göstərmişdir. İnstitutun nümayəndələri qadın məsələlərini müzakirə etmək üçün vaxtaşırı
olaraq
populyar televiziya tok şoularında iştirak etmişlər.
Fahişəlik cinayətdən daha çox inzibati pozuntu hesab edilir və dekabr ayında məcəlləyə
düzəlişlər edildikdən sonra 88 manatdan (təxminən 102 ABD) 40 manata kimi (təxminən 48
ABD) azaldılmış cərimə ilə cəzalandırılır. Aradüzəldənlər və fahişəxana sahibləri altı ilədək həbs
cəzasına məhkum edilə bilərlər. Fahişəlik xüsusən də Bakıda cidi problem olmuşdur.
Qanun cinsi zorakılığı qadağan etsə də, hökumət bu qadağanı çox nadir hallarda tətbiq etmişdir.
Belə şikayətləri qəbul edəcək heç bir xüsusi təşkilat olmamışdır.
Cütlük və şəxslər uşaqlarının sayı və onlara sahib olmaq vaxtını sərbəst müəyyən etmək
hüququna malikdirlər. Ailə və fərdlərin ayrı-seçkilik, məcburiyyət və zorakılıq olmadan
reproduktiv qərarlar verə bilməsi üçün məlumatı əldə edə bilmişlər. Kontraseptivlər geniş
miqyasda mövcud olsa da, demoqrafik tədqiqatlar onlardan istifadə səviyyəsinin aşağı olduğunu
göstərmişdir. Doğuş zamanı peşəkar xidmət mümkün olmuşdur. Qadın və kişilərə eyni
münasibət bəslənilmiş və onlar HİV də daxil olmaqla, yoluxucu infeksiyalara görə müayinə
olunmuşlar. Bununla belə, mədəni, tarixi və sosio-iqtisadi amillərə əsaslanan patriarxal normalar
bəzi hallarda qadınların reproduktiv hüquqlarını məhdudlaşdırmışdır.
Qadınlar nominal olaraq, kişilərlə eyni hüquqlardan istifadə etsələr də, cəmiyyətdə ayrı-seçkilik
problem olaraq qalmışdır. Ənənəvi sosial normalar və ölkənin regionlarının geridə qalmış
iqtisadi inkişaf səviyyəsi qadınların iqtisadiyyatda rolunu məhdudlaşdırmaqda davam etmişdir və
qadınların cinsi ayrı-seçkilik səbəbindən öz qanuni hüquqlarından istifadə etməkdə çətinlik
çəkdiklərinə dair məlumat verilmişdir. Yüksək biznes vəzifələri də daxil olmaqla, qadınlar
yüksək vəzifəli işlərdə az təmsil olunmuşlar. Bir yerli QHT-nin bildirdiyinə görə qadınların
maaşları kişilərin maaşlarının orta hesabla 70 faizi həddindədir.
Uşaqlar
Vətəndaşlıq ölkə ərazisində doğuş və ya insanın valideynlərinin vətəndaşlığı ilə
müəyyənləşdirilir.
Qanun hökumətdən uşaqların təhsil və tibbi xidmət hüquqlarını qorumağı tələb edir. Təcrubədə
hökumət proqramlarının uşaqlara üçün təmin edilən təhsil və tibbi xidmətin standartı aşağı
olmuşdur. Təhsil 17 yaşa kimi icbari, pulsuz və ümumi (hamı üçün) olsa da, yoxsul kənd
yerlərində yaşayan böyük ailələr bəzən qız uşaqlarını evdə işləmək üçün saxladıqları halda oğlan
uşaqlarının təhsilinə yüksək üstünlük vermişlər. Bəzi yoxsul ailələr isə uşaqlarının məktəbə
getməkdənsə işləməyə və ya dilənçiliyə məcbur etmişlər.
Daxili İşlər Nazirliyi il ərzində uşaqlara qarşı zorlama və ya cinsi zorakılıq hallarının dəqiq sayı
barədə heç bir məlumat verməmişədi. Verilən məlumatlara görə uşaqlar cinsi istismar və
dilənçilik məqsədilə insan alverinin qurbanı olmuşlar. İl ərzində insan alveri cinayətinin qurbanı
olmuş şəxslərin dörd nəfəri 18 yaşadək olmuşdur.
Uşaq nikahı ciddi problem hesab edilməsə də, sübutlar göstərir ki, mərkəzi və cənub regionların
kənd ərazilərində kasıb ailələr arasında bunun sayı artmaqdadır.
Yetkinlik yaşına çatmamışlarla cinsi əlaqə qanunla qadağan edilir və “18 yaşına çatmış şəxsin 16
yaşına çatmamış digər şəxslə cinsi əlaqədə olması və ya cinsi xarakterli digər hərəkətlər etməsi
kimi” müəyyən edilir və üç ilə kimi həbs cəzası nəzərdə tutulur. Uşaq pornoqrafiyası qanunla
qadağan edilir və onun istehsalı, yayılması və ya reklam edilməsi üç ildən beş ilədək həbs
cəzasını nəzərdə b tutur. Əgər pornoqrafiyanı uşağın valideynləri, müəllimləri və ya digər
təlimləndiriciləri yaradarsa, cəza dörd ildən yeddi ilə kimi artır.
Çoxlu sayda qaçqın və məcburi köçkün uşaqların yaşadıqları şərait tələb olunan standartlardan
aşağıdır. Bəzi hallarda bu uşaqlar məktəbə gedə bilməmişlər.
İnsan alveri
Cinayət məcəlləsi insan alverinin bütün növlərini qadağan etsə də, insanların ölkə ərazisinə,
ölkədən kənara, ölkədən keçirilməklə və ölkə daxilində alverinə dair məlumatlar olmuşdur.
Ölkə, əsasən, qadın, kişi və uşaqların cinsi istismarı və məcburi əməyə vadar edilməsi məqsədilə
insan alveri üçün mənbə və tranzit nöqtəsi olmuşdur. Mərkəzi Asiya, Rusiyadan və ölkənin
özündən olan qadın və qızlar ölkədən k və ya onun vasitəsilə seks sənayesində istismar üçün
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, İran, Hindistan və Pakistana aparılmışdır. Kişi və
oğlanlar məcburi əmək üçün Rusiya. İran, Pakistan və BƏƏ-yə aparılmışdır. Daxili insan
alverinə dair rəsmi hesabatlar olmasa da, yerli müşahidəçilər qadınların cinsi istismarı, kişilərin
tikinti sənayesində məcburi işlədilməsi və uşaqların dilənçiliyinin daxili insan alverində artım
meyli barədə məlumat vermişdilər. İl ərzində hökumət 91 insan alveri qurbanlarını müəyyən
etmişdi ki, bunların dördü az yaşlı olmuşdu. İnsan alverçiləri ümumən qadınları hədəf götürürlər.
İnsan alverçiləri xarici və ya beynəlxalq şəbəkələrlə birgə hərəkət edən etnik azərbaycanlılar
olmuşdur. Onlar qurbanlara birbaşa və ya dostları və qohumları vasitəsilə yaxınlaşaraq adətən
xaricdə işlə təmin təklifini etmişlər. . İnsan alverçiləri həmçinin xaricdə iş təklif edən aldadıcı
qəzet reklamlarından da istifadə etmişlər. İnsan alverçiləri öz qurbanlarını ölkədən çıxarmaq
üçün saxta sənədlərdən istifadə etdikləri bildirilmişdir. İnsan alverçiləri həmçinin qadınları qonşu
İranda fahişəliyə cəlb etmək üçün İran biznesmenlərindən fırıldaqçı evlənmə təkliflərindən də
istifadə etmişlər.
İl ərzində qanuna əsasən 76 şəxsə qarşı insan alverinə görə cinayət işi başladılmışdır ki,
onlardan da 58 nəfəri məhkum edilmişdir. İl ərzində təhqiq edilmiş əksər insan alveri ilə bağlı
cinayətlərə görə, maksimum 15 illik həbs cəzası nəzərdə tutan zorlama və cinsi zorakılıq istisna
edilməklə, 3 ildən 12 ilə kimi maksimum həbs cəzası verilmişdir. Qanunda həmçinin uşaqların
kölə edilməsi, zorlanması və fahişəliyə cəlb edilməsinə görə də xüsusi həbs cəzaları nəzərdə
tutulur.
Tanınmış insan haqları pozucusu olan daxili işlər nazirinin müavini hökumətin insan alveri
əleyhinə fəaliyyətləri üzrə milli əlaqələndiricisi idi. Bu, hökumətin insan alverinə qarşı səylərinin
insan alveri qurbanını diqqət nərkəzində saxlayan yanaşma, müvafiq hökumət orqanlarının
səylərini izləməyə və QHT icması ilə məşğul olmağa əngəllər törətmişdir. İnsan alveri əleyhinə
fəaliyyətə cəlb olunmuş hökumət orqanlarına Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Əmək və
Əhalinin Sosial Müdafiəsi, Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət
Komitəsi daxil olmuşdur. Daxili İşlər Nazirliyinin xüsusi İnsan alverinə qarşı mübarizə idarəsi
fəaliyyət göstərir. İl ərzində hökumət insan alveri ilə bağlı ekstradisiyaya və ya beynəlxalq