müəyyən üstünlüklər qazandırır. Naxçıvan MR-ın müxalifət partiyasının
üzvləri hakim partiyaya
üzv olmaq üçün yerli rəsmilər tərəfindən onlara təzyiqlərin edildiyini bildirmişlər.
İl ərzində müxalifət partiyaları siyasət sahəsində əvvəlki illərdə olduğundan daha az fəal rol
oynamışlar. Müxalifət üzvlərinin rəsmilər tərəfindən incidilməsi və əsassız qaydada həbs
edilməsi və saxlanılması ehtimalı digər vətəndaşlardan daha böyük olmuşdur. Məsələn, oktyabr
ayında yerli səlahiyyətli orqanlar Musavat Partiyasının liderlərinin Bərdə şəhərindəki partiya
üzvləri ilə görüş keçirməsinin, Yevlax və Mingəçevir kimi şəhərlərə daxil olmasının qarşısını
almışdılar. Müxalifət partiyalarının rayon şöbələrinin üzvləri yerli orqanların gündəlik partiya
fəaliyyətlərinin qarşısını almaq üçün tədbirlər həyata keçirdiklərini bildirmişlər. Məsələn,
restoran sahiblərinə onlara məxsus ərazilərin müxalifət partiyaları tərəfindən toplantı və
tədbirlərin keçirilməsi üçün istifadə edilməsinə imkan verməmək məqsədilə təzyiqlər
göstərilmişdir. Partiya üzvləri çox vaxt keçirdikləri toplantıların məqsədlərini gizlətməli və
bunları uzaq məntəqələrdə həyata keçirməli olmuşlar. Müxalifət partiyasının üzvləri polisin çox
vaxt çayxanalarda kiçik toplantıları dağıtdığını və iştirakçıları sorğu-sual üçün saxladığını qeyd
etmişlər. 2006-cı ildən bəri müxalifət partiyaları ofis yerlərinin icarəsində ciddi çətinliklərlə
üzləşmişdilər. Bəzi partiyalar isə ev sahiblərinin rəsmilərin təzyiqinə görə, ofis ərazisini onlara
icarəyə verməkdən qorxduqlarına görə, onlar liderlərinin mənzillərində fəaliyyət göstərmişlər.
125 yerlik Milli Məclisdə 14 qadın deputat var. Milli Məclisin sədr müavini də daxil olmaqla,
bəzi qadınlar ali dövlət vəzifələrini tutur. Qadınların siyasətdə iştirak etmələrinə
heç bir hüquqi
məhdudiyyət qoyulmamışdır. Bununla belə, ənənəvi sosial normalar qadınların siyasi rollarını
məhdudlaşdırmış və onlar seçki idarələrində az təmsil olunmuşlar.
Ləzgi, talış və avar kimi etnik azlıqların üzvləri Milli Məclis və hökumətdə qulluq etməkdə
davam etmişlər.
Bölmə 4. Rəsmi korrupsiya və hökumətin şəffaflığı
Qanun rüşvəti qadağan etməklə korrupsiyaya görə cəzanı nəzərdə tutur. Lakin, dövlət qulluğu,
hökumət nazirlikləri və ən yüksək hökumət səviyyələri də daxil olmaqla, cəmiyyətin bütün
sahələrində cəzasız korrupsiya geniş yayılmışdır. Dünya Bankının dünya miqyaslı idarəetmə
göstəriciləri korrupsiyanın ciddi problem olduğunu əks etdirmişdi. İl ərzində xırda korrupsiya
halları ilə əlaqədar və xüsusən də rüşvətxorluqda ittiham edilməklə cinayət işləri açılmışdır.
Buna baxmayaraq, belə işlər ölkədə rüşvətxorluq, xırda və iri korrupsiyanın miqyasına cüzi təsir
göstərmişdir. Əldə edilən məlumata görə il ərzində Prezident Administrasiyası Bakı şəhər
Nizami rayonunun İcra Başçısı Mehbalı Əliyevi korrupsiyaya görə vəzifəsindən uzaqlaşdırmışdı.
İlin sonuna kimi Əliyevə qarşı heç bir cinayət işi açılmamışdı.
Hökumətin şəffaflığı artırılması və korrupsiya ilə mübarizəyə dair 2007-ci il milli
strategiyasının əsas müddəaları ilin sonuna kimi hələ də həyata keçirilməmişdir. Bu strategiya
hökumətin hesabatlılığının yüksəldilməsi, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq və korrupsiya
əleyhinə yönəlmiş tədbirlərin icrasının sistematik izlənilməsi və bildirilməsi üçün çərçivəni
müəyyən etmişdir. Milli strategiyanın əsas elementlərindən biri olan maliyyə bəyannaməsinə
dair qanun rəsmilərdən illik gəlirlərini, gəlirlərinin mənbələrini, əmlaklarını və maliyyə
öhdəliklərini bildirməyi tələb edir. Qanunda habelə, qohumbazlıq qadağan olunur, dövlət
rəsmilərinə və üçüncü tərəfə hədiyyələrin yaxud birbaşa və ya dolayı maliyyə mənfəətlərinin
verilməsini də qadağan edir.
Qanun ayrı-ayrı şəxslər və təşkilatlar tərəfindən hökumət məlumatına ictimai çıxışı təmin olunur.
Lakin hökumət çox vaxt çıxış imkanlarını təmin etməmişdir. Hökumət nazirliklərin məlumat
üçün müraciət etməklə bağlı fərqli prosedurları olsa da, onlar adi qaydada müraciətlərə mənfi
cavab vermişlər. Onların əsas iddiası bu olmuşdur ki, bu məlumata malik deyillər. İnsanlar
məlumatdan imtina ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdirlər, lakin
məhkəmələr, adətən, nazirliklərin verdikləri qərarları olduğu kimi saxlamışlar.
Ötən bir neçə il ərzində hökumət hasilat sənayesi sahələrində şəffaflığın yaxşılaşdırılması üçün
müəyyən addımlar atmışdır. O, 2004-cü ildə Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünü (HSŞT)
dəstəkləmişdi. Bu Təşəbbüsə əsasən, Hökumətlər öz müvafiq hasilat sənayelərindən əldə edilən
ödəniş və gəlirlərin açıqlanması üçün hökumət, şirkətlər və vətəndaş cəmiyyəti arasında
əməkdaşlıq münasibətləri qurmaqla, təbii ehtiyatların cəmiyyətin bütün üzvlərinin mənfəəti
naminə idarə edilməsinə dair 12 razılaşdırılmış HSŞT Prinsiplərini qəbul etmişdir.HSŞT
akkreditasiyalı təhlilçilərin ölkənin mühüm HSŞT sənədlərini yoxlamasından və
təsdiqləməsindən sonra HSŞT Şurası 16 fevral tarixində Azərbaycana ilk HSŞT-yə riayət edən
ölkə statusu vermişdir. HSŞT prinsiplərinin həyata keçirilməsinə görə cavabdeh olan Azərbaycan
Respublikasının Dövlət Neft Fondu (ARDNF) həmçinin, neft və qaz gəlirlərinə dair
məlumatlara çıxış səviyyəsini artırmışdı. Amma bəzi müşahidəçilər həmin vəsaitin xərclərin
yoxsulluğun azaldılması və ya kommunal xidmətlərin təmin edilməsinə yönəldiyini təmin etmək
üçün nəzərdə tutulmaması, tənzimlənməməsi və ya idarə edilməməsindən şikayətləniblər.
Bundan əlavə, müşahidəçilər onu da qeyd edirdilər ki, ölkənin neft və qaz gəlirləri bütövlüklə
ARDNF tərəfindən idarə edilməmiş və HSŞT şəffaflıq təcrübələri tətbiq olunmamışdır. Ölkədəki
26 neft və qaz şirkətlərinin hamısı HSŞT prosesində iştirak etsələr də, çox az sayda şirkət
təfərrüatlı gəlir hesabatına razılıq vermişdi. Bundan əlavə, ölkənin HSŞT riayətetmə statusu
hökumətin QHT-lərlə əməkdaşlığa dair iş planını yaratmağa dair razılaşmasına əsaslanır. İlin
sonuna hökumət bu iş planını yaratmasa da, bunu etmək üçün müvafiq addımlar atmağı vəd
etmişdi.
Bölmə 5. İddia edilən insan hüquqları pozuntularının beynəlxalq və qeyri-hökumət təşkilatları
tərəfindən araşdırmalara hökumətin münasibəti
Bir sıra yerli və beynəlxalq insan hüquqları qrupu insan hüquqları ilə bağlı halları təhqiq və nəşr
etməklə hökumət məhdudiyyəti olmadan fəaliyyət göstərmişlər. Hökumət bəzi insan haqları ilə
məşğul olan QHT-lərlə əlaqələr saxlasa və onların sorğularını cavablandırsa da, bəzi hallarda
digər insan haqları üzrə QHT-ləri və onların fəallarını tənqid etmiş və qorxutmuşdur. Ədliyyə
Nazirliyi bəzi insan haqları ilə məşğul olan QHT-ləri müntəzəm surətdə qeydiyyatdan
keçirməkdən imtina etmiş və ya bunu edə bilməmişdi.
İnsan haqları ilə məşğul olan əsas yerli QHT-lər bunlardır:
Qadın Hüquqlarını Müdafiə Birliyi,
İnsan Hüquqları və Qanuna Hörmət Bürosu, Azərbaycan Demokratik İnkişaf və İnsan Hüquqları
Müdafiəsi Fondu, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi, Sülh və Demokratiya İnstitutu,
Helsinki Vətəndaş Cəmiyyəti, RATİ və Azərbaycan İnsan Hüquqları Mərkəzi
.
Əksər aparıcı
QHT-lər iki müstəqil, çərçivə təşkilatı olan İnsan
Hüquqları
Federasiyası və İnsan
Hüquqları
üzrə Təşkilatların Monitorinq Qrupuna qoşulmuşlar.
Hökumət çox sayda yerli QHT müşahidəçiləri ilə görüşmüşdür. Ədliyyə Nazirliyi insan haqları
icmasının bir neçə nümayəndələri ilə birgə siyasi məhbuslarla iş üzrə komitədə iştirak etmişdir.
Ötən illərdə Daxili İşlər Nazirliyi İşgəncələrə Qarşı Azərbaycan Komitəsi adlı bir QHT-yə polis
və istintaq təcridxanalarına birbaşa girişinə icazə vermişdir. Bununla belə, 1 iyun tarixindən