Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə13/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   9   10   11   12   13   14   15   16   ...   206

28 

 

Ağqaya dağının adından almıĢdır. Çay öz mənbəyini də bu dağın yaxınlığından 



alır. 

Ağqaya oyk., sadə. Kəlbəcər r-nunun  Almalıq i.ə.v.-də kənd. 1933-cü 

ildə Ağqaya binəsi kimi qeydə alınmıĢdır. Kənd XIX əsrdə Zəngəzur qəzasının 

ġəlvə dərəsindəki kəndlərdən öz yaylaq yerlərinə gələrək məskunlaĢmıĢ rəhimli 

və kərimli nəsilləri tərəfindən salınmıĢdır. Sonralar yaxınlıqdakı Pələnkəli kəndi 

dağıdıldıqdan sonra onun əhalisinin çox hissəsi də Ağqaya kəndinə köçmüĢdür. 

Adını  r-nun  ərazisindəki  Ağqaya  adlı  yüksəklikdən  almıĢdır.  Hazırda  bu 

yüksəklik ġiĢqaya adlanır. 

AğqayabaĢı  or.,  mür.  Kəlbəcər  r-nu  ərazisində  dağ.  Oronim  Ağqaya 

(dağ  adı),  baş  (dağın  zirvəsi)  sözlərindən  və  -ı  mənsub.  Ģək.-sindən  düzəlib, 

"zirvəsində ağ qaya olan dağ" və ya "Ağqaya dağının zirvəsi" deməkdir. 

Ağqılınc  or,  mür.  ġamaxı  r-nu  ərazisində  dağ.  Oronim  ağ  (kiçik)  və 

qılınc (klinc/kılınc/ qiliç/qilinc - türk dillərində, o cümlədən Azərb. dilində "dağ 

yalı", "dağ üstü") sözlərindən düzəlib, "kiçik dağ yalı" deməkdir. I AbĢeron r-nu 

ərazisində Qaraqılınc dağı da qeydə alınmıĢdır. 

Ağqıraqlı/Ağqıraq oyk., mür. Yevlax r-nunun Varvara i.ə.v.-də kənd. 

Qarabağ  düzündədir.  Yerli  əhalinin  verdiyi  məlumata  görə,  kəndi  XIX  əsrdə 

Qazax  mahalından  köçüb  gəlmiĢ  ağqıraqlı  nəsli  salmıĢdır.  Bu  nəslin 

nümayəndələri  indi  də  Qazax  r-nunun  Yuxarı  Salahlı  kəndində  yaĢayırlar. 

Etnotoponimdir. 

AğqıĢlaq oyk., mür. Lerik r-nunun ġingədulan i.ə.v.-də kənd. Burovar 

silsiləsinin c. yamacında, ġərətük çayı sahilindədir. Oykonim ağ (kiçik; cənub) 

və qışlaq (qıĢ  yatağı, qıĢ  mənzili) sözlərindən düzəlib, "kiçik qıĢ  yatağı" və  ya 

"cənubdakı qıĢ yatağı" deməkdir. 



Ağqobu or., mür. ĠmiĢli r-nu ərazisində dərə. Oronim ağ (kiçik; dayaz) 

və qobu (quru dərə) sözlərindən düzəlib, "kiçik quru dərə" deməkdir. 



Ağlar  hidr.,  sadə.  Bakı  Ģəhərinin  Suraxanı  r-nu  ərazisində  göl.  Türk 

dillərində  ağlar  -  "bir  qabdan  baĢqasına  tökülən"  deməkdir.  Ağlar  gölü  "axarı 

olan göl" mənasını ifadə edir. Ġkinci adı Qaraçuxurdur. 

Ağlıq  oyk.,  düz.  Oykonim  ağ  (rəng)  sözündən  və  -lıq  Ģəkilçisindən 

düzəlib, "torpağı ağımtıl, ağ rəngə çalan yer" deməkdir. Azərb.-da arpa və buğda 

əkilən  sahələrə  də  "ağlıq"  deyilir.  1933-cü  ildə  Oğuz  r-nunun  Padar  i.ə.v.-də 

Ağlıq adlı kənd qeydə alınmıĢdır. Son illərin məlumatına görə, kənd xarabalığa 

çevrilmiĢdir. 

Ağmollaçal  or.,  mür.  Qazax  r-nunun  Ģm.-q.-ində,  Əli  Bayramlı 

kəndindən c.-da dağ. Hün. 553 m. Türk dillərində Akmola -"ağ məzar" mənasını 

ifadə  edir.  Oronim  "Ağ  məzar  daĢı  olan  yüksəklik"  deməkdir.  Yerli  əhalinin 

dediyinə görə, guya Allaha asi olan bir molla dağın baĢına çıxaraq orada öldüyü 

üçün dağ belə adlanmıĢdır. Qazaxıstan və Türkmənistan ərazisində Akmola adlı 

yaĢayıĢ məntəqəsi var. 




29 

 

Ağnaqtəpə or., mür. ġahbuz r-nu ərazisində dağ və təpə. Yerli əhalinin 

dediyinə  görə,  təpədə  olan  torpaq  sürüĢməsi  bu  adın  yaranmasına  səbəb 

olmuĢdur.  Azərbaycan  dilinin  dialektlərində  "ağnaq"  sözü  "ovulub  tökülən", 

"gilli,  çirkli  gölməçə"  mənalarında  da  iĢlənir.  Oronim  "ovulub  tökülən,  dağılan 

təpə"  mənasındadır.  XIX  əsrə  aid  mənbələrdə  Ġrəvan  xanlığının  Dərəkənd 

Parçenis mahalında Quru Ağnac adlı kənd haqqında məlumat verilir. 

Ağnohur  hidr.,  mür.  Sumqayıt  Ģəhər  i.ə.v.-nin  Qızılqazma  kəndi 

yaxınlığında  Ģirin  sulu,  axarsız  göl,  Gölə  su  süni  yolla  Ataçayın  sağ  qolundan 

suvanna kanalı vasitəsilə axıdılır. Hidronim ağ (içməyə yararlı) və nohur (monq. 

"göl"  deməkdir)  sözlərindən  düzəlib,  "içməyə  yararlı,  Ģirin  sulu  göl" 

mənasındadır.  Dəvəçi  r-nunda,  Gilgilçay  hövzəsində,  Ataçay  hövzəsində, 

AbĢeron yarımadasında da eyniadlı göllər vardır. 



Ağoğlan or., mür. Laçın r-nu ərazisində dağ. Türk dillərində oğlanak - 

"kiçik oğlan, kiçik Ģahzadə" deməkdir. Müqəddəs dağ sayılır. 



Ağoğlan  hidr.,  sadə.  Həkəri  (Əkərə)  çayının  sağ  qolu  olub  Laçın  r-

nundan axır. Yuxarı axarında Minkənd və ya Əhmədli, aĢağı axarında isə Zabux 

adlanır. Adını ərazidəki eyniadlı dağdan almıĢdır. 

Ağoğlan  oyk.,  sadə.  Laçın  r-nunun  Malıbəy  i.ə.v.-də  kənd.  Ağoğlan 

çayının  sahilində,  Qarabağ  yaylasındadır.  KeçmiĢ  adı  Kosalar  olmuĢdur. 

Sonralar  yaĢayıĢ  məntəqəsi  ərazidəki  Ağoğlan  pirinin  adı  ilə  adlandırılmıĢdır. 

Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiĢ yadellilərə 

qarĢı döyüĢdə öldürülmüĢ  və  alban kilsəsi ərazisində dəfn  edilmiĢ igidin adıdır 

və "pak, təmiz, müqəddəs oğlan" mənasını daĢıyır. Xocavənd r-nunun ərazisinə 

daxil olan keçmiĢ Hadrut r-nunun 1923-cü ilədək adı Ağoğlan olmuĢdur. 

Ağoyuq  or.,  mür.  l.  Zəngilan  r-nunun  c.-Ģ.-ində  dağ.  Hün.  548  m. 

Oronim  ağ  (kiçik)  və  oyuq  (çökək,  kaha,  mağara,  zağa)  sözlərindən  düzəlib, 

"kiçik kaha, mağara olan dağ" deməkdir; 2. Zəngilan r-nu ərazisində düz. Oxçu 

və  Həkəri  çayları  arasındadır.  Yerli  əhali  arasında  Yazı  adlanır.  Düzənlikdə 

torpağa sancılmıĢ təqr. 1,5 m. hündürlükdə yanaĢı iki daĢ var. Bu daĢlar oyuq və 

ya  Koroğlu  daşları  adlanır.  DaĢların  üzərində  qədim  yazılar  var.  Əhali  həmin 

daĢları  pir  hesab  edir.  KeçmiĢdə  əkin  sahələri  arasında  sərhədi  bildirmək  üçün 

düzəldilmiĢ hər hansı süni torpaq qalağı, yerə basdırılmıĢ dik daĢ və ya ağac da 



oyuq adlanırdı. Düz öz adını ərazidəki eyniadlı dağdan da ala bilər. 

Ağoyzi/Ağözü  oyk.,  sadə.  1933-cü  ildə  Biləsuvar  r-nunun  indiki 

Nəsimi  (keçmiĢ  Novotroitski)  i.ə.v.-də  qeydə  alınmıĢdır.  Oykonim  ağ  və  özü 

(vadi,  dərə)  sözlərindən  düzəlib,  "kiçik  vadi;  ağdərə"  deməkdir.  Kəndin  adını 

ərazidəki eyniadlı vadidən götürməsi ehtimal olunur. 



Ağrı  oyk.,  sadə.  Ordubad  r-nunun  Vənənd  i.ə.v.-də  kənd.  Vənənd 

çayının sahilində, Arazboyu düzənlikdədir. Türk dillərində ağrı/ağru - "hündür, 

yüksək" deməkdir. Adını Türkiyənin Ģ.-ində, Van gölündən Ģm.-da, Ermənistan 

yaylasının orta hissəsində yerləĢən Ağrıdağ silsiləsindən almıĢdır. 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə