Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə3/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   2   3   4   5   6   7   8   9   ...   206

 

Abbasqulular/Abasqulular (1933) oyk., sadə. Tovuz r-nunun ÇeĢməli 

(keçmiĢ Çirkinli) i.ə.v.-də kənd. Əsrik çayının sahilindədir. Gədəbəy r-nunda da 

eyniadlı kənd qeydə alınmıĢdır. Etnotoponimdir. 



Abbaslar köbəri or., mür. Yevlax r-nunun Ərəbbəsrə kəndi ərazisində 

yoxuĢ.  Oronim  abbaslar  (etnonim)  və  köbər  (qabarmıĢ  səth  boyu  gedən  yol, 

yoxuĢ) sözlərindən düzəlib (-/ mənsub. Ģəkilçisidir). 

Abbaslı/Abaslı  oyk.,  sadə.  ġəmkir  r-nunun  Seyfəli  i.ə.v.-də  kənd. 

ġəmkir çayının sahilində, dağ ətəyindədir. Oykonim abbaslı/abaslı etnonimi ilə 

bağlıdır.  Yerli  əhalinin  verdiyi  məlumata  görə,  kəndin  əsası  XIX  əsrdə  Ġrəvan 

quberniyasından  gəlmiĢ  eyniadlı  nəslə  məxsus  ailələr  tərəfindən  qoyulmuĢdur. 

1917-ci  ildə  Yardımlı  r-nunun  ġiləvəngə  i.ə.v.-də  Abaslı  kənd  adı  qeydə 

alınmıĢdır. 



Abdal  oyk.,  sadə.  l.Ağdam  r-nunun  Gülablı  i.ə.v.-də  kənd.  Dağ 

yamacındadır;  2.  Tovuz  r-nunun  Yanıxlı  i.ə.v.-də  kənd.  Çınqıldağ  silsiləsinin 

ətəyindədir.  Oykonim  abdal  tayfasının  adı  ilə  bağlıdır.  Qafqaz  Albaniyasında 

hələ eradan əvvəl yaĢaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına 

qazax,  qaraqalpaq,  türkmən  və  türk  toponimiyasında  da  rast  gəlmək 

mümkündür. 



Abdal hidr., sadə. Tovuz r-nu ərazisində çay. Zəyəm çayının qoludur. 

Mənbəyini  Öküz  dağı  və  Maral  dağının  yamaclarından  götürür.  Çay  qədim 

Abdal  qalasının  yaxınlığından  axdığı  üçün  həmin  qalanın  adı  ilə 

adlandırılmıĢdır. 



Abdal or., sadə. Ordubad r-nu ərazisində dağ. Etnotoponimdir. 

Abdalanlı  oyk.,  düz.  Qubadlı  r-nunun  Qayalı  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir. KeçmiĢ adı OcaqqıĢlaqdır. YaĢayıĢ məntəqəsi keçmiĢ qıĢlaq yerində 

salınmıĢdır. Tədqiqatçılara görə, kəndin adı abdalanlı adlı elatın adı ilə bağlıdır. 

Oykonim  abdal  etnonimindən,  -an  (far.  cəm  Ģək.-si)  və  -lı  (azərb.  mənsubluq, 

aidlik bildirən Ģək.) Ģəkilçilərindən düzəlib, "abdallara məxsus, abdallar yaĢayan 

kənd" deməkdir. 



Abdallar  oyk., sadə. Laçın r-nun Qarıkaha i.ə.v.-də (keçmiĢ Abdallar) 

kənd. Həkəri çayının sahilində, Qarabağ silsiləsinin etəyindədir. 1923-cü ilədək 

Laçın Ģəhərinin adı da Abdallar olmuĢdur. Etnotoponimdir. 

Abdallı  oyk.,  düz.  Oğuz  r-nunun  Xaçmaz  i.ə.v.-də  kənd.  Qala  çayının 

sahilində, dağ ətəyi ərazidədir. Mənbələrin məlumatına görə, XIX əsrdə ġəkinin 

Qoruqlar  kəndindən  köçüb  gələnlər  Oğuzda  üç  kiçik  məntəqəni  yaratmıĢdılar. 

Bunlar  ġibili,  YemiĢanlı  və  Abdallı  məntəqələri  idi.  Abdallı  "abdal  tayfasına 

məxsus  yaĢayıĢ  məntəqəsi"  deməkdir.  XIX  əsrdə  Gürcüstan  ərazisində  də 

eyniadlı iki kənd qeydə alınmıĢdır. 



Abdinli  (1961,  1968)/Abdınlı  (1933,  1979)  /  Abidinli  (1917)  oyk., 

sadə. 1. Ağdam r-nunun Göytəpə i.ə.v.-də kənd. Düzənlikdədir. Kəndin ərazisi 

keçmiĢdə  Tağıbəyli  kəndinin  abdınlı  nəslinə  məxsus  qıĢlaq  yeri  olmuĢdur;  2. 




 

Yardımlı  r-nunun  ġəfəqli  i.ə.v.-də  kənd.  ViləĢ  çayının  sahilində,  dağ-ətəyi 



ərazidədir. Oykonim abidinli (digər adı qullardır) nəslinin adı ilə bağlıdır. 

AbdullauĢağı  oyk.,  sadə.  Kəlbəcər  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Mozçayın  sol  sahilində,  dağ  ətəyindədir.  KeçmiĢ  adı  ġahsevənlidir.  Yerli 

əhalinin  məlumatına  görə,  XIX  əsrin  sonlarında  Ağcabədi  r-nunun  ġahseven 

kəndindən  köçmüĢ  Abdulla  adlı  Ģəxs  ərazidə  iki  binə  salmıĢdır.  XX  əsrin 

əvvəllərində  də  CavanĢir  qəzasında  Böyük  və  Kiçik  AbdullauĢağı  adlı  iki  binə 

adı  qeydə  alınmıĢdır.  R-nun  Çobangərəkməz  kəndi  yaxınlığında  bir  yurd  yeri 

indi də Abdulla yurdu adlanır. Etnotoponimdir. 

Abdullu oyk., sadə. Cəlilabad r-nunun  Astanlı i.ə.v.-də  kənd. Burovar 

silsiləsinin  ətəyindədir.  KeçmiĢ  adı  Molla  Abdulla  olmuĢdur.  YaĢayıĢ 

məntəqəsinin XIX əsrin ortalarında keçmiĢ Hasıllı kəndinə məxsus pay torpağı 

sahəsində  salınmıĢdır. Oykonim  QızılbaĢ tayfalarından Ģamlıların bir qolu olan 



abdullu  tirəsinin  adı  ilə  bağlıdır.  1933-cü  ildə  həmin  r-nun  ərazisində  Abdullu 

oykonimi ilə yanaĢı iki Abdullalı kənd adı da qeydə alınmıĢdır. 



Abdulyan  oyk.,  sadə.  Sabirabad  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Kür 

çayının  sol  sahilində,  ġirvan  düzündədir.  YaĢayıĢ  məntəqəsini  Kür  çayındakı 

balıq  vətəgələrində  iĢləyən  Cənubi  Azərb.-dan  köçmüĢ  ailələr  salmıĢlar.  Son 

illərdə kəndin adı Abdulla-abad adlandırılmıĢ və Hacıqabul r-nun ərazisinə daxil 

edilmiĢdir.  Abdulyan  abdullar  etnoniminin  variantıdır,  XIX  əsrdə  Ġrəvan 

xanlığında  Abdullar,  Abdulkənd,  Abdulağalı  oykonimləri  qeydə  alınmıĢdır. 

Orenburq vilayətindəki Abdulino Ģəhərinin adı da, çox güman ki, bu etnonimlə 

bağlıdır. 



AbıĢabad  oyk.,  mür.  Cəlilabad  r-nunun  ġilvəngə  i.ə.v.-də  kənd. 

Burovar  silsiləsinin  ətəyindədir.  Oykonim  Abış  (Ģəxs  adı)  və  abad 

topokomponentlərindən ibarətdir. Bu I Ģəxs adı ilə bağlı Masallı r-nunun ġıxlar 

kəndi  ərazisində  AbıĢ  təpəsi  oronimi  və  Ağcabədi  r-nunun  Qaradolaq  i.ə.v.-də 

AbıĢbəyli  (1933)  oykonimi  məlumdur.  Elmi  ədəbiyyatların  verdiyi  məlumata 

görə,  bu  yaĢayıĢ  məntəqəsi  keçmiĢdə  həmin  ərazidə  yaĢayan  aslar  tayfasının 

üçüncü  qolundan  olan  AbıĢ  bəyə  mənsub  ailələr  tərəfindən  XIX  əsrdə 

salınmıĢdır. 



Abix  or.,  sadə.  Bakı  Ģəh.-dən  12  km  Ģm.-da,  AbĢeron  yarımadasında 

palçıq vulkanı. Uzun müddətdir püskürmür. AbĢeron yarımadasında və Xəzərdə 

olan  palçıq  vulkanlarını  öyrənmiĢ,  Azərb.-nın  geoloji  quruluĢuna  və  1859-cu  il 

ġamaxı  zəlzələsinə  aid  əsərlər  yazmıĢ  alman  geoloqu,  Peterburq  EA-nın 

akademiki  German  Vilhelm  Abixin  (1806-1886)  Ģərəfinə  adlandırılmıĢdır. 

Memorial toponimdir. 



Abjit hidr., sadə. Balakən r-nu ərazisində çay. Qanıx çayının qoludur. 

Bəzi tədqiqatçıların fikrincə, çayın adı Ġran mənĢəli ab (su, çay) və jət (qətran) 

sözlərindən  ibarət  olub  "qətranlı  çay"  mənasındadır.  Qədim  türk  yazılı 

abidələrində xristianların xeyir-dua mərasimi "abijik/abiĢik" adlanır. Ehtimal ki, 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə