Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə11/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   7   8   9   10   11   12   13   14   ...   206

24 

 

Kələl  kəndi"  adlandırmıĢlar.  Lakin  əslində,  kəndin  əhalisi  XIX  əsrdə  buraya 



köçmüĢ  Ağdam  r-nundakı  baraxlılardan  ve  Dağıstanın  BaĢ  Kələl  kəndindən 

gələn  saxurlardan  ibarətdir.  Kələl/Qalaal-saxur  dilində  "qalalı"  deməkdir. 

Beləliklə,  kəndin  adı  iki  kəlmə  icmanın  əvvəlki  məskəninin  adından 

düzəlmiĢdir. 



AğdaĢ  or.,  mür.  1.  Füzuli  r-nu  ərazisində  dağ.  R-nun  Ģm.-q.-ində 

yerləĢir.  Hün.  222  m.;  2.  Gədəbəy  r-nu  ərazisində  dağ;  3.  Kəlbəcər  r-nu 

ərazisində dağ; 4. Qazax r-nu ərazisində dağ. Oronim ağ (kiçik, alçaq; ağ rəng 

çalan)  və  daş  (qaya,  dağ)  sözlərindən  düzəlib,  "kiçik  qaya  və  ya  ağ  rəngli 

süxurlardan  əmələ  gəlmiĢ  dağ"  deməkdir.  Oronimin  etnotoponim  olması  da 

istisna deyil. AğdaĢ toponiminə XIII əsrə aid coğrafi adlar lüğətində rast gəlmək 

mümkündür. 

AğdaĢ  oyk.,  sadə.  1.  Azərb.-da  inzibati  r-n.  1930-cu  ildə  təĢkil 

edilmiĢdir.  ġirvan  düzünün  Ģm.-q.-ində,  Acınohur  ön  dağlığının  c.-undadır. 

Türyan çayı r-nun ərazisindən axır. Mərkəzi AğdaĢ Ģəhəridir; 2. Azərb.-da Ģəhər 

(1900-cü  ildən).  Eyniadlı  r-nun  mərkəzidir.  Türyan  çayının  sağ  sahilindən  bir 

qədər aralı, ġirvan düzünün Ģm.-q.-indədir. YaĢayıĢ məntəqəsi kimi adı XV əsrin 

ortalarından  çəkilir;  3.  Cəlilabad  r-nunun  eyni-adlı  i.ə.v.-də  kənd.  Göytəpə 

çayının  sol  sahilində,  Lənkəran  ovalığındadır.  KeçmiĢdə  Üçüncü  DərviĢ 

adlanırdı.  Bu  da  onunla  bağlıdır  ki,  kənd  XIX  əsrin  ortalarında  ərazidə 

maldarlıqla  məĢğul  olan  dərviĢbəyli  tayfasının  üçüncü  qoluna  mənsub  ailələr 

tərəfindən  məskunlaĢmıĢdır.  Oykonim  kəndin  ərazisindəki  AğdaĢ  adlı  qayanın 

adından  götürülmüĢdür;  4.  Kəlbəcər  r-nunun  Çaykənd  i.ə.v.-də  kənd.  Dağlıq 

ərazidədir. Kənd AğdaĢ dağının döĢündə salınmıĢdır. Etnotoponimdir. ƏfĢarların 

araĢlı  oymağının  bir  qolunun  ağdaĢ  adlanması  və  AğdaĢ  r-nunun  XX  əsrin 

əvvəllərinə  qədər  ƏrəĢ  qəzası  kimi  qeydə  alınması  bunu  bir  daha  sübut  edir. 

AğdaĢ  toponimi  türk  xalqlarının  onomastikasında  geniĢ  yayılmıĢdır:  AktaĢ 

(Özbəkistanda  dağ),  AkdaĢ  (Türkmənistan),  Aktas  (Qazaxıstan),  AğdaĢ 

(BaĢqırdıstan, Ermənistan), AqtaĢ (Əfqanıstan), AkdaĢ (Ġran, Türkiyə) və s. 

AğdaĢsu  hidr.,  mür.  Gədəbəy  r-nu  ərazisində  çay.  ġəmkir  çayının  sol 

qoludur.  BaĢlanğıcını  AğdaĢ  adlı  dağdan  alır.  Hidronim  Agdaş  (r-nun 

ərazisindəki  dağın  adı)  ve  su  (çay)  sözlərindən  düzəlib,  "AğdaĢ  dağından  axan 

çay" deməkdir. 



Ağdərə  or.,  mür.  1.  Ağsu  r-nunun  Bico  kəndi  ərazisində  dərə;  2. 

ġamaxı r-nu ərazisində dərə; 3. Tərtər r-nu ərazisində dağ; 4. Zəngilan r-nunun 

Ġsgəndərbəyli, Sadallı və ġərifli kəndləri ərazisində dərə. Oronim ağ (kiçik; qısa, 

dayaz, çox da dərin olmayan) və dərə (çay yatağı; çayın axdığı yer; iki dağ və ya 

təpə arasında, eləcə də düzənlikdə uzun, dərin çuxur) sözlərindən düzəlib, "kiçik 

çay yatağı; çox da dərin olmayan çuxur" deməkdir. 



Ağdərə  oyk.,  sadə.  1.  Xızı  r-nunda  kənd.  Çigil  çayının  sahilindədir. 

Kəndin  əhalisi  vaxtilə  AbĢeronun  Novxanı  kəndindən  köçüb  gələn  ailələrdən 




25 

 

ibarətdir.;  2.  Ordubad  r-nunun  Parağaçay  qəsəbə  i.ə.v.-də  qəsəbə.  Zəngəzur 



silsiləsinin  c.-q.  yamacındadrr.  Qəsəbə  1950-ci  ildə  Ağdərə  adlı  ərazidə 

filizsaflaĢdırma  kombinatının  yaradılması  ilə  əlaqədar  salınmıĢdır.  Ətraf 

yamaclar ağ rəngə çalan süxurlardan ibarətdir. Adını ərazidəki eyni-adlı dərədən 

almıĢdır;  3.  ġamaxı  r-nunun  Xilmilli  i.ə.v.-də  kənd.  Qozluçayın  sahilində, 

dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı dərədən almıĢdır; 4. Tərtər r-nunda 

Ģtq.  Tərtər-Ġstisu  avtomobil  yolunun  kənarındadır.  KeçmiĢdə  eyniadlı  r-nun 

mərkəzi  olmuĢdur.  XIX  əsrdə  burada  məskunlaĢdırılmıĢ  ermənilər  r  -nun  və 

qəsəbənin  adını  1923-cü  ildən  Crabert,  1930-cu  ildən  isə  Mardarkert  kimi 

rəsmiləĢdirmiĢdilər.  1992-ci  ildən  r-nun  ərazisi  Tərtər  r-nuna  birləĢdirilmiĢ, 

qəsəbə  isə  keçmiĢ  adı  ilə  adlandırılmıĢdır;  5.  Tovuz  r-nunun  Qəribli  i.ə.v.-də 

kənd.  ġahdağ  silsiləsinin  Ģm.  yamacındadır.  Adını  ərazidəki  eyniadlı  dərədən 

almıĢdır.  1933-cü  ildə  Laçın,  1917-ci  ildə  DaĢkəsən  r-ları  ərazisində  Ağdərə 

kəndləri  qeydə  alınmıĢdır.  Əfqanıstan,  Ennənistan,  Ġran  ərazisində  də  Ağdərə 

toponiminə rast gəlmək mümkündür. 



Ağdərə  hidr.,  sadə.  Girdimançay  hövzəsində  çay.  Adını  ərazidəki 

eyniadlı dərədən almıĢdır. 



Ağdəyirman or., mür. Ağcabədi r-nunun Boyat kəndində təpə. Oronim 

ağ (kiçik və ya rəng çaları) və dəyirman (qurğu) sözlərindən düzəlib, "üzərində 

kiçik  dəyirman  (yel  dəyirmanı  və  ya  su  dəyirmanı)  quraĢdırılmıĢ  təpə" 

deməkdir. 

Ağdəyirmançay  hidr.,  mür.  Ağcabədi  r-nu  ərazisində  çay.  Kiçik 

Həkəri  (Əkərə)  çayının  yuxarı  axarının  adıdır.  Hidronim  Ağdəyirman  (or.)  və 



çay  (axar  su  obyekti)  sözlərindən  düzəlib,  "Ağdəyirman  təpəsindən  axan  çay" 

deməkdir. 



Ağduyux  or.,  mür.  Zəngilan  r-nu  ərazisində  dağ.  Oronim  ağ  (kiçik, 

alçaq)  və  duyux/duruk  (təpə,  dağ  zirvəsi)  sözlərindən  düzəlib,  "kiçik  təpə" 

mənasındadır. 

Ağəhməd  oyk.,  sadə.  ġərur  r-nunun  Dəmirçi  i.ə.v.-də  kənd.  Araz 

çayının  sahilində,  düzənlikdədir.  Kəndin  adının  Ağaəhməd  adından  təhrif 

olunması güman edilir. Oykonim Ağaəhməd Ģəxs adı ilə bağlıdır. 

Ağgədik  or.,  mür.  l.Böyük  Qafqazda  (Yan  silsilədə),  Quba  r-nunun 

Buduq kəndinin q.-ində dağ.  Hün. 2861 m.; 2. Masallı r-nunun Miyanku kəndi 

ərazisində dağ; 3. ġəki-Zaqatala zonasında dağ. Oronim ağ (rəng) və gədik (türk 

dillərində,  o  cümlədən  Azərbaycan  dilində  "hündür  dağlar  arasında  yol",  "dağ 

keçidi"; "aĢırım"; "dağ belində batıq") sözlərindən düzəlib, "qarlı aĢırım" və ya 

"ağımtıl rəngli dağ keçidi" deməkdir. 



Ağgədik  oyk.,  sadə.  Xocalı r-nunun  Xanabad  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir.  KeçmiĢ  adı  Ağdar,  1992-ci  ilədək  Kötük  ("gədik"  sözünün  təhrif 

forması)  olmuĢdur.  Oykonim  ərazidəki  eyniadlı  dağ  keçidinin  adından 

yaranmıĢdır. 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə