Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə55/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   48   49   50   51   52   53   54   55   56

142 
 
toplusunu əhatə edir (məsələn, ərzaq, uzunmüddətli istehlak mallarının istehlak dəyəri, səhiyyə və təhsil 
xərcləri, mənzil). Məlumat toplama prosesində bəzi düzəliĢlər, o cümlədən: müxtəlif ölçülü və tərkibli ev 
təsərrüfatlarının  ehtiyaclarındakı  fərqlərə  düzəliĢlər,  ev  təsərrüfatı  üzvlərinin  yaĢına  və  miqyasa  qənaət 
üçün düzəliĢlər, regionlar və müxtəlif zaman müddətləri üzrə qiymətlərə düzəliĢlər edilir. Ümumi istehlak 
xərclərinin tərkibi və necə qurulması haqqında ətraflı məlumat aĢağıda verilmiĢdir. 
 
Ərzaq istehlakı 
 
8.
 
Ərzaq istehlakı üzrə məlumat 30  günlük  zaman  kəsiyində toplanmıĢdır. Ərzaqla bağlı  modulda 
orta  aylıq  istehlak,  alınmıĢ  mallar,  alınmamıĢ  (Ģəxsi  istehsal  edilmiĢ  və  hədiyyə  kimi  qəbul  edilmiĢ) 
mallar,  evdən  kənarda  yeyilmiĢ  yemək,  həmçinin  hesabat  dövründən  əvvəl  alınmıĢ  malların  siyahısı  və 
mümkün  daxil  edilməsi  ilə  əlaqədar  suallar  olmuĢdur.  Sualların  hər  biri  170-dən  artıq  müxtəlif  ərzaq 
məhsulunu  əhatə  etmiĢdir.  Ġstehlak  mallarının  alınması  və  ya  Ģəxsi  istehsaldan  olması  ilə  bağlı  suallara 
verilmiĢ  cavablar  arasında  məlumatların  uyğunluğunu  yoxlamaq  üçün  orta  aylıq  istehlakdan  istifadə 
edilmiĢdir.  Bir  neçə  halda  büdcədə  Ģübhə  doğuracaq  dərəcədə  yüksək  paya  malik  ərzaq  alt-qruplarının 
yoxlanmasından  sonra,  həmçinin  ev  təsərrüfatı  müəyyən  ərzaq  mallarının  adambaĢına  həddən  artıq 
istehlakı barədə məlumat verdiyi zaman anormal xərclər aĢkar edilmiĢdir. 
 
9.
 
Ev  təsərrüfatları  tərəfindən  alınmıĢ  və  Ģəxsi  istehlak  üçün  istehsal  edilmiĢ,  yaxud  hədiyyə  kimi 
qəbul edilmiĢ hər bir ərzaq məhsulunun bir vahidinin dəyəri və həcmi ümumi istehlak göstəricisinin ərzaq 
komponentinin  qurulmasında  istifadə  edilmiĢdir  (informasiya  artıq  YSQS  məlumatlarından  əldə  edilə 
bilər).  AlınmamıĢ  ərzağın  dəyəri  ev  təsərrüfatının  öz  qiymətləndirməsindən  istifadə  edilməklə  vahidin 
qiyməti  və  istehlak  edilmiĢ  həcm  əsasında,  ev  təsərrüfatı  bunu  edə  bilmədiyi  bəzi  hallarda  isə  sorğu 
aparanların geniĢ yayılmıĢ yerli qiymətlər üzrə qeydlərinə əsasən müəyyən edilmiĢdir. Hədiyyə kimi digər 
ev  təsərrüfatlarına  verilmiĢ  ərzaq  malları  ikiqat  hesablamaya  yol  verməmək  üçün  daxil  edilməmiĢdir, 
çünki onlar alan tərəfin istehlakına daxil edilməli idi. Alkoqollu içkilərə və tütünə çəkilən xərclər evdən 
kənarda/restoranda yemək xərcləri kimi ayrıca kateqoriyalar üzrə təsnifatlaĢdırılmıĢdır. 
 
Qeyri-ərzaq xərcləri 
 
10.
 
Sorğu vərəqəsinin ayrıca modulunda (modul H) ev təsərrüfatından paltar, evin təmizlik vasitələri, 
tütün,  ev  əĢyaları,  əyləncə  və  xidmətlər  üzrə  bir  sıra qeyri-ərzaq  xərclərini  yadına  salmaq  xahiĢ  olunur. 
Ümumiyyətlə, bu xərclər müxtəlif intervallarda baĢ verdiyi üçün ev təsərrüfatlarından xahiĢ olunmuĢdur 
ki,  bu  bəndlər  üzrə  xərclərini  iki istinad  dövrü  üzrə  xatırlasınlar:  əvvəlki  ay  və  12  ay.  Bütün  bu xərclər 
ümumi istehlak xərclərinə daxil edilən zaman aylıq ifadədə məna vermək üçün uyğunlaĢdırılmıĢdır. 
 
Təhsil 
 
11.
 
Təhsil  xərclərinə  məktəbəqədərki  təhsildən  ali  təhsilə qədər  bütün təhsil  xərcləri daxildir: təhsil 
haqqı, məktəbli forması, dərsliklər, yemək və yaĢayıĢ, nəqliyyat, müəllimlər üçün hədiyyələr və məktəb 
xidmətləri,  fərdi  müəllimlə  hazırlıq  və  digər.  Bütöv  bir  dərs  ili  ərzində  təhsil  xərcləri  qeydə  alınmıĢ  və 
aylıq xərci əldə etmək üçün 12-yə bölünmüĢdür. 
 
Səhiyyə 
 
12.
 
Sorğu  vərəqəsində  geniĢ  səhiyyə  modulu  (modul  6)  vardır  ki,  bu,  dərmanlara,  diaqnostikaya 
çəkilən  xərcləri, xəstəxana  ödəniĢlərini, tibb  iĢçilərinə  hədiyyələri,  nəqliyyat  və  digər  səhiyyə  xərclərini 
qiymətləndirir. Fövqəladə vasitələrin istifadə oluna biləcəyi sarsıntılar daxil edilməmiĢdir. 
 
Kommunal xidmətlər 
 
13.
 
Kommunal  xərclərlə  bağlı  məlumatlar  mənzil  Ģəraiti  hissəsinin  (modul  B)  və  qeyri-ərzaq 
modulunun (modul H) tərkibində toplanılmıĢdır. Buraya elektrik enerjisi, təbii qaz, telefon (Ģəhər, mobil 
və  ictimai  telefonlar),  su,  yanacaq  və  daha  az  istifadə  olunan  digər  kommunal  xidmətlər  daxildir.  Ev 
təsərrüfatları  tərəfindən  verilən  məlumatlardan  istifadə  olunmuĢdur.  Sorğu  vərəqəsində  qıĢ  mövsümü 


143 
 
üçün xarakterik aylıq xərclər soruĢulmuĢdur. Orta aylıq xərc sorğu olunan ay və qıĢ ayı üçün xarakterik 
olan xərcin ədədi ortası kimi hesablanmıĢdır. 
 
Uzunmüddətli istehlak malları 
 
14.
 
Uzunmüddətli istehlak mallarının alınması ümumi istehlak xərclərinə birbaĢa daxil edilməmiĢdir, 
lakin  əĢyanın  zaman  keçdikcə  istifadəsindən  əldə  edilən  pul  formasında  fayda  baxımından  hər  bir 
kateqoriya  üzrə  qiymətləndirilə  bilər.  Sorğu  zamanı  bir  sıra  uzunmüddətli  istehlak  mallarının  olub-
olmaması,  onların  yaĢı  və  hazırkı  dəyəri  barədə  məlumatlar  toplanmıĢdır.  Hər  bir  əĢya  eynicinsli 
kateqoriyadan  olmasa  da  bu  məlumatlardan  əĢyanın  dəyəri  və  onun  yaĢı  arasındakı  əlaqənin 
qiymətləndirilməsi  üçün  istifadə  edilmiĢdir.  Müxtəlif  həyat  tsikilləri  və  amortizasiya  dərəcələri  olan 
uzunmüddətli istehlak mallarının istifadə dəyəri qiymətləndirilmiĢdir.  
 
Mənzil Ģəraiti 
 
15.
 
MüəyyənləĢdirməyə görə hər bir ev təsərrüfatı bir yaĢayıĢ sahəsində yaĢayır və onun rifahı evin 
xarakteristikası və rahatlığından asılıdır. Lakin bu faydanın ardıcıl Ģəkildə pulla ifadə olunması xüsusilə 
çətin olmuĢdur. Ev təsərrüfatının müəyyən bir evdə yaĢamasından əldə etdiyi fayda, adətən, evin kirayəlik 
dəyəri  üzrə  qiymətləndirilir.  Lakin  Azərbaycanda  evi  kirayə  edən  ailələrin  nisbəti  minimumdur  (10 
faizdən  aĢağı)  və  həqiqi  kirayə  bazarı  fəaliyyət  göstərmir.  Yalnız  kirayə  məbləği  haqqında  məlumat 
vermiĢ ev təsərrüfatları üçün kəmiyyətlərin daxil edilməsi ümumi istehlak xərclərini təhrif edəcəyindən 
mənzil xərcləri təhlilə daxil edilməmiĢdir. 
 
Qiymət fərqlərinə düzəliĢ edilməsi 
 
16.
 
Ġstehlak  komponentlərinin  birləĢdirilməsindən  sonra  regional  qiymət  fərqlərinə  düzəliĢlər 
edilmiĢdir.  ġəhər  və  kənd  yerləri,  eləcə  də  müxtəlif  coğrafi  ərazilər  arasındakı  nəzərəçarpacaq  qiymət 
fərqləri  nominal  xərclərə  təsir  göstərir.  Məsələn,  Bakıda  1  AZN-ə  ölkənin  kənd  yerlərində  olduğuna 
nisbətən fərqli mal və xidmət dəsti almaq mümkündür. Məkan və zaman üzrə müqayisəliliyi təmin etmək 
üçün Ģəhər və kənd yerləri üzrə qiymət fərqlərini və regional qiymət dəyiĢikliklərini izah etmək vacibdir. 
Yoxsulların istehlak səbətində ən mühüm maddə ərzaq olduğundan biz ərzağın qiymətindəki dəyiĢikliyi 
izah etmək üçün regional  ərzaq qiyməti indeksindən istifadə edirik. Regional qiymət indeksləri mövcud 
olmadığı  üçün  (aylıq  qiymət  indeksləri  bütün  Azərbaycan  üçün  hesablanır  və  yalnız  bəzi  Ģəhərlərin 
qiymətlərinə  əsaslanır)  bu  düzəliĢ  ev  təsərrüfatları  müayinəsindən  götürülmüĢ  məlumatlardan  (sorğuda 
toplanmıĢ  büdcə  nisbətindən  və  ərzaq  mallarının  ehtimal  olunan  qiymətləri,  yaxud  vahidlərinin 
qiymətlərindən) istifadə edilməklə həyata keçirilmiĢdir. Bəzi ev təsərrüfatlarında kənarlaĢma effektinin və 
ərzaq büdcələrinin əksər hissəsini evdən kənarda yeməyə sərf edən müstəsna ev təsərrüfatları hallarının 
qarĢısını  almaq  üçün  ev  təsərrüfatları  üzrə  PaaĢe  indeksindən  deyil  Ġlkin  seçmə  vahidi  indeksindən 
istifadə edilmiĢdir. Hər bir ilkin seçmə vahidi üçün orta büdcə nisbətləri hər bir ilkin seçmə vahidindəki 
ev təsərrüfatları tərəfindən ödənilmiĢ median qiymətlərin və ölkə üzrə median qiymətlərin xüsusi çəkiləri 
kimi  götürülmüĢdür.  KənarlaĢma  effektlərinin  qarĢısını  almaq  üçün  orta  qiymətlərdən  deyil,  median 
qiymətlərdən istifadə edilmiĢdir. Büdcə nisbətləri artıq 0 və 1 arasında qiymətlərlə məhdudlaĢdığından, ev 
təsərrüfatlarının  ölçüsü  üzrə  onların  orta  göstəricisi  hesablanmıĢ  və  çəki  əmsalına  vurulmuĢdur.  Ev 
təsərrüfatlarının çəkilərinin tətbiq olunması vasitəsilə hesablanan ölkə üzrə median qiymətlər də müəyyən 
edilmiĢdir. 
 
17.
 
Hesabatda  ev  təsərrüfatları  və  məkan  üzrə  rifahı  müqayisə  etmək  məqsədilə  2008-ci  il  YSQS 
məlumatları  üçün  yuxarıda  təsvir  edilmiĢ  çərçivənin  istifadəsi  yolu  ilə  qurulmuĢ  ümumi  istehlak 
xərclərindən  istifadə  olunmuĢdur.  Zaman  keçdikcə  müqayisəliliyin  təmin  olunması  üçün  2008-ci  il 
qiymətləri  üzrə  ölkə  səviyyəsində  aylıq  Ġstehlak  Qiymətləri  Ġndekslərindən  istifadə  edilməklə  cari 
istehlakın  hər  bir  komponentinə  düzəliĢ  edilmiĢdir.  Bundan  əlavə,  coğrafi  regionlar  üzrə  rifahın 
müqayisəsini təmin etmək üçün mal və xidmətlərin qiymətlərindəki (yəni, yaĢayıĢın dəyərindəki) regional 
dəyiĢikliklər  nəzərə  alınmıĢdır.  Yoxsulların  istehlak  səbətində  ən  mühüm  maddə  ərzaq  olduğundan 
ərzağın  qiymətindəki  dəyiĢikliyi  izah  etmək  üçün  sorğu  vasitəsilə  toplanmıĢ  vahidin  qiyməti  üzrə 
informasiya əsasında qurulmuĢ regional ərzaq qiyməti indekslərindən istifadə edilmiĢdir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə