Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə77/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   ...   73   74   75   76   77   78   79   80   ...   90

downloaded from KitabYurdu.az
 
157 
mə xsus  mədəni  simanın  bir  ünsürü  də  məhz  budur.  Üstəlik  müsəlman  a lbanlar 
xristian  albanları  dinayrı  qardaş  sayırdılar:  onu  kirv ə  tutur,  qonaq  saxlayırdı, 
halbuki,  adətə  görə  heç  bir  xristianı  qonaq  adlandırmaq  o lma zdı.  Bu  tayfalar 
səlcuq-oğuz  tayfaları  ilə   XII-XIII  əsrlə rdən  sonra  qaynayıb  qarışırd ı.  VIII-IX 
əsrlərdən sonra Azərbaycan ərazisində ümu mi  mənada ―türk‖ etnik ad ı alban adını 
əvəz etməyə başladı. VIII-XIII əsrlər Azərbaycanda etnogenezin yeni mərhələsidir. 
Etnogenez  məhz  b ir  sıra  etnoslardan  keyfiyyətcə  fərqli  yeni  etnosun  yaranması 
prosesidir.  Bu  mə rhələ  a zərbaycanlıla rın  forma laşması  mərhələsid ir.  Etnogenezin 
qabaqkı mərhələsində alban, sak, kimmer, kaspi və s. etnoslar əsasında alban xalqı 
təşəkkül tap mışdı və bununla ə laqədar olaraq vahid  danışıq dili,  milli  mədəniyyət 
yaranmışdı.  Nizami,  Xaqani,  Fələki  və  b.  nəhənglər  məhz  həmin   etnik  ö zül, 
mədəni özünə mə xsusluq özərində yüksəlmişdilə r. 
 
 
 
 
Deyilənlərdən  görünür  ki,  Şimali  A zərbaycan  ərazisində  etnogenezin  iki 
mə rhələsi  ayrılır.  Birinci  mə rhələ   a lban  etnosunun,  II  mə rhələ   isə  Azərbaycan 
etnosunun formalaşması mərhələsid ir. 
 
 
 
 
 
Gö ründüyü  kimi,  alban  etnosunun  tarix  s əhnəsindən  çıxması  –  onun 
xristian  və  müsəlmanla ra  ayrılması  və  de mə li,  parçalan ması  ilə  bağlıdır. 
Parçalan ma  prosesi  isə  alban  etnik  adının   islamı  qəbul  etmiş  albanlar  içərisində 
mövqeyinin itməsilə nəticələndi.   
 
 
 
 
 
Azərbaycan  əra zisində  etnogenez  prosesini  kifayət  qədər  mənbələ rin  
yoxluğu  ucbatından  izləmək  çətind ir.  Mənbələrdə  adətən  etnogenez  prosesindən 
yox, bu proses nəticəsində yaranmış etnosdan danışılır. Ona görə  albanla rdan sonra 
etnik prosesi izlə mək olmu r.  La kin bu prosesdə XI əsrdən sonra oğuz tayfaların ın 
üstün  rol  oynaması  şübhəsizdir.  Bu  prosesin  maraqlı  xüsusiyyəti  vardı:  etnik  adı 
―türk‖  olanlarla  yalnız  etnik  mənsubiyyətcə  türk  dilləri  ailəsinə  daxil  olan,  lakin 
―türk‖  etnonimini  b ilməyən  alban  tayfaların ın  konsolidasiyası  gedirdi.  Müs əlman 
albanların  etnik  ö zünü  adlandırmaları  unudulmağa  başlayırdı,  lakin  əksər  erkən 
orta  əsr  şəhər  və  kəndlərinin  əhalisi  b inadan  albanlar  olmuşdu.  Səlcuq-
oğuzlarından  əvvəl  Albaniyada  xəzərlər  geniş  mövqeyə  malik  id ilər.  IX  əsr 
müəllifi İbn Xordadbeh yazır  ki, Arran,  Curcan (Gürcüstan) v ə Sisəcan  xəzərlərin 
ölkəsindəndir (I, 18). 
 
 
 
 
 
 
 
Azərbaycab ərazisində XII əsrdən qabaq türkmənşəli etnosların yaşaması 
fikrinə  qarşı  çıxanla r  belə  bir  arqu ment  ortay  atırla r:  A zərbaycan  dili  Türkiyənin 
türk  d ilinə  daha  ço x  yaxındır.  Türkiyə  ərazisində  türk  xalq ı  oğuzların   Kiçik 
Asiyada  məskunlaşmasından  sonra  təşəkkül  tapmışdır.  De mə li,  be lə  bir  nəticə  
çıxarmaq  olar  ki,  Azərbaycan  dili  də  məhz  səlcuq-oğuzların ın  gəlməsindən  sonra 
yaranmışdır.  Lakin  məsələ  başqa  cürdür:  Azərbaycan  ədəbi  dili  həqiqətən  oğuz-
səlcuqların  gətird iyi  dil  idi;  ― Dədə  Qorqud‖un  dili  bu  dil  idi.  Sə lcuq  oğuzların ın 
dili A zərbaycan və Türkiyə əra zisinə artıq ədəbi dil kimi gəlmişdi. Əhalinin ü mu mi 
danışıq dili də oğuz-səlcuq dilinə yaxın idi. Bunu alban toponimləri aydın göstərir. 
Lakin  Türkiyədə və Azərbaycanda etnik proseslərin fərq li cəhətləri vardır: Türkiyə 


downloaded from KitabYurdu.az
 
158 
ərazisində həqiqətən tam türkləş mə prosesi getmişdir və bu proses həm də  xristian 
dininin   isla mla   əvəz  olun ması  prosesi  ilə  yanaşı  get mişdir.  Azə rbaycanlıla rın 
etnogenezində  türkləşdirmə  (assimilyasiya)  etnik  prosesin  xa rakterik  xüsusiyy əti 
olmamışdır, çünki burada türk etnosları əvvəldən aparıcı rol oynayırd ı. 
 
Be ləliklə, a lban etnosu parçalandı, onun xristian hiss əsi ermənilərə  qarışdı.  
Albanların  bir h issəsinin ermən iləşdiyin i Z. M. Bünyadov, A. P. Novoseltsev və S. 
T. Yeremyan da yazmışlar (76, 94; 150, 42; 109, 304). Digər hissəsi isə gəlmə türk 
tayfaları ilə qaynayıb qarışaraq Azərbaycab etnosunun əsasını qoydu.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 2. Atropatenlilər 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yu xarıda  er.  əv.  I  min illikdə  mannaların,  madayların,  kasların  və 
kaspilərin türkmənşəli etnoslar olduğunu göstərən faktla rı verdik. Hə min  minilliy in 
ortalarında Midiyanın bir h issəsi – məhz  indiki Cənubi A zərbaycan ərazisini əhatə 
edən,  mənbələrdə  ―Kiç ik  M idiya‖  adı  ilə  adlanan  hissəsi  əhalinin  etnik 
mənsubiyyətinə görə Böyük Midiyadan ayrıldı.  Bu Azərbaycan ərazisində qabaqkı 
əsrlərdə  getmiş  etnik  prosesin  nəticəsi  idi:  Manna,  Maday,  Kas  və  b.  qədim 
etnoslar əsasında yeni etnos formalaş mışdı.  Er.  əv. IV  əsrdən sonra Kiçik Mid iya 
ölkəsi  və  xalqı  Atropatena  adlandı.  VI  əsrə  aid  Dərbənd  qala  divarında  epiqrafik 
abidədə  ―Aturpatkan‖  adının  ya zılması  (ba x:  114)  özlüyünd ə  göstərir  ki, 
Atarpatkan  bu  ölkənin  rəs mi  adı  id i.  Lakin  yerli  əhalinin  bu  adı  necə  tələffüz 
etdiyini  bilmirik.  Burası  məlu mdur  ki,  artıq  VII  əsrdə  ərəb  müəllifləri  bu  adı 
―Azərbaycan‖ kimi yazırdılar. Biz ―Azərbaycan‖ adının mənşəyi haqqında mövcud 
olan çoxlu fikirləri burada nəzərdən keçirməyəcəyik, çünki ―A zərbaycan‖ sözünün 
Atropatın adından yarandığını deyənlərin tərəfində dururuq. Əsas məsələ Atropatın 
və  onun  adı  ilə  adlan mış  ölkədə  əhalin in  etnik  mənsubiyyətinin  öyrənilməsidir. 
Bununla belə bir düyün açılma mış qalır: b ir tərə fdən er. əv. III-II əsrlə rdə yaşamış 
antik müəllif Polibiy  (Po libiy, V, 55) yazır ki, Atropaten çarlığı hələ farsların (yəni 
Əhəmənilər  sülaləsinin )  vaxtından  qalmışdır.  Digər  tərəfdən  tarixşünaslıqda 
―Azərbaycan‖ adı Makedoniyalı  İsgəndərə qarşı İran ordusunun başçılarından biri 
olmuş Atropatın adı ilə əlaqələndirilir. 
 
 
 
 
 
Yu xarıda  I  fəsildə  biz  atropatenlilərin  İran mənşəli  xalq  olması  haqqında 
türixşünaslıqda mövcud fikirləri vermişik: guya ―Kaspi‖, ―Zaqr-Elam‖, ―hürri‖ və 
s.  dillə rində  danışmış  mannalar  İrandilli  midiya lıla r  tərəfindən  assimilyasiya 
adilmiş  və  er.  əv.  IV  əsrdən  sonra  İrandilli  Atropaten  xalqı  yaran mış,  XI -XII 
əsrlərdən sonra isə türkləşmişlər.  Lakin biz  mannaların və  madayların türkmənşəli 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə