Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə5/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   2   3   4   5   6   7   8   9   ...   206

12 

 

Acı  adlanırdı.  Oronim  buradakı  Ģor  sulu  bulaqlarla  əlaqədardır.  4.  Qax  r-nu 



ərazisində  dərə;  5.  Tovuz  r.-nu  ərazisində  dərə  və  s.  Mütəxəssislərin  slatistik 

hesablamasına  görə,  respublika  ərazisində  50-dən  artıq  Acıdərə  oronimi  qeydə 

alınmıĢdır.  Oronim  acı  və  dərə  sözlərindən  düzəlib,  obyekt  örtüyünü  dad 

cəhətdən təyin edir. Məs., Qazax r-nundakı Acıdərə həmin dərədən axan Acısu 

çayının,  Qax  r-nundakı  Acıdərə  isə  oradan  axan  Acıçayın  suyunun  dadının  acı 

olmasına  görə  belə  adlandırılmıĢdır.  Cənubi  Azərb.-da  da  Acıdərə  oronimi 

qeydə alınmıĢdır. 

Acıdərə  oyk.,  sadə.  ġamaxı  r-nunun  Göylər  i.ə.v.-də  kənd.  Acıdərə 

çayının  sahilində,  Ləngəbiz  silsiləsinin  ətəyindədir.  Kəndin  ərazisi  keçmiĢdə 

ġamaxı  qəzasında  yaĢamıĢ  çıraqlı  tayfasının  qıĢlaq  yeri  olmuĢdur.  1896-cı  ildə 

çıraqlıların  bir  hissəsi  Acıdərədə  xidmət  evi  olan  poçt  (çaparxana)  ətrafında 

məskunlaĢmıĢlar. YaĢayıĢ məntəqəsi yerləĢdiyi ərazinin adı ilə adlanmıĢdır. 

Acıdərəsu  hidr.,  mür.  ġamaxı  r-nu  ərazisində  çay.  Hidronim 

"Acıdərədən axan, su, çay" deməkdir. 



Acıqançay  hidr.,  mür.  Kürün  sol  qolu.  Böyük  Qafqazdan  axır. 

Hidronim acıqan və çay sözlərindən düzəlib, "acıqlı, qəzəbli çay" deməkdir. 



Acılıqbinə  oyk.,  mür.  Balakən  r-nunun  Qullar  i.ə.v.-də  kənd.  Mazım 

çayının  sahilindədir.  Mütəxəssislərin  fikrincə,  Acılıqbinə/  Hacılıqbinə  "Hacıya 

məxsus  binə"  deməkdir.  Əvvəllər  bu  ərazidə  Qullar  kəndi  camaatının  binələri 

yerləĢirdi. XIX əsrin ortalarında Qullar kəndindən çıxmıĢ ailələr Acılıq adlanan 

pay  torpağında  məskunlaĢdılar.  Bəzi  tədqiqatçılar  oykonimin  birinci 

komponentini  həmin  ərazidə  acı  dad  verən  yovĢan  bitkisinin  bolluğu  ilə 

əlaqələndirirlər. Əslində acılıq sözü Azərb. dilinin bir sıra dialekt və Ģivələrində 

"sıx  tikanlı  bitkisi  olan  yer"  mənasında  iĢlənir.  Odur  ki,  oykonim  "sıx  tikanlı 

bitkisi olan binə (kənd)" kimi izah olunmalıdır. 

Acınohur hidr., mür. ġəki və Qax r-nları ərazisində Ģor göl. Acınohur 

çölünün  mərkəzi  hissəsindədir.  Dəhnə  çayı  daĢqın  zamanı  Acınohura  tökülür. 

Axarı  olmayan  göldür.  Hidronim  acı  (Ģor)  və  nohur  (monq. "göl")  sözlərindən 

düzəlib,  "Ģor  göl"  deməkdir.  Yerli  əhali  arasında  Acıgöl  də  adlanır.  Qərbi 

Sibirdəki AĢikul, AĢequl, Açikul hidronimləri bu hidronimin paralelləridir. 

Acınohur çölü or., mür. Acınohur ön dağlığının Bozdağ və Gəmiqaya 

silsilələri  arasında  Qax  və  ġəki  r-ları  ərazisindədir.  Turut  çölünə  qovuĢur.  QıĢ 

otlağı kimi istifadə olunur. Adını ərazidəki Acınohur gölündən almıĢdır. 

Acınohurdərəsi  or.,  mür.  Qax  r-nunun  Zərnə  kəndi  ərazisində  dərə. 

Dərəyə bu ad Acınohur gölünün yaxınlığında olduğu üçün verilmiĢdir. 



Acınohur  ön  dağlığı  or.,  mür.  Böyük  Qafqazın  c.-unda,  Alazan-

Həftəran  vadisi  ilə  Kür-Araz  ovalığı  arasındadır.  Hün.  1100  m.  Silsilə  və 

tirələrdən (DaĢüz, Gəmiqaya, Bozdağ-Qaraca, Qaraməryəm və s.), onları ayıran 

çökəklik və dərələrdən (Sarıca, Acınohur, Turut, ƏrəĢ, Qarayazı, Külüllü və s.) 

ibarətdir. Adını Acınohur gölündən almıĢdır. 



13 

 

Acısu hidr., mür. 1. Qazax r-nunda çay. Kürün sağ qoludur; 2. ġamaxı 

r-nu  ərazisində  çay.  Hidronim  acı  və  su  sözlərindən  düzəlib.  Hidronim  çay 

suyunun  dadının  acı  və  ya  Ģor  olduğunu  bildirir.  V-XIII  əsrlərə  aid  gürcü 

mənbələrində  Acısu  hidronimi  qeydə  alınmıĢdır.  Dağıstan  toponimiyasında 

Açisu hidronimi və oykonimi, Cənubi Azərb.-da Acısu hidronimi vardır. 



Açarlı  oyk.,  sadə.  Ağdam  r-nunun  Novruzlu  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir. Toponimiyada atsa/aça coğrafi termin kimi "iti uclu qaya; yüksəklik; 

dağətəyi yer" mənalarını ifadə edir. 

Adnalı  oyk.,  düz.  l.  Cəlilabad  r-nunun  ġiləvəngə  i.ə.v.-də  kənd. 

Ġncəçayın  sahilindən  bir  qədər  aralı,  Burovar  silsiləsinin  Ģm.-Ģ.  ətəyindədir;  2. 

ġamaxı r-nunun Çarhan i.ə.v.-də kənd. 1933-cü ildə bu kənd Kələxana i.ə.v.-nin 

tərkibində qeydə alınmıĢdır. Kələxana fars. "ilxı saxlanılan yer" deməkdir. Adna 

qədim türk dillərində adana/adına/aduna formasında olub "axtalanmıĢ dəvə; at 

ilxısı;  at  saxlanılan  yer"  mənalarında  iĢlənmiĢdir.  ġamaxı  r-nu  yaxınlığında, 

Ağsu r-nuna aid Ġlxıçı kəndinin olması bir daha əsas verir ki, Adnalı oykonimi 

"ilxısı olan, at saxlanılan yer" kimi izah olunsun. Türkiyədəki Adana adlı Ģəhərin 

adı da, çox güman ki, qədim türklərin bu məĢğuliyyəti ilə bağlıdır. 

Adur  oyk.,  sadə.  Quba  r-nunun  Rük  i.ə.v.-də  kənd.  Qaraçayın 

sahilində,  Yan  silsiləsinin  yamacındadır.  Türk  dillərində  adir/adır/adur 

"tepelik",  "dağlıq  yer",  "düzən  olmayan  yer",  "suvarıla  bilməyən  yüksəklik", 

"bir  neçə  təpədən  ibarət  meĢəsiz  yer",  "dağ  ətəyi"  mənalarında  iĢlənir.  Dağlıq 

yerdə, alçaq təpəli ərazidə yerləĢən kəndin coğrafi relyefi adın verilməsində əsas 

olmuĢdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay 

toponimiyasında  Adur,  Türkiyə  toponimiyasında  Ədirnə  oykonimləri  bu  sözlə 

əlaqədardır. 



Adurçay  hidr.,  mür.  Quba  r-nu  ərazisində  kiçik  çay.  Qaraçayın  sol 

qoludur.  Çay  öz  adını  yaxınlığındakı  eyniadlı  kəndin  adından  almıĢdır. 

Hidronim  adur  (sərt  relyefli  yer)  və  çay  (axar  su  obyekti)  sözlərindən  düzəlib, 

"sərt  relyefli  yerdən  axan  çay"  deməkdir.  Pireney  dağlarından  baĢlayaraq 

Fransanın  c.-q.-indən  axan  və  Biskay  körfəzinə  tökülən  bir  çayın  adı  da 

Adurdur. 



Afan oyk., sadə. Saatlı r-nunda kənd. Mil düzündədir. R-nun Novruzlu 

kəndindən  çıxmıĢ  yeddi  ailə  tərəfindən  Afan  adlanan  yerdə  salınmıĢ  bu  kənd 

əvvəllər  Təzə  Novruzlu,  Yeddievlər,  Gəlmələr  də  adlanırdı.  Azərb.  dilinin 

dialektlərində  afan  "zəif,  gücsüz"  mənasında  iĢlənir.  Toponim  "gücsüz  yer" 

mənasını ifadə edir. 

Afurca  oyk.,  sadə.  Quba  r-nunun  Güləzi  i.ə.v.-də  kənd.  Cimi  çayının 

sahilində,  BaĢ  Qafqaz  silsiləsinin  yamacındadır.  Adını  ərazidəki  eyniadlı 

Ģəlalədən almıĢdır. Bu Ģəlalə Azərb.-da dağ çaylarına məxsus daimi fəaliyyətdə 

olan  Ģəlalələrdən  biridir  və  Vəlvələ  çayının  Təngə  dağından  axan  hissəsidir. 

Kənd də həmin Ģəlalənin yaxınlığında yerləĢir. Afurca sözünü tədqiqatçılar belə 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə