Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə49/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

128 
 
uĢaqlara  və  böyüklərə  yardımı,  sosial  sığortası  olmayanlar  üçün  sosial  pensiyanı  və  uĢaqlı  ailələrə 
yardımları əhatə edir. Qiymətləndirmələrə görə, Azərbaycan 2008-ci ildə bütün sosial transferlərə ümumi 
daxili  məhsulun  (ÜDM)  4.8  faizi  qədər  vəsait
35
  ayırmıĢdır.  Regional  kontekstdə  Azərbaycanın  sosial 
müdafiəyə çəkdiyi xərclər Gürcüstanla müqayisə edilə bilər ki, o da 2008-ci ildə ÜDM-in 4.9 faizini bu 
cür proqramlara sərf etmiĢdir. Lakin fiskal səy kimi (ÜDM-ə nisbətlə ifadə olunur), Azərbaycanın sosial 
yardım proqramları AMA regionunun digər ölkələrindəki oxĢar proqramları ilə müqayisədə yoxsulların 
əhatə olunması baxımından çox yaxĢı icra edilir (Diaqram 8-1).  
 
Diaqram 8-1 Azərbaycanın sosial müdafiə xərcləri AMA ölkələri arasında ən aĢağı göstəricilərə 
malikdir 
 
Mənbə: Azərbaycan ƏƏSMN məlumatları; Dövlət xərcləri üzrə Dünya Bankının müxtəlif icmalları; Sosial xərclər üzrə ĠƏĠT-in 
məlumat bazası. 
 
                                                 
35
 2008-ci il üçün ÜDM 35.5 milyard manat qiymətləndirilir.  
Xorvatiya 
Bosniya-.. 
Macarıstan 
Ukrayna 
ĠƏĠT 
Özbəkistan 
Makedoniya 
Rusiya 
Moldova 
Ermənistan 
Latviya 
Estoniya 
Belarus 
Litva 
Bolqarıstan 
Qırğızıstan 
Kosovo 
Serbiya 
Rumıniya 
Qazaxstan 
Albaniya 
PolĢa 
Gürcüstan 
Türkiyə 
Azərbaycan 
Tacikistan 


129 
 
Diaqram 8-2 Nisbətən az fiskal səylərə baxmayaraq, Azərbaycan ölkədəki yoxsulların böyük 
hissəsini əhatə etməyi bacarır 
 
Mənbə: Azərbaycan ƏƏSMN məlumatları; Dövlət xərcləri üzrə Dünya Bankının müxtəlif icmalları 
 
8.5
 
Proqramlar, inzibati funksiya və yoxsulluğun azaldılmasına təsir baxımından (baxın: aşağıda) 
Azərbaycanda  sosial  transferlər  hazırkı  qlobal  iqtisadi  böhranının  nəticələrinin  yumşaldılmasında 
əhəmiyyətli rol oynayır. Bununla əlaqədar olaraq, iki proqram xüsusilə zəruridir: ünvanlı sosial yardım və 
baza pensiyası. Ünvanlı sosial yardım (ÜSY) ilk olaraq  ən yoxsul və yoxsul Ģəxslərə çatmaq sahəsində 
yaxĢı  nəticə  verən  kimi  görünür,  çünki  ÜSY  vəsaitlərinin 51  faizini  əldə  edən  onun  49  faiz  benefisiarı 
əhalinin  ən  aĢağı  desilindəndir.  ÜSY  vəsaitlərinin  demək  olar  ki,  90  faizini  əldə  edən  ÜSY 
benefisiarlarının  əksəriyyəti  (86  faiz)  əhalinin  ən  aĢağı  40  faizi  sırasındadır.  BaĢqa  sözlə,  vəsaitlərin 
təqribən  10  faizini  əldə  edən  ÜSY  benefisiarlarının  çox  az  bir  hissəsi  varlı  əhalinin  payına  düĢür.  Tam 
avtomatlaĢdırılmıĢ  iĢ  prosesinə  malik  yaxĢı  fəaliyyət  göstərən  idarəetməsi  olan  ÜSY  bir  neə  regiona 
istisna olmaqla ölkənin əksər hissəsini əhatə edir. Əgər qlobal böhran daha dərin və uzunmüddətli olarsa, 
o  asanlıqla  geniĢləndirilə  bilər.  Baza  pensiyası  sosial  sığorta  müavinətləri  alanlar  üçün  minimum  gəlir 
təminatı rolunu oynayır. O, orta pensiyanın 80 faizə qədərini təĢkil edir, bununla da pensiyaların bu və ya 
digər dərəcədə yoxsullara istiqamətlənmiĢ (proqressiv) paylanması və onların Azərbaycanda yoxsulluğun 
azaldılmasındakı  çox  əhəmiyyətli  roluna  həlledici  töhfə  verir.  Burada  böhranın  təsirinin  yumĢaldılması 
sahəsində əsas tədbir baza pensiyanın real səviyyəsinin aĢağı sürüĢməsinə imkan verməmək və beləliklə 
də yaĢlıların, əlillərin və ailə baĢçısının itirilməsinə görə pensiya alanların gəlirlərinin qorunması ola bilər. 
 
8.6
 
Pensiyalar  Azərbaycanda  ən  böyük  sosial  transferdir.  Dövlətin  sosial  transferlərə  çəkilən 
xərclərinin yetmiĢ beĢ faizi pensiyalara ayrılır ki, bunu da təqribən 1.3 milyon nəfər əldə edir. Azərbaycan 
əhalisinin 45.3 faizi yaĢadığı ailədə ən az bir üzvü pensiya alan ev təsərrüfatında yaĢadığını bildirmiĢdir. 
Azərbaycanda  pensiyalar  sosial  sığorta sistemi  vasitəsilə    sosial  sığorta ayırmalarından  ödənilir.  Yoxsul 
əhaliyə  ünvanlanmasa  da,  yoxsulları  əhatə  qeyri-yoxsullardan  əhəmiyyətli  dərəcədə  yüksək  olmuĢdur: 
müvafiq olaraq, 63.4 və 37.8 faiz. 2009-cu ilin yanvarında orta aylıq pensiya 96 AZN-ə (təqribən 83 ABġ 
dolları)  bərabər olmuĢdur
36
  ki,  bu  da  2008-ci  ilin  yanvarı  ilə  müqayisədə  nominal  həcmin  52  faiz,  real 
                                                 
36
  Bu,  təqribən  30  faizə  bərabər  orta  əvəzetmə  nisbətinə  (əmək  haqqının  müavinətlə  əvəzlənməsi)  gətirib  çıxara 
bilər.  Azərbaycanda  pensiyaların  indeksləĢdirilməsi  epizodik  Ģəkildə  həyata  keçirilir,  odur  ki,  əvəzetmə  nisbəti 
əhəmiyyətli dinamika nümayiĢ etdirir.  
Azərbaycan 
 
Əhatə 
dairəsi 
 
Fiskal səy 
 
  
  
  
  
  
  
  
  
  
  
Ə
n
 y
o
x
su

k
v
in
ti
li
 ə
h
a

, %
-l
ə 
 


130 
 
həcmin isə 25 faiz artımı deməkdir. Orta aylıq pensiyanın 80 faizə qədəri baza pensiyadan ibarətdir (Ayda 
75 AZN) ki, bu pensiya sisteminin bütün benefisiarları üçün minimum gəlirin təminatı deməkdir. 
 
8.7
 
Sosial  sığorta  ayırmalarından  ödənilən  sosial  transferlər  Azərbaycanda  əhalinin  30.5  faizinə 
çatır, yoxsulların əhatə olunması qeyri-yoxsullardan xeyli yüksəkdir: 24.7 faizlə müqayisədə 47.2 faiz. 
Onlar  müharibə  veteranlarına  verilən  müavinətlər  kimi  xidmətə  görə  müavinətləri,  eləcə  də  yoxsul  və 
həssas  əhaliyə  ünvanlanmıĢ  sosial  yardım  müavinətlərini  əhatə  edir.  Sonuncuya  ən  yoxsul  ev 
təsərrüfatlarına  pul  müavinəti/ÜSY,  sosial  pensiyalar,  əlilliyi  olan  uĢaqlara,  yetimlərə,  uĢaqlı  ailələrə, 
yenidoğulmuĢlara  ödəniĢlər  və  s.  daxildir.  Sosial  yardım  müavinətlərinin  əksəriyyəti  kateqoriyalar  üzrə 
ünvanlanır; vəsaitlərin qiymətləndirilməsinə əsaslanan yeganə müavinət ÜSY-dir. Ümumiyyətlə, 2008-ci 
ildə  ÜDM-in  təqribən  0.8  faizi  sosial  sığorta  ayırmalarından  verilməyən  müxtəlif  transferlərə  sərf 
olunmuĢdur.  Ən  azı  inflyasiyanın  kompensasiya  edilməsi  məqsədilə  müavinətlər  ötən  illər  ərzində 
müntəzəm Ģəkildə artırılmıĢdır. 
 
8.8
 
ÜSY  Azərbaycanda  ən  yoxsul  ev  təsərrüfatlarına  pul  müavinəti  və  onlar  arasında  istehlakın 
hamarlanması  məqsədinə  xidmət  edir.  Təqribən  iki  illik  intensiv  hazırlıqdan,  o  cümlədən  vəsaitlərin 
qiymətləndirilməsi  üzrə  ünvanlılıq  mexanizmi  hazırlandıqdan,  inzibati  proseduralar  qurulduqdan, 
müvafiq  qanun  və  bir  sıra  inzibati  qərarlar  qəbul  edildikdən,  iĢçilər  cəlb  olunduqdan  və 
təlimləndirildikdən,  müəssisələr  bərpa  edildikdən,  ev  təsərrüfatlarının  qeydə  alınması  üçün 
avtomatlaĢdırılmıĢ  Ġdarəetmə  Ġnformasiya  Sistemi  (ĠĠS)  iĢlənib-hazırlandıqdan,  intensiv  ictimai 
məlumatlandırma  kampaniyası  hazırlanıb  həyata  keçirildikdən  və  proqramın  əvvəlində  müavinət  üçün 
müraciət  etmiĢ  60000  ev  təsərrüfatı  yoxlanıldıqdan  sonra,  2006-cı  ilin  ortalarında  ÜSY  həyata 
keçirilməyə baĢlamıĢdır. ÜSY gəlir metodu əsasında ünvanlanan və təcrübədə ünvanlılığının qeyri-təkmil 
olması aĢkar edilmiĢ bəzi uĢaq müavinətlərini əvəz etmiĢdir. Bütün ev təsərrüfatları, o cümlədən məcburi 
köçkün (MK) ev təsərrüfatları və leqal miqrantların ev təsərrüfatları ÜSY üçün müraciət etmək hüququna 
malikdirlər.  Əgər  onların  ailədə  bütün  mənbələrdən,  o  cümlədən  Ģəxsi  istehlak  üçün  olan  istehsaldan 
adambaĢına  gəlirləri  əvvəlcədən  müəyyən  edilmiĢ  həddən  (hazırda  ayda  60  AZN  –  orta  aylıq  əmək 
haqqının  təqribən  20  faizi)  aĢağıdırsa,  onlar  müavinət  almaq  hüququ  əldə  edirlər.  Müavinət  ailənin 
qiymətləndirilən  adambaĢına  gəliri  ilə  hədd  arasındakı  fərq  kimi  hesablanır.  ÜSY  həyata  keçirilməyə 
baĢladığı  andan  həm  əhatə  dairəsi,  həm  də  müavinətin  məbləği  baxımından  əhəmiyyətli  dərəcədə 
geniĢlənmiĢdir.  Əhatə  dairəsi  2008-ci  ilin  ikinci  yarısında  iki  dəfədən  çox  geniĢlənmiĢdir  və  beləliklə, 
2009-cu ilin əvvəlində 165461 ev təsərrüfatının 760000 üzvü (əhalinin 9.2 faizi) ÜSY almıĢdır; ÜSY alan 
hər  ev  təsərrüfatı  üzrə  orta  aylıq  ÜSY-nin  məbləği  100.3  AZN  olmuĢdur.  2008-ci  ildə  ÜSY-ə  ayrılmıĢ 
büdcə 127 milyon AZN, yaxud ÜDM-in 0.36 faizi həcmində olmuĢdur. 2009-cu ilin büdcəsi 210 milyon 
AZN-ə qədər artırılmıĢdır. 
 
8.9
 
ÜSY-nin  tədricən  kateqoriyalar  üzrə  verilən  bəzi  müavinətləri  əvəz  etməsi  gözlənilir.  ÜSY 
uĢaqlı  ailələrə  verilən  üç  növ  müavinəti  əvəz  etmiĢdir,  bəzi  digər  sosial  yardım  müavinətlərinin  də 
tədricən  ÜSY-ə  birləĢdirilməsi  gözlənilir.  Mürəkkəb  siyasi  iqtisad  baxıĢları səbəbindən  bunun  çox  çətin 
olacağı  aydındır.  Əlbəttə,  hazırkı  qlobal  mühit  bu  birləĢmənin  yerinə  yetirilməsi  üçün  uyğun  zaman 
olmasa  da bu,  hökumətin gündəliyində  qalmalıdır,  xüsusilə  ÜSY-nin  nümayiĢ  etdirdiyi  yaxĢı ünvanlılıq 
təcrübəsi və potensial səmərəli nəticələr nəzərə alınmalıdır. 
 
8.10
 
Bu  fəsil  beĢ  bölməyə  ayrılmıĢdır.  Sosial  transferlərin  icra  edilməsi  və  əsas  proqramların  qısa 
xülasəsinə  nəzər  salan  giriĢ  bölməsi  A  və  bölmə  B-yə  əlavə  olaraq,  C  bölməsi  sosial  transfer 
proqramlarının  əhatə  dairəsi  haqqında  ətraflı  məlumat  verir,  D  bölməsi  sosial  transferlərin  ünvanlılığı 
haqqında  məlumat  verir,  E  bölməsi  transferlərin  yoxsulluğa  təsirini  araĢdırır,  F  bölməsi  isə  nəticə  və 
tövsiyələri  əks  etdirir.  Əlavə  A-da  2008-ci  ildə  həyata  keçirilmiĢ  YSQS,  Əlavə  B-də  isə  Azərbaycanda 
yoxsulluğun ölçülməsi və təhlilində istifadə olunmuĢ metodologiya təsvir edilmiĢdir. 
C.
 
Əhatə dairəsi: Nə qədər Ģəxs sosial müavinətlər alır? 
 
8.11
 
Sosial  transferlər  Azərbaycanda  əhalinin  böyük  hissəsinə  çatır.  Əhalinin  üçdə  ikiyə  qədəri 
(63.2  faizi)  ən  azı  bir  sosial  transfer  alan  ev  təsərrüfatında  yaşadığını  bildirir.  Pensiyalar  45.3  faizə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə