaq üçün Əhər çay ı
sahilində gözləməli o ldu.
Osmanlı ordusunun hərəkətini çətinləĢdirmək üçün sərhəddən baĢlayaraq
paytaxta kimi bütün yollar viran edilmiĢdi. Hər Ģey yandırılmıĢ, iĢğalçılar üçün "bir
toxu mcuq, ot saplağı" belə saxlanılmamıĢdı. Fədakarlığ ı ilə məĢhur olan Təbriz
sakinləri su mənbələrini, suvarma kanalların ı (qanov və kəhrizləri) elə bağladılar
ki, "hətta özlərinin içməsi üçün belə lazım o lan qədər su qalmadı".
Sultan Süley man əsas qüvvələrlə Təbrizə daxil o ldu. Lakin o, bu dəfə
paytaxtda yalnız 4 gün qala bildi. Bu günlər osman lılar üçün çox sıxıntılı keçdi.
Yemin çatıĢmaması üzündən onların min lərlə atı, dəvəsi və qatın məhv oldu.
ġəhərdə ərzaq olmad ığına görə əsgərlər Ģəhərlilərin Ģəxsi əmlakını qarət etməyə
baĢladılar. Əhali os manlılara qarĢı üsyan qaldırdı. Salnaməçi qeyd edir ki,
"Təbrizin qara camaatı və pozğun ünsürləri zorakı əllərini sultanın atlarına və
məiyyətinə uzadaraq, onun adamlarının ço xunu qətlə yetirdilər".
QızılbaĢ qoĢunu da osmanlılara rahatlıq vermirdi. QızılbaĢlar gecə-gündüz
onlara gözlənilməz basqınlar edir, əsas qüvvələrdən uzaqlaĢmıĢ olan ayrı-ayrı
dəstələri məhv edir və əsir alırdılar. Osmanlılar hətta özlərinə yemək tap maq üçün
düĢərgələrindən bir addım belə uzaqlaĢa bilmirdilər. A zərbaycan xalqının artan
müqaviməti, q ızılbaĢ qoĢununun hücumları və ərzaq cəhətdən dözülmə z vəziyyət
Osmanlı ordusunu yenidən Azərbaycandan çıxmağa məcbur etdi. Beləliklə,
Osmanlı sultanının Azərbaycana üçüncü yürüĢü də uğursuzluqla nəticələndi.
DüĢmən tərəfınə keçmiĢ bəzi qızılbaĢ əmirlərinin və hakimlərin in qiyamları
Azərbaycan Səfəvilər dövlətinin müdafıə qabiliyyətini zəiflədirdi. 1530-1531-ci
illərdə Təbriz bəylərbəyi Üləma bəy Təkəli naib vəzifəsini ələ keçirməyə cəhd
göstərdi, lakin müvəffəq iyyətsizliyə uğradı, qoĢunun bir hissəsi ilə Türkiyəyə qaçdı.
O, Os manlı sultanının A zərbaycana üç yürüĢünün hamısında fəal iĢtirak etmiĢdi.
1547-c i ildə ġirvan bəylərbəyi, ġah Təh masibin qardaĢı Əlqas Mirzə də Ģah