etibarən Ədliyyə Nazirliyi qrupa yalnız bir neçə gün əvvəl ediləcək bildiriş əsasında girişinə
icazə vermişdir.
İl ərzində bir neçə QHT fəaliyyətlərinə görə onlara qarşı təzyiqlərin artdığını bildirmişdilər.
Məsələn, Daxili İşlər Naziri Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu İnternetdə
yayımlanan bir qəzetə müsahibəsində polisin işini tənqid etdiyinə görə məhkəməyə vermişdi.
Sonradan nazirlik həmin işi dayandırmışdı. Bundan əlavə, Seçkilərin Monitorinqi və
Demokratiyanın Tədrisi mərkəzinə-ə qoşulmuş bir neçə seçki müşahidəçiləri müşahidə
fəaliyyətlərinə görə yerli orqanlar tərəfindən təqibə məruz qalmışdılar (bax bölmə 3).
İl ərzində Milli Məclis QHT-lərə dair qanuna düzəliş etmişdir (bax bölmə 2.b.).
Bir neçə QHT bildirmişdir ki, hökumət və polis onları vaxtaşırı olaraq, QHT fəallarına hədə-
qorxu gələn, hücum edən və onların əmlakını talayan təxribatçılardan qorumaqdan imtina
etmişdir. Məsələn, 15 dekabr tarixində Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və
tələbələrindən ibarət bir qrup həmin universitetdə korrupsiya halını təhqiq edən Naxçıvan
Demokraiya və QHT İnkişaf Resurs Mərkəzinin iki nümayəndəsinə hücum çəkərək onları
döymüşdü. Universitetdən olan qrup həmçinin hücum yerinə gəlib çıxmış RATİ jurnalistinə də
hədə-qorxu gəlmişdilər. QHT nümayəndələri hücumun gözlənildiyindən qorxduqları və
qorunmaq istədikləri üçün ondan əvvəl polisə xəbər vermişdi. Amma polis hücum edənlərin
həmin yerdən uzaqlaşmadıqlarındəka gəlib çıxmamışdı. Yerli orqanlar hadisələrin baş verdiyini
təkzib etmiş və 2010-cu ilin yanvar ayında Resurs Mərkəzində vergi yoxlaması təyin etmişdir .
İl ərzində Helsinki Vətəndaş Assambleyasının fəalı Akifə Əliyeva Gəncə şəhərində ukraynalı
məhbusun hüquqlarının müdafiə edilməsilə bağlı işinə görə yerli orqanlar tərəfindən dəfələrlə
təqib edildiyini bildirdikdən sonra ölkədən qaçmışdır.
QHT-lər üçün qeydiyyat prosesi çətin olaraq qalmışdı. Eyni zamanda xarici təşkilatlardan alınan
qrantları qeydiyyatdan keçirmək tələbi bu daxil edilmişdir. Xarici təşkilatlardan alınan QHT
qrantlarından işçi əməkhaqqının 22 faizi nisbətində sosial sığorta haqqı tutulur, baxmayaraq ki,
hökumətlə ikitərəfli müqavilələri olan çox az sayda ölkələrdən alınan qarantlardan yalnız 2
faizlik vergi tutulmuşdu. QHT fəalları bu müddəaların onların təşkilatlarının fəaliyyətlərini
məhdudlaşdırdığını bildirmişdilər.
QHT Şurası il ərzində 250 QHT-yə təxminən 1,8 milyon manat (təqribən 2,2 milyon ABD)
verməklə 2008-ci ildə başladığı qrant proqramını davam etdirmişdi.
Bu QHT-lərin çoxunun
hökumət yönümlü olması hesab edilsə də, hökumət barədə tənqidi fikirdə olan bəzi QHT-lər də
həmçinin qrantlar almışlar. Bir QHT onun üçün ayrılan qrantın geri almasına görə Şuranı
məhkəməyə vermişdi. Şuranın qrantların verilməsi prosesinin korrupsiyaya uğradığını iddia edən
rəsmi şikayətindən sonra QHT ona verilən qrantın geri alındığını bildirmişdir. Məhkəmə işi ilin
sonunda davam edirdi.
Hökumət ümumən BMT nümayəndələri və BQXK timsalında digər beynəlxalq təşkilatların
nümayəndələrinin səfər etməsi üçün icazə vermişdi. Sərhədsiz Reportyorlar kimi beynəlxalq
QHT-lər ümumən hökumətin maneəsi olmadan fəaliyyət göstərmişdir.
Vətəndaşlar dövlət və ya ayrı-ayrı şəxslərin törətdiyi pozuntulardan insan hüquqları üzrə
ombudsmana müraciət edə bilərlər. Ombudsman bir ildən çox olan zorakılıq halları, anonim
şikayətlər və məhkəmə icraatında olan işləri qəbul etməkdən imtina edə bilər. Ombudsman 8.000
müraciəti qəbul etmiş bunun da 83,7 faizi il ərzində edilmiş şikayətlər olmuşdur. Şikayətlərin 51
faizi təhqiqat üçün qəbul edilmiş və təhqiq edilənlərdən 44,7 faizi müvəffəqiyyətlə həll
edilmişdir. Hazırkı ombudsmanın müddəti iyulda başa çatsa da, varisinin adı hələ müəyyən
olmadığı üçün o, öz vəzifələrini yerinə yetirməyi davam etmişdir.
Ombudsman ofisi hökumətin 2006-cı il insan haqlarına dair milli fəaliyyət planını (MFP) yerinə
yetirməkdə aparıcı rolu üzərinə götürmüşdür. İl ərzində
ombudsman bildirdi ki, MFP-nin beş alt
komitədən ibarət işçi qrupu fəaliyyət planında prioritet kimi müəyyən olunmuş sahələr üzrə işi
davam etdirmişdir. MFP-yə cəlb olunmuş bütün dövlət qurumları illik hesabatlarını ombudsmana
təqdim edir və o, öz növbəsində həmin hesabatları MFP-nin icrasının gedişatı, çatışmazlıqları,
çətinliklərı və vəziyyətinin yaxşılaşdırılması yollarını nəzərdən keçirərək bir böyük hesabata
daxil edir. İlin sonunda planın yerinə yetirilməsi qeyri-müntəzəm olmuşdur. İl ərzində
ombudsman insan haqları ilə bağlı şikayətləri dinləmək üçün ölkənin hər yerinə səfər etmiş,
xarici diplomatlar və insan haqları ilə məşğul olan yerli QHT-lərlə əməkdaşlıq etmiş və illik
hesabatı Milli Məclisə təqdim etmişdir. İl ərzində o, gənc fəallar və bloqqerlər Emin Milli və
Adnan Hacızadənin səs-küylü məhkəmə işində yol verilmiş mühüm pozuntuları tənqid etmişdir.
Buna baxmayaraq, yerli insan haqları üzrə QHT-lər və fəallar ombudsmanın işini səmərəsiz
olduğuna görə tənqid etmiş və ümumiyyətlə onu hökumətdən müstəqil olmadığını hesab
etmişlər.
Həmçinin, Milli Məclis və Ədliyyə Nazirliyi şikayətləri dinləyən, təhqiqatlar aparan və müvafiq
hökumət orqanlarına tövsiyələr verən insan hüquqları üzrə şöbələrə malikdir. Xarici İşlər
Nazirliyinin İnsan Hüquqları idarəsinin rəsmiləri narahatçılıq doğuran məsələləri müzakirə
etmək üçün diplomatik missiyaları ilə müntəzəm görüşlər keçirmişlər. Milli Məclisin insan
haqları üzrə orqanı hökumətin təsirindən tam sərbəst fəaliyyət göstərməmişdir.
Bölmə 6. Ayrı-seçkilik, cəmiyyətdə zorakılıqlar və insan alveri
Qanun irq, cins, fiziki qüsur, dil və ya sosial statusa əsasən ayrı-seçkiliyi qadağan etsə də,
hökumət bu qadağalara təcrübədə heç də həmişə hörmətlə yanaşmamış və ya onları effektiv
şəkildə tətbiq etməmişdir.
Qadınlar
Zorlama qanunaziddir və maksimum 15 illik həbs cəzası daşıyır. Hökumət il ərzində 35 zorlama
halının baş verdiyini bildirmişdir. Əksər zorlama qurbanlarının təcavüz edənləri tanısalar da,
qorxduqları və utandıqlarına görə baş verən hadisələr barədə məlumat verməmişlər.
Həyat yoldaşı tərəfindən təhqir və ya zorlama ilə bağlıqanunlar yoxdur, lakin həyat
yoldaşlarından biri şikayət edərsə, belə cinayətlər üzrə cinayət məcəlləsinin digər maddələrinə
müvafiq olaraq məhkəmə işi açıla bilər. Məişət zorakılığı da daxil olmaqla, qadınlara qarşı
zorakılıq problem olaraq qalmışdır. Kənd yerlərində qadınların öz ərləri və digərləri tərəfindən
zorakılığa məruz qalmalarına qarşı effektli vasitələri yoxdur.
Zorlama və ya məişət zorakılığı qurbanları üçün hökumət tərəfindən maliyyələşdirilən heç bir
proqram olmamışdır. Bakıdakı Sülh və Demokratiya İnstitutu tərəfindən idarə edilən qadın
böhran mərkəzi qadınlar üçün pulsuz tibbi, psixoloji və hüquqi yardımı təmin etmişdir. Bu
mərkəz həm də Qafqaz regionunda gender əsasında zorakılıq və insan alveri ilə mübarizə
aparmaq üçün beynəlxalq donorların maliyyələşdirdiyi bir sıra layihələr üzrə fəaliyyət