Azərbaycan tarġXĠ ÜZRƏ qaynaqlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə128/141
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18845
1   ...   124   125   126   127   128   129   130   131   ...   141

278 
 
Qr. Paskeviçə əlahəzrət buyruğu
1  
13 iyul 1830-cu il - Krasnoe selo. 
 
Ġranla  və  Os manlı  Portası  ilə  uğurla  bitmiĢ  müharibələr
2  
münasibətilə 
Gü rcüstan,  Zaqafqaziya  ö lkəsi  və  Qafqaz  vilayətinə  bu  gün  Ali  Senata 
verdiyimiz  fə rmanda  Ģərh  edilmiĢ  xüsusi  mərhə məti  bə xĢ  et mə klə ,  biz  orada 
yaĢayanlar [arasında] Rusiya hökumətinə  kortəbii düĢmənçilik yoluna düĢənlərə 
və ya baĢqalarına uyaraq xəyanətdə əli olanla ra da  öz diqqətimizi yetirib onların 
islah  olunacaqlarına  ümid  bağlayaraq  və  gələcəkdə  onları  Rusiyanın  sadiq 
övladlarına çev irməy i arzu layaraq, onları lütfən bağıĢlayıb əmr edirəm: 
1.  Xəyanət,  e ləcə   də,  Rusiya  höku mətinə   qarĢı  bədxah lıq   üstündə  və 
siyasi  mülah izələrə  görə  bu  ölkədən  Sib irə  və  ya  baĢqa  yerlərə  məh kəməsiz 
sürgün edilənlərin hamısı əvvəlki yaĢayıĢ yerlərinə qaytarılsınlar və Əlahəzrətin  
ilt ifat lı əfvi  ilə  onların  müsadirə edilmiĢ  ma likanələ ri ind i olduqları vəziyyətdə, 
ötüb  keçən  illər  üçün  heç  bir  əvəz  ödənilmədən  on lara  qaytarılsın,  onlara  bu  
ma likanə lərdən, keç miĢdəki [qanuni] qayda əsasında, ancaq yerli ö lkən in ü mu mi 
idarəsinə  zidd  olan  hər  cür  siyasi  idarəet mə  hüquqları  çıxarılmaqla  istifadə  
etmə k icazəsi vərilsin
3

2.  Xaricə  qaçanların  və  xəyanətdən  sonra  edam  odunanların  və  ya 
sürgündə ölənlərin   xəzinəyə  keçmiĢ  malikanələri onların  ailələrinə və ya yaxm 
varislərinə indi olduqları və ziyyətdə və hazırda nə qədər varsa, ötən dövrlər üçün 
heç  bir  ödənc  tələb  edilmədən,  ancaq  sahiblərinə  heç  b ir  siyasi  idarəetmə 
hüquqları verilmədən geri qaytarılsın. Haqqmda artıq ali göstəriĢ verilmiĢ Ģəxslər 
və ma likanə lər və bu buyruqdan istisna edilirlə r
4

                                                                 
1
 Sənədin  əslində  «reskript»  yazılmıĢdır.  Reskript  -  qədim  Romada təqdim  edilmiĢ məsələ 
üzrə  imperatorun  qanun  qüvvəsində  olan  cavabına  deyilirdi.  XIX  yüzildə  reskript  sözü  buyruq, 
fərman,  göst əriĢ  mənasında  iĢlənirdi.  Çarın  verdiyi  reskript,  beləliklə,  qanun  gücündə  olan  rəsmi 
dövlət sənədi idi. 
 
2
 «Uğurla bitmiĢ müharibələr» - burada 1826—1828-ci illər Rusiya-Ġran və 1828-1829-cu 
illər Rusiya-T ürkiyə müharibələri nəzərdə tutulur. 
 
3
 A.P.Yermolovun  1818-ci  ildə verdiyi «Ağalar haqqında  əsasnamə»  üzrə yerli  feodallar 
tiul  torpaqlarının  sahibi  deyil,  yalnız  yerlərdə  inzibati  xidmətdə  olan  və  bu  torpaqlar  üzərində 
idarəetmə hüququ olan Ģəxslər sayılırdılar. 1829-1830-cu illərdə çapa verilən inzibati islahat layihələ-
rində  isə  bəy  və  ağaları torpaq  üzərində  idarə  etmək hüququndan  uzaqlaĢdırmaq nəzərdə tutulurdu. 
Beləliklə,  13  iyul  1830-cu  il  buyruğu  kompromis  səciyyə  daĢıyırdı:  müsadirə  olunmuĢ  torpaqlar 
qabaqkı sahiblərinə qaytarılırdı, ancaq onlara siyasi çalar daĢıyan idarə etmək hüququ verilmirdi. 
4
 Bu və ya baĢqa feodalın edam, yaxud sürgün edilməsi və onun malikanələrinin müsadirəsi 
haqqında  birbaĢa çarın  özünün  «ali»  göstəriĢi olmuĢdusa,  bu  göstəriĢ 13  iyul  1830-cu  il  buyruğu  ilə 
ləğv edilmir, qabaqkı gücündə saxlanılırdı. 
 


279 
 
Bu  buyruğun  həyata  keçirilməsini  b iz  sizə  həvalə  edirik  ki,  bütün  əfv 
olunan Ģəxslər və geri qaytarılan  ma likanələ r haqda və vacib  məsələləri  isə həll 
etmə k üçün bizə  mə lu mat göndərəsiniz. 
Hə miĢə sizə qarĢı iltifatlı olan  
Ġmzaladı 
N i k o 1 a y. 


280 
 
RUS ĠYANIN  
QAFQAZ ARXAS INDAKI ƏYALƏTLƏRĠNĠN 
STATĠSTĠKA, ETNOQRAFĠYA, 
TOPOQRAFĠYA VƏ MALĠYYƏ BAXIMINDAN 
TƏSVĠRĠ 
 
Zaqafqaziya  ölkə ləri  Rusiyaya  birləĢdirilən  kimi  çar  höku məti  nə zərdə 
tutduğu  iqtisadi  siyas ətlə  bağlı  olaraq,  buranın  istehsal  və  ma liyyə  imkanla rın ı 
dəqiq  öyrənməyə   baĢladı.  Ma Iiyyə  na ziri  qraf  Y.V.Kankrinin   göndərdiyi 
mə mu rla r  (bunların  arasında  Qafqa zın   tarixini  və  Ģərq  d illərini  ya xĢı  bilən 
mütəxəssislər vardı) tezliklə dördcildlik bir kitab etdilər: «  Обозрение Российских 
владений за Кавказом в   статитическом, этнографицеском, топографическом 
и  финансовом  отношениях»  (I-IV,  CПб.,  1836).  Adından  göründüyü  kimi  , 
Zaqafqaziya  üzrə  sanballı  tədqiqatın  nəticəsi  olan  bir  kitab  idi,  buna  görə  XIX 
yüzilin  mühü m tarixi qaynaqlarından biri  kimi  indi də ö z dəyərini  itirməmiĢdir. 
Bununla yanaĢı, kitabın quruluĢ  xüsusiyyətini bilmək gərəkd ir: onun  müəllifləri 
çarizmin  iqtisadi siyasətinin  mahiyyətini  rəhbər tutaraq, Zaqafqaziyada  xammal 
istehsal  edə  biləcək  sahələri  dərin  öyrən miĢ,  ancaq  yerli  xa mma l  iĢlə mə 
sənayesinə  az  yer  vermiĢdilər.  On lar  ö zlə ri  ya zmıĢlar  ki,  ta xıl,  ipək,  pa mb ıq, 
zəfə ran,  ça xır,  qızıl  boya  istehsalına  dair  yo xla ma  ön  plana  ç ə kildiy indən 
«burada istehsaledici sahələrin indiki vəziyyətinin təsvirinə üstünlük verilmiĢdir, 
çünki  Zaqafqaziya  Rusiyanın  müstəmləkəsi  kimi  götürülmüĢdür,  (kitabdakı) 
bütün  mülah izələr  də  bu  fıkrə  doğru  yönəldilmiĢdir...  Rusiyanın  Zaqafqaziya 
əyalətləri  müstəmləkə  mənasında  o  qədər  əhəmiyyət  kəsb  edirlər  ki,  bu  kiçik 
təsvirdə  (dördcildlik  kitab  nəzə rdə  tutulur.  -  Red.)  onları  baĢlıca   olaraq  hə min 
baxımdan yoxlamağa çalıĢmıĢıq» («Обозрение Российских владений за Кавказом», I 
hissə, s. 67-68, 88-89).. 
Ġqtisadi  məsələlərlə  yanaĢı,  kitabda  Zaqafqaziya  xalqlarının  etnik  və 
mədəniyyət  tarixinə  («etnoqrafıyasına»)  da  toxunulur.  Yelizavetpol  dairəsi  və  
Azərbaycan  dili  haqqında  aĢağıdakı  göstərilən  nümunələ r  geniĢ  olmasalar  da, 
bütövlükdə bu qaynaq üçün səciyyəvi parçalardır. 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə