Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə7/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   2   3   4   5   6   7   8   9   10   ...   206

16 

 

Ağalıkənd oyk., mür. Biləsuvar r-nunun eyniadlı i.ə.v.-də kənd. Muğan 

düzündədir. Oykonim ağalı (etn.) və kənd sözlərindən düzəlib, etnotoponimdir. 

1917-ci  ildə  Ağamkənd  adı  ilə  qeydə  alınmıĢ  bu  yaĢayıĢ  məntəqəsi  1941-ci 

ilədək  Sarpabad  adlanmıĢdır.  1870-ci  ilə  aid  bir  sənəddə  yaĢayıĢ  məntəqəsinin 

keçmiĢ  dilağarda  tayfasının  canĢalı  (cahanĢahlı)  tirəsinin  ağalı  nəsli  tərəfindən 

salındığı haqqında məlumat verilir. 

Ağamalı  oyk.,  sadə.  Gədəbəy  r-nunun  Nərimankənd  i.ə.v.-də  kənd. 

Missuyu  çayının  (Zəyəm  çayının  sağ  qolu)  sahilində,  Qızılca  dağının 

ətəyindədir.  Kəndi  1929-cu  ildə  Tovuz  r-nunun  Çanaqçı  kəndindən  gəlmiĢ 

namazlar,  səfirzalar  nəsillərinə  mənsub  ailələr  salmıĢlar.  YaĢayıĢ  məntəqəsi 

sovet  dövlət  xadimi  Səmədağa  Ağamalıoğlunun  (1867-1930)  Ģərəfinə 

adlandırılıb. 



Ağamalılar  oyk.,  sadə.  ĠmiĢli  r-nunun  Muradxanlı  i.ə.v.-də  kənd.  Mil 

düzündədir.  Etnotoponimdir.  1933-cü  ildə  Ağamallar  kimi  qeydə  alınmıĢdır. 

YaĢayıĢ  məntəqəsi  XIX  əsrin  ortalarına  qədər  maldarlıqla  məĢqul  olmuĢ  təklə 

tayfasının ağamalılar tirəsinə mənsub ailələr tərəfindən salınmıĢdır. 



Ağamalıoğlu  oyk.,  sadə.  Goranboy  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Gəncə-Qazax  düzənliyindədir.  Antropotoponimdir.  Sovet  dövlət  xadimi, 

publisist Səmədağa Həsən oğlu Ağamalıoğlunun Ģərəfinə adlandırılmıĢdır. 1925-

ci  ilədək  kəndin  adı  Abdullabəy-kürdü  olmuĢdur.  Ġnqilabdan  əwəl  DüzqıĢlaq 

adlanan  bu  ərazidə  Bağçakürd  kəndindən  olan  abdullabəykürdü  nəsli 

məskunlaĢmıĢdı. Memorial toponimdir. 



Ağaməmmədli  oyk.,  sadə.  l.ĠmiĢli  r-nunun  Cəfərli  i.ə.v.-də  kənd.  Mil 

düzündədir.  Mənbələrdə  Ağammədli  variantında  da  təsadüf  olunur.  KeçmiĢdə 

Alıpənahlı adlanan bu kənd qıĢlaq yeri olmuĢdur; 2. Cəlilabad r-nunun Xanəgah 

i.ə.v.-də  kənd.  Burovar  silsiləsinin  yamacında,  Ġncəçayın  sahilindədir. 

Etnotoponimdir.  1979-cu  ildə  Azərb.-da  üç  (ĠmiĢli,  Cəlilabad,  Tovuz),  1961-ci 

ildə  isə  dörd  (Əli  Bayramlı,  ĠmiĢli,  Astraxanbazar,  Tovuz)  Ağaməmmədli  adlı 

kənd qeydə alınmıĢdır. 

Ağanus  hidr.,  mür.  Laçın  r-nu  ərazisində  mineral  bulaq.  Hidronim 

ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir. 

Ağanus  oyk.,  sadə.  Laçın  r-nunun  Fətəlinəyə  i.ə.v.-də  kənd.  Adını 

ərazidəki eyni-adlı mineral bulaqdan almıĢdır. Bəzi tədqiqatçılara görə, toponim 



ağ  və  naus  (ərəbcə  "məbəd"  deməkdir.  Sasanilər  dövründə  zərdüĢtiliyə  sitayiĢ 

edənlərin  qəbirüstü  tikilisi  də  "naus"  adlanırdı)  sözlərindən  düzəlib,  "ağ  rəngli 

məbəd" mənasını ifadə edir. 

Ağarəhimoba  oyk,  sadə.  Xaçmaz  r-nunun  QımılqıĢlaq  i.ə.v.-də  kənd. 

Məzarçayın sahilindədir. Etnotoponimdir. 1917-ci ildə Ağarəhim Ģəklində qeydə 

alınmıĢdır. XIX əsrin ortalarında Quba r-nunun Cek kəndindən köçmüĢ ailələrin 

həmin  kəndə  aid  qıĢlaq  yerində  məskunlaĢması  nəticəsində  yaranmıĢdır.  1933-

cü ildə Sabirabad r-nunda da Ağarəhimli yaĢayıĢ məntəqəsinin olduğu göstərilir. 



17 

 

Ağarx  oyk.,  sadə.  Ağsu  r-nunda  kənd.  ġirvan  düzündədir.  YaĢayıĢ 

məntəqəsi  eyni-adlı  arxın  yaxınlığında  salındığı  üçün  belə  adlandırılmıĢdır. 

Hidronim isə ağ (Ģəffaf) və arx (süni suvarma kanalı) sözlərindən düzəlib. 



Ağasovqat  or.,  mür.  Ġsmayıllı  r-nu  ərazisində  dağ.  Pirsaat  çayının 

yuxarı axarındadır. Oronim ağa (burada ilahi, tanrı) və sovqat (hədiyyə, bəxĢiĢ) 

sözlərindən  düzəlib,  "allahın  bəxĢiĢi,  hədiyyəsi"  deməkdir.  Oronimi  Ağasovqat 

Ģəxs adı ilə də əlaqələndirirlər. 



AğaĢirinoba  oyk.,  mür.  Xaçmaz  r-nunun  Qusarçay  i.ə.v.-də  kənd. 

Qusar çayının sahilində, Samur-Dəvəçi ovalığındadır. XIX əsrin ortalarında Qrız 

kəndinə məxsus qıĢlaq yerində salınmıĢdır. Oykonim Ağaşirin (Ģəxs adı) və oba 

(el, birlik, nəsil) sözlərindən düzəlib, "AğaĢirinə məxsus el, nəsil" deməkdir. 



Ağaverdioba  oyk.,  mür.  Xaçmaz  r-nunun  Qusarçay  i.ə.v.-də  kənd. 

Samur-Dəvəçi ovalığındadır. Kənd XIX əsrin 11 yarısında Qrız kəndinin sakini 

Ağaverdi  adlı  Ģəxsin  oba  yerində  salınmıĢdır.  Oykonim  "Ağaverdiyə  məxsus 

oba, el" deməkdir. 



Ağayrı oyk., mür. Biləsuvar r-nunun Mircəlal (keçmiĢ Kirovka) i.ə.v.-

də kənd. Muğan düzündədir. Kənd XX əsrin əvvəllərində  Ağalıkənd əhalisinin 

bir hissəsinin Ağayrı adlanan sahəyə köçərək burada məskunlaĢması nəticəsində 

yaranmıĢdır.  Toponimiyada  belə  bir  fikir  mövcuddur  ki,  bu  söz  qədim  türk 

dillərindəki  ak  (axın,  çay)  və  əyri  sözlərindən  ibarət  olub,  "axının  əyildiyi, 

burulduğu  yer"  mənasını  verir.  Bu  da  Ağayrı  kəndinin  məhz  Bolqarçayın 

əyildiyi, burulduğu yerdə yerləĢməsi ilə izah olunur. Türk dillərində ağayrı sözü 

"ağıldan (tövlədən) kənar"; "kiçik çay"; "ot, çiçək" adı kimi də izah olunur. 



Ağazaman  or.,  sadə,  ġamaxı  r-nunun  Ģ.-ində,  QuĢçu  kəndi 

yaxınlığında dağ. Ləngəbiz silsiləsindədir. Dağda eyniadlı pir vardır. Dağın adı 

da  pirin  adından  götürülmüĢdür.  Hün.  831  m.  Oronim  Ağazaman  Ģəxs 

adındandır. 



Ağbaldır  or.,  mür.  Tovuz  r-nu  ərazisində  dağ.  Oronim  ağ  (kiçik, 

balaca)  və  baldır  (qədim  türkcə  "dağ  çıxıntısı")  sözlərindən  düzəlib,  "kiçik 

çıxıntı" deməkdir. Həmin r-nun ərazisində Qarabaldır adlı dağ da vardır. 

Ağbalıq  hidr.,  sadə.  Salyan  r-nu  ərazisində  çay.  AquĢa  çayının 

qoludur.  Ağbalıq  Çay  balığı  növüdür.  Çayda  yaĢayan  balıq  növünün  adı  çayın 

adına köçürülmüĢdür. 

AğbaĢ  oyk.,  sadə.  Dəvəçi  r-nunun  AğbaĢ  i.ə.v.-də  kənd.  Samur-

AbĢeron  kanalının  kənarında,  Samur-Dəvəçi  ovalığındadır.  YaĢayıĢ  məntəqəsi 

XX  əsrin  ortalarında  Çirax,  Hacıiskəndərli  və  Təkyə  kənd  sakinlərinə  məxsus 

AğbaĢ  adlanan  qıĢlaq  yerində  bəzi  ailələrin  məskunlaĢması  nəticəsində 

yaranmıĢdır. Oğuzların ağbaş tayfasının adındandır. Etnotoponimdir. XTX əsrin 

əvvəllərində keçmiĢ Ġrəvan xanlığında AqbaĢ adlı kənd qeydə alınmıĢdır. 1900-

cü  ildə  Ġran  ərazisində  AğbaĢlı  keçidi  adlı  yerin  olması  haqqında  məlumat 

verilir. 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə